Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2919/2025 14.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı “xx.xx.2002-ci ildə tərtib olunmuş 139 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı “xx.xx.2002-ci ildə tərtib olunmuş 139 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-nin 47-49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şifahi məhkəmə iclasında İddiaçı qızı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, “xx.xx.2002-ci ildə tərtib olunmuş 139 saylı doğum haqqında akt qeydinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Laçın rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olamadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna (VÖEN:**********) Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli, 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına əsasən ipoteka kreditinin alınması ilə bağlı “elektron hökumət” portalı vasitəsilə müraciət edilmişdir. Müraciət zamanı prosedur qayda olaraq müraciət edən vətəndaş tərəfindən ona məxsus bir sıra fərdi məlumatlar üzərində müvafiq əməliyyatlar aparılmasına sərbəst, öz iradə və maraqlarına uyğun şəkildə razılıq verilməsi tələb olur. Bu fərdi məlumatların əhatə dairəsinə ailə tərkibi barədə məlumatlar, habelə yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri üzrə məlumatlar da aiddir. Bu məqsədlə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Laçın Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək, ailə tərkibi barədə arayışın təqdim olunmasını xahiş etmişdir. AR Ədliyyə Nazirliyinin Laçın Rayon Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli, 3-16-5/8-M- 304/24 nömrəli məktubla müraciətinə cavab verərək bildirmişdir ki, “X14 barəsində xx.xx.2002-ci il tarixdə Laçın Rayon Qeydiyyat Şöbəsində 139 saylı doğum haqqında akt qeydi tərtib edilmiş, ata - İddiaçı, ana - X7” olaraq qeyd edilmişdir.Tərəfindən, xx.xx.2024cü il tarixli, 3-16-5/8-M-304/24 nömrəli məktubda ona aydın olmayan bəzi nüansların dəqiqləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Laçın Rayon Qeydiyyat Şöbəsinə yenidən müraciət edilərək, X14 barəsində xx.xx.2002-ci il tarixdə Laçın Rayon Qeydiyyat Şöbəsində qeydə alınan 139 saylı doğum haqqında akt qeydi əsasında tərtib olunmuş doğum haqqında şəhadətnamə məlumatlarının və sözügedən 139 saylı doğum haqqında akt qeydinin tərtib olunmasının hüquqi əsası barədə məlumatların, müsbət halda müvafiq sənədlərin surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Laçın Rayon Qeydiyyat Şöbəsi isə müraciətimə 16 yanvar 2025-ci il tarixində cavab verərək bildirmişdir ki, “1992-2011-ci illərə aid uşağın doğulması haqqında doğum evlərinin və başqa tibb müəssisələrinin arayışlarının yandırılaraq məhv edildiyi üçün, xx.xx.2002-ci il tarixdə X14 barəsində tərtib edilmiş 139 saylı doğum haqqında akt qeydinin tərtib edilməsi üçün əsas olan sənədlərin verilməsi mümkün deyildir. Nəzərinizə çatdırmağı zəruri hesab edirəm ki, ailə tərkibi haqqında arayışda övladları sırasında X3 qeyd edilmiş şəxs onun öz oğlu deyil, bacısının oğludur. Belə ki, Laçın Rayon Qeydiyyat Şöbəsinin tərtib etdiyi 139 saylı doğum haqqında akt qeydində X3 qeyd edilmiş şəxsə məxsus doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsində onun öz bioloji valideynlərinin adı qeyd edilmişdir. Laçın Rayon Qeydiyyat Şöbəsində 139 saylı doğum haqqında akt qeydində adı X3 qeyd edilmiş M.İlkin, X18 və X4 birgə nikahlarından doğulmuşdur və hal-hazırda şəxsiyyət məlumatları onun şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində adı X15, atası - X18, anası - X8, doğum yeri Tərtər rayonunun Səhləbad kəndi, doğum tarixi isə xx.xx.2001-ci il tarixi olaraq qeyd edilmişdir. Qeyd etmək istəyirəm ki, İkinin anası-X8 mənim bacımdır. Bildirir ki, Laçın Rayon Qeydiyyat Şöbəsində 139 saylı doğum haqqında akt qeydi əsasında heç bir doğum haqqında şəhadətnamə tərtib olunmamış, həmin doğum haqqında akt qeydinin verilməsi üçün hüquqi əsas olmuş sənədlər yandırılaraq məhv edilmişdir. O, xx.xx.2002-ci il tarixdə Laçın Rayon Qeydiyyat Şöbəsində tərtib edilmiş 139 saylı doğum haqqında akt qeydin ləğv olunması ilə bağlı Laçın Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, kifayət qədər əsasların olmaması səbəbi irəli sürülərək, sözügedən doğum haqqında akt qeydinin ləğv edilməsinin mümkün olmaması ona bildirilmişdir. Odur ki, Laçın Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş 139 saylı doğum haqqında akt qeydində qeyd olunmuş şəxs mövcud olmadığından, həmin doğum haqqında akt qeydinin ləğv edilməsi zərurəti yaranmışdır. xx.xx.2002-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Laçın Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş 139 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -İşdə olan Laçın rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15- M/2025 nömrəli iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2014-cü il tarixdə sənədlərin və işlərin, həmçinin istifadə olunmamış şəhadətnamələrin məhvə ayrılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin Ekspert komissiyası tərəfindən tərtib edilmiş akt təsdiq edildikdən sonra 1992-2011-ci il illərə aid uşağın doğulması haqqında evlərinin və başqa tibbi müəssisələrinin arayışları yandırılma yolu ilə məhv edilmişdir.Qeyd edilən səbəblərə görə xx.xx.2002-ci il tarixli X14 barəsində tərtib edilmiş 139 saylı doğum haqqında akt qeydinin tərtib edilməsi üçün əsas olan sənədlərin verilməsi mümkün deyildir. -İşdə olan AZ-İİİ-№-450890 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2001-cı il tarixdə Tərtər rayonu Səhlabad kəndində anadan olmuşdur. -İşdə olan Laçın rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 05/70-68/69 nömrəli arayışında qeyd edilmişdir ki, X14 xx.xx.2001-ci ildə Laçın rayonu Vağazın kəndində anadan olmuşdur. Bu barədə xx.xx.2002-ci il tarixdə Laçın rayonu Qeydiyyat Şöbəsində 139 №-li doğum akt qeydi tərtib olunmuşdur. Atası-İddiaçı milliyəti: azərbaycanlı, X6 qızı milliyəti: azərbaycanlı qeyd olunmuşdur. -İşdə olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.2001-cı il tarixdə Tərtər rayonu Səhləbad kəndində anadan olmuş və Azərbaycan Respublikasının qeydiyyatdadır. - İşdə olan Laçın rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-16-5/8-13/182-25 nömrəli məktubunda göstərilmişdir ki, X14 barəsində xx.xx.2002-ci il tarixdə Laçın rayon Qeydiyyat şöbəsində 139 saylı doğum haqqında akt qeydi tərtib edilmiş, ata-İddiaçı, ana-X12” olaraq qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı məktubda göstərilmişdir ki, məlumata əsasən adı çəkilən vətəndaş ünvan 2əcburi köçkün İddiaçı faktiki olaraq yaşadığı ünvan 3 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. -İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Kommunal İstismar sahəsin xx.xx.2025-ci il tarixli, 91 nömrəli arayışda göstərilmişdir ki, M.Xiyabani küçəsi, 9 A mənzilində ünvan 2əcburi köçkün İddiaçı ailə tərkibi ilə məskunlaşıb. Ailə tərkibi:-X9, 1972-ci il təvvəllüdlü (həyat yoldaşı), X16 2004- cü il təvəllüdlü (qızı), X17 1999-cu il təvəllüdlü (qızı), X10 1997-ci il təvəllüdlü (oğlu) qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 26-cı bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 28-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Laçın rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş 139 saylı doğum haqqında akt qeydi əsasında doğum haqqında şəhadətnamə heç bir hüquqi qüvvəsi olan sənəd tərtib edilməmişdir. Həmçinin iş üzrə müvafiq tibbi arayışlar məhv etməyə getdiyindən faktiki mübahisələndirən inzibati aktın həqiqiliyin yaranma mənbəyi və mötəbərliyinə dair əsaslı şübhələr yaranır. İşin mübahisəli halı “X14” barəsində xx.xx.2002-ci il tarixdə Laçın Rayon Qeydiyyat Şöbəsində 139 saylı Doğum haqqında akt qeydi tərtib edilmiş,ata- İddiaçı, ana-X12 olaraq qeyd edilmişdir. Laçın rayonu qeydiyyat şöbəsində 139 saylı doğum akt qeydində adı X2 birgə nikahlarından doğulmuşdur və hal-hazırda şəxsiyyət məlumatları onun şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində adı X15, atası- X18, anası- X13,doğum yeri Tərtər rayonunun Səhlabad kəndi, doğum tarixi isə xx.xx.2001- ci il tarixi olaraq qeyd edilmişdir. X5 anası- X1 Həşim Albəndə oğlunun bacısıdır. Bu ziddiyyətli halın aradan qaldırılması üçün İddiaçı barəsində Laçın Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş “xx.xx.2002-ci ildə tərtib olunmuş 139 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq doğum haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı övladı kimi qeyd edilən X5 barəsində “xx.xx.2002-ci il tarixdə tərtib edilmiş 139 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi” öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Laçın rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2919/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2919/2025
14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver