Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2943/2024 22.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 nömrəli sərəncamı İddiaçı aid hissədə ləğv edilməsini və Cavabdeh Başçısının 23 iyun 2008-ci il tarixli, 130 nömrəli sərəncamı əsasında 15 illik icarə hüququ əsasında İddiaçı fasiləsiz istifadəsində olmuş 100 hektar torpaq sahəsi üzrə yenidən onunla eyni müddətə torpaqicarə müqaviləsi bağlanılmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Neftçala rayon torpaq fonduna aid 8 saylı qış otlaq sahəsindən icarə hüququ ilə istifadəsində olan 100 hektar torpaq sahəsindən istifadə hüququna xitam verilməsinə dair Neftçala rayon İcra Başçısının sərəncamı (əgər varsa) qanunsuz, əsassız və etibarsız olduğundan ləğv edilsin və həmin torpaq sahəsi üzrə torpaq-icarə müqaviləsinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Cavabdeh başçısının Neftçala Royonu üzrə örüş və qış otlaq təyinatlı X6 icarə verilmiş torpaq sahələrinin icarədarlarının torpaqdan istifadə hüququna xitam verilməsi barədə xx.xx.2016-cı il tarixli 68 nömrəli sərəncamı ona aid olan hissədə qismən ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi X3 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 nömrəli sərəncamı İddiaçı aid hissədə ləğv edilməsini və Cavabdeh Başçısının 23 iyun 2008-ci il tarixli, 130 nömrəli sərəncamı əsasında 15 illik icarə hüququ əsasında İddiaçı fasiləsiz istifadəsində olmuş 100 hektar torpaq sahəsi üzrə yenidən onunla eyni müddətə torpaqicarə müqaviləsi bağlanılmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması” kimi qəbul olunmasını xahiş etdiyini bildirdi. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 23 iyun 2008-ci il tarixli, 128 nömrəli sərəncamı əsasında Neftçala rayon torpaq fonduna aid 8 saylı qış otlaq sahəsindən 100 hektarı mənə 15 (on beş) il müddətinə icarəyə verilmiş və müqavilə müddətində qanuni istifadəsində olmuşdur. Həmin torpaq sahəsini ona məxsus 213 (iki yüz on üç) baş xırdabuynuzlu və 21 (iyirmi bir) baş iribuynuzlu mal-qaranın qış otlaq sahəsi kimi istifadə edir. 23 iyun 2023-cü il tarixdə icarəsinə verilmiş torpaq sahəsinə dair torpaq icarə müqaviləsinin müddəti başa çatmışdır. Yeni müddətə torpaq-icarə müqaviləsinin bağlanılması məqsədi ilə 10 may 2023-cü il tarixdə Cavabdeh başçısının müavini Bürcalı Ağayevin qəbulunda olarkən onunla yeni müddətə müqavilə bağlanılması məsəsləsinə baxılacağını bildirilmişdir. Qəbulda həmçinin bildirilmişdir ki, onunla bağlanmış 23 iyun 2008-ci il tarixli müqavilənin müddəti başa çatmadan Neftçala rayonu İcra Hakimiyyətinin sabiq başçısı tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilmişdir. Onunla bağlanmış müqaviləyə xitam verilməsini ilk dəfə sözügedən qəbul zamanı bilmişdir. Çünki bu barədə hər hansı sənəd təqdim edilməmiş, rəsmi və qeyri-rəsmi olaraq heç bir məlumat verilməmişdir. Müqavilə müddəti başa çatanadək müqavilə şərtlərinə uyğun olaraq, torpaqdan istifadə ilə bağlı hüquq və vəzifələrini icra etmişdir. Göstərilən səbəblərdən Cavabdeh sabiq başçısının torpaqdan istifadə hüququna xitam verilməsi ilə bağlı sərəncamı (əgər varsa) qanunsuz, əsassız və etibarsız olduğundan ləğv edilməlidir. Cavabdehnə bu iddia ərizəsi ilə eyni məzmunda olan 24 dekabr 2023-cü iltarixli yazılı müraciətinə hazıradək heç bir cavab verilməmişdir. Müqavilə müddətində müqavilə şərtlərinə uyğun olaraq, torpaqdan istifadə ilə bağlı hüquqlardan istifafə etmiş və vəzifələrimi icra etmişdir. Lerik rayon Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli, 39 nömrəli arayışından görünür ki, başçılıq etdiyi təsərrüfatda 213 baş xırdabuynuzlu və 21 baş iribuynuzlu mal-qara vardır. 2022-ci ilin sentyabr ayında qoyunçuluğun inkişafı məqsədi ilə “Aqrokredit”in Lənkəran filialından 12000 (on iki min) manat kredit götürmüş və üç il müddətində ödənişlər etməlidir. 2020-ci ilin avqust ayında kənd təsərrüfatı işlərinin yerinə yetirilməsi məqsədi ilə “Aqrolizinq” səhmdar cəmiyyətindən lizinq yolu ilə 5 il müddətinə “Belarus” markalı traktoru və onun komplekt hissələrini götürmüş və uzun müddət də ödəmələr etməlidir. Həmin torpaq sahəsi 1948-ci ildən etibarən fasiləsiz olaraq ailələri istifadəsindədir. Qoyunçuluq ata-babaların sənəti olduğundan və üç oğlu həmin torqaq sahəsindən təyinatı üzrə istifadə edirlər. İxtisasca kənd təsərrüfatı mütəxəssidir və ali məktəbi bitirəndən sonra qoyunçuluq sovxozunda fasiləsiz olaraq müxtəlif vəzifələrdə işləmişdir. 1996-cı ildə aparılan torpaq islahatı ilə bağlı kəndli-fermer təsərrüfatı yaradaraq övladlarında bərabər kənd təsərrüfatı istehsalı ilə məşğuluq. Məhz bu səbəblərdən o və oğlanları kənd təsərrüfatında işləyir və digər heç bir qazancları yoxdur. Qanunda nəzərdə tutulan ödənişləri vaxtlı-vaxtında yerinə yetirmişlər. İcarə haqqı ilə bağlı heç bir borcları yoxdur. Həmin torpaq üzərindəki yaşayış evləri və tövlələr hələ keçmiş SSRİ vaxtında inşa edilmiş və hazıradak onlardan istifadə edirlər. Belə ki, Lerik rayon İcra Hakimiyyəti Dövlət Arxivinin 30 may 2023-cü il tarixli, 3-48-32/2-81/2023 nömrəli arxiv arayışına əsasən “Muğan” qışlağı ərazisində ümumi dəyəri 11959 manat olan bir ədəd çoban evi, bir ədəd yem anbarı və bir ədəd qaramal tövləsi Babək adma sovxozun 26 dekabr 1996-cı il tarixli komisyon aktına əsasən “Kamil” kənd təsərrüfatı istehsalı kooperativinə verilmişdir. Həmin torpaq sahəsi iqtisadi əhəmiyyətdan başqa, onlar üçün həm də mənəvi əhəmiyyət daşıyır və ora bağlıdırlar. Belə ki, atası və bir qardaşı həmin torpaq sahəsində əmək fəaliyyətində olarkən müxtəlif illərdə və hər ikisi gənc yaşlarında həyatlarını itirmişdirlər. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 128 saylı sərəncamının surətindən görünür ki, Lerik rayonu, Rvarud kənd sakini İddiaçı ərizəsi nəzərə alınmış, İddiaçı istifadəsində olmuş 8 saylı qış-otlaq sahəsindəki 100 (bir yüz) hektar örüş sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə istifadə müddəti artırılaraq 15 (on beş) ii müddətinə icarəyə verilmişdir. İşdə olan Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 68 saylı sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4, 6, 7-ci abzasına müvafiq olaraq, Neftçala rayonu üzrə qış-otlaq təyinatlı X6 qoyunçuluğu inkişaf etdirmək məqsədilə icarəyə verilmiş torpaq sahələsinin İddiaçı istifadəsində olmuş 8 saylı qış-otlaq sahəsindəki 100 (bir yüz) hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. İşdə olan Cavabdeh X4 ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-67/2-784/2023 nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsinin yenidən onun icarə qaydasında istifadəsinə ayrılması üçun icarəsində olmuş 15 il müddəti ərzində gördüyü işlərin nəticələri Qanunvericilikdə nəzərdə tutulmuş qaydada (Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsi, Torpaq Münbitliyi haqqında 30 dekabr 1999-cu il tarixli və Torpaq icarəsi haqqında 11 dekabr 1998ci il tarixli Azərbaycan Respublikasının Qanunları) qiymətləndirildikdən sonra bu məsələyə aidiyyəti üzrə baxılacaqdır. İşdə olan Cavabdeh X4 ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-67/2-135/2024 nömrəli məktubundan görünür ki, 11 dekabr 1998-ci il tarixli 587-İQ nömrəli “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsində nəzərdə tutulmuş sənədləri (Şəxsiyyət vəsiqəsinin surəti, Vergi ödəyicisinin VÖEN şəhadətnaməsi) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 512 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının (icarəyə götürülməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə) Forması” hazırlandıqdan, sözügedən torpaq sahəsinin icarə müqaviləsinə əsasən icarə haqqının olub-olmaması barədə Ərazi Vergilər İdarəsindən onun tərəfindən rəsmi qaydada məktub alınaraq, Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra bu məsələyə aidiyyəti üzrə baxılacaqdır. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-67/2-503/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Rayonun Dövlət Torpaq Fondunun 8 saylı qış otlaq sahəsindən əvvələr X1 icarəsində olmuş 100 hektar torpaq icarə müqaviləsinə, Rayon İcra Hakimiyyəti başçısının 12 iyul 2016-cı il tarixli 68 saylı sərəncamı ilə xitam verilmişdir. Eyni zamanda məlumat üçün bildiririk ki, Rayon İcra Hakimiyyəti başçısının 12 iyul 2016-cı il tarixli 68 saylı Sərəncamın əsli Rayon İcra Hakimiyyəti tərəfindən Neftçala rayon Arxiv idarəsinə təhvil verildiyindən, sözügedən sərəncamın əslinin və ya təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi məqsədilə Neftçala Rayon Arxiv idarəsinə müraciət etmək məqsədəmüvafiqdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-1533/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 icarə müqaviləsinin və torpaq sahəsinə dair dövlət aktına dair 13 saylı Şirvan Ərazi İdarəsində mövcud arxiv materiallarında məlumat aşkar edilməmişdir. İşdə olan Neftçala rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 48-35R.A/2-112/2024 nömrəli arxiv arayışından görünür ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 68 nömrəli sərəncamına əsasən Neftçala rayonu üzrə örüş və qış otlaq təyinatlı X6 100 hektar torpaq sahəsinin İddiaçı torpaqdan istifadə hüququna xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********279700 nömrəli məktubuna əlavə edilmiş məlumat cədvəlindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2008-ci il tarixdə 70 manat, xx.xx.2010-cu il tarixdə 244 manat torpaq icarə haqqı ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. İddiaçı Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 128 saylı sərəncamı ilə İddiaçı istifadəsində olmuş 8 saylı qış-otlaq sahəsindəki 100 (bir yüz) hektar örüş sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə istifadə müddəti artırılaraq 15 (on beş) ii müddətinə icarəyə verilmişdir. Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 68 saylı sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4, 6, 7-ci abzasına müvafiq olaraq, Neftçala rayonu üzrə qışotlaq təyinatlı X6 qoyunçuluğu inkişaf etdirmək məqsədilə icarəyə verilmiş torpaq sahələsinin İddiaçı istifadəsində olmuş 8 saylı qış-otlaq sahəsindəki 100 (bir yüz) hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. İddiaçı yeni müddətə torpaq-icarə müqaviləsinin bağlanılması məqsədi ilə 10 may 2023-cü il tarixdə müraciət etmiş və yuxarıda qeyd edilən əsaslarla müraciətinin təmin edilməsinin mümkün olmadığı barədə vətəndaşa rəsmi cavab verilmişdir. Belə ki, iddia ərizəsində qeyd olunanlara və məhkəmə iclaslarında iddiaçını verdiyi izahatlara əsasən sərəncamın 2016-cı ildə qəbul edilməsinə baxmayaraq iddiaçının müqavilədə qeyd edilən 15 illik müddətin son gününə kimi, yəni 2023-cü ilin iyun ayına kimi torpaq sahəsindən istifadə etdiyi müəyyən edilir. Araşdırma zamanı iddiaçı torpaq sahəsi ilə bağlı sərəncam ləğv edilsə də İcra Hakimiyyətindən ona son günə kimi maneə yaratmadıqlarını bildirmişdir. İddiaçı tərəf izahatlarında onlarla bağlanılan icarə müqaviləsinin müddətinin 15 il olduğu və 2023-cü ilin iyun ayında bittiyini qeyd etmişdir. Qeyd edilənlərə əsasən mübahisələndirilən sərəncam ləğv olunacağı təqdirdə iddiaçının hansı hüquqlarının bərpa edilməsi halı müəyyən edilmir. Qeyd edilən müddət bitdiyindən məhkəmə hesab edir ki, sərəncamın ləğv olunub-olunmaması iddiaçının hüquqlarının pozulması ilə nəticələnmir və həmin hissədə iddiaçının subyektiv hüququnun olmadığı müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktını (sərəncamını) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilmə kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilən Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 68 saylı sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4, 6, 7-ci abzasına müvafiq olaraq, Neftçala rayonu üzrə qışotlaq təyinatlı X6 qoyunçuluğu inkişaf etdirmək məqsədilə icarəyə verilmiş torpaq sahələsinin İddiaçı istifadəsində olmuş 8 saylı qış-otlaq sahəsindəki 100 (bir yüz) hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək, hazırda Cavabdeh onunla 15 il müddətinə bağladığı xx.xx.2008-ci il tarixli 128 nömrəli Torpaq-icarə müqaviləsinin müddəti başa çatmışdır. Sözügedən müqavilənin bütün şərtlərinə riayət etmişdir. Müqavilənin icra müddətində qarşı tərəfdən ona heç bir irad daxil olmamışdır. Müqavilə müddəti başa çatmadan onunla yeni müddətə müqavilə bağlanması barədə qarşı tərəfə müraciət etmişdir. Odur ki, Neftçala rayonunun X9 aid 8 saylı qış-otlaq ərazisindən qoyunçuluğun inkişafı məqsədi ilə icarəsinə verilmiş 100 hektar torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanması üzrə qanunvericiliklə üstün hüquqlara malikdir. Odur ki, yeni müqavilə bağlamaqdan imtina etmədiyi halda, həmin torpaq sahəsi üzrə digər şəxsə müqavilə bağlanmasının təklif edilməsinin qanunvericiliklə heç bir hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən 15 illik icarə hüququ əsasında istifadəmdə olan 100 hektar torpaq sahəsi üzrə onunla yenidən eyni müddətə torpaq-icarə müqaviləsi bağlanmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 nömrəli sərəncamı İddiaçı aid hissədə ləğv edilməsini və Cavabdeh Başçısının 23 iyun 2008-ci il tarixli, 128 nömrəli sərəncamı əsasında 15 illik icarə hüququ əsasında İddiaçı fasiləsiz istifadəsində olmuş 100 hektar torpaq sahəsi üzrə yenidən onunla eyni müddətə torpaq-icarə müqaviləsi bağlanılmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması”na dair iddia tələbində subyektiv hüquqlarının pozulması ilə yanaşı həmçinin iddia müddətinə riayət etmədən, yəni iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı razılaşmadığı Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 68 saylı sərəncamından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, qeyd edilənlərlə bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir sənəd və ya ərizə məhkəmənin icraatına daxil olmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Lerik rayonunun Rvarud kənd sakini İddiaçı Cavabdeh Başçısının 23 iyun 2008-ci il tarixli, 128 nömrəli sərəncamı əsasında Neftçala rayon torpaq fonduna aid 8 saylı qış otlaq sahəsindən 100 hektarı 15 (on beş) il müddətinə icarəyə verilmiş və müqavilə müddətində qanuni istifadəsində olmuşdur. 23 iyun 2023-cü il tarixdə icarəsinə verilmiş torpaq sahəsinə dair torpaq icarə müqaviləsinin müddəti başa çatmışdır. Yeni müddətə torpaq-icarə müqaviləsinin bağlanılması məqsədi ilə 10 may 2023-cü il tarixdə müqavilə bağlanılmasını müraciət etmiş və yuxarıda qeyd edilən əsaslarla müraciətinin təmin edilməsinin mümkün olmadığı barədə vətəndaşa rəsmi cavab verilmişdir. Qeyd edilən sərəncamdan uzun müddət keçdikdən sonra, yəni 7 ildən çox müddət keçdikdən sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə (poçta daxil olma tarixi) məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərlə bağlı iddiaçı tərəfdən məhkəməyə üzrlü səbəbdən müddətin buraxılması ilə bağlı sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncamın qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. İddiaçının tələbinin ikinci hissəsi torpaq sahəsi üzrə yenidən onunla eyni müddətə torpaq-icarə müqaviləsi bağlanılması ilə bağlıdır. Məhkəmə hesab edr ki, qeyd edilən hissə üzrədə iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi inzibati orqanlar fiziki və hüquqi şəxslərlə əqdləri, o cümlədən torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilələri bağlamaqda azaddırlar və onlar bu razılaşmaların əldə olunmasına, torpaq sahəsinin mülkiyyətə ayrılması məqsədilə müsabiqənin keçirilməsi üçün müəyyən hərəkətlərin edilməsinə məcbur edilə bilməzlər. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin ikinci hissəsi bir başa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, bununla da, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia həmin hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 08 may 2024-cü il tarixli, 2-1(120)-2943/2024 nömrəli və 01 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2943/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanı da hüquqi yardım göstərilərək qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 nömrəli sərəncamı İddiaçı aid hissədə ləğv edilməsini və Cavabdeh Başçısının 23 iyun 2008-ci il tarixli, 130 nömrəli sərəncamı əsasında 15 illik icarə hüququ əsasında İddiaçı fasiləsiz istifadəsində olmuş 100 hektar torpaq sahəsi üzrə yenidən onunla eyni müddətə torpaqicarə müqaviləsi bağlanılmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2943/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2943/2024
22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver