Məhkəmə qərarları › İş №2-1(120)-288/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-288/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-288/2022 26.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “02.05.2019-cu il tarixli, **********660700 saylı bildirişin, 13.11.2020-ci il tarixli, **********27700 saylı qərarın, 23.09.2020-ci il tarixli, **********435000 saylı qərarın, 13.11.2020-ci il tarixli, **********9500 saylı qərarın, 13.11.2020-ci il tarixli, **********6600 saylı qərarın, 08.07.2021-ci il tarixli, **********829500 saylı qərarın, 12.07.2021-ci il tarixli, **********676100 saylı qərarın, 12.07.2021-ci il tarixli, **********677800 saylı qərarın, 12.07.2021-ci il tarixli, **********681300 saylı qərarın, 30.07.2021-ci il tarixli, **********6900 saylı bildirişin ləğv edilməsi və onlara əsasən hesablanmış cəmi 25.982,31 manat vergi borcunun şəxsi hesabdan silinməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “02.05.2019-cu il tarixli, **********660700 saylı bildirişin, 13.11.2020-ci il tarixli, **********27700 saylı qərarın, 23.09.2020-ci il tarixli, **********435000 saylı qərarın, 13.11.2020-ci il tarixli, **********9500 saylı qərarın, 13.11.2020-ci il tarixli, **********6600 saylı qərarın, 08.07.2021-ci il tarixli, **********829500 saylı qərarın, 12.07.2021-ci il tarixli, **********676100 saylı qərarın, 12.07.2021-ci il tarixli, **********677800 saylı qərarın, 12.07.2021-ci il tarixli, **********681300 saylı qərarın, 30.07.2021-ci il tarixli, **********6900 saylı bildirişin ləğv edilməsi və onlara əsasən hesablanmış cəmi 25.982,31 manat vergi borcunun şəxsi hesabdan silinməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi 26.01.2022-ci il tarixə saat 15:00-a məhkəməyə dəvət edilmişlər. Məhkəmənin 11.11.2021-ci il tarixə saat 14:30-a və 26.01.2022-ci il tarixə saat 15:00-a təyin edilmiş iclasları barədə bildiriş məktubları göndərilərək İddiaçı həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. Lakin bildiriş məktubunun poçt xəbərnaməsinə 22.09.2021-ci il tarixdə və 30.11.2021-ci il tarixdə imza edərək qəbul edilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. O cümlədən məhkəmə iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianın geri götürülmüş sayılmasına etiraz etmədiyini bildirdi. Bundan başqa məhkəmə tərəfindən iddiaçıya iddianın mümkünlük məsələsinin müzakirəsi ilə bağlı yazılı qaydada məktublarla hüquqi yardım olunmasına baxmayaraq, iddiaçı tərəfindən hüquqi yardım məktublarına da münasibət bildirilməmişdir. Hansı ki, iddianın mümkünlük məsələsinin müzakirəsi və işin mahiyyəti üzrə həll edilməsi üçün iddiaçının iştirakı və dinlənilməsi, o cümlədən məhkəmənin hüquqi yardım məktubu üzrə tövsiyyələrinin yerinə yetirilməsi zəruridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinə əsasən məhkəmə qərara aldı:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “02.05.2019-cu il tarixli, **********660700 saylı bildirişin, 13.11.2020-ci il tarixli, **********27700 saylı qərarın, 23.09.2020-ci il tarixli, **********435000 saylı qərarın, 13.11.2020-ci il tarixli, **********9500 saylı qərarın, 13.11.2020-ci il tarixli, **********6600 saylı qərarın, 08.07.2021-ci il tarixli, **********829500 saylı qərarın, 12.07.2021-ci il tarixli, **********676100 saylı qərarın, 12.07.2021-ci il tarixli, **********677800 saylı qərarın, 12.07.2021-ci il tarixli, **********681300 saylı qərarın, 30.07.2021-ci il tarixli, **********6900 saylı bildirişin ləğv edilməsi və onlara əsasən hesablanmış cəmi 25.982,31 manat vergi borcunun şəxsi hesabdan silinməsi” tələbinə dair iddiası geri götürülmüş hesab edilsin.

2. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun.

3. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar