Məhkəmə qərarları › İş №2-1(120)-288/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-288/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-288/2023 04.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, Salyan rayonu, Yolüstü kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1963-cü il tarixdə doğulmuş, 01 sentyabr 1979-cu il tarixdən 05 may 1981-ci il tarixinədək (1 il 8 ay 4 gün) Bakı şəhəri 22 №-li şəhər texniki peşə məktəbində təhsil almış, 05 may 1981-ci il tarixdən 28 may 1983-cü il tarixinədək (2 il 25 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 01 sentyabr 1983-cü il tarixdən 05 iyul 1988-ci il tarixinədək (4 il 10 ay 4 gün) "xxxx" İB-nin Əli-Bayramlı İdarəsində elektrik qaynaqçısı peşəsində, 01 avqust 1988-ci il tarixdən 03 aprel 1989-cu il tarixinədək (8 ay 2 gün) Əli-Bayramlı şəhəri “Azqaztəmirtikinti” trestinin 3 nömrəli təmir-tikinti idarəsində elektrik qaynaqçısı peşəsində, 03 aprel 1989-cu il tarixdən 05 oktyabr 1992-ci il tarixinədək (3 il 3 ay 2 gün) Əli-Bayramlı Yeni Azərbaycan QRES-də elektrik qaynaqçısı peşəsində, 05 oktyabr 1992-ci il tarixindən 01 iyun 1993-cü il tarixinədək (7 ay 26 gün) "xxxx" AC-də elektrik qaynaqçısı peşəsində, 02 iyun 1993-cü il tarixindən 29 aprel 1994-cü il tarixinədək (10 ay 27 gün) Əli-Bayramlı BTS-də elektrik qaynaqçısı peşəsində, 01 aprel 1994cü il tarixdən 09 sentyabr 1994-cü il tarixinədək (5 ay 8 gün) Salyan rayonu THTTS-də elektrik qaynaqçısı peşəsində, 12 sentyabr 1994-cü il tarixindən 19 oktyabr 1995-ci il tarixinədək (1 il 1 ay 7 gün) X10 İdarəsində elektrik qaynaqçısı peşəsində, 19 oktyabr 1995-ci il tarixindən 31 dekabr 1995-ci il tarixinədək (2 ay 12 gün) “Xüsusienerjitəmirquraşdırma” AC-də elektrik qaynaqçısı peşəsində, 02 yanvar 1996-cı il tarixindən 28 fevral 1997-ci il tarixinədək (1 il 1 ay 26 gün) "xxxx" QSC-də elektrik qaynaqçısı peşəsində, 04 mart 1997-ci il tarixindən 02 ayqust 1999-cu il tarixinədək (2 il 4 ay 28 gün) "xxxx" Azərbaycan-Rusiya energetika birgə müəssisəsinin Əli-Bayramlı filialında elektrik qaynaqçısı peşəsində, 05 avqust 1999-cu il tarixindən 15 may 2002-ci il tarixinədək (2 il 9 ay 10 gün) Sumqayıt mexaniki yığma və boru əymə sexinin Əli-Bayramlı sahəsində elektrik qaynaqçısı peşəsində, 16 may 2002-ci il tarixindən 25 oktyabr 2002-ci il tarixinədək (5 ay 5 gün) "xxxx" ASC-də elektrik qaynaqçısı peşəsində, 05 avqust 2003-cü il tarixindən 01 yanvar 2006-cı il tarixinədək (2 il 4 ay 26 gün) “AzFen” birgə müəssisəsində elektrik qaynaqçısı peşəsində ,01 yanvar 2006-cı il tarixindən 16 mart 2009-cu il tarixinədək “AzFen” birgə müəssisəsində elektrik qaynaqçısı peşəsində, 01 dekabr 2009-cu il tarixindən 01 oktyabr 2012-ci il tarixinədək "xxxx" ASC-də elektrik qaynaqçısı peşəsində, 01 may 2014-cü il tarixində 30 dekabr 2014-cü il tarixinədək “Sinerji” X4 Taaluit Sanayi ve Ticaret anonim şirkətinin Azərbaycan Respublikasındaki filialında elektrik qaynaqçısı peşəsində, 16 aprel 2015-ci il tarixindən 10 may 2017-ci il tarixinədək “AzFen” BMdə elektrik qaynaqçısı peşəsində, 01 oktyabr 2018-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək "xxxx" MMC-də qaynaqçı peşəsində, 01 mart 2019-cu il tarixindən 18 iyun 2019cu il tarixinədək isə “X14" MMC-də qaynaqçı peşəsində işləmişdir. Çalışdığı bütün peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə üzrə kod:23200000-19906 kodla qeyd olunmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdir. Beləliklə, 01 yanvar 2006-cı il tarixinə kimi ümumi iş stajı 25 il 5 ay 12 (25 ildən artıq) gün təşkil etmiş, həmin staj illərindən 19 il 1 ay 25 gün müddətini 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər- 57 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2021 -ci il tarixli **********7 nömrəli cavab məktubunda xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək dövr ərzində işlədiyini təsdiq edən sənədlərin təqdim edildiyi təqdirdə yenidən baxılacağı qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixədək olan 22 il 9 ay 4 gün sosial sığorta stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksl&şdirilərək 18507,45 manat müəyyən edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 38832,75 manat pensiya kapitalı qeydə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı V.F.X5 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan aydın olur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən azdır. (22 il 9 ay 4 gün) İddiaçının iş stajı 15 il 11 ay 12 gün (xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2002xx.xx.2002-ci tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, Salyan rayonu, Yolüstü kəndində qeydiyyatdadır. İşdə olan H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, 5633 nömrəli Attestatın surətindən görünür ki, İddiaçı Azərbaycan SSR Bakı 22 nömrəli şəhər texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək elektrik qaynaqçı peşəsi üzrə bitirmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-l əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2019-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası rıaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və acır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın ı^rumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin -anunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək əraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığoıta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa .orə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə . u Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD ömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 7 sentyabr 1983-cü il tarixli ИİT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan X8ndə işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı adıçəkilən müəssisənin xx.xx.1994-cü il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Buna görə də yuxarıda qeyd olunan dövrü adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün olmadığından onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (22 il 10 ay 8 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1988-ci il, 01,08.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1992- xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1997- ci il, xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən edilmişdir. Bu səbəbdən də adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ məsələsinə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən onun 60 yaşı tamam olduqdan sonra baxıla bilər. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********901000 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin hüquqi ünvanı ünvan 1ni təmsilçisi X6r. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-34/2-418/01-3/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsi 23 iyul 1997-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür:

1. xx.xx.2006-cı il tarixədək ümumi iş stajının toplanmaması;

2. İddiaçının xx.xx.1997-xx.xx.1999-cu il tarixlərdə işlədiyi Azərbaycan-Rusiya "xxxx" Birgə müəssisəsinin xx.xx.1994-cü il tarixdən sonra fəaliyyət göstərməməsi səbəbindən həmin dövrlərin mübahisəli olması. Məhkəmə hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılmasına keçməzdən əvvəl, ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı zəruri şərtlərin ödənilməli olmasına qiymət verir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan içox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - 01 sentyabr 1979-cu il tarixdən 05 may 1981-ci il tarixinədək Bakı şəhəri 22 №-li şəhər texniki peşə məktəbində təhsil almış, 05 may 1981-ci il tarixdən 28 may 1983-cü il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 01 sentyabr 1983-cü il tarixdən 01 mart 2019-cu il tarixədək müxtəlif peşələrdə çalışmışdır. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 57 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2020-ci il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının güzəştli iş stajı cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan imtina məktubunda iddiaçının işlədiyi xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az olduğunu bildirmişdir. (22 il 9 ay 4 gün) İddiaçının iş stajı 15 il 11 ay 12 gün (xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1999xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci tarixləri arasındakı dövrlər) təşkil etdiyini bildirmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan X8ndə işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı adıçəkilən müəssisənin xx.xx.1994-cü il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Məhkəmə bildirir ki,“Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinin tələbləri rəhbər tutaraq hərbi və əmək kitabçasında olan müddət nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən çox olması müəyyən olunur. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Çünki, məhkəmə cavabdeh inzibati orqanın Azərbaycan-Rusiya "xxxx" Birgə müəssisəsinin xx.xx.1994-cü il tarixdən sonra fəaliyyət göstərməməsi səbəbindən mübahisəli dövr kimi hesab etdiyi iddiaçının işlədiyi xx.xx.1997-xx.xx.1999-cu il dövrü ilə bağlı tam araşdırma apararaq sorğu cavabları nəticəsində aşağıda qeyd edilən halları müəyyən etmişdir: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********901000 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin hüquqi ünvanı ünvan 1ni təmsilçisi X6r. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən müəssisə ilə bağlı 21 vərəqdən ibarət təsis sənədləri, nizamnamə və digər sənədlər məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-34/2-418/01-3/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsi 23 iyul 1997-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır. - "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 01-VƏ/94 nömrəli məktubu vasitəsilə Arxiv bölməsində əslləri olan Kadrlar şöbəsinin İddiaçı məxsus 2 ədəd şəxsi vərəqəsi məhkəməyə təqdim edilmiş və həmin vərəqələr əsasında iddiaçının qeyd edilən dövrlərdə Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işlədiyi öz təsdiqini tapmışdır. ("xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" və "xxxx" Azərbaycan-X8 ilə eyni istehsalat profili üzrə ixtisaslaşdırılmışdır) - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-58600/2023 nömrəli məktubuna əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin 1999-cu il üzrə məcburi dövlət sosial sığorta borcu olduğu, eləcə də tərəfindən 37.3 manat ödənişin edildiyi müəyyən edilmişdir. Yuxarıda şərh olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə, məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının təsdiq olunan iş dövrü onun sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işləməsi ilə bağlı dövrdə müəssisənin fəaliyəti ilə bağlı qeydlərin tam olmaması onun iradə ifadəsindən asılı olan hal deyil və onun ziyanına şərh olunmamalıdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Belə ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2019-cu il tarixədək elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXXİİİ. Ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-19906)” peşələrinə uyğundur. - Həmçinin, iddiaçının işlədiyi elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci (Ümumi peşələr) bölməsində öz əksini tapan “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşələrinə uyğundur. Məhkəmə qeyd edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İddiaçının xx.xx.2006-cı il tarixə 15 il 11 ay 12 gün güzəştli iş stajı olmuşdur ki, qeyd edilən dövr inzibati orqan tərəfindən mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı iddiaçı X3 məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Beləliklə, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar