Məhkəmə qərarları › İş №2-1(120)-291/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-291/2022

05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-291/2022 05.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi xx1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli, 67 nömrəli sərəncamının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli, 67 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 23 iyul 2008-ci il tarixli, 132 nömrəli sərəncamı əsasında Neftçala rayon torpaq fonduna aid 8 saylı qış otlaq sahəsindəki 300 ha torpaq sahəsi ona 15 il müddətinə icarəyə verilmişdir. 2015-ci il tarixdə İcra Hakimiyyəti tərəfindən onun istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahənin düzgün istifadə olunmaması ilə bağlı akt tərtib olunmuş, xx.xx.2015ci il tarxili B-560 və xx.xx.2016-cı il tarixli B-420 nömrəli məktublarla ona müraciət olunmuş lakim mənim tərəfimdən aktda göstərilən pozuntuıar aradan qaldırılmadığına görə Neftçala RİHB-nın 12 iyul 2016-cı il tarixli, 67 nömrəli sərəncamı ilə 300 ha torpaq sahəsindən onun istifadə hüququna xitam verilmişdir. Lakin Neftçala RİHB-nın 12 iyul 2016-cı il tarixli, 67 nömrəli sərəncamı qanunsuz, əsassız və etibarsızdır. Belə ki, sözügedən ləğv sərəncamınndan heç bir məlumatları olmamışdır. Belə ki, sözügedən ərazidə tərəflərindən heç bir şumlanma işləri aparılmamış, həmçinin torpağın üst münbit qatına ciddi şəkildə ziyan vurma kimi halları baş verməmişdir. Eyni zamanda sözügedən hallarla bağlı onlara heç bir rəsmi xəbərdarlıq edilməmişdir. Xəbərdarlıq və sərəncamlarla bağlı məlumat yalnız 2021-ci ilin iyun ayında Neftçala RİHB tərəfindən Şirvan Kommersiya Məhkəməsinə müraciət zamanı məlumatı olmuşdur. Həmçinin Neftçala rayon polis şöbəsinin “Cinayət işi başlanılmasının rədd edilmısinə dair” xx.xx.2017-ci il tarixli qərarında da Neftçala RİHB-nın sərəncamla bağlı irəli sürdüyü dəlillərin həqiqətə uyğun olmadığı sübut edilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı iddiasını tam rədd edirik. Belə ki, İddiaçı İcra Hakimiyyəti ilə aralarında torpaqdan istifadəyə dair icarə müqaviləsi bağladıqdan sonra onun öhdəsinə düşəni yəni, bağlanılmış müqavilənin müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçməsini təmmin etmədiyindən qanunla qeyd edilən tələblərə riayət etməmiş və faktiki olaraq torpaqdan qanunsuz istifadə etmişdir. həmçinin qeyd edilən icarə haqlarını da ödəməmişdir. Sözügedən sərəncama xitam verildikdən sonra da iddiaçıya İİİTPŞ-891 nömrəli, xx.xx.2016-cı il tarixli məktubla rəsmi məlumat verilmiş və xx.xx.2016-cı il tarixli 67 saylı sərəncamdan çıxarış ona göndərilmişdir. Həmçinin qeyd edilir ki, istifadə hüququna xitam verildikdən sonra həmin torpaq sahəsi üçüncü şəxsə icarəyə verilməmiş, iddiaçı tərəfindən bu günədək qeyri qanuni istifadə edilmiş və xəbərdarlıqlara baxmayaraq qanunsuz zəbt edilmişdir. Cavabdeh tərəfindən torpağın zəbtdən azad olunması ilə bağlı Şirvan Kommersiya Məhkəməsinə müraciət olunmuş, lakin həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-2(121)- 2220/2021 saylı qərardadı ilə mediasiya tətbiq edilməsi üçün iddia ərizəsi geri qaytarılmışdır. Beləliklə iddia tələbinin təmin olunmaması məhkəmədən xahiş olunur. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İDDİANİN MÜMKÜNLÜYÜ : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lerik rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. İddianın əsaslılığı : İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Mübahisəli sərəncam xx.xx.2016-cı il tarixdə qəbul olunmuşdur. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamı ona rəsmi qaydada təqdim edilməmişdir. O, yalnız 2021-ci ilin iyul ayında cavabdehin Şirvan Kommersiya Məhkəməsinə müraciəti ilə əlaqədar iddia ərizəsinin surətini alarkən xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamından məlumat almış, daha sonra sərəncamı əldə edərək Şirvan İnzibati Məhkəməsində hazırki iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (“İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (sərəncamını) xx.xx.2016-cı il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut (poçt qəbzi və s.) təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (“İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Məhkəmənin qənaətinə görə mübahisələndirilən xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncam qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 17948815 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1968-ci il də Lerik rayonu Rvarud kəndində anadan olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Lerik rayon İHB-nın Çayrud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 286 nömrəli arayışına əsasən İddiaçı Lerik rayonu Rvarud kəndində yaşadığı müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2008-ci il tarixli, 132 saylı sərəncamının təsdiq olunmuş surətinə əsasən İddiaçı istifadəsində olmuş 8 saylı qış-otlaq sahəsindəki 300 hektar örüş sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə istifadə müddəti artırılaraq 15 il müddətinə icarəyə verilməsi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Neftçala rayonu üzrə örüş və qış-otlaq təyinatlı X6 qoyunçuluğu inkişaf etdirmək məqsədilə icarəyə verilmiş torpaq sahələrinin (aşağıda adları qeyd olunan: İddiaçı) icarədarlarının torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan Cavabdeh Neftçala rayon dövlət arxivi tərəfindən ünvanlanan xx.xx.2021-ci il tarixli, 135 nömrəli məktuba əsasən Neftçala RİH tərəfindən İddiaçı barəsində verilən xx.xx.2008-ci il tarixli, 132 nömrəli sərəncamın arxivə təhvil verildiyi, lakin 12 iyul 2016-cı il tarixli, 67 nömrəli sərəncamın təhvil verilmədiyi məlum olmuşdur. İş materiallarında olan Neftçala RİH-nin SİİPTŞ-891 saylı, xx.xx.2016-cı il tarixli məktubun surətinə əsasən İddiaçı Neftçala RİHB-nın xx.xx.2016-cı il tarixli 67 nömrəli sərəncamdan çıxarışı məlumatının ünvanlandığı müəyyən edilmişdir. İş materiallarında olan Neftçala RİH-nin İİİTPŞ-891 saylı, xx.xx.2016-cı il tarixli məktubun surətinə əsasən X2 Neftçala RİHB-nın xx.xx.2016-cı il tarixli 67 nömrəli sərəncamdan çıxarışı məlumatının ünvanlandığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Lerik rayon Statistika İdarəsinin 21 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı başçılıq etdiyi “Vüsal” kəndli Fermer təsərrüfatında xx.xx.2021-ci il tarixə 869 (səkkiz yüz altmış doqquz) baş xırda buynuzlu mal qaranın mövcudluğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Lerik rayon Statistika İdarəsinin 54 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən Lerik rayonu Çayrud İƏD-in Rvarud kənd sakini İddiaçı başçılıq etdiyi “Vüsal” kəndli Fermer təsərrüfatında xx.xx.2021-ci il tarixə 1050 (bir min əlli) baş xırda buynuzlu və 80 (səksən) baş iri buynuzlu mal qaranın mövcudluğu müəyyən edilmişdir. İş materiallarında olan Neftçala rayon polis şöbəsinin xx.xx.2017-ci il tarixli HK- 1/776 nömrəli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına əsasən iddiaçının qardaşı X5 tərəfindən 337 baş qoyunu, 170 baş quzunu, 11 baş keçini və 3 baş cəpişi tanıdıqları X1 və ümumi satılan heyvanların pulunun tam verilmədiyi üçün ərizə ilə müvafiq orqana müraciət etdikləri, lakin mübahisənin mülki xarakterli olması nəticəsində cinayət işinin başlanılmasının rədd olunduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********007200 saylı məktubuna əsasən Lerik rayon sakini İddiaçı (VÖEN **********) tərəfindən 300 ha torpaq sahəsinə görə xx.xx.2016-cı il tarixdən sonra 1200 manat (xx.xx.2020-ci il tarixdə 600 manat və xx.xx.2021-ci il tarixdə 600 manat) torpaq icarəsi haqqı ödənildiyi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli, B-20 nömrəli etiraz məktubunda qeyd edilmişdir: - İddiaçı iddiasını tam rədd edirik. Belə ki, İddiaçı İcra Hakimiyyəti ilə aralarında torpaqdan istifadəyə dair icarə müqaviləsi bağladıqdan sonra onun öhdəsinə düşəni yəni, bağlanılmış müqavilənin müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçməsini təmmin etmədiyindən qanunla qeyd edilən tələblərə riayət etməmiş və faktiki olaraq torpaqdan qanunsuz istifadə etmişdir. həmçinin qeyd edilən icarə haqlarını da ödəməmişdir. Sözügedən sərəncama xitam verildikdən sonra da iddiaçıya İİİTPŞ-891 nömrəli, xx.xx.2016-cı il tarixli məktubla rəsmi məlumat verilmiş və xx.xx.2016-cı il tarixli 67 saylı sərəncamdan çıxarış ona göndərilmişdir. Həmçinin qeyd edilir ki, istifadə hüququna xitam verildikdən sonra həmin torpaq sahəsi üçüncü şəxsə icarəyə verilməmiş, iddiaçı tərəfindən bu günədək qeyri qanuni istifadə edilmiş və xəbərdarlıqlara baxmayaraq qanunsuz zəbt edilmişdir. Cavabdeh tərəfindən torpağın zəbtdən azad olunması ilə bağlı Şirvan Kommersiya Məhkəməsinə müraciət olunmuş, lakin həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-2(121)-2220/2021 saylı qərardadı ilə mediasiya tətbiq edilməsi üçün iddia ərizəsi geri qaytarılmışdır. Beləliklə iddia tələbinin təmin olunmaması məhkəmədən xahiş olunur. İş materiallarında olan Neftçala RİHB-nın B560 nömrəli 21 may 2015-ci il tarixli məktubun surətinə əsasən İddiaçı xəbərdarlıq olunduğu müəyyən edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-2220/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən məhkəməyə müraciət edilməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etmədikləri üçün İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarıldığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2008-ci il tarixli, 132 saylı sərəncamı ilə İddiaçı qoyunçuluğu inkişaf etdirmək məqsədilə 8 saylı qış-otlaq sahəsindəki 300 hektar örüş torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Cavabdeh xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamı ilə İddiaçı torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. İddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamının ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi Cavabdeh xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamı ilə İddiaçı torpaqdan istifadə hüquqa xitam verilmişdir. İş materiallarından olan sənədlərdən müəyyən olunur ki, buna səbəb iddiaçının həmin torpaq sahəsini təyinatı üzrə istifadə etməməsi, başqa sözlə, icarə müqaviləsinin şərtlərinə əməl etməməsidir. Məhkəmənin qənaətinə görə iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edib-etməsi (torpaq sahəsini təyinatı üzrə istifadə edib-etməməsi) ayrıca məhkəmə mübahisəsinin (mülki məhkəmə icraatı qaydasında baxılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən sərəncamla iddiaçının torpaqdan istifadə hüququna xitam vermək səlahiyyəti olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazirki işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir. Məhkəmə qeyd etməlidir ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin mübahisələndirilən inzibati aktda istinad olunan digər normaları (torpaq sahəsindən təyinatı üzrə istifadə etməmə və s.) üzrə də iddiaçının torpaq sahəsi üzərində olan hüququna xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinin bilavasitə cavabdehdə olması, həmin Məcəlləsinin 73 və 75-ci maddələrindən, eləcə də ”Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanından görünmür. Mülki Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Beləliklə, sadalanan normalara əsasən, cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə iddiaçının torpaq üzərində olan müvafiq hüququna xitam verilməsi üçün işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmadan (hüquqi nəticə əldə edilmədən) səlahiyyətlə bağlı qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Belə olan halda isə mübahisələndirilən inzibati akt müvafiq səlahiyyətə malik olmayan inzibati orqan tərəfindən qəbul edilmiş sayılır ki, bu hal da özü-özülüyündə həmin inzibati aktın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Digər tərəfdən, qeyd olunmalıdır ki, mübahisələndirilən sərəncam cavabdeh tərəfindən əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh iddiaçıya ətraflı izahat verməsini hər hansı dəlillə təsdiq etməmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında İddiaçı icarə haqlarını ödəmədiyi qeyd edilsə də, olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********007200 saylı məktubuna əsasən 2020-2021-ci illərdə icarə haqqı ödənişləri olunduğu qeyd edilmişdir. Cavabdeh tərəfin digər bir mübahisəsi torpağın təyinata uyğun istifadə edilməməsi ilə bağlı olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Lerik rayon Statistika İdarəsinin 54 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçının mülkiyyətində 1050 (bir min əlli) baş xırda buynuzlu və 80 (səksən) baş iri buynuzlu mal qaranın mövcudluğu həmin ərazidən heyvandarlıq məqsədilə istifadə olunduğuna əsas verir. Üçüncü mübahisəli məsələ cavabdeh tərəfdən etiraz ərizəsində İddiaçı Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli, 67 nömrəli sərəncamının ləğv edilməsi barədə İİİTPŞ-891 nömrəli, xx.xx.2016-cı il tarixli məktubla rəsmi bildirilməsi qeyd edilsə də, iş materiallarında cavabdeh tərəfindən təqdim edilən İİİTPŞ-891 nömrəli, xx.xx.2016-cı il tarixli məktubun İddiaçı deyil digər bir şəxs X2 ünvanlandığı müəyyən edilmişdir və həmin sənədin qəbul edilməsini təsdiqləyən heç bir sənəd mövcud olmamışdır. Beləliklə, cavabdeh inzibati icraat aparması, icraatla bağlı iddiaçını məlumatlandırması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırma aparmasına dair məhkəməyə sübut təqdim etməmiş, nəticədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən sərəncam qanunvericiliyin tələblərinə zidd olduğundan, bununla da iddiaçının hüquqlarını pozduğundan, eyni zamanda cavabdeh sərəncamın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia təmin edilməli, Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli, 67 nömrəli sərəncamı ləğv edilməlidir. İş üzrə prosessual xərc yoxdur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli, 67 nömrəli sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar