Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2895/2024 04.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçı Cavabdehna qarşı “X1 öldürülməsi faktını prosessual ört basdır edən Cəlilabad rayon prokuroru Natiq Məmmədovun və prokurorluğun böyük müstəntiqi Pərviz Novruzlunun hərəkətlərinin qanunsuz hesab edilməsi, mənəvi ziyanın ödənilməsi və xüsusi qərardadın çıxarılması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehna qarşı “X1 öldürülməsi faktını prosessual ört basdır edən Cəlilabad rayon prokuroru Natiq Məmmədovun və prokurorluğun böyük müstəntiqi Pərviz Novruzlunun hərəkətlərinin qanunsuz hesab edilməsi, mənəvi ziyanın ödənilməsi və xüsusi qərardadın çıxarılması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon prokuroru Nahid Məmmədov və prokurorluğun böyük müstəntiqi Novruzlu Pərvizin prosessual hərəkətlərinin qanunsuz hesab edilməsi və vurulmuş 3000 manat məbləğində ziyanın cavabdeh təşkilatdan alınaraq ödənilməsini müəyyənləşdirən müvafiq məhkəmə qərarının çıxarılmaqla, qızı Əfsanə Rzayevanın öldürülməsi faktı ilə bağlı dəhşətli ağır cinayət hadisəsinin prosessual ört basdır edən Cəlilabad rayon prokuroru Natiq Məmmədovun və prokurorluğun böyük müstəntiqi Pərviz Novruzlunun barəsində müvafiq xüsusi qərardad çıxarılaraq, barəsində cinayət qanunvericiliyindən tələbkarlığında prosessual tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. AR İPM-nin 2.1-ci maddəsindən göründüyü kimi qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında iddiaların növləri sadalanmışdır ki, məhkəmə bununla bağlı olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi göstərilən iddia növlərindən biri ilə bağlı olarsa və inzibati mübahisə vardırsa məhkəmə inzibati məhkəmə icraat qaydasında işə mahiyyəti üzrə baxmaq səlahiyyətinə malikdir. Hazırkı işin faktiki hallarından isə müəyyən olunur ki, iddia tələbi inzibati mübahisə ilə bağlı olmayıb, “cinayət işinin başlanılması ilə bağlı” müraciətə baxılması formasında, mahiyyət etibarı ilə isə cinayət əməllərini törətmiş şəxslər barəsində cinayət işinin açılması ilə əlaqədardır. Bu isə qeyd olunan faktiki hallara qiymət verilməsinə fərqli icraatda, yəni cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada, fərqli orqanlar, yəni cinayət prosesini həyata keçirən orqanları səlahiyyətləndirir. Belə ki, AR CPM-nin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir. Həmin Məcəllənin 7.0 və 7.0.6-cı maddələrinə görə cinayət işi dedikdə törədilən və ya törədilməsi ehtimal edilən cinayətlə əlaqədar cinayət təqibinin həyata keçirilməsi zamanı toplanmış materialların məcmusu başa düşülür. Həmin Məcəllənin 46.3-cü maddəsinə görə cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat cinayət işi başlandığı andan müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən açılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan tərəfindən aparılır. Bununla əlaqədar məsuliyyət müvafiq olaraq icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə material və ya xüsusi ittiham qaydasında şikayət üzrə material olan təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin üzərinə düşür. Həmin Məcəllənin 7.0 və 7.0.5-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanlar dedikdə icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələr başa düşülür. Həmin Məcəllənin 7.0, 7.0.10-cu maddələrinə əsasən birinci instansiya məhkəməsi dedikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxmaq və həmin ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxarmaq səlahiyyətinə malik olan məhkəmə başa düşülür. Həmin Məcəllənin 204.1-ci maddəsinə görə törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Göründüyü kimi cinayət işinin başlandığı andan açılmış cinayət təqibi üzrə icraat səlahiyyətləri daxilində cinayət prosesini həyata keçirən orqanlar, yəni səlahiyyətli təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən aparılır. Hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmə isə, cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş cinayət prosesini həyata keçirən orqan, eləcə də, hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxmaq və həmin ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxarmaq səlahiyyətinə malik şəxs hesab edilmədiyindən, yalnız cinayət işinin başlanılması barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə baxmağa da səlahiyyətli olmamışdır. Göründüyü kimi dövlət orqanları və vətəndaş arasında yaranan xüsusi hüquq münasibətlərinə aid olmayan hər münasibətin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması kimi imperativ göstəriş yoxdur. İnzibati orqan və şəxslər arasında yaranan münasibətlər, hüquq münasibətinin xarakteri baxımından, cinayət təqibi üzrə və ya inzibati xəta haqqında icraat qaydasında da qiymətləndirilə bilər. Hazırkı tələb də publik hüquq münasibəti ilə bağlı olsa, da cinayət təqibi üzrə icraat qaydasında, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən baxılması ilə bağlı tələbdir (şikayətdir). Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, AR İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin tələbindən göründüyü kimi istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 və 1.5-ci bəndlər) Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər) Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə X1 öldürülməsi faktını prosessual ört basdır edən Cəlilabad rayon prokuroru Natiq Məmmədovun və prokurorluğun böyük müstəntiqi Pərviz Novruzlunun hərəkətlərinin qanunsuz hesab edilməsi, mənəvi ziyanın ödənilməsi və xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1082/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında da yuxarıda qeyd edilən mövqedən çıxış edilmişdir. Həmçinin iddiaçıya izah olunur ki, o, inzibati orqanın hərəkətlərini qanunsuz hesab edirsə, həmin hərəkətlərdən inzibati orqanın Baş İdarəsinə şikayət edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehna qarşı “X1 öldürülməsi faktını prosessual ört basdır edən Cəlilabad rayon prokuroru Natiq Məmmədovun və prokurorluğun böyük müstəntiqi Pərviz Novruzlunun hərəkətlərinin qanunsuz hesab edilməsi, mənəvi ziyanın ödənilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2895/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2895/2024
04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver