Məhkəmə qərarları › İş №2-1(120)-2885/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2885/2025

19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2885/2025 19.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “15 yanvar 2025-ci il tarixdə **********6002 saylı qərarının ləğv edilməsi” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “15 yanvar 2025-ci il tarixdə **********6002 saylı qərarının ləğv edilməsi” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “15 yanvar 2025-ci il tarixli **********6002 saylı qərarının ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar şəhərində yaşayır. Heç bir yerdə işləməməklə, heç bir fəaliyyətlə məşğul olamamaqla vergi ödəyicisi kimi qeydiyyatda deyil. Əlavə olaraq bildirir ki, sahibkarlıq fəaliyyəti ilə də məşğul deyil. 2023-cü ildə müxtəlif torpaq mülkiyyətçilərindən gübrə məhsulları alıb evdə saxlamışdır. Bunları almaqda məqsədi, ucuz aldığı gübrə məhsullarını baha qiymətə olsa satar. Bu niyyətlə aldığı məhsulları nəğd qaydada sata bilmədi. Sonradan tanış olduğu Salyan rayon sakini X3 ona bildirmişdir ki, həmin malları nisyə ona versə sonradan pulunu ödəyəcək. O, da inanıb 135 min manat dəyərində gübrə məhsulunu Cavanşir İbrahimova nisyə vermişdir. Vədələşdiyi vaxt yetişməsinə baxmayaraq Cavanşir İbrahimov pulunu vermədiyindən məcburiyyət qarşısında qalıb ona qarşı Salyan rayon məhkəməsində mülki iddia qaldırmışdır. Bütün məsələlər də bundan sonra başlamışdır. Belə ki, Cavanşir İbrahimov qəti olaraq ondan mal almadığı bildirmişdir. Daha sonra isə ondan müxtəlif instansiyalara şikayətlər etmişdir. Ən sonda Cavanşir ondan cavabdeh təşkilata şikayət etmişdir. Cavabdeh təşkilatın əməkdaşıkarı gəlib ondan izahat istəmişdirlər ki, 135 min manatlıq alver etmisən, bunun vergisin niyə verməmisən. O, bildirmişdir ki, bu malın pulunu hələ ala bilməmiş və bir də ki, bu məsələ məhkəmənin icraatındadır. Cavnşir İbrahimov pulunu ödəsin ki, iddiaçı vergini versin. Bu məsələ məhkəmədə təsdiqini tapmasa, onda onun mal satmağı da sübuta yetmir. Lakin Vergi əməkdaşları bildirmişlər ki, iddiaçı vergi verməlidir, yoxsa onu cərimə edəcəklər. İddiaçı onlara bildirmişdir ki, xəyali bir alqı-satqıya görə onu necə cərimə edə bilərlər? İddiaçının 135 min manat dəyərində alver etməyi xəyalıdır. Çünki o, deyir malı vermişəm, Cavanşir İbrahimov isə deyir almamışam. Hazırda bu iş məhkəmənin icraatındadır. Məhkəmə iddianı təmin etməsə, onda belə çıxır ki, o, da mal satmamışdır. Onda hansı vergidən söhbət gedə bilər. Cavabdeh təşkilatdan ona məktub gəlmişdir ki, o, xəyali və təsdiqini tapmayan alverə görə 13.500 manat məbləğində cərimə edilmişdir. Bununla bağlı cavabdeh təşkilat 15 yanvar 2025-ci il tarixdə **********6002 saylı qərar da vermişdir. Həmin qərarı iddiaçı poçt vasitəsi ilə 25 yanvar 2025-ci il tarixdə almışdır. Barəsində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 15 yanvar 2025-ci il tarixdə **********6002 saylı qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, Vergi Məcəlləsinin 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Göründüyü kimi qanunun mənasına görə vergi əldə edilmiş mənfəətə görə tutulur. İddiaçı isə hələ mənfəət əldə etməmişdir. Kimdənsə tələb etdiyi pul vəsaiti isə məhkəmə müstəvisində mübahisələndirilir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etiraz): Cavabdeh aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Belə ki, iddiaçının qeyd etdiyi dəlillərlə bağlı bildirmişlər ki, iddiaçının iddia ərizəsində qeyd edilən dəlilləri ilə bağlı bildirirlər ki, iddiaçının fəaliyyət göstərdiyi AZ1300 Biləsuvar rayonu, Biləsuvar şəhəri, İqbal Astanlı küçəsi, ev 2 "mağaza çadır və bazarlardan kənarda sair “pərakəndə satış” ünvanda yerləşən obyektdə vergi orqanı əməkdaşı (ları) tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinin pozulması faktı aşkar edilərək, iddiaçı barəsində xx.xx.2024-cü il tarixli DVX seriyalı 104053 nomrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinın uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura asasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" akt tərtib edilmişdir. Məlumat üçün bildirmişlər ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ hesab edilir. Keçirilmiş nəzarət tədbiri zamanı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda həmin malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, həmçinin topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi faktlarına rast gəlinmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nəğd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən etektron qaimə-faktura təqdim ediməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün tasərrüfat daxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox defə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Tərtib edilmiş akt əsasında Baş İdarənin "Vergi ödəyicisinin vergi qanunvericiliyinın pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2025-ci il tarixli **********6002 nömrəli qərarı əsasında iddiaçı barəsində 13500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə görə topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmçinin, iddiaçı tərəfindən vergi orqanının "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2025-ci il tarixli **********6002 nömrəli qərarının ləğv olunması və satdığı malların son istehlak məqsədi satılması ilə əlaqədar araşdırmaya tutarlı dəlillər (sənədlər) təqdim edilməmiş, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin müraciətində göstərilənlər konkret faktlar və dəlillərlə sübuta yetirilməmişdir. Vergi Məcəlləsinin: 13.2.63-cü maddəsinə görə topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüquqlarına aid edilmişdir. 23.1.1-ci maddəsinə görə vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi odəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirldikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 39.5-ci maddəsinə görə vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddetində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi odəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. 58.13-cü maddəsinə görə Bu Məcəlləyə əsasən elektron qaima-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 31 mart 2020-ci il tarixli qəbulda kölgə iqtisadiyyatının miqyasının azaldılması istiqamətində aparılan işlərin davam etdirilməsi, sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsi, habelə qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin qarşısında mühüm vəzifələr qoymuşdur. İqtisadiyyat Nazirliyi vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə yanaşı, vergi inzibatçılığının təkmilləşdirilməsi yolu ilə də kölgə iqtisadiyyatının miqyasının daha da daraldılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir və bu tədbirlər əsas etibarilə sahibkarlıb subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsinə və habelə qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsinə hesablanmışdır. Dövlət vergi orqanlarının apardıqları təhlillər nəticəsində yeni nəsil nəzarət kassa-aparatı quraşdırılmış pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nəzarət kassa-aparatına bir çek üzrə yüksək məbləğlərin yəni fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə pul vəsaitlarinin mədaxil olunması halları aşkar olunmuşdur. Sozügedən hallar vergi orqanının risk qiymətləndirilməsinə əsasən faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət va digər növ xidmət Qaydaları'na əsasən topdansatış - şəxsi, allə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış – bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Bunlardan əlavə vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmış qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin teləbi ilə elektron-qaime faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Beləliklə, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa "kölgə iqtisadiyyatı"nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları "qara bazara" paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Qeyd olunanları nəzərə alaraq vergi orqanları tərəfindən qeyd olunan hallar aşkar olunduğu halda malları "pərakəndə satış" adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsi qanuni və əsaslı hesab edilir. Belə ki, əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək dövlət vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş hüququdur. Eyni zamanda bildirilmişdir ki, yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan 5 məlumatlar göstərilmişdir ki, qeyd olunan məlumatlar vergi orqanlarının baza mətumatlarında olan sənədlər və hesabatlardır ki, həmin sənədlər də məhkəməyə təqdim edilmişdir. Həmçinin iş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışlarda yoxlamanın təyin edilməsı üçün əsas Vergi Məcəlləsınin 50.2 2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar"-ın olması qeyd olunmuşdur. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarda isə göstərilməli olan məlumatlar Vergi Məcəlləsinin 50.3-cü maddəsi ilə müəyyən olunmuşdur. Həmin normaya göra operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Qeyd olunan maddənin imperativ xarakterli norma olduğunu nəzərə alaraq hesab edirlər ki, qanunverici orqan birmənalı şəkildə qərarda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir. Digər tərəfdən qərarda hüquqi əsas kimi Vergi Məcəlləsinin 50-ci maddəsinə istinad olunmuş və həmin norma əsas tutularaq qərar qəbul edilmişdir. Nəticə etibarı ilə bildirilmişdir ki, qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsinə qeyd olunan əsasların biri və ya bir neçəsi olduğu təqdirdə qərarda göstərilməli məlumat olması kimi imperativ göstəriş yoxdur. Həmçinin bildirilmişdir ki, Məcəllənin 23.1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aiddir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və bu Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Başqa sözlə, vergi nəzarətinin bu növü digər növlərindən fərqli olaraq sürətli və çevik şəkildə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələlərə riayət olunubolunmamasını yoxlamaq imkanı verir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin keçirilmə əsasları, 50.3-cü maddəsində nəzarət tədbirinin keçirilməsi barədə qəbul edilmiş qərarın məzmununda qeyd edilməli olan məsələlər, 50.4-50.6-cı maddələrində isə nəzarət tədbirinin keçirilməsi qaydaları ilə bağlı normalar öz əksini tapmışdır. Etirazı əsaslandıran dəlilləri nəzərə alaraq hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərara qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi üzürlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Cavabdeh tərəfindən təqdim olunan 15 yanvar 2025-ci il tarixli, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********6002 nömrəli qərarı xx.xx.2025-ci il tarixdə, poçt vasitəsi ilə almışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə poçt xidməti vasitəsi ilə iddia ərizəsini Şirvan İnzibati Məhkəməsinə ünvanlamış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə daxil olmuşdur. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi məhkəməyə daxil olan zaman 30 (otuz) günlük müddət ötürülməmişdir. VM-in 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. VM-in 70.2-3-cü maddəsinə əsasən Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Faktiki hallar və sübutlar: Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 15 yanvar 2025-ci il tarixli, **********6002 nömrəli qərarından görünür ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi baş vergi xidməti müşaviri RZAYEV ZAMİN VAHİD OĞLU tərəfindən İddiaçı (Doğulduğu yer və tarix: AZƏRBAYCAN, BİLƏSUVAR, xx.xx.1989, Yaşayış yeri: AZ1300, BİLƏSUVAR RAYONU, BİLƏSUVAR, 8 MART, ev.2, FİN: xxxxxxx, VÖEN:**********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024 tarixli 104053 №-li akt(lar)ına, eləcə də Yoxlama ilə əlaqədar digər zəruri sənədlərə baxıb müəyyən etdi: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71ci, 130-cu və 58.13-cü maddələrinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq: İddiaçı (Doğulduğu yer və tarix: AZƏRBAYCAN, BİLƏSUVAR. xx.xx.1989, Yaşayış yeri: AZ1300, BİLƏSUVAR RAYONU, BİLƏSUVAR, 8 MART, ev.2, FİN: xxxxxxx, VÖEN:**********) 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu, halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 13500.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilsin. xx.xx.2025 tarixədək 13500.00 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamədən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cũ və 49-cu maddələrini asas tutaraq operativ vergi nəzarətində materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış "Vergi ödəyicisinin vergi qanunvericillyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2025-ci il tarixli **********6002-saylı qərar asasında aşağıdakı maliyyə sanksiyaları tatbiq edilmiş, faiz məbləğləri hesablanmış və vaxtında ödənilməmiş (tam ödənilməmiş) vergi məbləğləri müəyyən edilmişdir.a) Əlavə hesablanmış vergilər: b) Vaxtında ödənilməmiş (tam ödənilməmiş vergilər): c) Vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər: d) Vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları: 13500.00 manat. Eyni zamanda, aşkar edilmiş vergi qanurivericiliyinin pozulmasına görə Azərbaycan Respublikasınun İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati hüquq pozuntusu haqqında protokol(lar) tərtib edilmiş inzibati cərimə kəsilmişdir. Büdcəyə ödənilməli məbləğ 13500.00 manat təşkil etmişdir. Qeyd olunanlar nəzərə alınaraq tələb olunur: 1. Büdcəyə ödənilməli olan 13500.00 manat vəsait xx.xx.2025-ci il tarixə kimi Biləsuvar YXO-nun AZ73CTRE******************** №-li hesabına ödənilməlidir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək vergi orqanı yoxlama aparılması üçün qeydiyyatdan keçmişdir. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 5-39-1/2-369/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, Heydərov X5 şəhəri, şəhid İqbal Astanlı küçəsi, ev 2 ünvanda yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 26 sentyabr 2025-ci il tarixli, 3-21-2-13/2-73147/2025 nömrəli məktubunun surətindən görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində olan məlumatlara əsasən İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş xx.xx.2009-cu il tarixli “Fərdi sahibkarın və vergi ödəyicisi olan fiziki şəxsin vergi uçotuna alınması haqqında” ərizəyə əsasən o, həmin tarixdən ********** saylı VÖEN-lə “pərakəndə ticarət” fəaliyyət növü üzrə uçota alınmışdır. Əlavə olaraq vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergilər üzrə 216,56 manat ödənişi olmuşdur. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta üzrə isə ödənişləri olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1587/2025 nömrəli, 29 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan ilkin iddia üzrə İddiaçı cavabdeh X2 qarşı ilkin iddia üzrə "pul tələbi"nə dair və qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "əqdin etibarsız hesab edilməsi tələbi"nə dair iş üzrə 19 sentyabr 2025-ci il tarixdə yekun məhkəmə aktı qəbul edilmiş, İlkin iddia üzrə İddiaçı cavabdeh X2 qarşı ilkin iddia üzrə "pul tələbi"nə dair iddiası təmin edilmiş və qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiasına xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 dekabr 2025-ci il tarixli, 3-21-2-13/2-100407/2025 nömrəli məktubundan görünür ki, Şəxsi hesab vərəqəsinin xx.xx.2025-ci il tarixə olan göstəricilərinə əsasən İddiaçı dövlət büdcəsinə vergilər üzrə 24709,44 manat (o cümlədən 22369,44 manat əsas2340,00 manat faiz) ödənilməmiş borcu vardır. Tətbiq edilən hüquq: Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyası: 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 70.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 70.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb.ola bilən; 70.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə müvafiq olaraq vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli, **********6002 nömrəli qərar əsasında İddiaçı barəsində qərar qəbul edilmişdir. Belə ki, cavabdeh inzibati orqan etirazının dəlilərində qey edir ki, iddiaçının fəaliyyət göstərdiyi AZ1300 Biləsuvar rayonu, Biləsuvar şəhəri, İqbal Astanlı küçəsi ev 2 "mağaza çadır və bazarlardan kənarda sair “pərakəndə satış” ünvanda yerləşən obyektdə vergi orqanı əməkdaşı (ları) tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinin pozulması faktı aşkar edilərək, iddiaçı barəsində xx.xx.2024-cü il tarixli DVX seriyalı 104053 nomrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinın uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura asasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" akt tərtib edilmişdir. Məlumat üçün bildirmişlər ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ hesab edilir. Keçirilmiş nəzarət tədbiri zamanı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda həmin malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, həmçinin topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi faktlarına rast gəlinmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının maliyyə sankisiyasına məruz qalmasına dair qərarında iddiaçı X4 təqsiri sübuta yetirilməmişdir. İş materailları ilə müəyyən edilir ki, İddiaçı real kommersiya əməliyyatları həyata keçirməmiş, hər hansı məbləğdə gəlir (mənfəət) əldə etməsi sbuta yetirilməmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinə ünvanlanmış iddia ərizəsinin və Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1587/2025 nömrəli, 29 sentyabr 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan ilkin iddia üzrə İddiaçı cavabdeh X2 qarşı ilkin iddia tələbi üzrə "pul tələbi"nə dair və qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "əqdin etibarsız hesab edilməsi tələbi"nə dair iş üzrə 19 sentyabr 2025-ci il tarixdə yekun məhkəmə aktı qəbul edilmiş, ilkin iddia üzrə İddiaçı cavabdeh X2 qarşı ilkin iddia üzrə "pul tələbi"nə dair iddiası təmin edilmiş və qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiasına xitam verilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı satdığı 135000 (yüz otuz beş min) manat məbləğində əmlakdan hər hansı gəlir (mənfəət) əldə etməmişdir. Gələcəkdə iddiaçının iddia tələbi təmin olunduğu halda həmin məhkəmə qətnaməsinin icrasının hansı tarixdə həyata keçirilməsi qeyri müəyyən olmuşdur. Cavabdeh inzibati orqan etirazının dəlilində qeyd edir ki, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa "kölgə iqtisadiyyatı"nı yaradan əsas amillərdəndir. Məhkəmə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən malın verilməsi müəyyən olunsada lakin alıcı tərəfindən ona hər hansı məbləğdə pul vəsaiti verilmədiyi üçün nəzarət kassa-aparatının çeki və ya elektron qaimə-faktura tərtib edilməsi mümkün deyildir. Gələcəkdə iddiaçı tərəfindən satılmış malın dəyəri ona ödənildiyi halda onun vergi məhsuliyyətinə cəlb edilməsinə maneə yaratmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. İddiaçının hər hansı məbləğdə mənfəət əldə etməsi cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Hazır ki, vəziyyətdə iddiaçının gəlirinin hansı məbləğdə və ya hansı dövürdə ələd edə biləcəyini proqnozlaşdırmaq mümkün deyildir. Belə olduğu təqdirdə İddiaçı həyata keçirilməyən vergi əməliyyatlarına görə vergi öhtəliyinin yaranması qanuna ziddir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3- ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 yanvar 2025ci il tarixli, **********6002 nömrəli qərarı, qanunsuz olduğundan ləğv edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 15 yanvar 2025ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6002 nömrəli qərarı ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar