Məhkəmə qərarları › İş №2-1(120)-2941/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2941/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2941/2025 02.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «adın və soyadın əvvəlki adına və soyadına dəyişdirilməsi-Hüseynzadə Cavidə keçməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhlkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, zərurət yarandığından Sabirabad Regional «Asan» xidmət mərkəzinə müraciət edərək soyadının və adının dəyişdirilməsini xahiş etmişdir. Qeydiyyat şöbəsi tərəfindən soyadının və adının dəyişdirilməsi barədə xx.xx.2017-ci il tarixdə 116 saylı akt qeydi tərtib edilərək Soyadı və adı Hüseynzadə Caviddən İddiaçı-ə dəyişdirilmişdir. Hazırda yenidən öz əvvəlki soyadına və adına keçmək istəyir. Ona görə ki, həmin adı valideyinləri ona vermişdir. O, valideyinlərinə hörmət əlaməti olaraq onların soyadını daşımaq və ada keçmək arzusundadır. Bunun üçün ilk öncə Cavabdehnə müraciət etmişdir. Soyadı və adının dəyişdirilməsi qeydiyyat şöbəsinin səlahiyyəti daxilində olmadığı bildirilib ona bu barədə imtina verilmişdir. Hesab edir ki, Cavabdeh bu hərəkətləri ilə onun hüquqlarını pozub. Ona görə də qeydiyyat şöbəsinin hərəkətlərindən inzibati məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Cavabdeh İddiaçı ünvanlanmış məktubda aşağıdakılar bildirilmişdir: bundan əvvəl ilkin doğum qeydindəki soyadı və adı olan X2 İddiaçı dəyişdirilməsi üçün Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş və müvafiq sənədləri təqdim etmişdir. Toplanmış sənədlər araşdırılaraq qanunamüvafiq qaydada qeydiyyat şöbəsi tərəfindən soyadın adın və ata adının dəyişdirilməsi barədə 14 may 2017-ci il tarixdə 116 saylı akt qeydi tərtib olunmuş, soyadı və adı Hüseynzadə Cavid-dən, İddiaçı dəyişdirilmişdir. Yenidən soyadının və adının dəyişdirilməsi səlahiyyəti daxilində olmadığı üçün imtina olunmalıdır. Cavabdeh bu barədə məhkəməyə müraciət etməyi məsləhət bilir. İş materialarında olan Azərbaycan Respublikası Kürdəmir Rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Şöbənin aidiyyəti əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında, 27.01,1982-ci il təvəllüdlü, Kürdəmir rayonu Türkədı kəndində qeydiyyatda olan X4 (hazırda İddiaçı) barəsində Kürdəmir RPŞdə hər hansı təqsirləndirici material, o cümlədən cinayyət işi aşkar olunmamışdır. X3 ( hazırda İddiaçı) aid xx.xx.2016-cı il tarixdə AZE 16342696 nömrəli şəxsiyyət vəsiqəsi “Asan-Sabirabad3” xidməti tərəfindən verildiyi üçün vəsiqənin verilməsinə əsas və səbəb olan sənədlər arxivdə mövcud deyildir. İş materialarında olan Azərbaycan Respublikası Kürdəmir Rayon Prokurorluğunun məhkəməyə ünvanladığı 2-2-428/2-053092/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində rayon prokurorluğunda hər hansı bir təqsirləndirici material (sadələşdirilmiş icraat materialı, cinayət işi və s.) olmamışdır. İş materialarında olan Azərbaycan Respublikası Cavabdeh 3-16-5/8-10-92-25/25 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı əvvəlki soyadı və adı olan X3 qayitmaq istəyi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə qeydiyyat şöbəsinə müraciət etmişdir.Qeydiyyat şöbəsi tərəfindən vətəndaşın əvvəlki soyadına və adına qayıtmasının mümkün olmadığı bildirilib və həmin tarixdə bu barədə imtina məktubu verilmişdir. İddiaçı və digər bacı-qardaşlarının doğumu haqqına akt qeydinin surəti göndərmişdir. Arxiv sənədləri şöbədə 1950-ci ildən saxlanıldığından Rasimin atasının doğumu barədə sənədi göndərə bilmir. Həmçininn anası Sabirabad rayonunda doğulduğu üçün onun doğum qeydini də göndərə bilmir. İddiaçı soyadının və adının dəyişdirlməsi Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. Kürdəmir rayonu, Türkədi kəndində qeydiyyatdadır. İş materiallarında olan Kürdəmir Rayon icra Hakimiyyəti Başçısının Mollakənd Kənd İnzibati Ərazi X5 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-56-17/2- 22/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1982-ci il tarixində Kürdəmir rayonu Türkədi kəndində anadan olmuşdur. Kənd sakinləri tərəfindən X1 tanınır. Orta məktəbi Kürdəmir rayon Mollakəd kənd tam orta məktəbinə getmişdir. Ali təhsil alıb almaması haqqında heç bir məlumat əldə olunmamışdır. Həqiqi hərbi xidmətə gedib gəldikdən sonra kəndi tərk etmiş və kənd sakinlərinin deməsinə əsasən Sabirabad rayonunda yaşamağa davam etmişdir. Ailə vəziyyəti haqqında heç bir məlumatı yoxdur. İş materiallarında olan doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1982-ci il tarixdə anadan olmuş İddiaçı ad və soyadı “Hüseynzadə Cavid”-dən “İddiaçı”-ə dəyişdirilmişdir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” Bənd 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Bənd6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı xx.xx.1982-ci il tarixdə Kürdəmir rayonunda doğulmuşdur. Sonradan ərizə ilə Cavabdehnə müraciət edərək, 2017-ci il tarixdə “Hüseynzadə” soyadından “Məmmədov” soyadına, “Cavid” adından “Rasim” adına dəyişdirmişdir və bu barədə Sabirabad Regional “Asan” Xidmət Mərkəzi tərəfindən AZ-İİİ№ 891640 nömrəli, xx.xx.2017-ci il tarixli soyadın və adın dəyişdirilməsi haqqında şəhadətnamə tərtib edilmişdir. Sonradan iddiaçı cavabdeh orqana müraciət edərək, soyadının yenidən əvvəlki soyada və ada dəyişdirilməsini xahiş etmişdir. İddiaçının görə “Məmmədov” soyadının «Hüseynzadə»yə, “Rasim” adının “Cavid”ə dəyişdirilməsi üçün, o cümlədən, şəxsiyyət vəsiqəsində, uşaqlarına məxsus sənədlər və digər sənədlərdə «Balazadə» soyadı yazıldığı üçün müxtəlif problemlərlə üzləşməsinə dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla görə “Məmmədov” soyadının «Hüseynzadə»yə, “Rasim” adının “Cavid”ə dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Məhkəmənin qənaətinə görə “Məmmədov” soyadının «Hüseynzadə»yə, “Rasim” adının “Cavid”ə dəyişdirilməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, cavabdeh orqanın imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən iddiaçının tələbinə edilmiş imtina qanuna ziddi sayıla bilməz. Belə ki, ad, soyadının növbəti dəfə dəyişdirilməsi ilə qanunverciliyin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın) nəzərdə tutulduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Eyni zamanda, məhkəmə tərəfindən bildirilir ki, hazırkı iş üzrə soyadın soyad ilə, yəni ikinci dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmadığından iddia əsaslı sayıla bilməz. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «adın və soyadın əvvəlki adına və soyadına dəyişdirilməsi-Hüseynzadə Cavidə keçməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı «adın və soyadın əvvəlki adına və soyadına dəyişdirilməsi-Hüseynzadə Cavidə keçməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar