Məhkəmə qərarları › İş №2-1(120)-2921/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2921/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2921/2025 13.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə xx.xx.1999-cu il tarixdə tərtib olunmuş 13 saylı ölüm haqqında akt qeydinə düzəliş edilməsi, mərhum qızı X1 ölüm tarixinin yəni “xx.xx.1998-ci il” tarixinin “xx.xx.1999-cu il” tarix kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhlkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qızı X1 ölüm haqqında akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X4 ilə birgə nikahlarından xx.xx.1991-ci il tarixdə X3 adında qız övladları anadan olmuşdur. Qızının xx.xx.1991- ci il tarixdə doğulmasına dair doğum haqqında şəhadətnaməsi vardır. Lakin uşaq anadan olan gündən etibarən xəstə və zəif doğulduğundan xx.xx.1999-cu il tarixdə uzun sürən xəstəlikdən (anadangəlmə inkişaf zəifliyi) yaşadıqları Beyləqan rayonunun Dünyamalılar kəndində dünyasını dəyişmişdir. Uşaq öldükdən sonra o və yaxın qohumları onu Beyləqan rayonu, Dünyamalılar kənd qəbirstanlıqda dəfn etmişlər. Övladları kiçik yaşında vəfat etdiyindən valideynləri olaraq çox stres keçirdiblər. Uşağa ölüm haqqında şəhadətnaməni vaxtında götürə bilməmişlər. Lakin xx.xx.2019-cu il tarixdə mərhum qızına ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət edən zaman orada qızının ölüm haqqında şəhadətnaməsinin həmin vaxt ərazi nümayəndəsi olmuş Mürşüd Xudaverdiyev tərəfindən artıq götürüldüyünü bildirmişlər. Lakin həmin vaxta kimi qızının ölüm haqqında şəhadətnaməsinin varlığından məlumatımız olmadığından və onlara təqdim edilmədiyindən qızının ölüm tarixinin yanlış yazılmasından məlumatsız olmuşlar. Hazırda isə arvadı çoxuşaqlı ana kimi pensiyaya çıxmaq istəyir. Lakin mərhum qızının ölüm haqqında şəhadətnaməsində onun ölüm faktı düzgün qeyd edilmədiyindən sənədləşmə işlərində bir sıra çətinliklərlə üzləşirlər. Belə ki, o, mərhum qızının xx.xx.1999-cu il tarixdə ölməsi faktının düzgün yazılmasının müəyyən edilməsi üçün Cavabdehnə müraciət etsə də, orada ona bildirdilər ki, bu məsələylə bağlı mütləq məhkəməyə müraciət etməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ № 016651 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Cavabdeh “Ölüm haqqında akt qeydinə düzəliş edilməsindən imtina haqqında” xx.xx.2024-cü il tarixli, 591 nömrəli Rəyində göstərilmişdir ki, İddiaçı təqdim etdiyi sənədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında olan Beyləqan rayon Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 333-25 nömrəli məktubunda göstərilmişdir ki, 31 avqust 1991-ci il təvəllüdlü X1 barəsində rayon prokurorluğunda təqsirləndirici material araşdırılmamış, cinayət işi başlanaraq istintaq aparılmamışdır. İş materiallarında olan xx.xx.1999-cu il tarixli 13 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X3 xx.xx.1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.1998-ci il tarixli 22 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X3 xx.xx.1997-ci il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuşdur.. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Dünyamalılar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanlamış xx.xx.2025-ci il tarixli 5-37-27/2-xx-xx/2025 nömrəli məktubunda göstərilmişdir ki, Dünyamalilar kənd sakini olmuş xx.xx.1991-ci il təvəllüdlü mərhum X3 həqiqətən də Dünyamalilar kəndində doğulmuş və vəfat etdiyi tarixdə Beyləqan rayonu Qeydiyyat şöoəsi tərəfindən xx.xx.1998ci il tarixdə ölüm şəhadətnaməsi verilmişdir. Məktubda göstərilən sənədlər nümayəndəlikdə olmadığı üçün onları göndərə bilmir. İş materiallarında olan Beyləqan rayon Polis Şöbəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 43/3-1367/2-4094/2025 saylı məktubunda bildirilmişdir ki, mərhum X2 Beyləqan rayon Polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən şəxsiyyət vəsiqəsi almamış və barəsində heç bir təqsirləndirici material yoxdur. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Məhkəmənin qənaətinə görə iddiaçının tələbi onun mərhum qızı X1 ölüm tarixinin düzgün olmaması ilə bağlı olduğuna görə, ilk növbədə “doğum tarixinin” vətəndaşlıq vəziyyəti aktları qeydində necə yazılması müəyyən olunmalıdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı məhkəməyə müraciət edərək, mərhum qızı X1 ölüm tarixini qeydiyyata alan zaman yanlışlığa yol verildiyini iddia etsə də, bu barədə əsaslı sübut və ya məlumat məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş AZ-İİ № 016651 nömrəli təkrar ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1998-ci il tarixdə ölmüşdür. Bu barədə təkrar ölüm haqqında şəhadətnamə xx.xx.2019-cu il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı isə bundan 5 ilə yaxın vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.1999-cu il tarixli 13 nömrəli ölüm haqqında akt qeydində X3 xx.xx.1998-ci il tarixdə ölməsi barədə məlumat öz əksini tapmışdır. Ölüm haqqında akt qeydinin 14-cü bəndində ölüm faktını təsdiq edən sənəd kimi Dünyamalılar kənd xəstəxanasının xx.xx.1999-cu il tarixli arayış qeyd edilmişdir. Ən əsası məhkəmə tərəfindən nəzərə çatdırılır ki, iddiaçı “xx.xx.1999-cu il tarixdə tərtib olunmuş 13 saylı ölüm haqqında akt qeydində yanlışlığın olması və mərhum qızı X1 ölüm tarixinin “xx.xx.1999-cu il” əvəzinə “xx.xx.1998-ci il” tarix kimi qeyd edildiyini iddia etmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, iddiaçının mərhum qızı X1 barəsində tərtib edilmiş ölüm haqqında akt qeydinin tərtib edilmə tarixi xx.xx.1999-cu ildir. Belə ki, cavabdeh orqan tərəfindən mərhum A.Gülalıyevanın xx.xx.1999-cu il tarixdə öləcəyi barədə məlumatı bilib, xx.xx.1999-cu il tarixdə onun barəsində ölüm haqqında akt qeydi tərtib etməsi barədə mülahizə mümkünsüz və absurd hesab edilir. İddiaçının 1998-ci il tarixdən hal-hazıradək olan dövrdə məhrum qızı X3 xx.xx.1998ci il tarixdə ölməsi barədə ölüm haqqında akt qeydində qeydiyyatın düzəliş edilməməsinin müxtəlif problemlərlə üzləşməsinə dair iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla məhrum qızı X1 xx.xx.1998-ci il tarixdə ölüm vaxtı barədə qeydin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Məhkəmənin qənaətinə görə iddiaçının məhrum qızı X1 ölüm akt qeydində xx.xx.1998-ci il tarixdə ölüm vaxtının düzgün göstərilməməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, Cavabdeh imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə xx.xx.1999-cu il tarixdə tərtib olunmuş 13 saylı ölüm haqqında akt qeydinə düzəliş edilməsi, mərhum qızı X1 ölüm tarixinin yəni “xx.xx.1998-ci il” tarixinin “xx.xx.1999-cu il” tarix kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə xx.xx.1999-cu il tarixdə tərtib olunmuş 13 saylı ölüm haqqında akt qeydinə düzəliş edilməsi, mərhum qızı X1 ölüm tarixinin yəni “xx.xx.1998-ci il” tarixinin “xx.xx.1999-cu il” tarix kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar