Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-296/2021 17.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, X7 Ədliyyə İdarəsinin cavabdeh İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinə qarşı «İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclasının qərarına əsasən bağlanmış icarə müqaviləsinin müddətinin dəyişdirilərək 15 il müəyyən edilməsi» tələbinə dair işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 Ədliyyə İdarəsi cavabdeh İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli və xx.xx.2003-cü il tarixli, 01 nömrəli iclaslarının qərarlarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşlar. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclasının qərarına əsasən bağlanmış icarə müqaviləsinin müddətinin dəyişdirilərək 15 il müəyyən edilməsi və bələdiyyənin xx.xx.2003-cü il tarixli, 01 nömrəli iclas qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1691/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuş və iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçının xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə daxil olmuş ərizəsində qeyd edilmişdir ki, X4 (vəfat edib) 10 ha torpaq sahəsinin 10 il müddətə ayrılmasına dair birləşən Qaralar bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 01 nömrəli qərarı mövcud olmamışdır və bu iddia tələbində səhvən göstərilmişdir. Ona görə də birləşən Qaralar bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 01 nömrəli iclasının qərarına əsasən bağlanmış icarə müqaviləsinin müddəti şərti dəyişdirilərək 15 il müəyyən edilməsi və X3 xx.xx.2004-cü il tarixdə icarə müqaviləsinin müddətinin bitdiyi nəzərə alınaraq icarə müqaviləsinə xitam verilməsi hissəsində iddia tələbindən idarə tərəfindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən X2 ilə birləşən Ölcələr bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli iclasının qərarına əsasən bağlanmış icarə müqaviləsinin müddətinin şərti dəyişdirilərək 15 il müəyyən edilməsinə dair qərar çıxarılması və birləşən Qaralar bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 01 nömrəli iclasının qərarına əsasən X5 arasında bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin müddəti şərti dəyişdirilərək 15 il müəyyən edilməsi və icarə müqaviləsinin müddəti bitdiyi üçün icarə müqaviləsinə xitam verilməsi hissəsində iddia tələbindən idarə tərəfindən imtina edilməsinin nəzərə alınması xahiş edilmişdir. İddia tələbinin həcminin azaldılması barədə İmişli Regional Ədliyyə İdarəsinin ərizəsi nəzərə alınaraq Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(120)- 296/2021 saylı qərardadı ilə iddiа tələbinə İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclasının qərarına əsasən bağlanmış icarə müqaviləsinin müddətinin dəyişdirilərək 15 il müəyyən edilməsi kimi baxılması qərara alınmışdır. X7 Ədliyyə İdarəsinə, cavabdeh İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinə və üçüncü şəxs X1 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndələri, üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiаya inzibati icraat qaydasında baxılması mümkün sаyılmаmаlıdır. Belə ki, iddiaçı İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclasının qərarı əsasında bağlanmış icarə müqaviləsinin müddətinin dəyişdirilərək 15 il müəyyən edilməsini xahiş edir. Lakin qeyd olunan icarə müqaviləsi xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərar əsasında bağlanılmışdır. Məhkəmə hesab edir ki, həmin qərar ləğv olunmadan hazırkı iddiaya inzibati icraat qaydasında baxıla bilməz. Həmçinin məhkəmə xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarın mübahisələndirilməsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 73.1-73.3-cü maddələrinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-24.2-ci maddələrinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə, qanunun qeyd edilən tələbindən və işin yuxarıda qeyd edilən hallarına əsasən, müəyyən edilir ki, həmin qərarın mübahisələndirilməsi üzrə üzrə prosessual müddət ötürülmüşdür. Belə ki, qeyd olunan qərarın qəbul edilməsindən 12 (on iki) ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir: «İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: «Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». X9 Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü maddəsində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, X7 Ədliyyə İdarəsinin cavabdeh İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinə qarşı «İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclasının qərarına əsasən bağlanmış icarə müqaviləsinin müddətinin dəyişdirilərək 15 il müəyyən edilməsi» tələbinə dаir iddiаya inzibati icraat qaydasında baxılması mümkün sаyılmаmаlıdır. Yuxarıda göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 35, 50 və 80-ci mаddələrini rəhbər tutаrаq məhkəmə qərara aldı: X7 Ədliyyə İdarəsinin cavabdeh İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinə qarşı «İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclasının qərarına əsasən bağlanmış icarə müqaviləsinin müddətinin dəyişdirilərək 15 il müəyyən edilməsi» tələbinə dаir iddiаya inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-296/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-296/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver