Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2881/2024 11.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiа tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü ildə anadan olmuş, xx.xx.1982ci ildən Əli Bayramlı (indiki Şirvan) Cihazlar zavodunda tornaçı kimi əmək fəaliyyətinə başlamış, 1983-1985-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1986-cı ildən Əli Bayramlı “Cihazlar” zavodunda cilalayıcı peşəsində əmək fəaliyyətini davam etdirmiş, xx.xx.2007-ci il tarixdən Telemexanika zavodda pardaqçı peşəsinə keçirilmiş, halhazıradək həmin peşədə işləyir. Bütün əmək stajı əmək kitabçasında öz əksini tapmışdır. İşlədiyi peşələrdən pardaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 03 sentyabr 2023-cü ildə 60 yaşı tamam olmuşdur. Cavabdeh təşkilata müraciət edərək hüququnun yarandığı vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış məktubda güzəştli sığorta stajının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Lakin cavabdeh təşkilata tərəfindən təyin edilmiş xx.xx.2023-cü il tarixli “Arayış-açılış”da onun işlədiyi pardaqçı peşəsinin əsas xüsusiyyətləri açıqlanmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciət etmiş, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı işlədiyi pardaqlayıcı vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan metal məlumatların pardaqlanması sahəsinə aid edilmədiyindən güzəştli iş stajı mövcud deyildir. Qeyd olunan səbəblərdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. iş üzrə icraat materiallarına əlavə edlmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 19 dekabr 2023-cü il tarixli 100/02/-798 nömrəli arayışında xx.xx.2007-xx.xx.2023cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin mexaniki emal və alət sexində pardaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda pardaqçı vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələr, onların təhlükəsizlik sinifi, həmin sinfin hansı sənədlər əsasında müəyyən edilməsi barəsində hər hansı məlumat göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.14) fəhlələr yarımbəndində (a) 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlardan pardaqlayıcılar vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan vəzifə, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 482/2024 nömrəli qərarında oxşar olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışım təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1 (102)-1410/2021, 2-1(102)-131/2022, 2-1(102)- 1399/2023 №-li işlər üzrə qərarlar). Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçı “03 sentyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasında izahat verərək qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə qarşı qeyd etdiklərini etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan xx.xx.1983-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1983-xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 100/02-798 nömrəli arayış-açılışından görünür ki, İddiaçı (FİN-xxxxxxx) həqiqətən Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (Qeyd: Əli Bayramlı şəhər “Cihazlar” zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 1181 nömrəli 16 dekabr 2005-ci il tarixli Fərmanına əsasən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilmiş, onun yerində Müdafiə Sənayesi Nazirliyi yaranmışdır. Bundan sonra həmin tarixdən Əli Bayramlı şəhər “Cihazlar” zavodunun adı dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş və Müdafiə Sənayesi Nazirliyinin balansına verilmişdir) Alətlər sexinə 432K saylı 26.081982-ci il tarixli əmrlə 4-cü dərəcəli tornaçı peşəsi işinə qəbul edilmişdir. Azərbaycan SSR-nin ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən (hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq) xx.xx.1983-cü il tarixli 164 saylı əmrlə işdən azad edilmişdir. Hərbi xidməti başa vurduqdan sonra işçi İddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunun Alətlər sexində xx.xx.1986-cı il tarixli 59 saylı əmrlə 4-cü dərəcəli cilalayıcı peşəsinə işə başlamışdır. xx.xx.1995-ci il tarixli 50 saylı əmrlə 5-ci dərəcəli cilalayıcı peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.2005-ci il tarixli 134 K saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Dadaşov X2 Sənayesi Nazirliyinin “Telemexanika zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mexaniki emal və alətlər sexinə xx.xx.2007-ci il tarixli 115 K saylı əmrlə 4-cü dərəcəli pardaqçı peşəsinə qəbul edilmişdir. xx.xx.2010-cu ildə 45 saylı əmrlə 5-ci dərəcəli, xx.xx.2015-ci il tarixli 349 saylı əmrlə 6-cı dərəcəli pardaqçı peşəsinə keçirilmişdir. Hal-hazırki tarixədək Mexaniki emal və alətlər sexində pardaqçı peşəsində işləyir. Azərbaycan Respublikası əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən pardaqlayıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 11.14. Metal emalının digər peşələri a) Fəhlələr. 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar işlədiyi peşə üzrə sosial sığorta iş stajı xx.xx.2007-ci ildən xx.xx.2023-cü il tarixədək 16 il 04 ay 16 gün təşkil edir. İddiaçı işlədiyi pardaqçı peşəsi üzrə güzəştli ərnək pensiyası hüququna əsas olan xüsusiyyətləri aşağıdakı kimidir: 1. Metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi və cilalanması ilə məşğul olan peşə üzrə sosial sığorta stajına malikdir. 2. Metal məmulatların və alətlərin daxili və xarici səthlərini pardaq daşlarla pardaq dəzgahlarda quru üsulla cilalayır və metal məmulatları, alətləri kəsir, yonur. Pardaq dəzgahlarda müxtəlif pardaq daşlarda metal məmulatları, alətlərin səthlərini quru üsulla emal edir. İşçi İddiaçı Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi ümumi iş stajı 37 il 03 ay təşkil edir. Bunun da 16 il 04 ayı güzəştli iş stajı hesab olunur. Arayışda olan məlumatlar işçinin Əmək kitabçasına və şəxsi işlərinə istinadən qeyd edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-D-25924/2024 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.14) fəhlələr yarımbəndində (a) 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin 19 dekabr 2023-cü il tarixli 100/02/-798 nömrəli arayışında xx.xx.2007-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin mexaniki emal və alət sexində pardaqçı vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügenən arayışda pardaqçı vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi, həmin sinfin hansı sənədlər əsasında müəyyən edilməsi barəsində hər hansı məlumat göstərilməyib. Buna görə də, güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan “Azərsilah X6” QSC "xxxx" X3 MMC “Telemexanika” zavodunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 100/02-345 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (Qeyd: Əli Bayramlı şəhər “Cihazlar” zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 1181 nömrəli 16 dekabr 2005-ci il tarixli Fərmanına əsasən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilmiş, onun yerində Müdafiə Sənayesi Nazirliyi yaranmışdır. Bundan sonra həmin tarixdən Əli Bayramlı şəhər “Cihazlar” zavodunun adı dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş və Müdafiə Sənayesi Nazirliyinin balansına verilmişdir) Alətlər sexinə 432K saylı xx.xx.1982-ci il tarixli əmrlə 4-cü dərəcəli tornaçı peşəsi işinə qəbul edilmişdir. Azərbaycan SSR-nin ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən (hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq) xx.xx.1983-cü il tarixli 164 saylı əmrlə işdən azad edilmişdir. Hərbi xidməti başa vurduqdan sonra işçi İddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunun Alətlər sexində xx.xx.1986-cı il tarixli 59 saylı əmrlə 4-cü dərəcəli cilalayıcı peşəsinə işə başlamışdır. xx.xx.1995-ci il tarixli 50 saylı əmrlə 5-ci dərəcəli cilalayıcı peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.2005- ci il tarixli 134 K saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Dadaşov X2 Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mexaniki emal və alətlər sexinə xx.xx.2007-ci il tarixli 115 K saylı əmrlə 4-cü dərəcəli pardaqçı peşəsinə qəbul edilmişdir. xx.xx.2010-cu ildə 45 saylı əmrlə 5-ci dərəcəli, xx.xx.2015-ci il tarixli 349 saylı əmrlə 6-cı dərəcəli pardaqçı peşəsinə keçirilmişdir. Hal-hazırki tarixədək Mexaniki emal və alətlər sexində pardaqçı peşəsində işləyir. Azərbaycan Respublikası əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən pardaqlayıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 11.14. Metal emalının digər peşələri a) Fəhlələr. 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar işlədiyi peşə üzrə sosial sığorta iş stajı xx.xx.2007-ci ildən xx.xx.2023-cü il tarixədək 17 il 01 ay təşkil edir. İddiaçı işlədiyi pardaqçı peşəsi üzrə güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri aşağıdakı kimidir: 1. Metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi və cilalanması ilə məşğul olan peşə üzrə sosial sığorta stajına malikdir. 2. Metal məmulatların və alətlərin daxili və xarici səthlərini pardaq daşlarla pardaq dəzgahlarda quru üsulla cilalayır və metal məmulatları, alətləri kəsir, yonur. Pardaq dəzgahlarda müxtəlif pardaq daşlarda metal məmulatları, alətlərin səthlərini quru üsulla emal edir. İşçi İddiaçı Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi ümumi iş stajı 38 il 16 gün təşkil edir. Bunun da 17 il 01 ayı güzəştli iş stajı hesab olunur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-145245/24 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 40 il 4 ay 20 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 1 ay 20 gün əmək stajı (xx.xx.1983xx.xx.1985-ci il (hərbi xidmət dövrü), xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 3 ay) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Əlavə olaraq bildiririk ki, adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23315,03 manat təşkil edir. Həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı 43275,70 manat qeydə alınmışdır. İşdə olan “Azərsilah X6” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X3 Telemexanika İdarəetmə şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 100/02-584 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (hal-hazırda “Azərsilah” X6” QSC "xxxx" EİM-nin Telemexanika İdarəetmə şöbəsi) Alətlər sexinə 432K saylı xx.xx.1982-ci il tarixli əmrlə 4-cü dərəcəli tornaçı peşəsi işinə qəbul edilmişdir. Azərbaycan SSR-nin ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən (hərbi xidmətə çağırılması ilə əlaqədar) xx.xx.1983-cü il tarixli 164 saylı əmrlə işdən azad edilmişdir. Hərbi xidməti başa vurduqdan sonra işçi İddiaçı yenidən Əli Bayramlı şəhər “Cihazlar” zavodunun Alətlər sexində xx.xx.1986-cı il tarixli 59 saylı əmrlə 4-cü dərəcəli cilalayıcı peşəsinə işə başlamışdır. xx.xx.1995-ci il tarixli 50 saylı əmrlə 5-ci dərəcəli cilalayıcı peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.2005-ci il tarixli 134 K saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı yenidən xx.xx.2007-ci il tarixdə 115 K saylı əmrə əsasən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mexaniki emal və alətlər sexinə 4-cü dərəcəli pardaqçı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2010-cu ildə 45 saylı əmrlə 5-ci dərəcəli, xx.xx.2015-ci il tarixli 349 saylı əmrlə 6-cı dərəcəli pardaqçı peşəsinə keçirilmişdir. Hal-hazırda Mexaniki emal və alətlər sexində 6-cı dərəcəli pardaqçı peşəsində çalışır. İddiaçı Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi ümumi iş stajı 38 il təşkil edir. Bunun da 17 il 06 ayı güzəştli iş stajı hesab olunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 11.14-cü bölməsində qeyd edilən - “zərərli maddələri tətbiq etməklə, metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlavıcılar” işlər ilə məşğul olan fəhlələr kateqoriyasına aid olduğu üçün onun müəssisədə topladığı ümumi əmək stajının 17 il 06 ayı güzəştli əmək pensiyası hüququ verən stajıdır. İddiaçı peşə (vəzifə) təlimatına uyğun icra etdiyi funksional vəzifələri - zərərli maddələri tətbiq etməklə metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi və cilalanması; metal məmulatların və alətlərin daxili və xarici səthlərini pardaq daşlarla pardaq dəzgahlarda quru üsulla cilalanması; metal məmulatların, alətlərin kəsilməsi və yonulması; pardaq dəzgahlarda müxtəlif pardaq daşlarda metal məmulatların, alətlərin səthlərinin quru üsulla emal edilməsindən (və sairə) ibarətdir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sivahısı”nda nəzərdə tutulan peşələrin, vəzifələrin kod nömrələri müəyyən edilməmiş, sadəcə olaraq bölmələrin sıra sayı göstərilmişdir. Buna görə də İddiaçı barədə tərtib edilən arayışda siyahının 11,14-cü bölməsində nəzərdə tutulan gördüyü islər qeyd edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:
1. Güzəştli iş stajının toplanmaması; Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun 12 il 6 ay güzəştli iş stajının olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh ounan normaların tələblərinə əsasən iddiaçının ümumi və güzəştli stajına münasibət bildirilməsi zəruri hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının 60 yaşınadək ümumi iş stajının nə qədər olması əmək kitabçasında olan qeydlər əsasında müəyyən edilir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-145245/24 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 40 il 4 ay 20 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 1 ay 20 gün əmək stajı (xx.xx.1983xx.xx.1985-ci il (hərbi xidmət dövrü), xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 3 ay) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Əlavə olaraq bildiririk ki, adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23315,03 manat təşkil edir. Həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı 43275,70 manat qeydə alınmışdır. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2023cü il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi 12 il 6 ay güzəştli iş stajının olmadığını bildirmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-D-25924/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1 -ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.14) fəhlələr yarımbəndində (a) 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin 19 dekabr 2023-cü il tarixli 100/02/-798 nömrəli arayışında xx.xx.2007-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin mexaniki emal və alət sexində pardaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügenən arayışda pardaqçı vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi, həmin sinfin hansı sənədlər əsasında müəyyən edilməsi barəsində hər hansı məlumat göstərilməmişdir. Buna görə də, güzəştli iş stajını müəyyən etmək mümkün olmadığını bildirilmişdir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh imtinasında qeyd edir ki, iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin 19 dekabr 2023-cü il tarixli 100/02/-798 nömrəli arayışında xx.xx.2007-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin mexaniki emal və alət sexində pardaqçı vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügenən arayışda pardaqçı vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi, həmin sinfin hansı sənədlər əsasında müəyyən edilməsi barəsində hər hansı məlumat göstərilməyib. Buna görə də, güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sorğu nəticəsində məhkəməyə ünvanlanan “Azərsilah X6” QSC "xxxx" X3 MMC “Telemexanika” zavodunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 100/02-345 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (Qeyd: Əli Bayramlı şəhər “Cihazlar” zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 1181 nömrəli 16 dekabr 2005-ci il tarixli Fərmanına əsasən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilmiş, onun yerində Müdafiə Sənayesi Nazirliyi yaranmışdır. Bundan sonra həmin tarixdən Əli Bayramlı şəhər “Cihazlar” zavodunun adı dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş və Müdafiə Sənayesi Nazirliyinin balansına verilmişdir) Alətlər sexinə 432K saylı xx.xx.1982-ci il tarixli əmrlə 4-cü dərəcəli tornaçı peşəsi işinə qəbul edilmişdir. Azərbaycan SSR-nin ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən (hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq) xx.xx.1983-cü il tarixli 164 saylı əmrlə işdən azad edilmişdir. Hərbi xidməti başa vurduqdan sonra işçi İddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunun Alətlər sexində xx.xx.1986-cı il tarixli 59 saylı əmrlə 4-cü dərəcəli cilalayıcı peşəsinə işə başlamışdır. xx.xx.1995-ci il tarixli 50 saylı əmrlə 5-ci dərəcəli cilalayıcı peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.2005- ci il tarixli 134 K saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Dadaşov X2 Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mexaniki emal və alətlər sexinə xx.xx.2007-ci il tarixli 115 K saylı əmrlə 4-cü dərəcəli pardaqçı peşəsinə qəbul edilmişdir. xx.xx.2010-cu ildə 45 saylı əmrlə 5-ci dərəcəli, xx.xx.2015-ci il tarixli 349 saylı əmrlə 6-cı dərəcəli pardaqçı peşəsinə keçirilmişdir. Hal-hazırki tarixədək Mexaniki emal və alətlər sexində pardaqçı peşəsində işləyir. Azərbaycan Respublikası əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən pardaqlayıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 11.14. Metal emalının digər peşələri a) Fəhlələr. 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar işlədiyi peşə üzrə sosial sığorta iş stajı xx.xx.2007-ci ildən xx.xx.2023-cü il tarixədək 17 il 01 ay təşkil edir. İddiaçı işlədiyi pardaqçı peşəsi üzrə güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri aşağıdakı kimidir: 1. Metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi və cilalanması ilə məşğul olan peşə üzrə sosial sığorta stajına malikdir.
2. Metal məmulatların və alətlərin daxili və xarici səthlərini pardaq daşlarla pardaq dəzgahlarda quru üsulla cilalayır və metal məmulatları, alətləri kəsir, yonur. Pardaq dəzgahlarda müxtəlif pardaq daşlarda metal məmulatları, alətlərin səthlərini quru üsulla emal edir. İşçi İddiaçı Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi ümumi iş stajı 38 il 16 gün təşkil edir. Bunun da 17 il 01 ayı güzəştli iş stajı hesab olunur. -“Azərsilah X6” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X3 Telemexanika İdarəetmə şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 100/02-584 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (hal-hazırda “Azərsilah” X6” QSC "xxxx" EİM-nin Telemexanika İdarəetmə şöbəsi) Alətlər sexinə 432K saylı xx.xx.1982-ci il tarixli əmrlə 4-cü dərəcəli tornaçı peşəsi işinə qəbul edilmişdir. Azərbaycan SSR-nin ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən (hərbi xidmətə çağırılması ilə əlaqədar) xx.xx.1983-cü il tarixli 164 saylı əmrlə işdən azad edilmişdir. Hərbi xidməti başa vurduqdan sonra işçi İddiaçı yenidən Əli Bayramlı şəhər “Cihazlar” zavodunun Alətlər sexində xx.xx.1986-cı il tarixli 59 saylı əmrlə 4-cü dərəcəli cilalayıcı peşəsinə işə başlamışdır. xx.xx.1995-ci il tarixli 50 saylı əmrlə 5-ci dərəcəli cilalayıcı peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.2005-ci il tarixli 134 K saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı yenidən xx.xx.2007-ci il tarixdə 115 K saylı əmrə əsasən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mexaniki emal və alətlər sexinə 4-cü dərəcəli pardaqçı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2010-cu ildə 45 saylı əmrlə 5-ci dərəcəli, xx.xx.2015-ci il tarixli 349 saylı əmrlə 6-cı dərəcəli pardaqçı peşəsinə keçirilmişdir. Hal-hazırda Mexaniki emal və alətlər sexində 6-cı dərəcəli pardaqçı peşəsində çalışır. İddiaçı Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi ümumi iş stajı 38 il təşkil edir. Bunun da 17 il 06 ayı güzəştli iş stajı hesab olunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 11.14-cü bölməsində qeyd edilən - “zərərli maddələri tətbiq etməklə, metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlavıcılar” işlər ilə məşğul olan fəhlələr kateqoriyasına aid olduğu üçün onun müəssisədə topladığı ümumi əmək stajının 17 il 06 ayı güzəştli əmək pensiyası hüququ verən stajıdır. İddiaçı peşə (vəzifə) təlimatına uyğun icra etdiyi funksional vəzifələri zərərli maddələri tətbiq etməklə metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi və cilalanması; metal məmulatların və alətlərin daxili və xarici səthlərini pardaq daşlarla pardaq dəzgahlarda quru üsulla cilalanması; metal məmulatların, alətlərin kəsilməsi və yonulması; pardaq dəzgahlarda müxtəlif pardaq daşlarda metal məmulatların, alətlərin səthlərinin quru üsulla emal edilməsindən (və sairə) ibarətdir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sivahısı”nda nəzərdə tutulan peşələrin, vəzifələrin kod nömrələri müəyyən edilməmiş, sadəcə olaraq bölmələrin sıra sayı göstərilmişdir. Buna görə də İddiaçı barədə tərtib edilən arayışda siyahının 11,14-cü bölməsində nəzərdə tutulan gördüyü islər qeyd edilmişdir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajının 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən və mübahisələndirilmədiyindən mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Beləliklə, iddiaçıya hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov