Məhkəmə qərarları › İş №2-1(120)-29/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-29/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-29/2024 17.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “X2 torpaq sahəsinin icarəyə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 161 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvаn İnzibаti Məhkəməsinin binаsındа, аçıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixli 200 saylı sərəncamının ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibаti Məhkəməsinin 26 aprel 2021-ci il tаriхli, 2-1(120)-555/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixli 200 saylı sərəncamının ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddia tələbinə “X2 torpaq sahəsinin icarəyə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 161 saylı sərəncamının ləğv edilməsi” kimi baxılması, X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçılar, cavabdehin nümayəndəsi və üçüncü şəxs xx.xx.2024-cü il tarixə saat 10:15-ə məhkəməyə dəvət edilmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixə saat 11:00-a, xx.xx.2024-cü il tarixə saat 15:15-ə, xx.xx.2024-cü il tarixə saat 10:15-ə təyin edilmiş iclasları barədə bildiriş məktubları göndərilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. Lakin bildiriş məktubunun göndərilməsinə baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. O cümlədən məhkəmə tərəfindən iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “X2 torpaq sahəsinin icarəyə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 161 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası geri götürülmüş hesab edilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar