Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2906/2025 13.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 47 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş vətəndaşların pensiya təminatı haqqında qanununun 13-cü maddəsinin a bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 47 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş vətəndaşların pensiya təminatı haqqında qanununun 13-cü maddəsinin a bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1981-xx.xx.1986-cı il (04 il 11 ay 07 gün) tarixlərdə “Azərbaycan Neft və Kimya İnstitutu”-nu bitirmişəm. Əmək fəaliyyətinə isə xx.xx.1986xx.xx.1987-ci il tarixə (04 ay 12 gün) kimi “Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” Zavodunda (hal-hazırda "xxxx" X7 QSC "xxxx" X6 MMC "xxxx" Zavodu) “təmirquraşdırıcı sexi”-də “mühəndis-texnoloq” vəzifəsində, həmin zavodda xx.xx.1990-xx.xx.1994-cü il tarixə (03 il 11 ay 21 gün) kimi “1-ci kateqoriya mühəndis-normalaşdırıcı” vəzifəsində, xx.xx.1994-xx.xx.1997-ci il tarixə (02 il 10 ay 02 gün) kimi “rəis müavini” vəzifəsində, xx.xx.1997-xx.xx.2004- cü il tarixə (07 il 06 ay 27 gün) kimi “1-ci dərəcəli “mühəndis normalaşdırıcı” vəzifəsində, xx.xx.2004-xx.xx.2019-cu il tarixə (14 il 03 ay 18 gün) kimi ƏH və AŞ-nə “mühəndis-iqtisadçı” vəzifəsində və xx.xx.2019-xx.xx.2024-cü il tarixə (05 il 07 ay) kimi “mühəndis-iqtisadçı və xx.xx.2024-cü il tarixdən hal-hazıradək isə “şöbə rəisinin müavini” vəzifəsində işləyir. İddiaçının işlədiyi “mühəndis-texnoloq”, “mühəndis normalaşdırıcı” və “1-ci kateqoriya mühəndis-normalaşdırıcı”, “rəis müavini”, “mühəndis normalaşdırıcı” və “mühəndisiqtisadçı” vəzifələri ağır və zərərli iş stajı olduğuna görə ona 01 iyul 2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi 15 ildən çox (16 il 09 ay 18 gün) və 7 il 06 aydan çox (11 il 10 ay 11 gün) güzəştli iş stajı olduğuna görə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısına əsasən xx.xx.2010-cu il tarixdən, 47 yaşından hüququm yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, əmək kitabçasının kadrlardan təsdiq edilmiş sürətini, diplomun sürətini, güzəştli arayışını, güzəştli arayışa əlavə edilmiş T-2 “Şəxsi vərəqənin sürətini, Milli Arxiv İdarəsinin Şirvan Filialının xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2-492/2024 saylı arxiv arayışını, Telemexanika İB-nin 2004, 2007-ci illər və "xxxx" MMC-nin 2021-ci il üzrə əmrlərdən çıxarışları əlavə edərək ona xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunuun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-C-323500/2024 №-li məktubla cavab verərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi 16 il 09 ay 18 gün və 11 il 10 ay 11 gün güzəştli iş stajını qazanmışdır. Ona görə də xx.xx.2006-cı il tarixədək qüvvə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısın da qeyd edilmiş İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)” kodu ilə qeyd edilmişdir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən tələb edilən 15 il ümumi və 7 il 06 ay güzəştli stajı tələb olunan xx.xx.1997-ci il tarixədək yığdığıma görə həmin tarixdən xx.xx.2000-ci il tarixədək 06 ay artırılmaqla, lakin həmin tarixədək tələb olunan stajları yığmadığıma görə də xx.xx.2006-cı il tarixədək yığdığım üçün mənə 47 yaşından güzəştli pensiya hüququ verir. Cavabdeh “İnzibati icraat haqqında” Qanununun tələblərinə əsasən imtinada işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları, habelə inzibati akt qəbul edərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktları göstərməli idi. Bu səbəbdən də hesab edirəm ki, cavabdeh İnzibati icraat haqqında” Qanununun 28.1, 21.2, 24.1, 45.1, 52.1 və 61.1-ci maddələrin tələblərini kobud sürətdə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş, həmin Qanununun 9.8-ci maddəsinə istinad olunan normalara uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən həmin pensiyanın təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə kimi qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə kimi 15 ildən artıq ümumi və 7 il 06 aydan çox xüsusi iş stajını qazanmışdır. Qeyd edilənləri nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 47 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş vətəndaşların pensiya təminatı haqqında qanununun 13-cü maddəsinin a bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2024-cü il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş 29 dekabr 2024-cü il tarixli 3- 17-1/2-C-323500/2024 nömrəli cavab məktubu ilə güzəştli iş stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (hazırda qüvvədə olan) axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixdək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin "a" bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa malikdirlər. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndinə əsasən bu Qanunun 12, 13. 15, 16. 19, 35, 40. 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İstinad olunan Qanunun müvafiq maddəsindən də məlum olur ki, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsidən məlum olur ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuş, xx.xx.2010-cü il tarixdə 47 yaşı tamam olmuşdur, halbuki xx.xx.2006-cı il tarixədək kifayət qədər ümumi iş stajı olsada güzəştli iş stajı olmamışdır. Beləki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun idarə Heyətinin qərarlarını, Fondun idarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf'nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsinin (9) tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri bəndində (9.7) göstərilən istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmirlə tam iş günü ərzində məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr nəzərdə tutulmuşdur. İddiaçı M.X5 təqdim etdiyini "xxxx" QSC "xxxx" X8 Telemexanika İdarəetmə şöbəsinin ona dair xx.xx.2024-cü il tarixli 100/02-578 nömrəli arayışında xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə əmək haqqı şöbəsində böyük mühəndis normalaşdırıcı, xx.xx.1990xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Əli Bayramlı şəhər Sənaye Avtomatikası və Telemexanika zavodunun əmək haqqı şöbəsində mühəndis normalaşdırıcı, xx.xx.1994xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində 1-ci kateqoriya mühəndis normalaşdırıcı, xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini, xx.xx.1997-xx.xx.2004cü il tarixləri arasındakı dövr ərzində 1-ci dərəcəli mühəndis normalaşdırıcı, xx.xx.2004xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində mühəndisiqtisadçı, xx.xx.2021-ci il tarixindən bugünədək isə İqtisadiyyat, əməyin təşkili və əmək haqqı şöbəsində rəis müavini vəzifələrində işlədiyiniz qeyd olunub. Göründüyüy kimi, iddiaçının işlədiyi şöbələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan sahəyə aid deyil. Bu səbəbdən iddaçı İddiaçı güzəştli iş stajı yoxdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, İddiaçı güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab edilmir. İş üzrə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1986-cı il tarixli, НВ 010733 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1981-ci ildə M.Əzizbəyov adına X11 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1986-cı ildə qeyri-üzvi maddələrin texnologiyası ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1986-cı il tarixli, ИТ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2024-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan "xxxx" X7” QSC "xxxx" X6 MMC "xxxx" zavodunun xx.xx.2024-cü il tarixli, 100/02-452 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1986-cı il tarixdə Əli Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavodunda (Hal-hazırda "xxxx" X7” QSC "xxxx" X3 Telemexanika İdarəetmə şöbəsi) “əməkhaqqı şöbəsi”nə “mühəndis-texnoloq” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1987-ci il tarixdə “əməkhaqqı şöbəsi”nə “böyük mühəndis normalaşdırıcı” vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə yenidən Əli Bayramlı şəhər "Sənaye Avtomatikası və Telemexanika” Zavoduna “əməkhaqqı şöbəsi”nə “mühəndis normalaşdırıcı” vəzifəsinə təyin edilmişdir. xx.xx.1994-cü il tarixdə “1-ci kateqoriya mühəndis-normalaşdırıcı” vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü il tarixdə “rəis müavini” vəzifəsinə keçirilmişdir. xx.xx.1997-ci il tarixdə “1-ci dərəcəli “mühəndis normalaşdırıcı” vəzifəsinə keçirilmişdir. xx.xx.2004-cü il tarixdə ƏH və AŞ-nə “mühəndis-iqtisadçı” vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə “mühəndisiqtisadçı” vəzifəsi üzrə 9-cu dərəcə verilmişdir. xx.xx.2021-ci il tarixdə İqtisadiyyat, əməyin təşkili və əməkhaqqı şöbəsinə rəis müavini vəzifəsinə keçirilmiş və həmin tarixdən bugünədək (həmin şöbə və həmin vəzifə üzrə) əmək fəaliyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 92 nömrəli Qərarı ilə Əli-Bayramlı "xxxx" İstehsalat Birliyi Azərbaycan Respublikası “Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin Siyahıs”na daxil edildiyi tarixdən (xx.xx.1994-cü il) etibarən bu müəssisədə çalışan işçilərin vəzifəsindən və peşəsindən asılı olmayaraq güzəştli pensiya hüququ partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kriteriyalarla müəyyən edilir. Bu səbəbdən İddiaçı xx.xx.1986-xx.xx.1987-ci illər və xx.xx.1990-cı il tarixdən hal-hazıradək olan illər arasındakı əmək fəaliyyəti dövrünün yalnız xx.xx.1994-cü il tarixdən halhazıradək olan illər arasında topladığı iş stajı qanunamüvafiq güzəştli əmək stajı hesab edilir. Belə ki, İddiaçı işlədiyi “1-ci kateqoriya mühəndis- normalaşdırıcı”, “rəis müavini”, “1-ci dərəcəli mühəndis normalaşdırıcı”, “mühəndis-iqtisadçı” və şöbə rəisinin müavini vəzifələri ağır əmək şəraiti olaraq “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara nisbətdə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri Siyahısfnın 9-cu bölməsinin, eyni zamanda Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 9-cu - yəni ki, partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərdə göstərilmiş məhlullar olan hər nov döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri” (10907000 kodu ilə qeyd edilmiş) tam iş günü ərzində yeni partlayıcı maddələrin işlədilməsi zamanı təmirdə və texnoloji prossesdə, həmçinin hər növ partlayıcı maddələrin istehsalında məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr”; - həmin bölmədə qeyd edilmiş tam iş günü ərzində istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə məşğul olan rəhbərlər və mütəxəssislər göstəricisi ilə eynilik təşkil etməklə İddiaçı topladığı əmək stajı, o cümlədən “1-ci kateqoriya mühəndis-normalaşdırıcı”, “rəis müavini”, “1-ci dərəcəli mühəndis normalaşdırıcı”, “mühəndis-iqtisadçı” və şöbə rəisinin müavini vəzifələri üzrə olan əmək stajının 30 il 08 ayı yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən staj hesab olunur. Beləliklə İddiaçı xx.xx.1986-xx.xx.1987-ci illər və xx.xx.1990-cı il tarixdən hal-hazıradək işləməklə ümumi iş stajı 35 il 01 ay təşkil edilir və həmin əmək stajının xx.xx.1994-cü il tarixdən hal-hazıradək işlədiyi müddəti zərərli və ağır iş stajı hesab olunmaqla 30 il 08 ay təşkil edir. Beləliklə, İddiaçı işlədiyi peşələrin güzəştli pensiya hüququna malik olan xüsusiyyətləri - yüksək səviyyədə partlayış təhlükəli obyeklərdə istehsalatda yeni texnologiyanın işlənməsi zamanı tam iş günün ərzində texnoloji prosseslərdə iştirak etməklə yanaşı məşğul olmaqla əmək fəaliyyəti göstərməkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-C-323500/2024 nömrəli məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC "xxxx" X8 Telemexanika İdarəetmə şöbəsinin xx.xx.2024-cü il tarixli 100/02-578 nömrəli arayışında xx.xx.1987xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə əmək haqqı şöbəsində böyük mühəndis normalaşdırıcı, xx.xx.1990-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Əli Bayramlı şəhər Sənaye Avtomatikası və Telemexanika zavodunun əmək haqqı şöbəsində mühəndis normalaşdırıcı, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində 1-ci kateqoriya mühəndis normalaşdırıcı, xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini, xx.xx.1997-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində 1-ci dərəcəli mühəndis normalaşdırıcı, xx.xx.2004-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində mühəndis-iqtisadçı, xx.xx.2021-ci il tarixindən bugünədək isə İqtisadiyyat, əməyin təşkili və əmək haqqı şöbəsində rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyüy kimi, işlədiyi şöbələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan sahəyə aid deyildir. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-69273/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC "Sənayecihaz” X8 Telemexanika İdarəetmə şöbəsinin ona dair xx.xx.2024-cü il tarixli 100/02-578 nömrəli arayışında xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə əmək haqqı şöbəsində böyük mühəndis normalaşdırıcı, xx.xx.1990-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Əli Bayramlı şəhər Sənaye Avtomatikası və Telemexanika zavodunun əmək haqqı şöbəsində mühəndis normalaşdırıcı, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində 1-ci kateqoriya mühəndis normalaşdırıcı, xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini, xx.xx.1997-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində 1 -ci dərəcəli mühəndis normalaşdırıcı, xx.xx.2004-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində mühəndis-iqtisadçı, xx.xx.2021-ci il tarixindən bugünədək isə İqtisadiyyat, əməyin təşkili və əmək haqqı şöbəsində rəis müavini vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, İddiaçı işlədiyi şöbələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan sahəyə aid deyil. Bu səbəbdən də adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Bundan başqa, İddiaçı ümumi iş stajı 39 il 9 ay (xx.xx.2006-cı il tarixinədək 21 il 1 ay (xx.xx.1981-xx.xx.1986-cı il (əyani təhsil aldığı dövr), xx.xx.1986-cı il, xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 8 ay), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 58677,99 manat təşkil edir. İş materiallarında olan "xxxx" X7” QSC "xxxx" X6 Telemexanika İdarəetmə şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 1/3/02/089 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən də xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixə kimi “Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” Zavodunda (hal-hazırda "xxxx" X7 QSC "xxxx" X6 MMC "xxxx" Zavodu) “təmir-quraşdırıcı sexi”-də “mühəndis-texnoloq” vəzifəsində, həmin zavodda xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixə kimi “texniki-avtomat sexi”-nə “böyük mühəndis normalaşdırıcı” vəzifəsində, xx.xx.1990-cı il tarixdən 03.01,1994-cü il tarixə kimi “1-ci kateqoriya mühəndis-normalaşdırıcı” vəzifəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi “rəis müavini” vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi “1-ci dərəcəli “mühəndis normalaşdırıcı” vəzifəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixə kimi ƏH və AŞ-nə “mühəndis-iqtisadçı” vəzifəsində və xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi “mühəndis-iqtisadçı və xx.xx.2024-cü il tarixdən hal-hazıradək isə “şöbə rəisinin müavini” vəzifəsində işləyir. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi mühəndis-normalaşdırıcı vəzifəsi, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi rəis müavini vəzifəsi, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək işlədiyi mühəndis-iqtisadçı və xx.xx.2019- cu il tarixdən xx.xx.2024-cü il tarixədək mühəndis-iqtisadçı vəzifələri üzrə gördüyü işlər - Yüksək səviyyədə partlayış təhlükəli obyektlərdə, yəni müəssisənin istehsalatda yeni texnologiyanın işlənməsi zamanı tam iş günü ərzində texnoloji prosseslərdə iştirak etməklə yanaşı məşğul olmaq, müəssisənin məhsullarının işlədilməsi və istehsalı zamanı, texnoloji proseslərdə və onların gedişatı ilə yaxından iştirak etmək və təkliflər vermək, tədqiqat və layihə işlərinin aparılması üçün material, əmək və maliyyə xərcləri, yeni texnikanın mənimsənilməsi və tətbiqi üzrə hesablamaları yerinə yetirmək və müəssisədə görülən işlərin, təqdimatların, yeni texnika və texnologiyanın tətbiqinin səmərələşdirici təkliflərin və ixtiraların verilməsini həyata keçirmək, müəssisənin istehsalat prosesinin gedişatı ilə əlaqədar yerlərdə (sex və bölmələrdə) materiallara aid müvafiq sənədlərin qeydlərini aparmaqla və həmçinin müəssisənin bütün işçilərin tam iş günü ərzində iş rejiminin yerlərdə yoxlanılmaqla qeydlərini aparmaq və müəssisənin məhsullarının işlədilməsi və istehsalı zamanı, texnoloji prosseslərin gedişatı zamanı yerlərdə (sex və bölmələrdə) müvafiq qeydlər aparmaqdan ibarət olmuşdur. İşlədiyi peşə zərərli və ağır iş stajı olduğundan aylıq əmək haqqısına və məzuniyyət gününə isə təqvim günü əlavə edilirdi. Həmin peşə AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)”, həmin bəndin 2-ci abzasına əsasən göstərilən istehsalatlarda, həmçinin bu istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmiri ilə tam iş günü ərzində məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (10907000—1754) kodları ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 92 nömrəli Qərarı ilə Əli-Bayramlı "xxxx" İstehsalat Birliyi Azərbaycan Respublikası “Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin Siyahıs”na daxil edildiyi tarixdən (xx.xx.1994-cü il) etibarən bu müəssisədə çalışan işçilərin vəzifəsindən və peşəsindən asılı olmayaraq güzəştli pensiya hüququ partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kriteriyalarla müəyyən edilir. Bu səbəbdən də hesab edirik ki, İddiaçı yuxarıda qeyd edilən peşə və vəzifəsi zərərli və ağır iş stajı olduğundan AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)”, həmin bəndin 2-ci abzasına əsasən göstərilən istehsalatlarda, həmçinin bu istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmiri ilə tam iş günü ərzində məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (10907000—1754) kodları uyğun gəldiyinə görə ona güzəştli iş stajı üzrə pensiya hüququ verir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının 47 yaşı tamam olduğu 01 noyabr 2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmə hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılmasına keçməzdən əvvəl, ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı zəruri şərtlərin ödənilməli olmasına qiymət verir. Belə ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260- İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə qadınlar – 47 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür:
1. tələb olunan yas həddinə çatdıqda (47 yaş),
2. xx.xx.2006-ci il tarixədək azı 15 il sığorta stajı olduqda,
3. stajın 7 il 6 ayını əmək şəraiti zərərli və ağır islərdə işlədikdə. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlilindən görünür ki, iddiaçının 47 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 7 il 6 ay, ümumi iş stajı minimum 15 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: xx.xx.1986-cı il tarixdə Əli Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavodunda (Hal-hazırda "xxxx" X7” QSC "xxxx" X3 Telemexanika İdarəetmə şöbəsi) “əməkhaqqı şöbəsi"nə “mühəndis-texnoloq” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə “əməkhaqqı şöbəsi”nə “böyük mühəndis normalaşdırıcı” vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixdə yenidən Əli Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavoduna “əməkhaqqı şöbəsi”nə “mühəndis normalaşdırıcı” vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə “1-ci kateqoriya mühəndisnormalaşdırıcı” vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə “rəis müavini” vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixdə “1-ci dərəcəli “mühəndis normalaşdırıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü il tarixdə ƏH və AŞ-nə “mühəndis-iqtisadçı” vəzifəsinə keçirilmiş, xx.xx.2019xx.xx.2024-cü il tarixə (05 il 07 ay) kimi “mühəndis-iqtisadçı və xx.xx.2024-cü il tarixdən halhazıradək isə “şöbə rəisinin müavini” vəzifəsində işləyir. Məhkəmə bildirir ki, iddiaçının xx.xx.1963-cü il tarixdə anadan olmuş, xx.xx.2010-cü il tarixdə 47 yaşı tamam olmuşdur, halbuki xx.xx.2006-cı il tarixədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının işlədiyi və inzibati orqan tərəfindən qəbul edilməyən işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 47 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2010-cu il tarixə ümumi iş stajı 15 ildən çox təşkil edir. Eləcə də, inzibati orqan iddiaçının ümumi stajını mübahisələndirməmiş və etirazında ümumi iş stajının 15 ildən çox olduğunu qeyd etmişdir. İmtinanın əsası iddiaçının 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajının 7 il 6 aydan az olması ilə bağlıdır. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Belə ki, İddiaçı yuxarıda qeyd edilən peşə və vəzifəsi zərərli və ağır iş stajı olduğundan AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)” kodu uyğundur. Eyni peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş 9. Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsində 9.7. Tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri peşələri uyğundur. "xxxx" X7” QSC "xxxx" X6 Telemexanika İdarəetmə şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 1/3/02/089 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən də xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixə kimi “Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” Zavodunda (hal-hazırda "xxxx" X7 QSC "xxxx" X6 MMC "xxxx" Zavodu) “təmirquraşdırıcı sexi”-də “mühəndis-texnoloq” vəzifəsində, həmin zavodda xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixə kimi “texniki-avtomat sexi”-nə “böyük mühəndis normalaşdırıcı” vəzifəsində, xx.xx.1990-cı il tarixdən 03.01,1994-cü il tarixə kimi “1-ci kateqoriya mühəndisnormalaşdırıcı” vəzifəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi “rəis müavini” vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi “1-ci dərəcəli “mühəndis normalaşdırıcı” vəzifəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixə kimi ƏH və AŞ-nə “mühəndis-iqtisadçı” vəzifəsində və xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi “mühəndis-iqtisadçı və xx.xx.2024-cü il tarixdən hal-hazıradək isə “şöbə rəisinin müavini” vəzifəsində işləyir. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi mühəndis-normalaşdırıcı vəzifəsi, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi rəis müavini vəzifəsi, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək işlədiyi mühəndis-iqtisadçı və xx.xx.2019- cu il tarixdən xx.xx.2024-cü il tarixədək mühəndis-iqtisadçı vəzifələri üzrə gördüyü işlər - Yüksək səviyyədə partlayış təhlükəli obyektlərdə, yəni müəssisənin istehsalatda yeni texnologiyanın işlənməsi zamanı tam iş günü ərzində texnoloji prosseslərdə iştirak etməklə yanaşı məşğul olmaq, müəssisənin məhsullarının işlədilməsi və istehsalı zamanı, texnoloji proseslərdə və onların gedişatı ilə yaxından iştirak etmək və təkliflər vermək, tədqiqat və layihə işlərinin aparılması üçün material, əmək və maliyyə xərcləri, yeni texnikanın mənimsənilməsi və tətbiqi üzrə hesablamaları yerinə yetirmək və müəssisədə görülən işlərin, təqdimatların, yeni texnika və texnologiyanın tətbiqinin səmərələşdirici təkliflərin və ixtiraların verilməsini həyata keçirmək, müəssisənin istehsalat prosesinin gedişatı ilə əlaqədar yerlərdə (sex və bölmələrdə) materiallara aid müvafiq sənədlərin qeydlərini aparmaqla və həmçinin müəssisənin bütün işçilərin tam iş günü ərzində iş rejiminin yerlərdə yoxlanılmaqla qeydlərini aparmaq və müəssisənin məhsullarının işlədilməsi və istehsalı zamanı, texnoloji prosseslərin gedişatı zamanı yerlərdə (sex və bölmələrdə) müvafiq qeydlər aparmaqdan ibarət olmuşdur. İşlədiyi peşə zərərli və ağır iş stajı olduğundan aylıq əmək haqqısına və məzuniyyət gününə isə təqvim günü əlavə edilirdi. Həmin peşə AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)”, həmin bəndin 2-ci abzasına əsasən göstərilən istehsalatlarda, həmçinin bu istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmiri ilə tam iş günü ərzində məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (10907000—1754) kodları ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 92 nömrəli Qərarı ilə Əli-Bayramlı "xxxx" İstehsalat Birliyi Azərbaycan Respublikası “Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin Siyahıs”na daxil edildiyi tarixdən (xx.xx.1994-cü il) etibarən bu müəssisədə çalışan işçilərin vəzifəsindən və peşəsindən asılı olmayaraq güzəştli pensiya hüququ partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kriteriyalarla müəyyən edilir. Bu səbəbdən də hesab edirik ki, İddiaçı yuxarıda qeyd edilən peşə və vəzifəsi zərərli və ağır iş stajı olduğundan AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)”, həmin bəndin 2-ci abzasına əsasən göstərilən istehsalatlarda, həmçinin bu istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmiri ilə tam iş günü ərzində məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (10907000—1754) kodları uyğun gəldiyinə görə ona güzəştli iş stajı üzrə pensiya hüququ verir. Eləcə də, "xxxx" X7” QSC "xxxx" X6 Telemexanika İdarəetmə şöbəsi tərəfindən məhkəməyə iddiaçının işlədiyi peşələr üzrə vəzifə təlimatları təqdim edilmişdir ki, qeyd edilən təlimatlara baxılan zaman həmin peşələr üzrə vəzifədə işləyən şəxslərin gördüyü işin zərərli və ağırlıq dərəcəsinə görə aylıq əmək haqqıya əlavə və məzuniyyət gününə isə iş stajına əsasən əlavə təqvim gününün əlavə edildiyi müəyyən edilir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya uyğun olmaqla güzəşli iş stajının 07 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Beləliklə, iddiaçıya 47 yaşdan, yəni xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən təyin edilməli olsa da, adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 09 dekabr 2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən ilkin müraciətinin iş materiallarına əsasən 09 dekabr 2024-cü il tarixli ərizə ilə edildiyi və qeyd edilən ərizənin 19 dekabr 2024-cü il tarixində inzibati orqana daxil olduğunu bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan pensiya məbləği onun ilkin müraciət etdiyi tarixdən geriyə 3 (üç) il ərzində hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla iddiaçıya ödənilməli olan pensiya məbləği onun ilkin müraciət etdiyi tarixdən geriyə 3 (üç) il ərzində hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 47 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş vətəndaşların pensiya təminatı haqqında qanununun 13-cü maddəsinin a bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən: Hilal Nəcəfov