Məhkəmə qərarları › İş №2-1(120)-2934/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2934/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2934/2024 23.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı Regional Cavabdehnə qarşı «cavabdeh təşkilatda imlazadığı və hüquqi nəticələr yaratdığı xx.xx.2021-ci il tarixli ərizələrin etibarsız hesab olunması» barədə iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Masallı Regional Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh təşkilatda imlazadığı və hüquqi nəticələr yaratdığı xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli ərizələrin etibarsız hesab olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2934/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, cavabdeh Masallı Regional Cavabdeh Notariat Ofisində imzaladığı xx.xx.2021-ci il tarixli ərizələrin etibarsız sayılması” kimi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia ərzəsini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehin nümayəndəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq vərəsəlik münasibətlərindən irəli gələn tələblərə ümumi məhkəmələr baxır. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq cavabdeh Masallı Regional Cavabdehndə Notariat Ofisi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məkuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə atası B.Cəlilov vəfat etmişdir və ondan miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində deyil, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcək. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən xx.xx.2021-ci il tarixli eyni məzmunlu çıxarış təqdim edilmişdir. İddia ərizəsinin məzmunundan müəyyən olunmuşdir ki, iddiaçı miras qalmış torpaq sahəsi ilə bağlı notariat orqanında iradə ifadəsini hansı formada həyat keçirilməsini özü də bilməmiş, Notairus tərəfindən bununla bağlı onun hüquq və vəzifələrini izah etməmiş, ərizəyə imza etdirərkən ərizənin mahiyyətini izah etməmiş və gələcəkdə hansı hüquqi təsirlərə məruz qalması ilə bağlı notariat orqanında onunla söhbət aparılmadığı və nəticədə tez-tələsik bir tərəfli qaydada Natiqə Yaqubovanın xeyrinə qanunsuz bir notariat hərəkətinin aparılmasına nail olunduğu, nəticədə onların əmlak hüquqlarını pozduğunu bildirmiş və İddiaçı cavabdeh təşkilatda imzaladığı və hüquqi nəticələr yaratdığı xx.xx.2021-ci il tarixli ərizələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək əsas iş üzrə olan iddia ərizəsinin məzmunundan cavabdeh təşkilatda imzaladığı və hüquqi nəticələr yaratdığı xx.xx.2021-ci il tarixli ərizələrin etibarsız hesab edilməsini xahiş etdiyini, lakin etibarsız hesab olunmasını istədiyi “ərizələr” hər bir halda inzibati akt kimi qiymətləndirilə bilinmədiyi, hazırkı tələbin inzibati məhkəmə icraatının predmetinin olmadığını, həmin tələbin mülki xarakterli olduğundan qeyd olunan iddia tələbi ilə aidiyyatı üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Tanınma barədə iddia yalnız müvafiq inzibati akta qarşı yönəlməlidir. Bu səbəbdən də, ilk növbədə etibarsızlığı tələb olunan sənədin inzibati akt olması zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Hazırki iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranmışdır. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Tərəflər arasında vərəsəlik münasibətləri ilə bağlı mübahisə yaranmışdır. İddiaçı qeyd olunan tələb ilə aidiyyatı üzrə müvafiq rayon (şəhər) məhkəməsinə (Masallı rayon Məhkəməsinə) müraciət etmək hüququ vardır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya həm şifahi, həm də yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi yəni hazırkı mübahisənin həlli üçün aidiyyatı üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) müraciət etməli olması ilə bağlı hüquqlarını izah etmişdir. Buna baxmayaraq iddiaçı iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia ərizəsi mümkün sayılmasın. Məhkəmə qərardadından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3)apelyasiya şikayəti verə bilər. Sədrlik edən Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar