Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2885/2024 04.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, 232 nömrəli informasiya sorğusunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması üçün, aidiyyəti qurumun Respublika Gigiyena və Epidemiologiya Mərkəzi publik hüquqi şəxsin üzərinə məcburedici öhdəliyin qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, 232 nömrəli informasiya sorğusunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması üçün, aidiyyəti qurumun Respublika Gigiyena və Epidemiologiya Mərkəzi publik hüquqi şəxsin üzərinə məcburedici öhdəliyin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Media Haqqında qanunun müvafiq maddələrini rəhbər tutaraq Redaksiya tərəfindən Biləsuvar rayonu ərazisində (konkret məkanı göstərilməklə) cari ildə aparılmış dezinfeksiya, derotizasiy, dezinseksiya, mikrob və sair proflaktiki tədbirlər barəsində tam, doğru-düzgün (əl imzası ilə), informasiya almaq üçün, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-yə yazılı surətdə müraciət etmişlər, lakin aidiyyəti qurum informasiya sorğumuzu tam,doğru-düzgün cavablandırmamış və bununla da ciddi qanun pozuntusuna yol vermişdir. Aidiyyəti qurumun üzərinə müəyyən məcburedici öhdəlik qoyulmalıdır. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2023-cü il tarixli, 232 nömrəli informasiya sorğusunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması üçün, aidiyyəti qurumun Respublika Gigiyena və Epidemiologiya Mərkəzi publik hüquqi şəxsin üzərinə məcburedici öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı 12 dekabr 2023-cü il tarixli, 232 nömrəli informasiya sorğusu ilə Mərkəzə müraciət etmişdir. Müraciətində Biləsuvar Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Biləsuvar rayon ərazisində (konkret məkan göstərilməklə) cari ildə aparılmış dezinfeksiya, dezinfeksiya derotizasiya, mikrob və sair profilaktiki tədbirlər barəsində təqdim etdiyi informasiya sorğusuna tam, dolğun şəkildə, əl imzası ilə cavablandırılmasını xahiş etmişdir. İddiaçının müraciətinə Mərkəzdə baxılaraq xx.xx.2024cü il tarixli, 3-28-15/2-137 nömrəli məktubla cavab verilmişdir. Məktubda da qeyd olunduğu kimi Mərkəzin rayon (şəhər) Gigiyena və Epidemiologiya Mərkəzlərində, o cümlədən də Biləsuvar GEM tərəfindən sözügedən rayonun ərazisində cari ildə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri həyata keçirilmişdir. Cavab məktubu iddiaçını qane etmədiyindən Şirvan İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixli, 232 nömrəli informasiya sorğusunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması üçün, aidiyyəti qurumun Cavabdeh üzərinə məcburedici öhdəliyin qoyulması” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, “Media haqqlnda” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrini rəhbər tutaraq, redaksiyamız tərəfindən Biləsuvar rayonu ərazisində (konkret məkanı göstərilməklə) cari ildə aparılmış dezinfeksiya, deratizasiya, dezinseksiya, mikrob və sair proflaktiki tədbirlər barəsində tam, doğru-düzgün (əl imzası ilə), informasiya almaq üçün Mərkəzə yazılı surətdə müraciət etdik. Lakin,aidiyyəti qurum informasiya sorğumuzu tam,doğru-düzgün cavablandırmamış və bununla da ciddi qanun pozuntusuna yol vermişdir. İddiaçının ərizəsində də qeyd etdiyi “redaksiya” media subyekti statusuna malik deyildir. Onu da qeyd etmək lazımdır ki, bu, şəxsin işlədiyi “Həqiqətlə üzüzə” qəzeti redaksiyasının Mərkəzə ünvanladığı ilk belə sorğu olmamışdır. Daha əvvəllər də bir neçə dəfə həmin redaksiya tərəfindən Mərkəzə sorğular göndərilmişdir. “Həqiqətlə üz-üzə” qəzetinin redaksiyası Gurnalist) fəaliyyətinin həyata keçirilməsi adı ilə Mərkəzə , eləcə də Mərkəzin yerli strukturlarına əvvəllər də çoxlu sayda “informasiya sorğusu” ilə müraciət edərək Mərkəzin yerli strukturlarının fəaliyyəti ilə əlaqədar müxtəlif yönümlü informasiyaların ona təqdim edilməsini xahiş etmişdir. Nəzərinizə çatdırmağı zəruri hesab edirik ki, “Həqiqətlə üz üzə” qəzeti redaksiyasının “Media haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununa, eləcə də 15 oktyabr 2015-ci ildə X7 Reyestrinə daxil edilməklə qüvvəyə minmiş “Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydalar”nın tələblərinə əsasən kütləvi informasiya vasitəsi kimi uçota alınıb-alınmaması barədə müvafiq məlumatların verilməsinə dair Mərkəz tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə xx.xx.2023-cü il tarixdə 04-24/451 saylı məktub ünvanlanmışdır. Sözügedən məktuba Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilən xx.xx.2023-cu il tarixli, 3-16-5/2-14-1989/2023 nömrəli cavab maktubu ilə məlum olmuşdur ki, “Həqiqətlə üz-üzə qəzeti redaksiyası yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinə əsasən kütləvi informasiya vasitəsi kimi uçota alınmamışdır. Yuxarıda göstərilənlərlə yanaşı qeyd etməyi zəruri hesab edirik ki, eyni məzmunlu xx.xx.2023-cü il tarixli, 04-24/452 nömrəli məktubla Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə də müraciət olunmuşdur. Sözügedən müraciətə Agentlik tərəfindən verilən 10 mart 2023-cü il tarixli, 11-5-11/2-097/2023 nömrəli cavab məktubu ilə müəyyən olunmuşdur ki, “Həqiqətlə üz-üzə” çap mediası redaksiyası kimi media reyestrinə də daxil edilməmişdir. İstinad olunan məktublarda göstərilən məlumatlarla müəyyən edilir ki, “Həqiqətlə üz-üzə” qəzeti redaksiyası kütləvi informasiya vasitəsi (hazırda media subyekti) statusuna malik deyildir. Belə olan təqdirdə “Həqiqətlə üz-üzə” qəzeti redaksiyasının kütləvi informasiya vasitəsi (hazırda media subyekti) statusundan və adından istifadə etməsi qanunsuz və əsassızdır. Onu da qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən daha əvvəl də Mərkəzə qarşı “informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçi daha sonar ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1525/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Azəri oğlunun xx.xx.2023cü il tarixli, 232 nömrəli informasiya sorğusunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması üçün, aidiyyatı qurumun “Respublika Gigiyena ve Epidemlologiya Mərkəzi” publik hüquqi şəxsinin üzərinə məcburedici öhdəliyin qoyulması” barədə iddiasının əsassız hesab edilərək rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-28-15/2-1068/2024 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2024cü il tarixli, 3-28-15/2-137 nömrəli məktubundan görünür ki, “Media haqqında” Azərbaycan Respublikasının 6.3-cü və 17.1-ci maddələrinə istinadən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Cavabdeh PHŞ-nə ünvanladığınız 232 nömrəli, 12 dekabr 2023-cü il (daxil olma xx.xx.2023-cü il) tarixli “İnformasiya sorğusu” adlandırdığı müraciətinə Biləsuvar rayon Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən Biləsuvar rayonu ərazisində (konkret məkan göstərilməklə) cari ildə aparılmış dezinfeksiya, dezinfeksiya derotizasiya tədbirləri barədə müvafiq məlumatların verilməsi xahiş olunmuşdur. Cavabdeh rayon (şəhər) Gigiyena və Epidemiologiya Mərkəzlərində, o cümlədən Biləsuvar GEM tərəfindən sözügedən rayonun ərazisində cari ildə dezinfeksiya, dezinfeksiya derotizasiya tədbirləri həyata keçirilmişdir. Özünü kütləvi informasiya vasitəsi (hazırda media subyekti) kimi təqdim edən “Həqiqətlə üz-üzə” qəzeti redaksiyası redaksiya (jurnalist) fəaliyyətinin həyata keçirilməsi adı ilə Cavabdeh PHŞ-nə, eləcə də Mərkəzin yerli strukturlarına əvvəllər də çoxlu sayda “informasiya sorğusu” ilə müraciət edərək Mərkəzin yerli strukturlarının fəaliyyəti ilə əlaqədar müxtəlif yönümlü informasiyaların ona təqdim edilməsi xahiş etmişdir. “Həqiqətlə üz üzə” qəzeti redaksiyasının “Media haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilnədək qüvvədə olmuş “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa, eləcə də 15 oktyabr 2015-ci ildə X7 Reyestrinə daxil edilməklə qüvvəyə minmiş “Mətbu nəşrlərin təsis” edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydaları”nın tələblərinə əsasən kütləvi informasiya vasitəsi kimi uçota alınıbalınmaması barədə müvafiq məlumatların verilməsinə dair tərəfimizdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə xx.xx.2023-cü il tarixdə 04-24/451 saylı məktub ünvanlanmışdır. Sözügedən məktuba Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 3-16-5/2-14-1989/2023 nömrəli cavab məktubu ilə müəyyən edilmişdir ki, “Həqiqətlə üz üzə” qəzeti redaksiyası yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinə əsasən kütləvi informasiya vasitəsi kimi uçota alınmamışdır. Yuxarıda göstərilənlərlə yanaşı, qeyd etməyi zəruri hesab edirik ki, eyni məzmunlu xx.xx.2023-cü il tarixli, 04-24/452 nömrəli məktubla Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə də müraciət olunmuşdur. Sözügedən müraciətə Agentlik tərəfindən verilən 10 mart 2023-cü il tarixli, 11-5- 11/2- 097/2023 nömrəli cavab məktubu ilə müəyyən olunmuşdur ki, “Həqiqətlə üz üzə” çap mediası redaksiyası kimi media reyestrinə də daxil edilməmişdir. İstinad olunan məktublarda göstərilən məlumatlarla müəyyən edilir ki, “Həqiqətlə üz üzə” qəzeti redaksiyası kütləvi informasiya vasitəsi (hazırda media subyekti) statusuna malik deyildir. Belə olan təqdirdə “Həqiqətlə üz üzə” qəzeti redaksiyasının kütləvi informasiya vasitəsi (hazırda media subyekti) statusundan və adından istifadə etməsi qanunsuz və əsassızdır. İş materiallarında olan Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 11-5-11/2-229/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Həqiqətlə üz üzə” qəzeti barədə “Media Reyestri” İnformasiya Sistemində hər hansı qeyd mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-hökümət təşkilatları ilə iş şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11-4927/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Həqiqətlə üz-üzə” qəzeti ilə bağlı məlumat təqdim edilməsi barədə daxil olmuş müraciətinizə baxılmışdır. bildiririk ki, həmin qəzet ilə bağlı məlumat aşkar olunmamışdır. Həmçinin qeyd edirik ki, xx.xx.2022-ci il tarixdə “Media haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Həmin Qanunun 78.6-cı maddəsinə əsasən Qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1590 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın X2 dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən Media Reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.[1] 2.5. İnformasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin. İddiaçı informasiya sorğusunun inzibati orqan tərəfindən cavablandırılmasını tələb edir. Lakin informasiya sorğusuna baxılan zaman iddiaçının həmin sorğunu hansı məqsədlə, hansı hüquqi marağa əsasən tələb olunduğunun qeyd edilmədiyi müəyən edilir. Nəzərə almaq lazımdır ki, tələb olunan məlumatın verilməsinə dair sorğunun məqsədi, sorğu edilən məlumatın mahiyyəti, məlumatın əldə edilməsində sorğu edən şəxsin hüquqi marağı sorğuda əsaslandırılmalıdır. Başqa sözlə, iddiaçı sorğu vasitəsi ilə tələb etdiyi məlumatları əldə etməkdə müəyyən legitim və əsaslı məqsəd güdməli, həmin məlumatların təqdim olunması onun hüquqi marağı baxımından zəruri olmalı, müəyyən xidməti və ya ictimai ehtiyacların təmin olunması maraqlarından (məsələn, Limanın fəaliyyəti ilə bağlı hər hansı tədqiqat layihəsi üçün lazım olması və həmin tədqiqat haqqında məlumatı ictimaiyyətə çatdırmaq məqsədilə sorğu edilməsinə dair maraqlardan) irəli gəlməlidir. Hazırkı mübahisəyə münasibətdə həmin məlumatların əldə olunmasında iddiaçı öz dəqiq məqsədi, tələb edilən məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində kəsb etdiyi əhəmiyyəti, hüquqi marağı baxımından məlumatların əldə olunmasının zəruriliyi barədə nə inzibati orqana, nə də məhkəməyə açıqlama verməmiş və bunu dəqiqliklə, ifadə etməmişdir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən ümumi şəffaflıq və informasiya əldə etmək hüququna istinad olunması həmin məlumatların tələb edilməsi üçün yetərli sayıla bilməz. Bu baxımdan xüsusi olaraq vurğulamaq lazımdır ki, məlumat əldə etmək hüququ heç bir ehtiyac və zərurət olmadan, şəxsin hüquqi maraqlarının təmin olunması məqsədi güdmədən hər bir halda informasiya tələb etmək anlamında qiymətləndirilə bilməz. Məhkəmənin bu yanaşması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ağalıyev Azərbaycana qarşı” 8135/12 nömrəli, 10 yanvar 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Avropa Məhkəməsinin həmin hüquqi mövqeyinə görə, “Məhkəmə “axtarılan məlumatın mahiyyəti” ilə bağlı əlavə müvafiq kontekstual təfərrüatlar olmadan ərizəçinin tələb etdiyi bütün məlumatların, məsələn, AzTV-nin yanacaq və təmir xərcləri və vebsaytın saxlanması xərcləri ilə bağlı məlumatların mütləq ictimai maraq doğuran məsələlər olmaları barədə ərizəçinin iddialarını qəbul edə bilməz. Eynilə, ərizəçinin verdiyi sualların xüsusiyyətlərini və təfərrüatlı xarakterini nəzərə alaraq, məlumatların “mövcud və əlçatan” olub-olmaması sualı yaranır. Sonuncu meyarla əlaqədar olaraq, Məhkəmə təkrar edir ki, Konvensiya ərizəçinin sorğusu üzrə məlumat toplamaq və onu ərizəçinin istədiyi xüsusi formada təqdim etmək öhdəliyi qoymur. Bununla belə, Məhkəmə yuxarıda qeyd edilən iki meyarın yerinə yetirilib-yetirilmədiyini təfərrüatlı formada araşdırmağı zəruri hesab etmir, belə ki, hazırkı işin halları ilə sıx əlaqəli olan məlumat əldə edilməsinə dair sorğunun məqsədi və ərizəçinin roluna dair vacib meyarların təmin olunması iş materialları ilə sübut olunmur. Məlumat əldə edilməsinə dair sorğuların məqsədinə gəldikdə, Məhkəmə bir daha bildirir ki, bu meyarın təmin olunmuş hesab edilməsi üçün ərizəçinin Məhkəmə qarşısındakı icraatda mübahisəli sorğunun verilməsinə dair öz məqsədini ilk dəfə izah etməsi kifayət deyildir. Sorğunu verən şəxs ilk növbədə, müvafiq daxili orqanlar qarşısında, digər məsələlərlə yanaşı, informasiyanın əldə olunması və ictimaiyyətə çatdırılmasında onun xüsusi rolunun sorğu edilən məlumatın mahiyyəti ilə hansı dərəcədə uyğunluğunu göstərməklə sorğunun dəqiq məqsədini və hansı səbəblə onun ifadə azadlığı hüququnun həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyini kifayət qədər izah etməlidir. Ərizəçinin ümumi şəffaflıq prinsipinə əsasən müəyyən məlumatların əlçatan olması barədə mücərrəd fikirləri kifayət deyildir. Bundan əlavə, məlumatın “əldə edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu verən şəxsin rolu xüsusi əhəmiyyət kəsb edir. Əsas məqam, sözügedən məlumatı əldə etmək istəyən şəxsin ictimai “gözətçi” kimi bunu jurnalistləri, QHT-ləri, akademik tədqiqatçıları, ictimai maraq doğuran məsələlərə dair ədəbiyyat müəlliflərini və müəyyən hallarda bloggerləri əhatə edən, lakin bununla məhdudlaşmayan ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə edib-etməməsidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-108/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. İş materiallarından ərizəçinin əldə etmək istədiyi məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində nə üçün mühüm rol oynadığı müəyyən edilmir və buna görə də ona bu məlumatların verilməsindən imtina edilməsi 10-cu maddəyə əsasən ərizəçinin ifadə azadlığı hüququna müdaxilə təşkil etmir. Konvensiyanın 10-cu maddəsi şəxslərə dövlət orqanında olan məlumatları əldə etmək hüququnu vermir və dövləti həmin şəxsə belə məlumatları verməyə məcbur etmir. Bununla belə, birincisi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə belə məlumatların açıqlanması tələb olunduqda və ikincisi, informasiyanın əldə edilməsi fərdin ifadə azadlığı hüququnu həyata keçirməsi üçün bir vasitə olduğu halda, belə bir hüquq və ya öhdəlik yarana bilər. Məlumat verilməsindən imtina edilməsinin ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olub-olmaması və ya hansı dərəcədə müdaxilə təşkil etməsi hər bir fərdi işə əsasən və həmin işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Konvensiyanın 10-cu maddəsinin dövlət orqanlarının məlumatı açıqlamaqdan imtinasına şamil edilibedilmədiyini müəyyən etmək üçün aşağıdakı meyarlar müəyyənləşdirilmişdir: (a) məlumatın verilməsinə dair sorğunun məqsədi; (b) sorğu edilən məlumatın mahiyyəti; (c) məlumatın “qəbul edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu edən şəxsin xüsusi rolu və (d) sorğu olunan məlumatın mövcudluğu və əlçatanlığı.” Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən sorğu məktubu cavablandırılmasında imtina edilən zaman “Həqiqətlə üz üzə” qəzeti redaksiyası kütləvi informasiya vasitəsi (hazırda media subyekti) statusuna malik olmamasını əsas gətirmişdir. Qeyd edilən əsas informasiya sorğusundan imtina üçün əsas olmasa da, məhkəmə həmin hissədə də araşdırma aparmış və qeyd edilən hallarla bağlı iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 11-5-11/2-229/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Həqiqətlə üz üzə” qəzeti barədə “Media Reyestri” İnformasiya Sistemində hər hansı qeyd mövcud olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-hökümət təşkilatları ilə iş şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11-4927/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Həqiqətlə üz-üzə” qəzeti ilə bağlı məlumat təqdim edilməsi barədə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həmin qəzet ilə bağlı məlumat aşkar olunmamışdır. Həmçinin qeyd edirik ki, xx.xx.2022-ci il tarixdə “Media haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Həmin Qanunun 78.6-cı maddəsinə əsasən Qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1590 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın X2 dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən Media Reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin vəzifələrinə aid edildiyi müəyyən edilir. Belə ki, iddiaçı iclas zamanı “Həqiqətlə üz üzə” qəzetinin portalda qeydiyyatının olduğu bildirilmiş və ona yuxarıda qeyd edilənlərə əsasən statusu ilə bağlı müvafiq orqanlara müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2885/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2885/2024
04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver