Məhkəmə qərarları › İş №2-1(120)-291/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-291/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-291/2021 25.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirаkı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı xx xxxxxx 1954-cü ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Masallı rayon filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 02.10.2020-ci il tarixli, **********3 saylı imtina məktubu verilərək, iddiaçının Azərbaycan Respublikası Əhaliyə Məişət Xidməti Nazirliyinin “xxxxlik” müəssisəsində 19.02.1990-01.12.2004-cü illərdə bufetçi işləməsi barədə əmək haqqı təqdim edə bilməməsini əsas gətirərək, pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(120)-291/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Masallı rayon filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Masallı rayon filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialı ilə əvəz edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(120)-291/2021 saylı qərardadı ilə iddia tələbinə “19.02.1990-cı il tarixdən 01.07.2000-ci il tarixədək “xxxx” müəssisəsində (01.05.1997-ci il tarixdən “xxxx” müəssisəsi “xxxx” ASC adlanmışdır) 20.07.2000-ci il tarixdən 01.12.2004-cü il tarixədək “xxxx” X5 Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(120)-291/2021 saylı qərardadı ilə iddia tələbinə “19.02.1990-cı il tarixdən 01.07.2000-ci il tarixədək “xxxx” müəssisəsində (01.05.1997-ci il tarixdən “xxxx” müəssisəsi “xxxx” ASC adlanmışdır) 20.07.2000-ci il tarixdən 01.12.2004-cü il tarixədək “xxxx” X5 Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, 01.01.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi (bərpa edilməsi) öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının Azərbaycan Respublikası Əhaliyə Məişət Xidməti Nazirliyinin “xxxxlik” müəssisəsində 19.02.1990-01.12.2004-cü illərdə bufetçi işləməsi barədə əmək haqqı təqdim edə bilməməsini əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətini, yaşayış yerindən arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 20 noyabr 2020-ci il tarixli, 5/1866 nömrəli məktubunun, Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 23.02.2021-ci il tarixli, 02 nömrəli məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının 02.03.2021-ci il tarixli, **********4 nömrəli məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X7 Filialının 15 aprel 2021-ci il tarixli, **********9 nömrəli etirazının, 101738 nömrəli pensiya işinin, Masallı rayon Dövlət Arxivinin 12.04.2021-ci il tarixli, M-166 nömrəli məktubunun və əmrlər kitablarından çıxarışların, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 07 may 2021-ci il tarixli, **********133000 nömrəli məktubunun və ona əlavə olunmuş şəhadətnamənin, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 01.07.2000-01.12.2004-cü il tarixlərdə hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, onun 02 dekabr 2014-cü ildə 60 yaşı tamam olmuşdur və 12 ildən artıq sığorta stajına malik olması, o cümlədən “19.02.1990-cı il tarixdən 01.07.2000-ci il tarixədək “xxxx” müəssisəsində (01.05.1997-ci il tarixdən “xxxx” müəssisəsi “xxxx” ASC adlanmışdır), 20.07.2000-ci il tarixdən 01.12.2004-cü il tarixədək “xxxx” X5 Cəmiyyətində işləməsi iddiaçıya məxsus NT-İ ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iddiaçının əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti (13.03.1980- 20.12.1984 (4 il 8 ay 7 gün), 19.02.1990-01.07.2000 (10 il 4 ay 12 gün), 20.07.2000- 01.12.2004 (4 il 5 ay 10 gün) dövrlərinin cəmi 19 il 5 ay 29 gün təşkil edir. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının 19.02.1990-cı il tarixdən 01.07.2000-ci il tarixədək, 20.07.2000-ci il tarixdən 01.12.2004-cü il tarixədək işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri mübahisə edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri (19.02.1990-01.07.2000, 20.07.2000-01.12.2004-cü illər) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 19.02.1990-cı il tarixdən 01.07.2000-ci il tarixədək, 20.07.2000-ci il tarixdən 01.12.2004-cü il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. İş materialarında Masallı rayon Dövlət Arxivinin 12.04.2021-ci il tarixli, M-166 nömrəli məktubunun və əmrlər kitablarından çıxarışlarından görünür ki, İddiaçı 13.03.1980-20.12.1984-cü il tarixlərdə Masallı rayonu sabiq “S.Kirov” adına sovxozunda işləmiş və əmək haqqı almışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X7 Filialının 15 aprel 2021-ci il tarixli, **********9 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu X4 8 saylı regional ərazi filialına (Masallı) qarşı "iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan 2-1(120)-291/2021 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən etirazımızı təqdim edirik. İddiaçı H. Əliyeva 19.05.2017-ci ildə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun müvafiq filialına müraciət etmişdir. Filialın əmək pensiyası təyin edən komissiyanın 06.04.2018-ci il qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçının yaşa görə əmək pensiyası Filialda keçirilən audit yoxlaması nəticəsində ləğv edilmişdir. Belə ki, İddiaçı əmək pensiyası ilə bağlı təqdim etdiyi əmək kitabçasına əsasən onun 19.02.1990-cı il tarixdən 01.07.2000-ci il tarixədək “xxxx” müəssisəsində (01.05.1997-ci il tarixdən “xxxx” müəssisəsi “xxxx” ASC adlanmışdır), 20.07.2000-ci il tarixdən 01,12.2004-cü il tarixədək "xxxx” X5 Cəmiyyətində aidiyyəti üzrə işləməsi faktının yoxlanması üçün Fondun Bakı şəhəri Nəsimi rayon şöbəsinə sorğu göndərilmiş, həmin sorğunun nəticəsi olaraq İddiaçı həmin müəssisədə 19.02.1990-cı il tarixində işə qəbul edilməsi və 01.07.2000-ci il tarixində işdən azad edilməsi ilə bağlı əmrlərinin olmasına baxmayaraq iddiaçının işləməsi faktını təsdiq edən əmək haqları ilə bağlı məlumatlara rast gəlinmədiyindən həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçının 19.02.1990-cı il tarixdən 01.12.2004-cü il tarixədək həmin müəssisədə işləməsi faktı öz təsdiqini tapmadığından yaşa görə əmək pensiyası hüququ ləğv edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-cl ii iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtiiə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır.Göstərilənləri nəzərə alaraq, İddiaçı “xxxx” X6 Cəmiyyətində işlədiyi dövr öz təsdiqini tapmadığından yaşa görə əmək pensiyası hüququ ləğv edilmişdir. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 35.1-ci maddəsinin tələblərini nəzərə alaraq, sizdən icraatınızda olan 2-1(120)-291/2021 nömrəli inzibati iş üzrə İddiaçı "iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi’’ tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 07 may 2021-ci il tarixli, **********133000 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə daxii olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildiririk ki, 06.06.2003-cü ildə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) "xxxx" X6 Cəmiyyətinin bölünməsi nəticəsində yaranmış "xxxx" X5 Cəmiyyətinin bazasında yaradılmış və onun hüquqi varisidir. Eyni zamanda bildiririk ki, "xxxx" ASC barədə tələb olunan sənədlərin təsdiq edilmiş surətlərini Sizə təqdim edirik. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 01.07.2000-01.12.2004cü il tarixlərdə hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti 01.07.2000-31.12.2000-ci illər üzrə hesablanmış MDSSH 2658.96, ödənilmiş MDSSH 2008.16, 2001-ci il üzrə hesablanmış MDSSH 7010.80, ödənilmiş MDSSH 5934.20, 2002-ci il üzrə hesablanmış MDSSH 5769.54, ödənilmiş MDSSH 4532.84, 2003-cü il üzrə hesablanmış MDSSH 5015.74, ödənilmiş MDSSH 3783.34, 01.01.2004-01.12.2004-cü illər üzrə hesablanmış MDSSH 7459.62, ödənilmiş MDSSH 6857.1 manat qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus 101738 nömrəli pensiya işinin içərisində olan 26.12.2017-ci il tarixli aktdan görünür ki, İddiaçı iş stajı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əmr kitabları ilə 1990-2000-ci illərdə yoxladıqda müəyyən olundu ki, 19.02.1990-cı il tarixli, № 20 nömrəli əmr ilə işə qəbul edilmiş, 01.07.2000-ci il tarixli 02/K nömrəli ilə işdən azad edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin müəssisədə işləməsi və işdən xaric olması, o cümlədən müəssisənin fəaliyyətinin olması, məcburi dövlət sosial sığorta haqlarının ödəməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, fəaliyyəti olmuş və iddiaçı da həmin müəssisədə işləmişdir. Odur ki, məhkəmə iddiaçının 19.02.1990-cı il tarixdən 01.07.2000-ci il tarixədək “xxxx” müəssisəsində (01.05.1997-ci il tarixdən “xxxx” müəssisəsi “xxxx” ASC adlanmışdır), 20.07.2000-ci il tarixdən 01.12.2004-cü il tarixədək “xxxx” X5 Cəmiyyətində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdeh iddiaçının 19.02.1990-cı il tarixdən 01.07.2000-ci il tarixədək “xxxx” müəssisəsində (01.05.1997-ci il tarixdən “xxxx” müəssisəsi “xxxx” ASC adlanmışdır), 20.07.2000-ci il tarixdən 01.12.2004-cü il tarixədək “xxxx” X5 Cəmiyyətində işləməsi faktını təsdiq edən əmək haqları ilə bağlı məlumatlara rast gəlinmədiyini əsas gətirərək, həmin dövrləri sosial sığorta stajı kimi nəzərə alınmamış və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 19.02.1990-cı il tarixdən 01.07.2000-ci il tarixədək “xxxx” müəssisəsində (01.05.1997-ci il tarixdən “xxxx” müəssisəsi “xxxx” ASC adlanmışdır), 20.07.2000-ci il tarixdən 01.12.2004-cü il tarixədək “xxxx” X5 Cəmiyyətində işləməsi onun əmək kitabçasında qeyd olunduğu üçün əmək haqları ilə bağlı məlumatlara rast gəlinməməsi və yaxud həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 23.02.2021-ci il tarixli, 02 nömrəli məktubunda qeyd edilmişdir ki; xx.xx.1954cü il tarixdə ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı 19.02.1990-01.12.2004-cü illərdə Azərbaycan Respublikası Əhaliyə Məişər Xidməti Nazirliylinin “xxxxlik” müəssisəsində bufetçi vəzifəsində işləyib-işləməməsi ilə əlaqədar kadr və mühasibatlıq üzrə arxiv sənədləri “xxxx” müəssisəsinin özəlləşdirilməsi və 01.07.2000-ci il tarixdən ləğvi ilə əlaqədar olaraq saxlanılmamışdır. Məlumat olaraq bildiririk ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti “xxxx” müəssisəsinin hüquqi varisidir və hazırkı vaxtadək fəaliyyət göstərir. İş materialarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının 02.03.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin tabeliyində Fondun 8 saylı Regional Ərazi Filialı Sizin ünvanladığınız 27.01.2021 -ci il tarixli, 2-1(120)-291/2021 saylı, icraatınızda olan işlə əlaqədar vətəndaş İddiaçı yaşa görə əmək pensiyası hüququ 02.12.2014-cü il tarixində yaranmış və əmək pensiyası ilə bağlı təqdim etdiyi əmək kitabçasına əsasən ümumi 19 il 6 ay sığorta stajınız müəyyən edilmişdir. (13.03.1980-ci il tarixindən 20.12.1984-cü il tarixinədək Masallı rayonu “S.M.Kirov” adına sovxozunda, 19.02.1990-cı il tarixindən 01.07.2000-ci il tarixinədək “xxxx” müəsisəsində (01.05.1997-ci il tarixindən “xxxx” müəsisəsi, “xxxx” X5 Cəmiyyəti adlanmışdır), 20.07.2000-ci il tarixindən 01.12.2004-cü il tarixinədək “xxxx” X5 Cəmiyyəti). İddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı 02.12.2014-cü il tarixində 60 yaşda, 12 il iş stajı tələb olunmasına baxmayaraq əmək pensiyası ilə bağlı təqdim etdiyi əmək kitabçasında qeyd olunan 19.02.1990-cı il tarixindən 01.07.2000-ci il tarixinədək, 20.07.2000-ci il tarixindən 01.12.2004-cü il tarixinədək “xxxx” X5 Cəmiyyətində işləməsi dövrü (14 il 8 ay 23 gün) öz təsdiqini tapmadığından əmək pensiyası hüququ ləğv edilmişdir. İddiaçı fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə Filial tərəfindən aparılan araşdırma nəticəsində heç bir məlumata rast gəlinməmişdir. İş materialarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 20 noyabr 2020-ci il tarixli, 5/1866 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əhaliyə Məişər Xidməti Nazirliylinin “xxxxlik” müəssisəsinin sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Göründüyü kimi 19.02.1990-cı il tarixdən 01.07.2000-ci il tarixədək, 20.07.2000-ci il tarixdən 01.12.2004-cü il tarixədək olan illərə aid müəssisə sənədləri (əmək haqqı cədvəlləri, əmrlər və s.) arxivə təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bundan başqa cavabdeh iddiaçının 19.02.1990-01.07.2000, 20.07.2000- 01.12.2004-cü illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə işləməsi faktının müəyyən edilməsinin mümkün olmamasını əsas gətirilərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 19.02.1990-01.07.2000, 20.07.2000-01.12.2004cü illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə işləməsi faktının müəyyən edilməsinin mümkün olmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Belə ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi 01.01.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı 19.02.1990-01.07.2000, 20.07.2000-01.12.2004-cü illərdə işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə cavabdehin göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, ümumiyyətlə cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi və yaxud məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə işləməsi faktının müəyyən edilməsinin mümkün olmaması iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina üçün əsas deyildir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı 19.02.1990-cı il tarixdən 01.07.2000-ci il tarixədək “xxxx” müəssisəsində (01.05.1997-ci il tarixdən “xxxx” müəssisəsi “xxxx” ASC adlanmışdır) 20.07.2000-ci il tarixdən 01.12.2004-cü il tarixədək “xxxx” X5 Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, 01.01.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi (bərpa edilməsi) öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı 19.02.1990-cı il tarixdən 01.07.2000-ci il tarixədək “xxxx” müəssisəsində (01.05.1997-ci il tarixdən “xxxx” müəssisəsi “xxxx” ASC adlanmışdır) 20.07.2000-ci il tarixdən 01.12.2004-cü il tarixədək “xxxx” X5 Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, 01.01.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi (bərpa edilməsi) öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar