Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-290/2020 04.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Masallı rayonu Xıl bələdiyyəsinə qarşı «mərhum anası X1 məxsus olmuş Masallı rayonu Xıl kəndində yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə keçirilməsi barədə sənədlərin etibarsız hesab edilməsi, 0,28 ha torpaq sahəsinin onun adına keçirilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə» iddia ərizəsinə dair inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Masallı rayonu Xıl bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, mərhum anası X1 məxsus olmuş Masallı rayonu Xıl kəndində yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə keçirilməsi barədə sənədlərin etibarsız hesab edilməsi, 0,28 ha torpaq sahəsinin onun adına keçirilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Tərəflər 04 iyun 2020-ci il tаriхə, sааt 15:30-a hаzırlıq icrааtı ilə bаğlı məhkəmə iclаsınа dəvət оlunmuşlаr. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin və Masallı Rayonu Xıl Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı, cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin və Masallı Rayonu Xıl Bələdiyyəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda ünvan 1 ünvanda yaşayır. Onun anası X2 27 iyul 1981-ci ildə vəfat etmiş və Masallı rayonunun Xıl kəndində dəfn olunmuşdur. Onun həqiqətən, Masallı rayonunun Xıl kəndində 0,28 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin onun mülkiyyətində, yəni sahibliyində, istifadəsində və sərəncamında olması ilə bağlı arxiv və digər sənədlər vardır. Lakin torpaq sahəsi onların istifadələrində olmasına baxmayaraq heç bir əsaslı səbəb olmadan Xıl bələdiyyəsinin hesabına keçirilmişdir. Həmin torpaq sahəsinin sahibi, yəni anası vəfat etmiş və yeganə vərəsə o qalmışdır. Torpaq sahəsinin miras əmlak kimi öz adına rəsmi qeyd etdirmək üçün müvafiq təşkilata müraciət etmiş və orada ona məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin əsassız olaraq bələdiyyənin mülkiyyətinə keçirilmişdir. Belə ki, torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə keçirilməsi barədə anasının vərəsəsi kimi ona heç bir məlumat verilməmişdir. Əgər ona torpağın bələdiyyənin hesabına keçirilməsi barədə məlumat verilsəydi, o öz etirazını bildirərdi və torpaq sahəsinin adına keçirilməsinə nail olardı. Torpaq sahəsinin bələdiyyənin hesabına hansı yollarla keçməsi ilə bağlı müvafiq sənəd bələdiyyədən istəmişdir. Lakin bələdiyyə tərəfindən həmin torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi barədə müvafiq çıxarışı ona vermir. O da məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12.11.2019-cu il tarixli 2-1(086)-2162/2019 saylı qərardadının surəti ilə müəyyən olunur ki, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Masallı rayonu Xıl bələdiyyəsinə qarşı mərhum anası X1 məxsus olmuş Masallı rayonu Xıl kəndində yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə keçirilməsi barədə sənədlərin etibarsız hesab edilməsi, 0,28 ha torpaq sahəsinin onun adına keçirilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamış və həmin qərardad qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 12.11.2019-cu il tarixli 2-1(086)-2162/2019 saylı qərardadı ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Masallı rayonu Xıl bələdiyyəsinə qarşı mərhum anası X1 məxsus olmuş Masallı rayonu Xıl kəndində yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə keçirilməsi barədə sənədlərin etibarsız hesab edilməsi, 0,28 ha torpaq sahəsinin onun adına keçirilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamış və həmin qərardad qanuni qüvvəsini almışdır. İddiaçı hazırda yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Masallı rayonu Xıl bələdiyyəsinə qarşı mərhum anası X1 məxsus olmuş Masallı rayonu Xıl kəndində yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə keçirilməsi barədə sənədlərin etibarsız hesab edilməsi, 0,28 ha torpaq sahəsinin onun adına keçirilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının eyni mübahisə üzrə iddiasına əvvəllər məhkəmədə baxıldığından və həmin qərardad qanuni qüvvəsini aldığından yenidən həmin mübahisəyə mahiyyəti üzrə baxıla bilməz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3və 1.4-cü bəndlərində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, iddiaçı tələb olunan sənədləri məhkəməyə təqdim etməyərək, iddia tələbində dəqiqləşdirmə aparmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə, hesab edir ki, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Masallı rayonu Xıl bələdiyyəsinə qarşı «mərhum anası X1 məxsus olmuş Masallı rayonu Xıl kəndində yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə keçirilməsi barədə sənədlərin etibarsız hesab edilməsi, 0,28 ha torpaq sahəsinin onun adına keçirilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə» iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Masallı rayonu Xıl bələdiyyəsinə qarşı «mərhum anası X1 məxsus olmuş Masallı rayonu Xıl kəndində yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə keçirilməsi barədə sənədlərin etibarsız hesab edilməsi, 0,28 ha torpaq sahəsinin onun adına keçirilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə» iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-290/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-290/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver