Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2922/2025 21.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı adın və soyadın dəyişdirilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nərgiz Elsevər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı adın və soyadın dəyişdirilməsi tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək (İddiaçı) soyadının və adının əvvəlki adına və soyadına “Hüseynov Rahil”ə keçirilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, zərurət yarandığından Sabirabad Regional “Asan” xidmət mərkəzinə müraciət edərək soyadının və adının dəyişdirilməsini xahiş etmişdir. Qeydiyyat şöbəsi tərəfindən soyadının və adının dəyişdirilməsi barədə xx.xx.2017-ci il tarixdə 257 saylı akt qeydi tərtib edilərək soyadı və adı “Hüseynov Rahil”dən “İddiaçı”yə dəyişdirilmişdir. Hazırda yenidən öz əvvəlki soyadına və adına geri qayıtmaq istəyir. Ona görə ki, həmin adı valideyinləri vermişdir. O valideyinlərinə hörmət əlaməti olaraq onların soyadını daşımaq və ona qoyduqları ada keçmək arzusundadır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddia tələbini təmin etməkdən imtina etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın 3-165/810-1xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli iddia tələbinə dair yazılı münasibətində göstərilmişdir ki, İddiaçı əvvəlki soyadı və adı olan X5 qayıtmaq istəyi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən vətəndaşın əvvəlki soyadına və adına qayıtmağının mümkün olmadığı bildirilmiş və həmin tarixdə bu barədə imtina məktubu verilmişdir. İddiaçı soyadının və adının dəyişdirilməsi Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırk; məhkəmə mübahisəsi yaranmışdır. İşin halları. İş materiallarında olan; İddiaçıya məxsus AO seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü X13 xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ seriyalı 641122 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 ilə X8 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2011-ci ilin mart ayının 15 günündə 144 № ilə qeyd edilmişdir. Cavabdeh tərəfindən verilmiş AZ-İV seriyalı 005649 №-li, AZ-İV seriyalı, 005651 №li, AZ-İV seriyalı 005650 №-li, AZ-İV seriyalı 005652 №-li doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X6, X9, X10, X11 doğum haqqında şəhadətnamələrinin ata qrafasında atası qismində İddiaçı qeyd olunmuşdur. Məhkəmənin müvfiq sorğularına əsasən verilmiş: Kürdəmir Rayon Polis Şöbəsinin 31186/2-S717/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, DİN-in müvafiq təlimatına əsasən vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixində Kürdəmir RPŞ QVŞV qrupu tərəfindən verilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Mollakənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-56-17/2-24/2025 saylı xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı (kənd sakinləri tərəfindən X2 tanınır) Kürdəmir rayonu Türkədi kəndində yaşayır və ailə tərkibi 1984-cü il təvvəllüdlü yoldaşı X8, 2010-cu il təvvəllüdlü qızı X12, 2011-ci il təvvəllüdlü oğlu X14, 2013-cü il təvvəllüdlü oğlu X15, 2013-cü il təvvəllüdlü oğlu X3 ibarətdir. Cavabdeh 3-165/810-104-25 saylı xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş: 50 №-li, xx.xx.1984-cü il tarixli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, doğum akt qeydinin uşaq qrafasında uşağın əvvəlki soyadı Hüseynov adı Rahil ata adı Əlvan qeyd olunmuşdur. Sonradan soyadın üzərində xət çəkilərək Məmmədov adı isə Əli qeyd olunmuşdur. Sabirabad regional” ASAN-xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ 022178 saylı, xx.xx.2017-ci il tarixli Şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə xx.xx.1984cü il təvəllüdlü X4 adı və soyadı “Hüseynov Rahil”dən “İddiaçı”yə dəyişdirilmişdir və bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin 11-ci ayının 25-ci günündə 257 nömrə ilə qeyd edilmişdir. Kürdəmir rayonu Mollakənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 005637 №-li xx.xx.2017-ci il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1984cü ildə Kürdəmir rayonu Türkədi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1984-cü ilin may ayının 29-cu günündə 50 № ilə qeyd edilmişdir. Doğum haqqında akt qeydinin ata qrafasında atası X16, anası qrafasında anası X1 qeyd olunmuşdur. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 3-38-33/2-1112/25 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı (X20) oğlunun dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən sonuncunun xx.xx.2024-cü il tarixdə Rüsiya Federasiyasına girişi olmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya Baş İdarəsinin 31312/2-142988 saylı,xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təsdiq olunaraq məhkəməyə təqdim olunmuş Tələbnamədə İddiaçı barəsində DİN Əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-10-4xx-xx/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, bundan əvvəl ilkin doğum qeydindəki soyad və ad olan “X13”nu “İddiaçı”na dəyişdirilməsi üçün Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş və müvafiq sənədləri təqdim edilmişdir. Toplanmış sənədlər araşdırılaraq qanunamüvafiq qaydada qeydiyyat şöbəsi tərəfindən soyadın adın və ata adının dəyişdirilməsi barədə 25 noyabr 2017-ci il tarixdə 257 saylı akt qeydi tərtib olunmuş və soyadı və adı Hüseynov Rahildən , İddiaçı dəyişdirilmişdir. Onun yenidən soyad və adının dəyişdirilməsi Qeydiyyat Şöbəsinin səlahiyyəti daxilində olmadığı üçün imtina olunmuşdur . Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” Bənd 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı əyişdirilir. Bənd 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İPM İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi Mülki Məcəllə ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçiriləcəyi müəyyən edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarını nəzərdə tutur. Sözügedən Qaydalar isə ad və soyadın birinci dəfə dəyişdirilməsi ilə növbəti (ikinci, üçüncü və s.) dəfə dəyişdirilməsinə münasibətdə müxtəlif tələblər nəzərdə tutur. Başqa sözlə, ad və soyadın növbəti dəfə dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallarda mümkündür. Cavabdeh də hazırkı işdə məhz sözügedən Qaydaların 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin müəyyən edilmədiyinə istinadla iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Beləliklə, iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən imtina qanundan irəli gəlmiş, başqa sözlə, müdaxilə “qanunla nəzərdə tutulmuşdur”. Hazırkı işin halları baxımından qiymətləndirilməli olan növbəti məsələlər müdaxilənin “legitim məqsədə” yönəlib-yönəlmədiyinin, eləcə də onun “demokratik cəmiyyətdə zəruri” olubolmadığının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında adın və soyadın ikinci dəfə dəyişdirilməsinə gətirilən məhdudiyyət milli təhlükəsizliyi təmin etmək, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədləri naminə dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təşkil etməyə yönəlmiş legitim marağını təmin etməyə xidmət edir. Məhkəmə hesab edir ki, sözügedən məhdudiyyət həmçinin “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından da yolveriləndir. Bu zaman şəxsin əsas hüquqları ilə ictimai maraqlar arasında ədalətli balans təmin olunur. Çünki şəxs birinci dəfə müəyyən tələblərin ödənilməsi halında ad və soyadını rahatlıqla dəyişmək imkanına malikdir. İddiaçı da özününün bu hüququnu manesiz reallaşdırmışdır. Lakin nəzərə almaq lazımdır ki, istədiyi ad və soyad daşımaqla bağlı məsələ şəxsi hüquq olmaqla yanaşı, həm də dövlətin təşkilati sisteminin normal və düzgün işləməsi baxımından da əhəmiyyət kəsb edir. Odur ki, ad və soyadın dəfələrlə dəyişdirilməsi sözügedən təşkilati sistemin düzgün qurulması və işləməsi baxımından real problemlər yarada bilər. Məhz bu legitim məqsədlər nəzərə alındığında Qaydalarda ad və soyadın ikinci dəfə dəyişdirilməsinə qoyulan məhdudiyyət “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından yolveriləndir. Demokratik cəmiyyətdə zərurilik meyarı üzrə qiymətləndirilmə aparılan zaman iddiaçının ad və soyadını ikinci dəfə dəyişməyə sövq edən səbəblər də nəzərə alınmalıdır. İddiaçı isə bununla bağlı ağlabatan, tutarlı və inandırıcı səbəblər də göstərmir. O, sadəcə olaraq ad və soyadını dəyişməyinin səbəbi kimi valideyinlərinə hörmət əlamətini göstərir, hazırkı ad və soyadının onun üçün hansısa problem və ya məhdudiyytələr yaratdığını, hüquqlarını həyata keçirməyə maneə törətdiyini bildirmir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının bildirdikləri əsaslı səbəb kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçıya məxsus olan hansısa rəsmi sənədlərdə əvvəlki ad və soyadının göstərilməsi də onun üçün problemlər yarada bilməz. Çünki iddiaçı ad və soyadının dəyişdiyini təsdiq edən sənədi təqdim etməklə hüquq və vəzifələri ilə bağlı məsələləri asanlıqla həyata keçirə bilər. Bundan başqa, iddiaçı məhkəməyə bu qəbildən olan konkret hansı çətinliklərlə qarşılaşdığını, eləcə də onları dəf edə bilmədiyini təsdiq edən hər hansı sübutlar da təqdim etməmişdir. Ona görə də, iddiaçının real problemlərlə qarşılaşdığı qənaətinə gəlmək üçün də yetərli əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ad və soyadının ikinci dəfə dəyişdirilməsindən imtina ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Sözügedən imtina həm qanunla nəzərdə tutulmuş, həm legitim məqsədə yönəlmiş və həm də demokratik cəmiyyətdə zəruri olmuşdur. Ona görə də iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı adın və soyadın dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.
Məhkəmə qərarları › İş №2-1(120)-2922/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2922/2025
21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver