Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2882/2025 30.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********242300 nömrəli qərarın ləğv olunması və ƏDVnin bir hissəsinin qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “3.815,15 manat ƏDV məbləğinin qaytarılması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-2882/2025 saylı qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********242300 nömrəli qərarın ləğv olunması və ƏDV-nin bir hissəsinin qaytarılması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Gərmətük qəsəbə qeydiyyatında olan və yaşayan İddiaçı (FİN-xxxxxxx) 2024-cü ilin noyabr, dekabr aylarında və 2025-ci ilin yanvar ayında bir neçə dəfə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə” ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsi vasitəsilə elektron qaydada müraciət etmiş, müraciətlərinə Dövlət Vergi Xidməti tərəfindən hər dəfə ayrı bir səbəb göstərərək imtina gəlmişdir. Bununla bağlı, ilk müraciəti; 09 noyabr 2024-cü il tarixli **********15160 nömrəli müraciətində "xxxx" Mənzil tikinti Kooperativi tərəfindən adına verilmiş 01 noyabr 2024-cü il tarixli MTK-ya hər hansı borcunun olmaması barədə "xxxx", MTK tərəfindən adına verilmiş 05 noyabr 2024-cü il tarixli 080 nömrəli (ƏDV məbləğinin depozit hesabına ödənilməsinə dair) tərəfindən ƏDV-daxil ödənilən 83368 manat məbləğdən MTK tərəfindən 12717,15 manat ƏDV-məbləğinin müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilməsi və yaranmış vergi öhdəliyinin ödənilməsi haqqında arayışı, 23 noyabr 2022-ci il tarixli 0593 nömrəli Payçı müqaviləsini daxil etməklə Dövlət Vergi Xidmətinin internet vergi idarəsi vasitəsilə elektron qaydada müraciət etmişdir. X6 Xidməti tərəfindən, tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı elektron qaimə-fakturada qeyd edilən mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyini səbəb göstərərək ƏDV-nin ödənilməsindən imtina edilmişdir. Bununla bağlı, ikinci müraciəti; 20 noyabr 2024-cü il tarixli **********113000 nömrəli müraciətində "AVANT GROUP” Mənzil tikinti kooperativi tərəfindən adına verilmiş 01 noyabr 2024-cü il tarixli MTK-ya hər hansı borcunun olmaması barədə Maliyyə arayışı, MTK tərəfindən tərəfindən şəxsi kabinetinə yerləşdirilmiş və tərəfindən təsdiq edilmiş Seriya nömrəsi - YT**********41 olan (cəmi məbləğ 83368 manatın MTK tərəfindən - satılmış malın ƏDV- siz dəyəri 70650,85 manat və Vergi tutulan əməliyyatlardan ödənilmiş ƏDV məbləği 12717,15 manat Vergi orqanlarına bəyan olnması barədə) elektron qaimə, MTK tərəfindən adıma verilmiş 05 noyabr 2024-cü il tarixli 080 nömrəli (ƏDV məbləğinin depozit hesabına ödənilməsinə dair) tərəfindən ƏDV- daxil ödənilən 83368 manat məbləğdən MTK tərəfindən 12717,15 manat ƏDV-məbləğinin müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilməsi və yaranmış vergi öhdəliyinin ödənilməsi haqqında arayışı, 23 noyabr 2022-ci il tarixli 0593 nömrəli Payçı müqaviləsini daxil etməklə Dövlət Vergi Xidmətinin internet vergi idarəsi vasitəsilə elektron qaydada müraciət etmişdir. X6 Xidməti tərəfindən, tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı “elektron qaimə-fakturada qeyd edilən mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi ilə bağlı xx.xx.2024-cü il tarixli **********095900 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 iş günü müddətində uyğunsuzluq aradan qaldırılmamışdır” səbəbindən imtina edilmişdir. Halbuki, 20 noyabr 2024-cü il tarixli **********113000 nömrəli müraciətimdə sözügedən sənədi daxil etmişəm. Bununla bağlı, üçüncü müraciəti; 10 dekabr 2024-cü il tarixli **********133000 nömrəli müraciətimdə tələb olunan bütün sənədləri MTK tərəfindən şəxsi kabinetinə yerləşdirilmiş və tərəfindən təsdiq edilmiş Seriya nömrəsi - YT**********41 olan (cəmi məbləğ 83368 manatın MTK tərəfindən - satılmış malın ƏDV-siz dəyəri 70650,85 manat və Vergi tutulan əməliyyatlardan ödənilmiş ƏDV məbləği 12717,15 manat Vergi orqanlarına bəyan tərəfindən təsdiq edilmiş Seriya nömrəsi - YT**********41 olan (cəmi məbləğ 83368 manatın MTK tərəfindən - satılmış malın ƏDV-siz dəyəri 70650,85 manat və Vergi tutulan əməliyyatlardan ödənilmiş ƏDV məbləği 12717,15 manat Vergi orqanlarına bəyan olnması barədə) elektron qaimə, MTK tərəfindən adına verilmiş 1 noyabr 2024-cü il tarixli MTK-ya hər hansı borcunun olmaması barədə Maliyyə arayışı, MTK tərəfindən adıma verilmiş 05 noyabr 2024-cü il tarixli 080 nömrəli (ƏDV məbləğinin depozit hesabına ödənilməsinə dair) tərəfimdən ƏDV-daxil ödənilən 83368 manat məbləğdən MTK tərəfindən 12717,15 manat ƏDV-məbləğinin müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilməsi və yaranmış vergi öhdəliyinin ödənilməsi haqqında arayışı, 23 noyabr 2022-ci il tarixli 0593 nömrəli Payçı müqaviləsi və nağdsız qaydada tərəfimdən həyata keçirilmiş (ödənişlər barədə məlumat) ödəniş sənədlərini əlavə etməklə)) və əlavə olaraq izahat məktubunda (geniş şəkildə MTK tərəfindən onunla müqavilə (23 noyabr 2022-ci il tarixli 0593 nömrəli Payçı müqaviləsi) bağlanarkən, MTKnın əməkdaşları tərəfindən ona nağdsız qaydada ödənişlərin həyata keçirilməsi ilə bağlı təkcə bir hesab (Hesab N°/Accont No AZ19İBAZ**********72********) təqdim edildiyi (MTKtərəfindən ƏDV depozit hesabı təqdim edilməyi) və bilməyərək (məlumatsız olduğu səbəbdən) ƏDV daxil olmaqla butun ödənişləri nağdsız qaydada (ƏDV daxil olmaqla) MTK-nın təqdim etdiyi bir hesaba (83368 (səksən üç min üç yüz altmış səkkiz) manat məbləği) köçürmüşdür. Belə ki, məlumatlı olsaydı MTK-dan digər hesab nömrəsin (ƏDV depozit hesabını) tələb edər və ƏDV köçürmələrini ayrı köçürərdi. Bu halı (MTK-tərəfindən mənə ƏDV depozit hesabı təqdim edilməməsini və onun məlumatlı olamadığını) və MTK tərəfindən adına verilmiş 05 noyabr 2024-cü il tarixli 080 nömrəli, ƏDV- daxil tərəfindən ödənilən 83368 manat məbləğdən, nəticə olaraq MTK tərəfindən 12717,15 manat ƏDVməbləğinin müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilməsi və MTK tərəfindən yaranmış vergi öhdəliyinin ödənilməsi göndərmişdir. Telefon danışıqlarında, elektron müraciətlərində və ünvanladığı məktubda da vergi xidmətinin əməkdaşlarına (eyni zamanda yazdığı onlayn-izahat, sual cavabda), ƏDV-nin qaytarılması ilə bağlı müraciəti araşdırılarkən niyə təkcə “Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın) 5.1.2-ci bəndinə istinad edilir?. Qaydanın digər bəndlərinin tələbləri (niyə istinad olunmadığını) niyə nəzərə alınmadığını soruşmağa çalışmışdır. Lakin bu günə qədər bir tutarlı cavab ala bilməmişdir. Belə ki, 1) Sözügedən Qaydanın (1.2.) tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 2) Qaydanın (1.4. Bu Qaydanın) tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri- yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. (Tərəfimdən tam məbləğ nağdsız qaydada ƏDV ilə birlikdə hissə-hissə olmaqla tam məqləq ödənilmişdir).3) Qaydanın (1.6) tələbləri, yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. (Tərəfindən dəfələrlə müraciət olunmuş, lakin hər dəfə bir səbəb göstərilərək imtina verilmişdir). 4) Qaydanın (3cü bəndinin) tələbləri, 3.1. Operator:-3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDVnin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir: qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir.- (MTK tərəfindən (Dövlət Vergi Xidmətinin internet vergi idarəsində mövcud olan) şəxsi kabinetimə yerləşdirilmiş və tərəfimdən təsdiq edilmiş Seriya nömrəsi - YT**********41 olan (cəmi məbləğ 83368 manatın MTK tərəfindən - satlmış malın ƏDV-siz dəyəri 70650,85 manat və Vergi tutulan əməliyyatlardan ödənilmiş ƏDV məbləği 12717,15 manat Vergi orqanlarına bəyan olnması barədə) elektron qaimə) şəxsi kabinetimə yerləşdirilmiş və tərəfimdən təsdiq edilmişdir. Qaimədə uyğunsuzluq varsa? Vergi xidməti uyğunsuzluğun aradan qaldırılması ilə bağlı MTK-ya qarşı hər hansı bir tədbir görmüşdürmü?). 7) Qaydanın 5-ci bəndi ƏDV-nin qaytarılmasını izah edir - beləki Qaydanın (5.1) tələbləri, Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: (Tərəfimdən qeyd edilmiş müddət ərzində dəfələrlə müraciət edilmişdir, lakin Vergi xidməti tərəfindən hər dəfə imtina gəlmişdir). Qeyd: Vergi xidmət - Qaydanın (5.1.2) tələblərini (alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:) əsas gətirərək imtina edir. Lakin Qaydanın (6.1) tələblərində verilən istisnanı (6.1- Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır:) ƏDV məbləğinin satıcının bank hesabına (və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) ödənişi tam həyata keçirdiyimi və bunnla bağlı, MTK tərəfindən (Dövlət Vergi Xidmətinin internet vergi idarəsində mövcud olan) şəxsi kabinetimə yerləşdirilmiş və tərəfimdən təsdiq edilmiş Seriya nömrəsi - YT**********41 olan (cəmi məbləğ 83368 manatın MTK tərəfindən - satlmış malın ƏDV-siz dəyəri 70650,85 manat və Vergi tutulan əməliyyatlardan ödənilmiş ƏDV məbləği 12717,15 manat Vergi orqanlarına bəyan olnması barədə) mənə təqdim edilən elektron qaiməni və MTK tərəfindən mənə verilmiş, 1 noyabr 2024-cü il tarixli MTK-ya hər hansı borcumun olmaması barədə Maliyyə arayışı, MTK tərəfindən adıma verilmiş 05 noyabr 2024-cü il tarixli 080 nömrəli ((mənzil satışı həyata keçirilən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığı qeyd edilməklə) ƏDV məbləğinin depozit hesabına ödənilməsinə dair) tərəfimdən ƏDV-daxil ödənilən manat məbləğdən MTK tərəfindən 12717,15 (on iki min yeddi yüz on yeddi manat 15 qəpik) manat ƏDVməbləğinin müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilməsi və yaranmış vergi öhdəliyinin ödənilməsi haqqında arayışı nəzərə almaqla ƏDV-nin qaytarılmasına köməklik göstərilməsini xahiş edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nı və Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165-ci maddəsini (165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir). Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iİddiaçı Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********018400 nömrəli "Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi barədə” qərarın ləğv edilməsi və qaytarılmalı olan 3815,15 (üç min səkkiz yüz onbeş manat 15 qəpik) manat məbləğin (ƏDV-nin geri) qaytarılmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh olaraq iddiaya etiraz edir və aşağıdakıları məhkəmənin diqqətinə çatdırır: Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin, alıcı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyri- yaşayış sahələrinin 3815,15 manat dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehə edilmiş müraciətdən görülür ki, iddiaçı tərəfindən bank kassa mədaxil orderlərinə əsasən ödəniş nağd qaydada edilmişdir (halbuki müvafiq qaydalara əsasən ödəniş nağdsız üsulla edilməli idi) və müqavilə üzrə alıcı qismində İddiaçıqeyd olunsa da, bank ödəniş qəbzlərindən müəyyən edilir ki, ödənişlərin bir qismində ödənişi həyata keçirən şəxs X1r. Yuxarıda qeyd olunanlar həmin Qaydaların 5-ci maddəsinin pozulması ilə müşayiət edilir. Müvafiq predmetli işlər üzrə qəbul edilmiş Ali Məhkəmənin xx.xx.2025- ci il tarixli 2-1(102)- 262/2025 nörməli Qərarının 32-ci bəndində göstərir ki, Qaydaların 5-ci bəndində bəhs olunan "nağdsız qaydada tam” ödənilməsi ifadəsi, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişin birmənalı olaraq tamamının nağdsız ödənilməsini ehtiva edir. Həmin Qərarın 38-ci bəndində göstərilir ki, "yaşayış sahəsinin dəyərinin ödənişinin nağd qaydada həyata keçirildiyi halda isə, cavabdehin sözügedən yaşayış sahəsinin dəyərinin ƏDV məbləğinin 30 faizinin qaytarılması öhdəliyi yaranmır və bu baxımdan iddiaçı iddia tələbində haqlı sayıla bilməz"xxxx"xxxx" ilə iddiaçı arasında müqaviləyə nəzər saldıqda iddiaçıya həmin MTK nağdsız qaydada ƏDV məbləğinin ayrıca ödənilməsi üçün ƏDV Depozit hesabını təqdim etmədiyi müəyyən edilir, lakin qaydaların 5.1-ci bəndində iddiaçının Operatora (Dövlət Vergi Xidmətinə) alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDVsiz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədlə müraciət etməli olduğu vurğulanmışdır. Əksinə, iddia ərizəsində əlavə olunmuş və iddiaçıya MTK tərəfindən ünvanlanmış cavab məktubunda onun tərəfindən dövlətə ƏDV məbləğinin ümumi hesaba ödənilməsi şəklində mövqeyi isə hesab edir ki, MTK-nin iddiaçıya düzgün məlumat verməməsidir. Belə ki, Vergi Məcəlləsinin 154.6-cı maddəsində vurğulanır ki: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır və həmin Məcəllənin 177-ci maddəsində vurğulanır ki: Vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini (ƏDV) büdcəyə ödəməyə borcludur. Başqa sözlə, onsuzda MTK məcəlləyə əsasən mənzillərin təqdim edilməsinə görə müvafiq ƏDV-i ödəməyə borcludur və bu onun şəxsi dövlət qarşısında mükəlləfiyətidir. Lakin, təqdim etmədən əvvəl fiziki şəxsə yəni, alıcıya ƏDV depozit hesabını verməsi müvafiq qaydalara əsasən MTK-nın (satıcının) borcudur. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirib, təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir.İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi iddiaçı barəsində xx.xx.2025-ci il tarixli, **********242300 nömrəli qərar qəbul edilmişdir. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, **********242300 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi Şirvan İnzibati Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Beləliklə, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdə Lənkəran rayonunda anadan olub, Lənkəran rayonu, Gərmətük kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 0593 nömrəli payçı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən “Avant Park” Yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 3-cü mərtəbə, 1 saylı, 1 otaqlı, 49.04 kv.m, 83.368 manat dəyərində mənzil ümumi dəyərinin 60% (50.068 manat ) ilkin ödənişi təşkil etməklə İddiaçı satılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 50.068 manat məbləğində ilkin ödəniş xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən ödənilmişdir. Bundan sonra xx.xx.2024-cü ilədək hissə-hissə, yəni hər ay 1387.50 manat olmaqla hər ay pul məbləği ödənilmişdir. İddiaçı tərəfindən mədaxil qəbzlərinin surətləri iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün xx.xx.2023-cü il tarixli, YT**********41 nömrəli elektron qaiməfakturanın surətindən görünür ki, İddiaçı "xxxx" Mənzil Tikinti Koopertivində bina 9, mənzil 1 ünvanda 49 kv.m sahəsi olan, 1 kv.m -1440, 678 manat olan, 83.368 manat dəyərində olan 1 otaqlı mənzilin qaytarılacaq ƏDV-nin məbləği 3.815,15 manat təşkil edir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Koopertivinin xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən “Avant Park” layihəsinin 9-cu binasında, 9-cu blik, 3-cü mərtəbə, 1 saylı, 1 otaqlı, 49.04 kv.m mənzil "xxxx" MTK-ya məxsusdur. xx.xx.2022-ci l tarixli, 0593 saylı payçı müqaviləsinə əsasən 9cu bina, 9-cu blok, 3-cü mərtəbə, 1 saylı, 1 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Koopertivinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli ƏDV məbləğinin depozit hesabına ödənilməsinə dair arayışın surətindən görünür ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 83368 manat məbləğin 12717.15 manat ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinə uyğun tərəfindən təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir. İddiaçı tərəfindən cavabdeh orqana ƏDV-nin geri qaytarılması haqqında izahat məktubu xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********018400 nömrəli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il, 2011.2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İddiaçı tərəfindən cavabdeh orqana ƏDV-nin geri qaytarılması haqqında müraciət xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********847600 nömrəli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İddiaçı tərəfindən cavabdeh orqana ƏDV-nin geri qaytarılması haqqında müraciət xx.xx.2025-ci il tarixdə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********943700 nömrəli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********242300 nömrəli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-679449/2025 sayı məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Həmin Qaydaların 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin xx.xx.2025-ci il tarixli **********076000 nömrəli məktubuna əsasən İdarəsinin xx.xx.2024-cü il tarixli **********183469 nömrəli Qərarı ilə "xxxx" MTK-da (VÖEN **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2021-xx.xx.2024) aparılmış, yoxlamanın nəticəsi xx.xx.2025-ci il tarixli **********183857 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmçinin aparılmış səyyar vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "Avant Group” MTK arasında MTK tərəfindən tikilən bina 9, 3-cü mərtəbədə yerləşən sahəsi 49.04 kv.m olan 1 otaqlı 1 saylı mənzilin satışı üzrə xx.xx.2022-ci il tarixli 0593 saylı satış müqaviləsi bağlanmış, həmin mənzil satışı müqaviləsinin ümumi dəyəri ƏDV daxil 83368 (səksən üç min üç yüz altmış səkkiz) manat təşkil etmişdir. Yoxlanılan dövr ərzində İddiaçı tərəfindən ‘‘Avant Group” MTK-nın bank hesabına 72426 (yetmiş iki min dörd yüz iyirmi altı) manat ödəniş həyata keçirilmiş və yoxlama dövrünün sonuna, yəni xx.xx.2024-cü il tarixə İddiaçı həmin mənzil üzrə MTK-ya 10942 (on min doqquz yüz qırx iki) manat borc məbləği müəyyən edilmişdır. Yuxarıda qeyd edilən ödənişlərlə bağlı yoxlanılan dövr ərzində ‘‘Avant Group” MTK tərəfindən vergi orqanına ƏDV bəyannamələri təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının verdiyi izahatlardan və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən “Avant Park” Yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 3-cü mərtəbə, 1 saylı, 1 otaqlı, 49.04 kv.m, 83.368 manat dəyərində mənzili alqı-satqı qaydasında alınaraq əldə edilmişdir. 50.068 manat məbləğində (60%) ilkin ödəniş xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən ödənilmişdir. Bundan sonra xx.xx.2024-cü ilədək hissə-hissə, yəni hər ay 1387.50 manat olmaqla hər ay pul məbləği ödənilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən cavabdeh orqana müraciətlər etmişdir, cavabdeh orqan tərəfindən müvafiq qərarlar qəbul edilmişdir. İddiaçının ən son müraciəti əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********242300 nömrəli qərarı qəbul edilmişdir. İddiaçı göstərmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə ödənilən ƏDV daxil 83368 manat məbləğin 12717.15 manat ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinə uyğun tərəfindən təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını və tədqiq olunan sübutları aşağıdakı hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması. 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə yeni məzmunda 165.6-cı maddə əlavə edilmişdir. 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1305) ilə 165.6-cı maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); ... 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir: 1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ... 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən, operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, Qaydaların 5.4-cü bəndində çatışmazlıqlar dedikdə, 5.1-ci bənddə qeyd edilən sənədlərlə bağlı aradan qaldırılması mümkün olan çatışmazlıqlar nəzərdə tutulur. Məsələn, ödəniş sənədlərinin və ya alqı-satqı müqaviləsinin əlavə edilməməsi, sənədlərin natamam əlavə edilməsi, ərizə üzrə zəruri məlumatların düzgün göstərilməməsi və s. Lakin fiziki şəxs tərəfindən ödəniş həmin Qaydaların tələblərinə uyğun şəkildə, yəni yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) satıcının bank hesabına və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənilməmişdirsə, ƏDV-nin qaytarılmasına yol verilmir. Göründüyü kimi, sənədlərlə bağlı hər hansı aradan qaldırılması mümkün olan çatışmazlıq mövcud olmamışdır. Beləliklə, ƏDV-nin qaytarılmasından imtina barədə bildiriş göndərilməsində vergi orqanı haqlı olmuşdur. ...
6. Keçid müddəası 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaiməfakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər). İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2024-cü il tarixli elektron ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə müqavilə və bank mədaxil qəbzləri əlavə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə İddiaçı müraciətinə və təqdim edilmiş sənədlərə əsasən aparılmış araşdırma zamanı yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) onun tərəfindən satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Müraciət üzrə aparılmış araşdırmanın nəticəsi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********242300 nömrəli qərar qəbul edilmişdir və həmin qərar və “ƏDV qaytarmaq ərizəsindən imtina barədə” bildiriş İddiaçı göndərilmişdir. Yaşayış sahəsinə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Digər tərəfdən "xxxx" MTK tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabat təqdim edilməsi və depozit hesabına köçürülmüş olması ilə bağlı da hər hansı şübhə və mübahisə yoxdur. Odur ki, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqlarının həyata keçirilməsinə mane olan hal kimi dəyərləndirilməməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaiməfakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər. Yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının ("xxxx" MTKnın) bank hesabına, ƏDV məbləğini isə satıcının ("xxxx" MTK-nın) ƏDV depozit hesabına ödəməli olduğu halda, İddiaçı tərəfindən yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Yaşayış sahələrinə görə İddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Belə halda iddiaçının tələbinin təmin olunması üçün istinad olunan qanunvericiliyin dispozisiya şərtləri də ödənilmiş olmur. “Qayda”ya əsasən ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməli olduğu tələb olunduğundan, məbləğin başqa hesaba ödənilməsi formal xəta hesab oluna bilməz. Belə ki, formal xəta müvafiq hərəkətin müəyyən edilmiş formal qaydalara uyğun olmaması deməkdir. Hazırkı halda isə, “Qayda”nın məzmunundan da göründüyü kimi, onun qəbul edilməsində əsas məqsəd şəffaflıq və vergi nəzarətinin gücləndirilməsidir ki, bu hal da vergi pozuntularının qarşısını almağa xidmət edir. Belə ki, satıcı ƏDV-nin satıcının ayrıca hesaba ödənilməsinin təmin edilməsi ƏDV hesaba ödənilnən məbləğin vergi ödəmələrindən yayındırılmasının qaşısını almaqla yanaşı, buna dair riskləri azaldır. Həmçinin, ƏDV ayrıca hesaba ödənilmə vergi orqanı üçün həmin məbləğin izlənməsi və büdcəyə yönəlməsini asanlaşdırmaqla yanaşı elektron faktura, elektron vergi hesab-fakturası və ƏDV depozit hesabları ilə birlikdə sistemi daha da şəffaflaşdırır. Belə olan halda da, satıcı ƏDV məbləğini alıcıdan alsa da, həmin vəsaitə birbaşa sahib ola bilmir, yəni ƏDV məbləği “əl dəyişdirmir” – satıcıdan birbaşa dövlətə keçir. Nəticə etibarı ilə, ƏDV-nin başqa hesab ödənilməsi, ƏDV-nin düzgün ödənilməsinə və qeyri-şəffaf dövriyyəni azaldılmasına, bununla da vergidən yayınmanı minumum səviyyəyə salmağa xidmət edən haldır. Göründüyü kimi, müvafiq qanunvericilikdə ƏDV-nin şüurlu surətdən ayrıca depozit hesaba ödənilməsi heç də forma xəta hesab edilə bilməz. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” ilə fiziki şəxslərin yaşayış və qeyri-yaşayış sahəsi almasına görə əlavə dəyər vergisinin qaytarılmasının proseduru müəyyən edilmişdir. Həmin Qaydaların 2.0.8-ci bəndində Portalın hansı mənaya gəldiyi və gördüyü funksiya qeyd olunmuşdur. Həmin bəndə əsasən portal bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir. Portal isə yalnız ƏDV-nin geri qaytarılmasını istəyən fiziki şəxslərin müraciətlərinin qeydə alınmasını təmin edən informasiya sistemidir. Bu sistemin vətəndaşların yaşayış və qeyri-yaşayış sahəsinin alınmasına görə edəcəyi ödənişin müvafiq olaraq satıcının bank və depozit hesabına ödəməsini təmin etmək kimi funksiyası yoxdur. Ödənişin müvafiq hesablara ödənilməsini təmin etməli olan şəxs bilavasitə fiziki şəxs və müvəkkil banklardır. İddiaçı tərəfindən ödənişlərin həyata keçirildiyi dövrdə Qaydaların qüvvəyə minməsinə baxmayaraq, qeyd olunan əməliyyatın həyata keçirilməsi üçün portaldan istifadə edilməsinə ehtiyac yox idi. Portal yalnız vətəndaşın müraciətinin elektron qaydada qeydiyyata alınması, yəni bu sahədə asanlaşdırılmanın təmin edilməsi üçün yaradılmış informasiya sistemidir. Hazırki iş üzrə iddiaçı "xxxx" MTK-nın “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməməsi, buna baxmayaraq Kooperativə ödənilən ƏDV daxil 83368 manat məbləğin 12717.15 manat ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilməsi və yaranmış vergi öhdəliyi ödənilməsi, bu səbəbdən ödənişinə uyğun tərəfindən təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün olmaması kimi əsassız arqumentlər irəli sürməkdədir. Halbuki, göstərilənlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun şəkildə ödənişlərin həyata keçirilməsinə hər hansı əngəl törətməmişdir. Həmçinin, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış payçı müqaviləsinin 2.7-ci bəndində ““Payçı” ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçiriləcəkdir” barədə müddəa öz əskini tapmışdır. Bu halda məhkəmə belə nəticəyə gəlir ki, müavilə üzrə tərəflər öz aralarında Payçı” ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsi barədə razılığa gəlmişlər, lakin müqavilə şərtlərini pozaraq müqavilədə qeyd edilən bəndə riayət edilməyərək qanunvericiliyə uyğun olaraq ödənişləri həyata keçirməmişlər. Odur ki, göstərilən səbəblərdən, yəni MTK-nın alıcıya (hazırkı iddiaçıya) verginin depozitə ödənilməsi üçün depozit hesabının verilməməsi, ƏDV məbləğinin ayrıca depozit hesaba ödənilməli olması ilə əlaqədar İddiaçı ona hər hansı məbləğdə zərər dəydiyini hesab edirsə, bu barədə müvafiq qaydada "xxxx" MTK-ya qarşı məhkəmə qaydasında müvafiq iddia tələbi qaldırmaq hüququ var. Göründüyü kimi, həmin şəxslərin hazırda işin halları ilə hər hansı bir bağlılığı yoxdur. Belə ki, iddiaçı barəsində olan müqavilə və ödənişlər Fərmanın qüvvəyə minməsindən sonrakı dövrə təsadüf edir. Belə olan halda, Qaydaların 5.1.2-ci bəndinə əsasən, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanından sonra ödənişlərin həyata keçirilməsi qaydaları dəyişməsinə baxmayaraq, məhkəmə bu hallara hüquqi qiymət verməmiş, qanunvericiliyin tələblərinin pozulmasına formal xəta kimi yanaşmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilməklə qüvvəyə minməsindən sonra ödənişlərin həyata keçirilməsi qaydaları dəyişməsinə və iddiaçı da sözügedən Fərmanla təsdiq olunmuş həmin Qaydalara əsasən ƏDV-nin geri qaytarılmasını tələb etməsinə baxmayaraq bu qanunvericiliyin tələblərinin pozulması ilə ödəniş aparılması formal xəta kimi qiymətləndirilə bilməz. Həmçinin qərarın 42-ci bəndində bunda dair əsaslandırma qeyd edilmişdir. Yaşayış sahələrinə görə İddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. İddiaçının dəlili ilə bağlı məhkəmə hesab edir ki, mənzil İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 0593 nömrəli payçı müqaviləsi əsasında əldə edilmiş və 50.068 manat məbləğində ilkin ödəniş xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən ödənilmiş və xx.xx.2024-cü ilədək hissə-hissə, yəni hər ay 1387.50 manat olmaqla hər ay pul məbləği ödənilmişdir. Məhkəmə yuxarıda qeyd edilən əsaslara görə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş imtina haqlıdır və qanunidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. AzərbaycanRespublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********242300 nömrəli qərarın ləğv olunması və ƏDV-nin bir hissəsinin qaytarılması» barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********242300 nömrəli qərarın ləğv olunması və ƏDVnin bir hissəsinin qaytarılması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Hakim Amilya Hüseynova