Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2918/2025 14.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi (ödənişləri həyata keçirilmiş sosial müavinət məbləğləri çıxılmaqla) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə doğulmuşdur. O, xx.xx.1971-ci ildən xx.xx.1975-ci ilə qədər İmişli rayon Qaralar kəndi “M.Əzizbəyov” adına kolxozda kolxozçu vəzifəsində işləmişdir. xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. Bundan sonra xx.xx.1977-ci ildən xx.xx.1996cı ilə qədər həmin kolxozda kolxozçu vəzifəsində işləmişdir. Eyni zamanda qeyd edir ki, ona xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Onun 65 yaşı tamam olduğu tarixdə yəni xx.xx.2021-ci il tarixdə onun yaşa görə əmək pensiyası hüququ mövcud olmuşdur. Buna görə də o, ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməmişdir. Cavabdeh inzibati orqan öz imtinasını onunla əsaslandırmışdır ki, onun əmək kitabçasında qeyd edilən İmişli rayonu Qaralar kəndində yerləşən M.Əzizbəyov adına kolxozda işləməsinə dair məlumatlar sığorta stajına daxil edilə bilməz. Səbəb kimi İmişli rayon Dövlət Arxivində mövcud olan arxiv məlumatlarında həmin kolxozun 1971-1990 və 1996-cı illərə aid əməyin ödənişi və hesablama kitablarının arxivdə saxlanılmaması, eyni zamanda 1993 və 1995-ci illərə aid qeydlərə düzəliş edilməsi göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırda qüvvədə olan Qaydalarda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Bundan başqa, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafıq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Hesab edir ki, xx.xx.2006-cı ilə qədər mövcud olmuş əmək fəaliyyəti üzrə şəxsin əmək haqqı alması barədə məlumatların arxivdə olmaması həmin şəxsin işləməməsinə dəlalət edə bilməz. Yuxarıda sadalanan hallardan göründüyü kimi, onun xx.xx.1971-ci ildən xx.xx.1975-ci ilə qədər və xx.xx.1977ci ildən xx.xx.1996-cı ilə qədər İmişli rayon Qaralar kəndi “M.Əzizbəyov” adına kolxozda kolxozçu vəzifəsində işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmaldır. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqan tərəfındən iddiaçının pensiya hüququ pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı İ.X4 ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmış, sığorta stajı 2 il 18 gün olmaqla qanunvericiliklə tələb edilən 25 ildən az olduğundan, həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, cavabdeh inzibati orqan tərəfindən verilən imtina qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 1 iyul 2020-ci il tarixindən kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildirirlər ki, iddiaçı tərəfindən təqdim edilmiş hərbi biletin surətində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla cəmi sığorta stajı 2 il 18 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirirlər ki, iddiaçıya məxsus xx.xx.1971-ci il tarixli kolxozçunun əmək kitabçasının surətində qeyd olunmuş İmişli rayonu Qaralar kəndi M.Əzizbəyov adına kolxozda mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1971-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranıb. Fondun Mil-Muğan regional filialının İmişli rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi aktlara əsasən İmişli rayonu Qaralar kəndi M.Əzizbəyov adına kolxozun 1971-1990-cı və 1996-cı illərə aid əməyin ödənişi və hesablaşma kitabları arxivdə saxlanılmadığından, eyni zamanda 1993-cü və 1995-ci illərə aid qeydlərə düzəliş edildiyindən və digər məlumatların qeydiyyatı mövcud olmadığından iddiaçının həmin dövr üzrə əməkhaqqı alıb-almadığının müəyyənləsdirilməsi mümkün olmamışdır. Belə ki, 1993cü il tarixdə adam gününə düzəliş olunaraq “364” kimi, 1995-ci il tarixdə “285” kimi göstərilmiş, adam gününə dair qeydlər əməkhaqqına dair qeydlərə nisbətən fərqli qələmlə yazılmış, iddiaçının 1991-1995-ci illərdə olan əmək fəaliyyətinə dair göstəriciləri bir kitabda aparılmış, həmçinin kitabda yalnız adam günü və əməkhaqqına dair qeydlər mövcuddur, digər məlumatların qeydiyyatı mövcud deyildir, kitabda olan 900-dən artıq vətəndaşın adları və göstəriciləri (mütləq əksəriyyəti) eyni xətt və qələmlə qeyd olunmuşdur. Bunlar isə kolxozun son hesablaşma kitabının sonradan tərtib edilməsinə dair əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən də sözügedən dövr iddiaçının sığorta stajına daxil edilməmişdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı Qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən, iddiaçıya xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş və hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əməkhaqqı cədvəlləri nəzərə alınır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün ilk öncə əmək kitabçasında olan qeydlərə istinad edilir. Bununla belə, mövcud pensiya qanunvericiliyi xx.xx.2006-cı ilə qədərki dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında göstərilməsi ilə kifayətlənməyi məqbul hesab etmir, eyni zamanda iş illərinin arxiv arayışları, əməkhaqqı arayışları ilə də təsdiq olunmasını şərtləndirir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(102)-269/2024 nömrəli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabcasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Hazırkı halda, bilavasitə iddiacı tərəfindən təqdim olunmuş və va məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiacının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. Əlavə olaraq bildiririk ki, iddiaçı ona pensiya təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli müraciəti zamanı cavabdeh inzibati orqana hazırda təqdim etdiyi 1971-ci il tarixdə doldurulmuş ******* nömrəli kolxozçunun əmək kitabçasını deyil, 1998-ci il tarixdə doldurulmus HT-İ ******* nömrəli əmək kitabçasını təqdim etmisdir ki, həmin kitabçada onun 1978-2003-cü illərdə İmişli rayonu Əhaliyə Məişət Xidməti Kombinatında qaynaqçı vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçının müraciətinin təmin edilməsindən imtina edildiyindən, iddiaçı müvafiq tələblə Şirvan İnzibati Məhkəməsində iddia qaldırsa da, uzun müddət davam edən məhkəmə araşdırması zamanı sonradan iddia ərizəsinin qaytarılması barədə ərizə ilə məhkəmə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-355/2023 nömrəli qərardadı ilə ərizə təmin edilərək, iş üzrə icraata xitam verilmişdir. Hazırki müraciəti zamanı isə iddiacı HT-İ ******* nömrəli əmək kitabçasını deyil, yalnız 1971-ci il tarixdə doldurulmuş ******* nömrəli kolxozcunun əmək kitabcasını təqdim etmisdir. Eyni zamanda iddiaçının 1971-1975, 1977- 1996-cı il tarixlərində İmişli rayonu Qaralar kəndi M.Əzizbəyov adına kolxozda kolxozçu vəzifəsində işləməsi ilə, 1978-2003-cü il tarixində İmişli rayonu Əhaliyə Məişət Xidməti Kombinatında qaynaqçı vəzifəsində işləməsi 1978-1996-cı illərə aid hissədə üst-üstə düşür və yuxarıda qeyd olunan səbəblərdən ziddiyyətlidir. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Beləliklə, hesab edirlər ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən hazırki iş üzrə İddiaçı xx.xx.1956-cı il tarixdə İmişli rayonunun Qaralar kəndində doğulmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il 18 gün Sovet Ordusu Silahlı Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.1971-ci il tarixdə xx.xx.1956-cı ildə doğulmuş İddiaçı adına tərtib edilən АЗЕ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı İmişli rayonu Qaralar kəndi “M.Əzizbəyov” adına kolxozun ümumi yığıncağının 10 nömrəli qərarına əsasən xx.xx.1971-ci il tarixdə kolxozçu kimi işə qəbul edilmiş, İmişli RHK-nın xx.xx.1075-ci il tarixli çağırış vərəqinə əsasən Sovet Ordusu sıralarına çağırıldığı üçün xx.xx.1975-ci il tarixdə işdən azad edilmiş və bu müddət ərzində 4 il 20 gün sığorta stajı toplamışdır. Hərbi xidmətdən qayıtdığı üçün İmişli rayonu Qaralar kəndi “M.Əzizbəyov” adına kolxozun ümumi yığıncağının 12 nömrəli qərarına əsasən xx.xx.1977-ci il tarixdə kolxozçu kimi işə qəbul edilmiş, aqrar islahatla əlaqədar kolxoz ləğv olunduğu üçün Aqrar İslahat Komissiyasının ümumi yığıncağının 12 nömrəli qərarına əsasən xx.xx.1996-cı il tarixdə kolxoz üzvlüyündən və işdən azad edilmiş və bu müddət ərzində 18 il 11 ay 25 gün iş stajı toplamışdır. Beləliklə, iş üzrə təqdim edilmiş НЗ ******* nömrəli hərbi biletinə və АЗЕ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı hərbi xidmət (2 il 18 gün) və əmək fəaliyyəti (23 il 15 gün) illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 il 1 ay 3 gün sosial sığorta stajına malik olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2025-ci il tarixli, 3-17-1/2-A-10678/2025 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş müraciətinizə dair məktuba Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına irnkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 1 iyul 2020-ci il tarixindən kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilib. Qanunun 22- 1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildiririk ki, iəqdım etdiyıniz hərbi biletinizin surətındə qeyd olunmuş məlumatlara əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla cəmi sığorta stajınız 2 il 18 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, sizə məxsus xx.xx.1971 ci il tarixli kolxozçunun əmək kitabçasının surətində qeyd olunmuş İmişli rayonu Qaralar kəndi M.Əzizbəyov adına kolxozda mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1971-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranıb. Fondun Mil-Muğan regional filialının İmişli rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi akta əsasən İmişli rayonu Qaralar kəndi M.Əzizbəyov adına kolxozun 1971-1990-cı və 1996-cı illərə aid əməyin ödənişi və hesablaşma kitabları arxivdə saxlanılmadığından, eyni zamanda 1993-cü və 1995-ci illərə aid qeydlərə düzəliş edildiyindən və digər məlumatların qeydiyyatı mövcud olmadığından sizin həmin dövr üzrə əməkhaqqı alıb-almadığınızın müəyyənləşdirilməsi mümkün olmayıb. Bu səbəbdən də sözügedən dövr sığorta stajınıza daxil edilməyib. xx.xx.1971-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək Qaralar kəndi “M.Əzizbəyov” adına kolxozda əməkhaqqı aldığınızı təsdiq edən zəruri sənədləri təqdim etdiyiniz və ya həmin dövr üzrə əmək fəaliyyətinizin olması barədə məhkəmə qərarı olduğu halda, həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız Qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən, sizə xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib və hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərə əsasən xx.xx.1956-cı il tarixdə doğulmuş İddiaçı xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuş, iddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyinatından imtina etmiş, buna səbəb kimi İmişli rayonu Qaralar kəndi “M.Əzizbəyov” adına kolxozun 1971-1990-cı və 1996-cı illərə aid əməyin ödənişi və hesablaşma kitabları arxivdə saxlanılmadığını, 1993-cü və 1995-ci illərə aid qeydlərə düzəliş edildiyini və digər məlumatların qeydiyyatının mövcud olmadığını, bununla əlaqədar həmin dövr üzrə əməkhaqqı alıb-almadığının müəyyənləşdirilməsinin mümkün olmadığını, bu səbəbdən sözügedən dövrün onun sığorta stajına daxil edilmədiyini, sığorta stajının cəmi 2 il 18 gün (hərbi xidmət illəri) təşkil etdiyini bildirmişdir. Məhkəmə İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün cavabdeh təşkilatın gətirdiyi dəlilləri əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı hərbi xidmət (2 il 18 gün) və əmək fəaliyyəti (23 il 15 gün) illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 il 1 ay 3 gün sosial sığorta stajına malik olması iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmçinin, “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən 1971-1996-cı illər üzrə əmək haqqı almasını təsdiq edən sənədlərin (əmək haqqı arayışlarının) təqdim olunmaması, İmişli rayonu Qaralar kəndi “M.Əzizbəyov” adına kolxozun 1971-1990-cı və 1996-cı illərə aid əməyin ödənişi və hesablaşma kitablarının arxivdə saxlanılmaması, 1993-cü və 1995-ci illərə aid qeydlərə düzəliş edilməsi və digər məlumatların qeydiyyatının mövcud olmaması, bununla əlaqədar həmin dövr üzrə əməkhaqqı alıb-almadığının müəyyənləşdirilməsinin mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hal kimi qiymətləndirilə bilməz və bunun məsuliyyətinin onun üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa iş materiallarından görünür ki, X1 cavabdeh inzibati orqan tərəfindən yaşa görə əmək pensiyası təyin edilməli olduğu halda, ona yaşa görə müavinət təyin olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının ona yaşa görə əmək pensiyası təyinatının aparılması tələbi isə əsaslı olduğundan iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunduğu kimi, xx.xx.1956-cı ildə doğulmuş iddiaçı X2 xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuş, əmək kitabçasına və hərbi biletinə əsasən o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum 25 il sığorta stajını toplamış və onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2918/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2918/2025
14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver