Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-291/2023 01.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 01 may 2023-cü il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin 10 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Avtonəqliyyat müəssisəsində və xx.xx.2000-xx.xx.2011-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin 10 saylı Regional Ərazi Filialının üzərinə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 10 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona əlilliyə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 10 saylı Regional Ərazi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Dövlət Sosial Müdafiə X8 şəxsin 10 saylı regional ərazi filialına müraciət etmişdir. Ona Dövlət Sosial Müdafiə X8 şəxsin 10 saylı regional ərazi filialı tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsimləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına əsaslanaraq xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubla imtina edilərək yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Bildirmək istəyir ki, o, xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Avtonəqliyyat müəssisəsində işləmişdir. Bundan başqa xx.xx.2000-xx.xx-2011-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində işləmiş və əmək haqqı almışdır. Qeyd etmək istəyir ki, qeyd etdiyi bütün illərdə və müəssisələrdə işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Dövlət Sosial Müdafiə X8 şəxsin 10 saylı regional ərazi filialı tərəfindən ona verilmiş imtina məktubu tamamilə əsassızdır. Hesab edir ki, onun yaşa görə əmək pensiyasına çıxmağına heç bir maneə yoxdur, çünki yaşıda, tələb olunan əmək stajıda qanunvericiliyin tələblərinə uyğundur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Mil-Muğan regional filialının xx.xx.2021-ci il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd edilən məlumatlara əsasən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başiayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 64 yaş 6 ayınm tamam olduğu xx.xx.2020-ci il tarixdə çatmısdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki sərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat); 2). azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. İddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd edilən məsələlərə aydınlıq gətirilməsi və işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tərəflərindən Mil-Muğan regional filialına xx.xx.2022-ci il tarixli, **********5 nömrəli xidməti məktub ilə müraciət edilmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən xx.xx.2022-ci il tarixli, **********0 nömrəli xidməti məktub ilə sözügedən məsələlərə aydınlıq gətirilmiş və bildirilmişdir ki, iddiaçının Saatlı rayon “Moskva” kolxozunda işlədiyi müddətdə 12 il tam, eyni zamanda, 228+136+224=588/240 x 12 = 29 aydan artıq (29,4) olmaqla 1 4 i l 5 ay, təqdim etdiyi xx.xx.1988-ci il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 6 il 4 ay 24 gün, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü 2 il 1 ay 10 gün təşkil edir. Həmin xidməti məktuba əsasən iddiaçının xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 22 il 11 ay 4 gün, mübahisələndirilən əmək fəaliyyəti dövrü 11 il 8 ay təşkil etdiyi qeyd edilmişdir. Qeyd edirlər ki, iddiaçının mübahisəli olmayan sığorta stajı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1000 №-li arayışa əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət keçdiyi 2 il 1 ay 10 gün, təqdim etdiyi ******* №-li əmək kitabçasına və AR Milli Arxiv İdarəsi X6 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 503 №-li arxiv arayışına əsasən isə 1973-1988-ci il tarixlərdə Saatlı rayon “Moskva” kolxozunda işlədiyi 14 il 5 ay və xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi 6 il 4 ay 24 gün müddətdir ki, ümumilikdə 22 il 11 ay 4 gün təşkil edir. İddiaçı təqdim etdiyi AR Milli Arxiv İdarəsi X6 filialının xx.xx.2021-ci il tarixli, 503 №-li arxiv arayışının surətinə əsasən Saatlı rayon “Moskva” kolxozunda 1973-cü il tarixdən 1987-ci il tarixədək minimum adam günü 240 gün, 1988-ci il tarixdə 220 gün olmuşdur. İddiaçı 1977-ci il tarixdən 1988-ci il tarixədək (12 il) kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirsə də, 1973-cü il tarixindən 1976-cı il tarixinədək işləməklə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Belə ki, iddiaçının 1973-cü ildə 228 gün, 1974-cü ildə 136 gün və 1975-ci ildə 0 gün, 1976-cı ildə 224 gün faktiki iş günü müəyyən edilmişdir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun G7-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmis əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda is stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmus minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndasların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Qanunun 67-ci maddəsində qeyd olunur ki. əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə vetirməyibsə, 1965-ci ildən sonrakı dövr ücün kolxozda iş stajı hesablanarkən is vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasma görə faktik müddət üzrə nəzərə alınır. Belə ki, faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı göstərilən qaydada müəyyən ediləcək. Beləliklə, yuxarıda qeyd edilən qaydaya uyğun olaraq, iddiaçının kolxozda işlədiyi müddətdə 12 il tam, eyni zamanda, 228+136+224=588x12/240 = 29 aydan artıq (29,4) olmaqla 14 il 5 ay ümumi iş stajı vardır. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyini iddia etdiyi müddətdir ki, ümumilikdə 11 il 8 ay təşkil edir. Mil-Muğan regional filialının Saatlı rayon qəbul şöbəsinin xx.xx.2021-ci il tarixli aktına uyğun olaraq, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyini iddia etdiyi dövr üzrə sosial sığorta stajının doğruluğunu yoxlamaq müəssisənin hüquqi ünvanı məlum olmadığından, həmçinin iddiaçının işə daxilolma və işdən azad edilmə əmrləri və əmək haqqı cədvəlləri saxlanılmaq üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən yoxlamaq mümkün olmamışdır. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın xx.xx.2022-ci il tarixli, **********0 nömrəli xidməti məktubuna uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 altsisteminə əsasən, iddiaçının fərdi hesabının sığorta hissəsində əmək kitabçasında qeyd olunmuş xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 11 il 8 ay əmək fəaliyyəti dövrü üzrə pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin iddiaçının xx.xx.2011-ci il tarixli işdən çıxma əmri qeyri-iş gününə (şənbə günü) təsadüf edir. Qeyd olunanlar iddiaçının əmək kitabçasında xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə şübhə yaradır. Bu səbəbdən əmək kitabçasında sözügedən qeydlər mötəbər hesab edilməmiş və həmin dövrlər iddiacının sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki, iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq qeyd edək ki, İddiaçı əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla İİ dərəcəli əlillik müəyyən edilmiş və xx.xx.2014-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021ci il tarixdə isə əlillik müddətinin bitməsi ilə əlaqədar olaraq İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayn-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraza əlavə təqdim etmişdir. Etiraza əlavədə qeyd olunmuşdur ki, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" ASC-də işlədiyini iddia etdiyi dövr üzrə müəssisənin əmr kitabları və əmək haqqı cədvəlləri Saatlı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydləri qarşılıqlı yoxlamaq və sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş Elektron X2 altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır; - iddiaçının xx.xx.2011-ci il tarixli işdən çıxma əmri qeyri-iş gününə (şənbə günü) təsadüf edir, - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanan sorğuya xx.xx.2022-ci il tarixli, **********583000 nömrəli cavab məktubunda hüquqi şəxsin fəaliyyətinin xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək dayandırıldığı qeyd edilmişdir. Bildirirlər ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi ******* nomrəli əmək kitabçasında onun xx.xx.2000-ci il tarixdən “QAZ-53” markalı nəqliyyat vasitəsinə sürücü təyin edildiyi və xx.xx.2011-ci il tarixdə işdən azad edildiyi qeyd olunmuşdur. İddiaçıya “QAZ-53” markalı nəqliyyat vasitəsini idarə etmək ücün tələb olunan kateqoriyalı sürücülük vəsiqəsinin verildiyi tarixi müəyyən etmək ücün Azərbaycan Respublikası Daxili İslər Naziliyi Baş X10 İdarəsinə sorğu ünvanlanmıs və xx.xx.2022-ci il tarixli, 016-155005-1222 nömrəli cavab məktubunda iddiacı Ə.Hüsevnova “BC” kategoriyalı sürücülük vəsiqəsinin xx.xx.2012-ci il tarixdə verildiyi qeyd edilmisdir. Beləliklə, iddiaçı Ə.Hüsevnov “QAZ-53” markalı nəqliyyat vasitəsini idarə etmək ücün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən tələb olunan kateqoriyalı (BC) sürücülük vəsiqəsini xx.xx.2012-ci il tarixdə almışdır. Qeyd olunanlara əsasən iddiaçının xx.xx.2000-ci il tarixdən “QAZ-53” markalı nəqliyyat vasitəsinə sürücü təyin edilməsi qeyri-mümkündür. Əlavə olaraq qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçının 1973-1988-ci il tarixlərdə Saatlı rayon “Moskva” kolxozunda işlədiyinə dair sənədlərin həqiqiliyini müəyyən etmək üçün qarşılıqlı yoxlama keçirilmişdır. 1 saylı Şirvan- Salyan regional fılialının xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən Saatlı rayon “Moskva” kolxozuna aid “Kolxozçuların şəxsi hesab” kitablarında və 1972-1998-ci illərə dair “Kolxozçuların əmək stajı və qazanc uçot kitablarında iddiaçı Ə.Hüsevnovun adı askar olunan vərəqdə möhür və hər hansı bir imzaya rast gəlinməmişdir. Lakin digər vətəndasların adı qeyd olunan vərəqlərdə möhür və imza vardır. Bu səbəbdən sözügedən dövrlər iddiacının sığorta stajına daxil edilməmişdir. Beləliklə, hazırki is üzrə iddiaçının kifayət qədər sosial sıgorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı olmadığından onun yasa görə əmək pensiyası hüququ varanmır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı xx.xx.1955-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixədək keçmiş Sovet ordusunda hərbi xidmətdə olmuş; Saatlı rayon sabiq “Moskva” adına kolxozda 1973-cü ildə 228 adam günü, 1974-cü ildə 136 adam günü, 1976-cı ildə 224 adam günü, 1977-ci ildə 249 adam günü; 1978-ci ildə 263 adam günü; 1979-cu ildə 306 adam günü, 1980-ci ildə 301 adam günü, 1981-ci ildə 305 adam günü; 1982-ci ildə 294 adam günü; 1983-cü ildə 301 adam günü; 1984-cü ildə 309 adam günü; 1985-ci ildə 311 adam günü; 1986-cı ildə 307 adam günü; 1987-ci ildə 308 adam günü; 1988-ci ildə 258 adam günü işləmişdir. Saatlı rayon sabiq “Moskva” adına kolxozda kişilər üçün 1973-1974, 1976-1987-ci illərdə adam günləri minimum 240 gün, 1988-ci ildə adam günləri minimum 220 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1973, 1974 və 1976-cı illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, 155005-1222 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: DİN-in Baş X9 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdə (xx.xx.2022-ci il tarixədək etibarlı olan) AB 812319 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, “BC” kateqoriyalı nəliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi ilə maksimum kütləsi 3500 kqdan, oturacaq yerlərinin sayı, sürücü oturacağındam əlavə 8-dən artıq olmayan minik və maksimum kütləsi 3.500 kq-dan artıq olan yük avtomobillərini idarə etmək hüququ verir. Həmin sürücülük vəsiqəsi ilə həm mexaniki, həm də avtomatik transmissiyalı surətlər qutusuna malik olan nəqliyyat vasitələri idarə edilə bilər. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2022ci il tarixli, 157899-1222 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: DİN-in Baş X9 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdə (xx.xx.2022-ci il tarixədək etibarlı olan) AB 812319 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli, 01/3-4664 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Saatlı rayon X4 Cəmiyyətinə dair məlumat mövcud deyildir. Məlumat üçün bildiririk ki, X3 Müəssisəsi (sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyəti) 20 may 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışınm dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli, **********11 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: keçmiş Dövlət Əmlak Komitəsinin 20 aprel 1998-ci il tarixli 646 nömrəli sərəncamı ilə "xxxx" X5 X1 bazasında “X7” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və mövcud qanunvericiliyə uyğun olaraq səhmdar cəmiyyətinin səhmləri 14 dekabr 2004cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda 14 dekabr 2004-cü il tarixindən etibarən səhmdar cəmiyyəti tam özəl sahibkarlıq subyekti hesab olunduğundan müraciətinizdə qeyd olunan digər məlumatlarla bağlı aidiyyəti üzrə cəmiyyətin idarəetmə orqanlarına və kommersiya hüquqi şəxslərin qeydiyyatını həyata keçirən dövlət qurumuna müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikasınm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş 02.11,2022-ci il tarixli 2-1(120)-990/2022 nömrəli sorğunuza baxılmışdır. Sorğunuzla əlaqədar bildiririk ki, sığortaedən, "xxxx" ASC Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində **********0 saylı SUN-la və ********** saylı VÖEN-lə (VÖEN alma tarixi: xx.xx.2004-cü il) xx.xx.2009-cu il tarixində sığortaedən kimi uçota alınmış və fəaliyyət statusu “Dondurulmuş” olaraq qeyd olunmuşdur. Qeyd etmək istəyirik ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixindən başlandığı üçün 2000 - 2005-ci illər üzrə, həmçinin MEİS-in “Sığorta” (Hesabat) altsistemində “Saatlı-Yük-Nəqliyyat" ASC-nin 2006 - 2011-ci illərə dair məcburi dövlət sosial sığortası üzrə hesabat məlumatları aşkar edilmədiyindən "xxxx" ASC tərəfindən İddiaçı (FİN: xxxxxxx) xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd etmək istəyirik ki, "xxxx" ASC-nin iş qovluğunda 2000 - 2011-ci illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları və təsis sənədlərinə dair məlumatlar aşkar edilməmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli, **********608500 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: dövlət reyestrində olan məlumatlara əsasən 5 saylı Ərazi Vergilər İdarəsində "xxxx" ASC adlı hər hansı müəssisə və ya təşkilat qeydiyyatda deyildir. Dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) adlı vergi ödəyicisi barədə məlumat aşkar edilmişdir. "xxxx" ASC xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin fəaliyyətə başladığı tarixdən hazırki tarixədək sahibkarlıq fəaliyyətinin dayandırılması barədə məlumatları məktuba əlavə olunur. "xxxx" ASC-yə məxsus vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən hüquqi şəxs tərəfindən 2000-2011-ci illəri əhatə edən dövr ərzində vergilər üzrə ümumilikdə 9772,3 manat məbləğində hesablama aparılmış, 6691,32 manat məbləğində ödəniş həyata keçirilmişdir. “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə əsasən sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti hesabatlarını qəbul etmək xx.xx.2018-ci il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin proqram təminatında hesabatların qəbul edilməsinə dair aparılan işlər nəticəsində məcburi dövlət sosial sığorta haqlarına görə 2017-2018-ci illərə görə təqdim edilmiş bəyannamələrin görülməsi və həmin illər üçün dəqiqləşmiş bəyannamələrin təqdim edilməsi imkanı yaradılmışdır. 2006-2016-cı illərin müvafiq dövrlərinə görə isə bəyannamələrin görülməsi və dəqiqləşmiş bəyannamələrin verilməsi üçün rəqəmsal imkanların yaradılması istiqamətində müvafiq işlər aparılmaqdadır. Yuxarıda qeyd edilən məlumatları nəzərə alaraq bildiririk ki, 2000-2011-ci illər ərzində vergi ödəyicisi "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən işçilər üçün hesablanmış əmək haqqı, məcburi dövlət sosial sığortası haqları və ödənilmiş sığorta haqları barədə məlumatlar Dövlət Vergi Xidmətinin proqram təminatına inteqrasiya edilmədiyi üçün həmin dövrlər üzrə olan hesablanmış və ödənilmiş sığorta haqları barədə məlumatların vergi orqanı tərəfindən təqdim olunması mümkün deyildir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Saatlı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 118 nömrəli arayışında aşağıdakılar bildirilmişdir: Saatlı rayon X4 Cəmiyyəti İdarəsi Saatlı rayon Dövlət Arxivinə 1998-ci ildən sonra sənəd təhvil vermədiyi üçün sizin sorğunuza cavab verə bilmirik. İş materiallarında olan Saatlı rayon X4 Cəmiyyətinin xx.xx.2000-ci il tarixli, 02 s/h nömrəli əmrin surətindən görünür ki, İddiaçı 2-ci dərəcəli sürücü 29 fevral 2000-ci il tarixdən sürücü kimi işə qəbul edilmişdir. İş materiallarında olan Saatlı rayon X4 Cəmiyyətinin xx.xx.2011-ci il tarixli, 06 nömrəli əmrin surətindən görünür ki, İddiaçı 2-ci dərəcəli “QAZ-53” markalı, 21-28 AQL №li avtomaşının sürücüsü 29 oktyabr 2011-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilmişdir. Bundan başqa, iş materiallarında olan НЗ-2943169 saylı hərbi biletdən görünür ki, İddiaçı 18 may 1974-cü il tarixdən 26 iyun 1976-cı il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyalarının təyin edilməsi, yenidən nesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sıgortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş siajı, əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının odənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yaşa görə əmək pensiyası təyin olunması üçün təqdim etdiyiniz ******* nömrəli əmək kitabçanızdakı qeydlərə əsasən Saatlı Avtonəqliyyat müəssisəsində işlədiyiniz 1988-1994-cü illəri əhatə edən dövrün doğruluğunun araşdırılması zərurəti yaranmışdır. Filialın əməkdaşları tərəfindən xx.xx.1988-xx.xx.1994cü illərdə Saatlı rayon Saatlı Avtonəqliyyat müəssisəsində işlədiyiniz dövr üzrə sosial siğorta stajınızın doğruluğunun Saatlı rayon Dövlər Arxivində yoxlanılması zamanı işə qəbul və işdən azad olunma əmrlərinin doğruluğu təsdiq olunmuşdur. Araşdırma zamanı Saatlı Avtonəqliyyat müəssisəsinin fəaliyyətinin hüquqi ünvanının olmaması və əmək haqqı cədvəllərinin saxlanılmaq üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi müəyyən olunmuşdur. Həmin dövrlər üzrə müəssisənin əmək haqqı kitablarının arxivə təhvil verilməməsi səbəbindən əmək haqqı alıb almadığınızı yoxlamaq mümkün olmamışdır. Sizin təqdim etdiyiniz əmək kitabçasında qeyd olunmuş xx.xx.2000xx.xx.2011-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində işləməyiniz barədə sosial sığorta stajının doğruluğunun yoxlanılması müəsissənin həmin dövrlərə aid arxiv sənəd materiallarının mühafizə olunması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən mümkün olmamışdır. Bu səbəbdən sizə yaşa görə əmək pensiyasının təyin olunması “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı 1973-1974, 1976- 1988-ci il tarixlərdə Saatlı rayonu “Moskva” adına kolxozda işləmiş, onun həmin illərdə işləməsi adına olan xx.xx.1988-ci il tarixli, ИТ № ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçı özü tərəfindən təqdim edilməli olan və qanunvericiliklə nəzərdə tutulmuş əsası, yəni əmək kitabçasını cavabdeh orqana təqdim etmiş, sonuncu formal əsaslara istinad etməklə iddiaçının işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etmişdir. Habelə, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən, “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1973-1974, 1976- 1988-ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Saatlı rayon sabiq “Moskva” adına kolxozda işlədiyi adına olan xx.xx.1988-ci il tarixli, ИТ № ******* nömrəli əmək kitabçası və Azərbaycan Respublikasının X6 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 503 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, xx.xx.1988-ci il tarixli, ИТ № ******* nömrəli əmək kitabçası və arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Saatlı rayon “Moskva” kolxozuna aid “Kolxozçuların şəxsi hesab” kitablarında və 1972- 1998-ci illərə dair “Kolxozçuların əmək stajı və qazanc uçot kitablarında iddiaçı Ə.Hüsevnovun adı askar olunan vərəqdə möhür və hər hansı bir imzaya rast gəlinməməsi, lakin digər vətəndasların adı qeyd olunan vərəqlərdə möhür və imzaların olmasına gəldikdə isə, bu hal iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. İddiaçı işlədiyini iddia etdiyi xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Saatlı Avtonəqliyyat müəssisəsinin fəaliyyətinin hüquqi ünvanının olmaması və əmək haqqı cədvəllərinin saxlanılmaq üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi, həmin dövrlər üzrə müəssisənin əmək haqqı kitablarının arxivə təhvil verilməməsi səbəbindən əmək haqqı alıb almamasını yoxlamağın mümkün olmaması, eləcə də xx.xx.2000xx.xx.2011-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində işləməyi barədə sosial sığorta stajının doğruluğunun yoxlanılması müəsissənin həmin dövrlərə aid arxiv sənəd materiallarının mühafizə olunması üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən, həmçinin iddiaçı Ə.Hüsevnov “QAZ-53” markalı nəqliyyat vasitəsini idarə etmək ücün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən tələb olunan kateqoriyalı (BC) sürücülük vəsiqəsini xx.xx.2012-ci il tarixdə aldığını, qeyd olunanlara əsasən iddiaçının xx.xx.2000-ci il tarixdən “QAZ-53” markalı nəqliyyat vasitəsinə sürücü təyin edilməsinin qeyri-mümkün olması barədə cavabdehin imtina dəlillərini əsassız sayan məhkəmə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Eyni zamanda iddiaçının qeyd edilən illərdə müəyyən aylar üzrə əmək haqqı almadığının öz əksini tapmaması da o demək deyildir ki, iddiaçı həmin aylarda işləməmiş və əmək haqqı almamışdır. Bundan əlavə filialın əməkdaşları tərəfindən iddiaçının xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Avtonəqliyyat müəssisəsində işlədiyi dövr üzrə sosial sığorta stajının doğruluğunun Saatlı rayon Dövlər Arxivində yoxlanılması zamanı işə qəbul və işdən azad olunma əmrlərinin doğruluğu təsdiq olunmuşdur. Eləcə də iddiaçının xx.xx.2000-ci ildə Saatlı rayon X4 Cəmiyyətinə işə qəbul və xx.xx.2011-ci il tarixdə işdən azad edilməsi barədə əmrlərinin surətləri məhkəməyə təqdim olunmuşdur. İddiaçı həmçinin iddia edir ki, həmin illərdə sözügedən təşkilatlarda işləməklə hər ay üçün əmək haqqı almışdır. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Belə ki, bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1973, 1974 və 1976-cı illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Azərbaycan Respublikasının X6 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 503 nömrəli arayışından müəyyən edilir ki, Saatlı rayon sabiq “Moskva” adına kolxozda 1973, 1974 və 1976-cı illərdə minimum adam günü norması kişilər üçün 240 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1973, 1974 və 1976-cı illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci ildə yaranmış olsa da, iddiaçıya xx.xx.2014-cü il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Odur ki, məhkəmə hesab edir ki, ona yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən təyin edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddia qismən təmin edilməli, İddiaçı Azərbaycan Respublikasının X6 filialının xx.xx.2021-ci il tarixli, 503 nömrəli arxiv arayışında göstərilən Saatlı rayon sabiq “Moskva” adına kolxozda işlədiyi 1977-1988-ci illərə dair iş stajı tam, eləcə də 1973, 1974 və 1976-cı illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Saatlı Avtonəqliyyat müəssisəsində və xx.xx.2000-xx.xx.2011-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində işlədiyi illər nəzərə alınmaqla, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının X6 filialının xx.xx.2021-ci il tarixli, 503 nömrəli arxiv arayışında göstərilən Saatlı rayon sabiq “Moskva” adına kolxozda işlədiyi 1977-1988ci illərə dair iş stajı tam, eləcə də 1973, 1974 və 1976-cı illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Saatlı Avtonəqliyyat müəssisəsində və xx.xx.2000-xx.xx.2011-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində işlədiyi illər nəzərə alınmaqla, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-291/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-291/2023
01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver