Məhkəmə qərarları › İş №2-1(120)-2940/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2940/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2940/2025 27.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 37 nömrəli sərəncamına, xx.xx.2003-cü il tarixli, 31 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 640 kv.m torpaq sahəsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 274 nömrəli sərəncamına, xx.xx.2004-cü il tarixli, 268 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 110 kv.m torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan–ölçü sənədinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli çıxarışa əsasən icarəsində olan 0,0758 ha torpaq sahəsi, Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 37 nömrəli sərəncamına, xx.xx.2003cü il tarixli, 31 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 640 kv.m torpaq sahəsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 274 nömrəli sərəncamına, xx.xx.2004-cü il tarixli, 268 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 110 kv.m torpaq sahəsi üzərində onun tərəfindən inşa edilən 846,6 kv.m qeyri-yaşayış sahəsi üzərində (vahid əmlak kimi) xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı ünvan 1 ünvanında 0,0758 ha torpaq sahəsi üzərində yerləşən 394,5 kv.m olan qeyri yaşayış sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Şirvan şəhər İcra Hakimiyyəti və Şirvan bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçı ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 37 nömrəli sərəncamına, xx.xx.2003-cü il tarixli, 31 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 640 kv.m torpaq sahəsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 274 nömrəli sərəncamına, xx.xx.2004-cü il tarixli, 268 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 110 kv.m torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan–ölçü sənədinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli çıxarışa əsasən icarəsində olan 0,0758 ha torpaq sahəsi, Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 37 nömrəli sərəncamına, xx.xx.2003-cü il tarixli, 31 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 640 kv.m torpaq sahəsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 274 nömrəli sərəncamına, xx.xx.2004-cü il tarixli, 268 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 110 kv.m torpaq sahəsi üzərində onun tərəfindən inşa edilən 846,6 kv.m qeyri-yaşayış sahəsi üzərində (vahid əmlak kimi) xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən, Şirvan şəhəri, 1 May küçəsi, 7A ünvanında yerləşən 0,0758 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə Şirvan şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən icazə verilmişdir. Müvafiq icazəyə əsasən, ümumi sahəsi 394,5 kv.m olan qeyri-yaşayış sahəsi inşa olunmuş və tikilinin istismara qəbul edilməsi barədə xx.xx.2011-ci il tarixli akt tərtib edilmişdir. Müvafiq kommunikasiya xətlərinə (elektrik enerjisi, qaz və su) qoşulmaq məqsədilə aidiyyəti qurumlara müraciət etdikdə, mülkiyyət hüquqlarımı təsdiq edən sənədin təqdim edilmədiyi əsas gətirilərək, müraciətim təmin olunmamışdır. Bu səbəbdən Şirvan şəhəri, 1 May küçəsi, 7A ünvanında yerləşən 394,5 kv.m qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı 13 saylı Şirvan Ərazi İdarəsinə rəsmi müraciət etmiş, lakin adıçəkilən qurum tərəfindən təqdim edilmiş müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihədəki ölçülərlə qeyri-yaşayış sahəsinin faktiki xarici və daxili ölçüləri arasında uyğunsuzluq olması, xx.xx.2011-ci il tarixli obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi aktının tərtib edilərkən komissiya sədrinin və üzvlərinin iştirakı təmin edilməməsi, Şirvan şəhər İcra Hakimiyyəti başçısı tərəfindən aktın möhür və imza ilə təsdiqlənməməsi, həmçinin qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsi prosesinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilməli olduğu əsas gətirilərək, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinadən 19 fevral 2025-ci il tarixli, 3-21-3-38/2- 558/2025 saylı məktubla ona imtina cavabı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, X1 şəhəri, 1 May küçəsi, 7A saylı ünvanında yerləşən 0.1508 ha (0.0758 ha , 0.011 ha və 0.064 ha) torpaq sahəsi və qeyri- yaşayış binasına dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Bildiririk ki sözügedən ünvanda yerləşən 0.1508 ha torpaq sahəsinin 0.0758 ha hissəsinə 10 09.2024-cü il tarixli, ********** qeydiyyat nönmrəsi ilə sizin icarə hüquqlarınız dövlət qeydiyyatına alınmış, lakin 0.011 ha və 0 064 ha torpaq sahəsi üzərində icarə huquqları dövlət qeydiyyatına alınmamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən 0.0758 ha torpaq sahəsinin ölçülərindən böyük olmaqla tıkıntialtı sahəsi 846.6 kv.m qeyri-yaşayış binası mövcuddur. Tikilinin 603.4 kv.m hissəsi icarənizdə olan 0.0758 ha torpaq sahəsində, 243.2 kv.m hissəsi isə icarənizdə olan torpaq sahəsinin hüdudlarından kənarda, icarə hüquqları dövlət qeydiyyatına alınmamış 0.011 ha və 0.064 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Eyni zamanda, sözügedən ünvanda yerləşən 0.0750 ha (0.011 ha və 0.064 ha) torpaq sahəsinin və qeyri-yaşayış binasının qərb istiqamətindən 6 KVt-luq elektrik xətti və şimal istiqamətindən isə 73.0 metr məsafədən fəaliyyətsiz neft quyusu yerləşir Göstərilən səbəblərdən müraciətin icrası mümkün olmamış, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinə etiraz etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, üçüncü şəxslər Şirvan şəhər İcra Hakimiyyətinin və Şirvan bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Şirvan şəhəri ərazisində yerləşdiyindən və Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Əlibayramlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 37 nömrəli sərəncamının surətindən görünür ki, şəhər sakini İddiaçı Bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyəti üçün ticarət obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2003-cü il tarixli, 31 saylı X7 surətindən görünür ki, Əlibayramlı bələdiyyəsinin sədri ilə İddiaçı arasında Şirvan şəhəri 1 May küçəsində yerləşən ümumi sahəsi 640,0 kv.m torpaq sahəsini müvəqqəti icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Əlibayramlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 274 nömrəli sərəncamının surətindən görünür ki, şəhər sakini İddiaçı Bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyəti üçün ticarət obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, 268 saylı X7 surətindən görünür ki, Əlibayramlı bələdiyyəsinin sədri ilə İddiaçı arasında Şirvan şəhəri 1 May küçəsində yerləşən ümumi sahəsi 110,0 kv.m torpaq sahəsini müvəqqəti icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Əlibayramlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarından görünür ki, Əlibayramlı bələdiyyəsinin Əlibayramlı şəhəri, 1 May küçəsində yerləşən torpaqlarından icarə qaydasında İddiaçı sahibkarlıq fəaliyyəti üçün 758,85 kv.m torpaq sahəsinin icarəyə verilməsi və müvafiq icarə müqaviləsinin bağlanması qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, MH ******* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Şirvan şəhəri, 1 May küçəsində icarəsində olan 0.0105 ha torpaq sahəsində yerləşən 1/79S nömrəli 3 girişli, 61.4 kv.m ümumi, 42.2 kv.m əsas, 19.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2009-ci il tarixli icazənin surətindən görünür ki, X14nin xx.xx.2007-ci il tarixli, 10 saylı iclasının qərarından çıxarışa, DƏDRX-nin xx.xx.2008-ci il tarixli, seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa müvafiq ticarət və xidmət obyektinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli icazənin surətindən görünür ki, DƏDRX Şirvan Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli, seriya MA ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa müvafiq qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)- 941/2024 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, Şirvan şəhəri, 1 May küçəsində yerləşən 0.75885 ha torpaq sahəsinə icarə hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin üzərinə qoyulmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, 1 May küçəsi, 7A ünvanında yerləşən 0.0758 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-558/2025 nömrəli məktubundan görünür ki, təqdim edilmiş müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihədəki ölçülər ilə qeyri-yaşayış binasının xarici və daxili ölçüləri arasında uyğunsuzluq mövcuddur. Təqdim olunmuş sənədlərdə qeyri-yaşayış binasının ümumi sahəsi 388.08 kv.metr qeyd edilməsinə baxmayaraq, qeyri-yaşayış binasının faktiki ümumi sahəsi 394.5 kv.metrdir. Eyni zamanda, tərəfinizdən təqdim edilmiş xx.xx.2011-ci il tarixli “Obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi aktı” tərtib edilərkən qəbul komissiyasının sədrinin və üzvlərinin iştirakı təmin edilməmiş, eləcə də Şirvan şəhər İcra Hakimiyyəti başçısı tərəfindən möhür və imza ilə təsdiq edilməmişdir. Göstərilən səbəbdən müraciətinizin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 8.0.10-1.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd təqdim edilməklə müraciətiniz icrası istiqamətində mövcud qanunvericiliyə uyğun tədbir görüləcəkdir. Belə ki, xx.xx.2023-cü il tarixli, 2181 nömrəli “Qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, 2023-cü il iyunun 1-dək tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsi prosesi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə uyğun olaraq, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən səbəblərdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-1107/2025 nömrəli mütəxəssis rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyindən aşağıdakılar bildirilir:

1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsində olan, Şirvan şəhəri, 1 May küçəsində yerləşən 0.0758 ha torpaq sahəsinə və ona bitişik əraziyə yerində baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, torpaq sahəsinin koordinatları daxilində qeyriyaşayış tikilisi mövcuddur. Həmin tikilinin ölçüləri iddiaçının icarəsində olan 0.0758 ha torpaq sahəsinin ölçülərindən böyük olmaqla tikintialtı sahəsi 846.6 kv.m təşkil edir. Tikilinin 603.4 kv.m hissəsi xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsində olan torpaq sahəsinə, 243.2 kv.m hissəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə düşür. İddiaçı icarəsində olan torpaq sahəsinin və ümumilikdə istifadəsində olan torpaq sahəsinin və üzərindəki tikililərin yerləşmə vəziyyəti müəyyən edilərək eskizi tərtib olundu. Eskiz rəyə əlavə olunur.

2. Torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış obyekti həmin tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğundur.

3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsində olan, Şirvan şəhəri, 1 May küçəsində yerləşən 0.0758 ha torpaq sahəsinə üzərində inşa edilən mübahisəli qeyri-yaşayış obyektinin tikintialtı sahəsi 846.6 kv, ümumi sahəsi 770.6 kv.m, köməkçi sahəsi isə 770.6 kv.m-dir. Tikili 2009-2018-ci illərdə inşa olunmuşdur, bir mərtəbəlidir və 9 əsas otaqdan ibarətdir. Qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir.

4. Qeyd edilən mübahisəli tikili və altındakı torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və qeyri-yaşayış tikilisi təyinatı üzrə istifadə edilir.

5. Qeyd edilən tikili tikinti layihəsinin X5 uyğun inşa edilmişdir.

6. Qeyd edilən tikilinin faktiki ölçüləri layihə ölçüləri ilə (X8 ilə) eynidir, lakin həmin ölçülər 09.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsində olan 0.0758 ha torpaq sahəsinin ölçülərindən böyükdür və həmin torpaq sahəsinə yerləşmir. Belə ki, tikilinin 603.4 kv.m hissəsi icarədə olan torpaq sahəsinin hüdudları daxilində, 243.2 kv.m hissəsi isə icarədə olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir

7. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsində olan, Şirvan şəhəri, 1 May küçəsində yerləşən 0.0758 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyektinin layihəsi tikinti və şəhərsalma normalarına uyğundur.

8. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsində olan, Şirvan şəhəri, 1 May küçəsində yerləşən 0.0758 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyekti 1 mərtəbəli olmaqla mişar daşından inşa edilmişdir (Eskiz rəyə əlavə olunur). Qeyriyaşayış obyekti ictimai-iaşə təyinatlı obyektlər qrupuna aiddir. Qeyri-yaşayış obyekti tikintitexniki normalara və şəhərin baş planına uyğun inşa edilmişdir və istismara yaralıdır. Obyekt insan arın həyatı və sağlamlığı üçün təhlükə törətmir, həmçinin tikili üçüncü şəxslərin hüquqlarını pozmur və başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaratmır. Aparılmış müayinənin nəticələrinə əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi (icarəsində olan 0.0758 ha torpaq sahəsi ilə birlikdə) 0.6582 ha, tikililərin ümumi tikintialtı sahəsi isə (ərazidə olan digər tikililərlə birlikdə) 1688.9 kv.m təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2- 1215/2025 nömrəli məktubundan görünür ki, sözügedən ünvanda yerləşən 0.1508 ha torpaq sahəsinin 0.0758 ha hissəsinə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nönmrəsi ilə sizin icarə hüquqlarınız dövlət qeydiyyatına alınmış, lakin 0.011 ha və 0.064 ha torpaq sahəsi üzərində icarə huquqları dövlət qeydiyyatına alınmamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən 0.0758 ha torpaq sahəsinin ölçülərindən böyük olmaqla tikintialtı sahəsi 846.6 kv.m qeyri-yaşayış binası mövcuddur. Tikilinin 603.4 kv.m hissəsi icarənizdə olan 0.0758 ha torpaq sahəsində, 243.2 kv.m hissəsi isə icarənizdə olan torpaq sahəsinin hüdudlarından kənarda, icarə hüquqları dövlət qeydiyyatına alınmamış 0.011 ha və 0.064 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Eyni zamanda, sözügedən ünvanda yerləşən 0.0750 ha (0.011 ha və 0.064 ha) torpaq sahəsinin və qeyri-yaşayış binasının qərb istiqamətindən 6 KVt-luq elektrik xətti və şimal istiqamətindən isə 73.0 metr məsafədən fəaliyyətsiz neft quyusu yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə uyğun olaraq, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən səbəblərdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-8/2-593/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 37 nömrəli sərəncamına, xx.xx.2003-cü il tarixli, 31 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 640 kv.m torpaq sahəsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 274 nömrəli sərəncamına, xx.xx.2004-cü il tarixli, 268 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 110 kv.m torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli çıxarışa əsasən icarəsində olan 0.0758 ha torpaq sahəsi, Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 37 nömrəli sərəncamına, xx.xx.2003-cü il tarixli, 31 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 640 kv.m torpaq sahəsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 274 nömrəli sərəncamına, xx.xx.2004-cü il tarixli, 268 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 110 kv.m torpaq sahəsi üzərində onun tərəfindən inşa edilən 846.6 kv.m qeyri-yaşayış sahəsi üzərində (vahid əmlak kimi) xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınaraq müvafiq çıxarış sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə sorğunuza cavab olaraq bildiririk ki, tələbdə qeyd olunan sənədlərə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Şirvan şəhəri, 1 May küçəsində yerləşən 640.0 kv.m və 110.0 kv.m torpaq sahəsinə dair İddiaçı icarə hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın və planölçü sənədinin verilməsinə və tələbdə qeyd olunan 640.0 kv.m, 110.0 kv.m və 758.0 kv.m (0.0758 ha) torpaq sahəsi üzərində yerləşən 846.6 kv.m qeyri-yaşayış sahəsinə dair (vahid əmlak kimi) İddiaçı xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış sənədinin verilməsinə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən etiraz olunmur. İş materiallarında olan Şirvan bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 03/72 nömrəli məktubunda qeyd edilmişdir ki, X14 sədrinin sözügedən Sərəncamının hazırkı tarixə qədər qüvvədə olduğu və sənədlər “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” nin tələblərinə uyğun olduğu üçün Şirvan şəhər 1May küçəsində yerləşən 110.0 kv m torpaq sahəsi üzərində vətəndaş İddiaçı icarə hüquqlarının X13 Ərazi İdarəsində qeydiyyata alınmasına etiraz etmirlər.

Əsaslandırma hissəsi:

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddia həm də əsaslıdır. Belə ki, iddiaçı “Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 37 nömrəli sərəncamına, xx.xx.2003-cü il tarixli, 31 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 640 kv.m torpaq sahəsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 274 nömrəli sərəncamına, xx.xx.2004-cü il tarixli, 268 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 110 kv.m torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan–ölçü sənədinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli çıxarışa əsasən icarəsində olan 0,0758 ha torpaq sahəsi, Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 37 nömrəli sərəncamına, xx.xx.2003-cü il tarixli, 31 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 640 kv.m torpaq sahəsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 274 nömrəli sərəncamına, xx.xx.2004-cü il tarixli, 268 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 110 kv.m torpaq sahəsi üzərində onun tərəfindən inşa edilən 846,6 kv.m qeyri-yaşayış sahəsi üzərində (vahid əmlak kimi) xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X9 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X9 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X15rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X16rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 4. İcarə münasibətlərinin obyektləri Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Maddə 6. İcarəyə verilən bələdiyyə torpaqları Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 3. Torpaq münasibətləri

1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir.

2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir.

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.

4. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

5. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrıayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; - qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

2. Yaşayış məntəqələrinin torpaqların tərkibinə həmçinin sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri daxildir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərindən irəli gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinin imtinası üçün dəlil gətirmişdir: - Ölçülər arasında uyğunsuzluqların olduğu, sənədlər düzgün tərtib edilməməsi, icarə hüquqlarıın dövlət qeydiyyatına alınmaması səbəbindən icraatda olan ərizənin icrasından imtina edilmişdir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi dəlillərə münasibətdə əlavə olaraq qeyd edir ki, faktiki vəziyyətlə aiddiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluğun mövcud olması da iddiaçının iradəsindən irəli gələn hal deyil və bunun aradan qaldırılması cavabdehin özünün səlahiyyətləri daxilindədir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından tərəflər arasında bağlanmış icarə müqavilələri və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi, istismara icazə və digər sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən inzibati orqanlar tərəfindən qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtina məktubunda qeyd edilən halların əsassız olduğu iş materiallarına əlavə edilmiş sübutlarla, eləcə də ekspert rəyi ilə sübuta yetirilir və qeyd olunan iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzuqların olmadığı müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Məhkəmənin xüsusi bilik tələb edən mütəxəssis rəyinin təqdim edilməsi məqsədilə sübutların cəlb edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-1107/2025 nömrəli mütəxəssis rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən torpaq sahəsinə və üzrəində yerləşən qeyri yaşayış sahələrinə baxış keçirilmiş, inşa edilmiş qeyri-yaşayış obyektinin həmin tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun olduğu, qeyri-yaşayış obyektinin tikintialtı sahəsi 846.6 kv, ümumi sahəsi 770.6 kv.m, köməkçi sahəsi isə 770.6 kv.m olduğu, qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğu, təyinatı üzrə istifadə edildiyi, tikilinin tikinti layihəsinin X5 uyğun inşa edildiyi, İddiaçı icarəsində olan, Şirvan şəhəri, 1 May küçəsində yerləşən 0.0758 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyektinin layihəsi tikinti və şəhərsalma normalarına uyğun olduğu, istismara yararlı olduğu, insanların həyatı və sağlamlığı üçün təhlükə törətmədiyi, həmçinin tikili üçüncü şəxslərin hüquqlarını pozmadığı və başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaratmadığı və İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi (icarəsində olan 0.0758 ha torpaq sahəsi ilə birlikdə) 0.6582 ha, tikililərin ümumi tikintialtı sahəsi isə (ərazidə olan digər tikililərlə birlikdə) 1688.9 kv.m təşkil etdiyi müəyyən edilir. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-1107/2025 nömrəli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə icraatında mütəxəssis rəyində məlumatların həqiqi olmamasına dair heç bir dəlil və sübut təqdim olunmamış, rəydə qeyd edilən hallar şübhə doğurmamışdır. Həmçinin araşdıma nəticəsində Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 37 nömrəli sərəncamına, xx.xx.2003-cü il tarixli, 31 nömrəli icarə müqaviləsinə əsasən tikinti obyektinin tikintisi üçün ayrılan 640 kv.m torpaq sahəsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 274 nömrəli sərəncamına, xx.xx.2004-cü il tarixli, 268 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 110 kv.m torpaq sahəsi ilə bağlı üçüncü şəxslərlə heç bir mübahisənin olmadığı və İddiaçı məxsus tikilinin bir hissəsinin qeyd edilən 640 kv.m və 110 kv.m torpaq sahələrinin üzərində yerləşdiyi müəyyən edilir. Eləcə də, Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-8/2-593/2025 nömrəli məktubu və Şirvan bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 03/72 nömrəli məktubu əsasən iddia tələbinə etiraz etmədikləri müəyyən edilmişdir. İmtina üçün digər bir arqument sözügedən torpaq sahələri və üzrəində yerləşən tikilinin şimal istiqamətindən 73 metr məsafədən fəaliyyətsiz neft quyusunun keçməsi olmuşdur. Həmin hissə də məhkəmə qeyd edir ki, iddiaçının müvafiq icarə hüquqlarının qeydə alınmasını xahiş etdiyi 640 kv.m və 110 kv.m torpaq sahələrinə qonşu olan və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli çıxarışa əsasən icarəsində olan 0,0758 ha torpaq sahəsi üzrə aparılan araşdırma sənədlərinə baxış keçirilən zaman ərazi üzrə Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3376/2023 nömrəli qərardadı üzər müvafiq ekspertizanın keçirildiyi və təqdim edilən xx.xx.2024-cü il tarixli, 2-1(120)-3376/2023 ekspert rəyində həmin hissəyə münasibət bildirildiyi müəyyən edilir. Belə ki, rəyə əsasən İddiaçı ayrılmış torpaq sahəsində yerləşən tikilinin koordinatları fəaliyyətsiz neft quyusundan 75 metr məsafədə yerləşdiyindən, həmin tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 06 fevral tarixli, 31 nömrəli qərarına əsasən mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə cavabdeh inzibati orqanın qeyd edilən imtinası əsaslı hesab edilə bilməz. Həmçinin, müvafiq qeyd edilən sənədlər ilə torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrıldığı, tikilinin layihəyə uyğun olduğu, istismara yararlı olduğu, insanların həyatı və sağlamlığı üçün təhlükə törətmədiyi, həmçinin tikili üçüncü şəxslərin hüquqlarını pozmadığı və başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaratmadığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Beləliklə, məhkəmə, Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli, 7965 nömrəli müqaviləsinə əsasən Lənkəran şəhəri, ünvan 7 ünvanında qeyri yaşayış sahəsinin yerləşdiyi 56.1 kv.m torpaq sahəsinə dair istifadə hüquqlarının və torpaq sahəsinin üzərinə yerləşən 56.1 kv.m olan qeyri yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində dövlət qeydiyyatının aparılması üçün əsasdır. «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 9.6-cı bəndinə əsasən qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, 8.1-ci bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətlərindən biri də dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməkdən ibarətdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir, eləcə də imtinada qeyd edilən müvafiq rəyin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə, hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 37 nömrəli sərəncamına, xx.xx.2003-cü il tarixli, 31 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 640 kv.m torpaq sahəsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 274 nömrəli sərəncamına, xx.xx.2004-cü il tarixli, 268 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 110 kv.m torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan–ölçü sənədinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli çıxarışa əsasən icarəsində olan 0,0758 ha torpaq sahəsi, Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2003cü il tarixli, 37 nömrəli sərəncamına, xx.xx.2003-cü il tarixli, 31 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 640 kv.m torpaq sahəsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 274 nömrəli sərəncamına, xx.xx.2004-cü il tarixli, 268 nömrəli icarə müqaviləsinə əsasən ona tikinti obyektinin tikintisi üçün ayrılan 110 kv.m torpaq sahəsi üzərində onun tərəfindən inşa edilən 846,6 kv.m qeyri-yaşayış sahəsi üzərində (vahid əmlak kimi) xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar