Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2871/2025 10.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X5-İmtahan və X6rşı “Buraxılış ili 1985-ci il olan **-BN-*** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka və modelli nəqliyyat vasitəsinin şassi və mühərrikinin təkrar qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirаkları ilə, İddiaçı cavabdeh X5-İmtahan və X6rşı “Buraxılış ili 1985-ci il olan, **-BN-*** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka və modelli nəqliyyat vasitəsinin şassi və mühərrikinin təkrar qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə 10 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı X2 cavabdeh X5-İmtahan və X6rşı “buraxılış ili 1985-ci il olan **-BN-*** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka və modelli nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Buraxılış ili 1985-ci il olan **-BN-*** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka və modelli nəqliyyat vasitəsinin şassi və mühərrikinin təkrar qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2871/2025 nömrəli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Buraxılış ili 1985-ci il olan **-BN-*** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka və modelli nəqliyyat vasitəsinin şassi və mühərrikinin təkrar qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddiaçı yenidən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək iddia ərizəsi üzrə iddia tələbi və cavabdehin olduğu kimi saxlanılması, iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2871/2025 nömrəli qərardadı iləiddia ərizəsi üzrə iddia tələbi və cavabdehin olduğu kimi saxlanılması, iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilməsi qərara alınmışdır. İddianın əsaslandırılması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1985-ci il tarixli buraxılış ili olan **-BN- *** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka və modelli nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə Goranboy rayonu, Qızılhacılıq qəsəbəsi, N.Nərimanov küçəsi, ev 32-də qeydiyyatda olan, xx.xx.1983-cü il təvəllüdlü (Ş/V:AZE********, Fin:xxxxxxx) İddiaçı Rəsul oğlunun adınadır. 1985-ci il tarixli buraxılış ili olan **-BN-*** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka və modelli nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə Saatlı rayonu, Günəşli kəndində qeydiyyatda olan, xx.xx.1960-cı il təvəllüdlü (Ş/v:AZE08742054, Fin:4F1SNGJ) X4 nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə üzrə verilmişdir. X7 1985-ci il tarixli buraxılış ili olan **-BN-*** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka və modelli nəqliyyat vasitəsini özgəninkiləşdirmək üçün Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan və X10 müraciət etmişdir. xx.xx.2025- ci il tarixdə Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan və X13 1985-ci il tarixli buraxılış ili olan **-BN-*** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka və modelli nəqliyyat vasitəsinə dair texniki müayinə aktı vermişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli Nəqliyyat vasitəsinin texniki müayinə aktı ilə 1985-ci il tarixli buraxılış ili olan **-BN-*** qeydi nəqliyyat vasitəsinin şassi və mühərrikinin nömrəsiz olması sabəbindən özkəninkiləşdirilməsindən imtina etmişdir. Nəqliyyat vasitəsinin həm köhnə olmaqla şassisində olan birkanın itməsi, həmdə mühərrikin yarasız hala gələrək tamir olunması qaçırılmazdır. Qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası DİN-nin 1999-cu il "14" 06 tarixli, 190 nömrəli əmri ilə təsdiq edilmiş Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə TƏLİMAT-ın 5.2-ci bəndinə əsasən Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ya çıxdaş edilməsi ilə əlaqədar olaraq uçotdan çıxarılması işi, bu Təlimatın 2.15 və 2.16-ci bəndlərində göstərilən məhdudiyyət və qadağalar olmadıqda görülə bilər. Həmin təlimatın 2.15-ci bəndinə əsasən Xarici ölkələrdən Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri gömrük nəzarətində olduqda, nəqliyyat vasitəsi sosial-təminat orqanları vasitəsilə alındıqda, dövlət standartlarına müvafiq olaraq xüsusi işıq və səs siqnalları quraşdırılmış və ya xüsusi rəng qrafikasına malik olan, yaxud reklam şəraitini məhdudlaşdıran şərtlər olduqda və qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər" qrafasında və nəqliyyat vasitəsinin uçot kartoçkasında müvafiq yazılar aparılır. 1-ci və 2-ci qrup əlillərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin və uçot kartoçkasının yuxarıda adı çəkilən qrafasında əlavə olaraq “Əlil” nişanı quraşdırılmasına icazə verilir” ifadəsi yazılır. Sosialtəminat orqanları tərəfindən əl ilə idarə edilən nəqliyyat vasitəsi verildikdə, onun mülkiyyətçisi və təlimata 8 nömrəli əlavədə göstərilən formada arayış təqdim edir. 2.16cı bəndinə əsasən hüquq-mühafizə, o cümlədən məhkəmə, istintaq, digər dövlət orqanları tərəfindən nəqliyyat vasitəsinə mülkiyyət hüququnun dəyişdirilməsi üzrə qoyulmuş müvəqqəti qabağa və məhdudiyyətlərin uçotu müvafiq jurnalda və kompüter bazasında aparılır və uçot kartoçkasında məhdudiyyətin səbəbi göstərilir. Nəqliyyat vasitəsi “Əsasnamə”nin 5.1-ci bəndinin 1-ci hissəsində göstərilən hallarda Azərbaycan Respublikası ərazisindən kənara aparılmamaq şərti ilə uçotdan çıxarıldıqda, yuxarıda göstərilən məhdudiyyətlərin məzmunu barədə qeydiyyat şəhadətnaməsində müvafiq məlumatlar göstərilir. Həmin məlumatların dəyişdirilməsi müvəqqəti qadağa və məhdudiyyət qoymuş müvafiq orqanların sənədləri əsasında həyata keçirilir. Bundan başqa bildirilir ki, 1985-ci il tarixli buraxılış ili olan **-BN-*** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka və modelli nəqliyyat vasitəsi 2024-2025-ci tarixlərinə texniki baxışdan keçmiş və icbari sığorta olunmuşdur. Hazırda iddiaçı mülkiyyətində olan 1985-ci il tarixli buraxılış ili olan **-BN-*** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka və modelli nəqliyyat vasitəsini iradəsinə zidd olaraq özgəninkiləşdirə bilmir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X8-İmtahan və X9 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən işə cavabdeh X8-İmtahan və X9 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Cavabdeh X5-İmtahan və X13 Şirvan şəhərində yerləşir. İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı nünmayəndəsi əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mümkündür. Faktiki hallar və sübutlar: AD seriyalı 222364 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BN-*** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka model Özüboşaldan, buraxılış ili 1985-ci-ci il tarixli, 80659 D 243 mühərrik nömrəli, ******* şassi nömrəsi, mavi rəngli Yük maşını İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintyaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-8/2-11183/2025 nömrəli məktubunun surətindən görünür ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə “ZİL MMZ 554” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı olaraq araşdırma materialı daxil olmayıb və şöbə tərəfindən qeyd edilən nəqliyyat vasitəsi ilə əlaqəli olan hər hansı bir araşdırma aparılmayıbdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16-3/2-4986/2025 nömrəli məktubundan görünür ki, İddiaçı adına "ZİL MMZ-554 yük" mrakalı, **-BN-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi 2434355, mühərrik 80659 D-243, buraxılış ili 1985 maksimal kütlə 10850, yüksüz kütlə 5125, qeydiyyat şəhadətnaməsi AD222364 saylı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən-ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü vətəndaş İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-5/2-14773/2025 nömrəli məktubundan görünür ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə “ZİL MMZ 554” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı olaraq araşdırma materialı daxil olmayıb və şöbə tərəfindən qeyd edilən nəqliyyat vasitəsi ilə əlaqəli olan hər hansı bir araşdırma aparılmayıbdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar. ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən icraat aparılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən icraat aparılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Beləliklə iş materialları ilə müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan, 1985-ci il buraxılışlı **-BN-*** qeydiyyat nişanlı ZİL MMZ 554 nəqliyyat vasitəsi etibarnamə əsasında X1 verilmişdir. Sərəncam verən şəxs nəqliyyat vasitəsini ğzgəninkiləşdirmək üçün Şirvan şəhər 4 saylı qeydiyyat-imtahan və X10 müraciət edib. Cavabdeh orqan isə texniki müayinə aktında “şassi və mühərrik nömrəsinin oxunmaması/olmaması” əsasına istinad edərək özgəninkiləşdirmədən imtina etmişdir. Belə ki, 1985-ci il tarixli buraxılış ili olan **-BN-*** qeydi nəqliyyat vasitəsinin şassi və mühərrikinin nömrəsiz olması iddiaçının iradəsindən asılı olmamış, iddiaçı vicdanlı alıcı kimi qeyd olunan qüsurdan xəbərsiz olaraq avtonəqliyyat vasitəsini mülkiyyətinə keçirməyə çalışmışdır. İş materiallarında olan məhkəmə sorğusu əsasında təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintyaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-8/2-11183/2025 nömrəli məktubunun surətindən görünür ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə “ZİL MMZ 554” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı olaraq araşdırma materialı daxil olmayıb və şöbə tərəfindən qeyd edilən nəqliyyat vasitəsi ilə əlaqəli olan hər hansı bir araşdırma aparılmayıbdır. İş materiallarında olan məhkəmə sorğusu əsasında təqdim edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-5/2-14773/2025 nömrəli məktubundan görünür ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə “ZİL MMZ 554” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı olaraq araşdırma materialı daxil olmayıb və şöbə tərəfindən qeyd edilən nəqliyyat vasitəsi ilə əlaqəli olan hər hansı bir araşdırma aparılmayıbdır. Məhkəmə qeyd edir ki, inzibati orqan iddiaçının müraciəti əsasında aparmış olduğu inzibati icraatı namatamam həyata keçirilmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, iddiaçının müraciəti ilə bağlı qərar qəbul edilməsi məsələsinə baxarkən cavabdeh buna dair icraatla bağlı tələblərə riayət etmək öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, icraatla bağlı tələblərə riayət etmək imkanı tam itirilməmişdir. Belə olan halda, məsələyə icraatla bağlı tələblərə riayət edilməklə inzibati orqanda baxılması imkanı tükətilmədiyi üçün iddia qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının buraxılış ili 1985-ci il olan **-BN-*** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka və modelli nəqliyyat vasitəsinin şassi və mühərrikinin təkrar qeydiyyatının aparılması tələbinə dair müraciətinə inzibati icraatla bağlı tələblərə riayət etməklə baxılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, iddiaçının müraciəti ilə bağlı ərizəsinə baxarkən cavabdeh buna dair icraatla bağlı tələblərə riayət etmək öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, icraatla bağlı tələblərə riayət etmək imkanı tam itirilməmişdir. Belə olan halda, məsələyə icraatla bağlı tələblərə riayət edilməklə inzibati orqanda baxılması imkanı tükənmədiyi üçün iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla buraxılış ili 1985-ci il olan **-BN-*** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka və modelli nəqliyyat vasitəsinin şassi və mühərrikinin təkrar qeydiyyatının aparılmasına dair müraciətinə yenidən baxılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı cavabdeh X5-İmtahan və X6rşı “Buraxılış ili 1985-ci il olan, **-BN-*** qeydiyyat nişanlı, ZİL MMZ 554 YÜK marka və modelli nəqliyyat vasitəsinin şassi və mühərrikinin təkrar qeydiyyatının aparılması barədə müraciətinə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh X5-İmtahan və X9 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan (iddiaçı istisna olmaqla) şikayət verilə bilməz. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2871/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2871/2025
10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver