Məhkəmə qərarları › İş №2-1(120)-296/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-296/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-296/2024 25.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “Beyləqan rayon XDS rəyasət heyətinin xx.xx.1994-cu il tarixli 26 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazisində yerləşən 0,0455 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun ölmüş X11 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “atası X10 adına verilmiş 0,06 ha həyətyani torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək “Beyləqan rayon XDS rəyasət heyətinin xx.xx.1994-cu il tarixli 26 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazisində yerləşən 0,0455 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun ölmüş X11 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi dəqiqləşdirilərək, “Beyləqan rayon XDS rəyasət heyətinin xx.xx.1994-cu il tarixli 26 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazisində yerləşən 0,0455 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun ölmüş X11 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilməsi və iş üzrə X12 və X13 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Beyləqan bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan şəhəri Gəncə küçəsində 28 ildir ki, yaşayır. Beyləqan şəhərində yerləşən 23 nömrəli məhəllədə yerləşən ərazidə Beyləqan rayon X7 Rəyasət heyətinin 26 saylı, 15 dekabr 1994-cü il tarixli Qərarı ilə rəhmətlik atası X11 0.06 ha həyətyani torpaq sahəsi ayrılmışdır. 1995-ci ildə həmin həyətyani torpaqda ev tikərək orada yaşayırlar. Atası rəhmətə getmişdir. Uzun illərdir ki, həmin yerdə yaşamaqla 0.06 ha həyətyani torpaq sahəsindən istifadə edir və atasına verilmişdir. Həmin ərazidə evi vardır və bir ailədə isə 4 nəfər ailə üzvü ilə birlikdə orada yaşayırlar. Başqa yerdə yaşamaq üçün nə evi nədəki torpağı vardır. Evin sənədləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etdikdə həmin ərazinin bir hissəsinin məktəbin ərazisinə düşdüyünü əsas gətirərək sənədləşdirməkdən imtina etmişdir. Həmin ərazi məktəbin torpaq sahəsinə heç bir aidiyyəti yoxdur və həmin ərazidə ümumiyyətlə məktəb yoxdur. Sovet hökümətinin vaxtı orada məktəb tikilməsi nəzərdə tııtulsada tikilməmiş və nəzərdə tutulmuş məktəb oradan çox aralıda tikilmiş və hazırda fəaliyyət göstərir. Hazırda həmin ərazidə məktəb tikilməsi nəzərdə tutulmur. Atası rəhmətə getmiş və vərəsəlik şəhadətnaməsi almışdır. Beyləqan rayon X7 Rəyasət heyətinin 26 saylı, 15 dekabr 1994-cü il tarixli Qərarı ilə rəhmətlik atası X10 adına verilmiş olan 0.06 ha həyətyani torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmasını məhkəmə qaydasında təmin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “atası X10 adına verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə münasibət bildirilməsi haqqında məhkəmə sərəncamına Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış, torpaq sahəsi üzərində tikintialtı sahəsi 93.5 kv.m olan fərdi yaşayış evinin mövcud olması və sənəd üzrə torpaq sahəsinin 0.06 ha olmasına baxmayaraq faktiki vəziyyətdə 0.045 ha olması müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki, araşdırma zamanı sözügedən torpaq sahəsinin dövlətə məxsus orta məktəb üçün ayrılmış ərazidə yerləşməsi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, yuxarıda şərh olunanları, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 9 və 15-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “atası X10 adına verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Üçüncü şəxslər X8 və Beyləqan bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslər X6 və Beyləqan bələdiyyəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X14 ərizəsini məhkəməyə təqdim edərək, İddiaçı iddia etdiyi torpaq sahəsinə dair çıxarışın verilməsinə etiraz etmədiyini bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Beyləqan rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Beyləqan rayon XDS rəyasət heyətinin xx.xx.1994-cu il tarixli 26 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazisində yerləşən 0,0455 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun ölmüş X11 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Beyləqan rayon Torpaq şöbəsinin xx.xx.1994-cü il tarixli, 1548 nömrəli arayışının təsdiq edilmiş surətindən görünür ki, eyləqan rayon sakini X10 adına Beyləqan rayon X7 xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən şəhərin 23 nömrəli məhəlləsindən 0,06 (altı) ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, **********421 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci a tarixdə vəfat etmış- X10 vərəsələri: Beyləqan rayonu, Bolsulu qəsəbəsi ünvanında qeydiyyatda olan oğlu-X20 (AZE 17834123, xx.xx.2018-Beyləqan, FİN:1L5BHK6, d/t:xx.xx.1983) Beyləqan rayonu, Bolsulu qəsəbəsi ünvanında qeydiyyatda olan qızı-X15 (AZE 08510857, xx.xx.2011-Beyləqan, FİN:1AJJAMZ, d/t:xx.xx.1975) Beyləqan rayonu, Bolsulu qəsəbəsi ünvanında qeydiyyatda olan oğlu-İddiaçıdur (AZE 0*******, xx.xx.2010 - Beyləqan, FİN:xxxxxxx, d/t:xx.xx.1974) və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak-Beyləqan TİB tərəfindən xx.xx.1996 tarixdə X11 verilmiş 319 qeydəaima nömrəsi ilə 1-319 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Beyləqan rayonu, Bolsulu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 53.6 kv/m. yaşayış sahəsi 44.64 kv/m, yardımçı sahəsi 8.96 kv/m, 2 otaqlı olan mənzildən ibarətdir. - DƏDRX-dən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi ********** olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Beyləqan rayonu, Bolsulu qəsəbəsi ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgənınkıləşdırılməsinə qadağan qoyulmamışdır. İşdə olan Beyləqan rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, AZ-İİ 191216 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X21 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin avqust ayının 10 günündə 419 nömrə ilə qeyd edilmişdir. İşdə olan Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 314 nömrəli təsdiq edilmiş arxiv arayışına Beyləqan rayon X18 Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli iclasının 26 nömrəli qərarından çıxarışdan görünür ki, Beyləqan rayon sakini X11 şəhərin 23 nömrəli məhəlləsində həyətyani torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazidən 0,06 ha həyətyani torpaq sahəsi üçün ayrılmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Beyləqan rayonu 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 712 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 adına vərəsəlik işi açılmışdır. İddiaçı və digərləri vərəsə kimi tanınmışdır. Miras əmlaka dair sənəd təqdim olunduqdan sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********80 nömrəli məktubundan görünür ki, Beyləqan şəhəri 23 nömrəli məhəllədə yerləşən ümumi sahəsi 0.06 ha olan həyətyanı torpaq sahəsi üzərində vərəsəlik üzrə nümayəndəsi olduğu X10 mülkiyyət daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə daxil olmuş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. İnventarlaşdırma (çöl ölçmə) işləri zamanı torpaq sahəsi üzərində tikintialtı sahəsi 93.5 kv.m olan fərdi yaşayış evi mövcuddur. Həmçinin sənəd üzrə torpaq sahəsinin 0.06 ha olmasına baxmayaraq faktiki vəziyyətdə 0.045 ha olması müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki, araşdırma zamanı sözügedən torpaq sahəsinin dövlətə məxsus orta məktəbi üçün ayrılmış ərazidə yerləşməsi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxii edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Odur ki, yuxanda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında Beyləqan şəhəri 23 nömrəli məhəllədə yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi uzorıııuj vərəsəlik üzrə nümayəndəsi oiduğunuz X25iunun mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinizin icrasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********63 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı 18 iyul 2022-ci il tarixli ərizə ilə Ərazi İdarəsinə müraciət etmişdir. Daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. Aparılmış inventarlaşdırma işləri zamanı torpaq sahəsinin faktiki vəziyyətə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları Ərazi İdarəsinin elektron məlumat bazası ilə eyniləşdirilən zaman müraciətdə qeyd edilən X11 ayrılmış 0.06 ha torpaq sahəsinin Beyləqan şəhəri, A.Əkbər küçəsində yerləşən 1296 şagird yerlik orta məktəb binasının tikintisi üçün ayrılması nəzərdə tutulan ərazidə yerləşməsi müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki, aparılmış araşdırmalar zamanı X11 ayrılmış 0.06 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş sənədlər Ərazi idarəsinin arxivində aşkarlanmadığından təsdiq edilmiş surətlərinin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7502 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X11 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin sərhəddini müəyyən etmək üçün mülki işin içərisində olan vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması üçün nəzərdə tutulan ərazinin ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Beyləqan rayon Torpaq şöbəsinin mütəxəssisləri tərəfindən sxematik çəkilmiş və şöbə müdiri tərəfindən təsdiq olunmuş yerquruluşu sxemində olan ölçü göstəricilərinə əsasən, ölçü işləri aparılmışdır. Ölçü işləri aparılan zamanı müəyyən olunmuşdur ki, naturada X11 ayrılmış həyətyanı torpaq sahəsinin hüdudları ilə istifadə olunan torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq vardır. Ölçü işləri aparılan zamanı X10 faktiki olaraq istifadəsində 0.0455 ha torpaq sahəsinin mövcud olması müəyyən olundu.Ona görə də X10 istifadəsində olan 0.0455 ha həyətyanı torpaq sahəsinin ərazisində ölçü işləri aparılmaqla sərhəddi müəyyən edildi. Qərardadın ikinci sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X11 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi xx.xx.1994-cü ildə ayrılan zamanı Beyləqan şəhərinin hüdudları daxilində boş torpaq sahəsi olmuşdur. Hazırda isə bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazidir, (naturada 0.0455 ha torpaq sahəsi mövcuddur.) Qərardadın üçüncü sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X11 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti ilə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Beyləqan rayon Torpaq şöbəsinin mütəxəssisləri tərəfindən çəkilmiş sxematik cizgidə göstərilən ərazinin ölçü göstəriciləri arasında uyğunsuzluq mövcuddur, (naturada 0.0455 ha torpaq sahəsi mövcuddur.) Qərardadın dördüncü sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X11 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi (naturada 0.0455 ha torpaq sahəsi mövcuddur.) faktiki olaraq X5 istifadəsindədir və həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Qərardadın beşinci sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X11 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsində (naturada 0.0455 ha torpaq sahəsi mövcuddur.) 11.0 m x 8.50 m ölçüdə fərdi yaşayış evi və 2.0 m x 1.80 m ölçüdə isə köməkçi tikili mövcuddur. Fərdi yaşayış evi və köməkçi tikili Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır və X16 tərəfindən istifadə olunur. Qərardadın altıncı sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən həyətyanı torpaq sahəsi üçün X11 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin koordinatları 36 kv.m olan hissədə İddiaçı və 202 kv.m hissədə isə X6 istifadələrində torpaq sahələri üst-üstə düşür. Ancaq, X10 istifadəsində olmuş, faktiki olaraq Nanwev4şaBəybala oğlunun istifadəsində olan 0.0455 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X17rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X19rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (əsllərini və təsdiq edilmiş surətlərini) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-10/7502 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ekspert qarşısında qoyulmuş suallar belə cavablandırılmışdır: - Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X11 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin sərhəddini müəyyən etmək üçün mülki işin içərisində olan vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması üçün nəzərdə tutulan ərazinin ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Beyləqan rayon Torpaq şöbəsinin mütəxəssisləri tərəfindən sxematik çəkilmiş və şöbə müdiri tərəfindən təsdiq olunmuş yerquruluşu sxemində olan ölçü göstəricilərinə əsasən, ölçü işləri aparılmışdır. Ölçü işləri aparılan zamanı müəyyən olunmuşdur ki, naturada X11 ayrılmış həyətyanı torpaq sahəsinin hüdudları ilə istifadə olunan torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq vardır. Ölçü işləri aparılan zamanı X10 faktiki olaraq istifadəsində 0.0455 ha torpaq sahəsinin mövcud olması müəyyən olundu.Ona görə də X10 istifadəsində olan 0.0455 ha həyətyanı torpaq sahəsinin ərazisində ölçü işləri aparılmaqla sərhəddi müəyyən edildi. - Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X11 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi xx.xx.1994-cü ildə ayrılan zamanı Beyləqan şəhərinin hüdudları daxilində boş torpaq sahəsi olmuşdur. Hazırda isə bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazidir, (naturada 0.0455 ha torpaq sahəsi mövcuddur.) - Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X11 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti ilə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Beyləqan rayon Torpaq şöbəsinin mütəxəssisləri tərəfindən çəkilmiş sxematik cizgidə göstərilən ərazinin ölçü göstəriciləri arasında uyğunsuzluq mövcuddur, (naturada 0.0455 ha torpaq sahəsi mövcuddur.) - Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X11 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi (naturada 0.0455 ha torpaq sahəsi mövcuddur.) faktiki olaraq X5 istifadəsindədir və həyətyanı torpaq sahəsi kimi istifadə olunur. - Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X11 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsində (naturada 0.0455 ha torpaq sahəsi mövcuddur.) 11.0 m x 8.50 m ölçüdə fərdi yaşayış evi və 2.0 m x 1.80 m ölçüdə isə köməkçi tikili mövcuddur. Fərdi yaşayış evi və köməkçi tikili Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır və X16 tərəfindən istifadə olunur. - Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən həyətyanı torpaq sahəsi üçün X11 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin koordinatları 36 kv.m olan hissədə İddiaçı və 202 kv.m hissədə isə X6 istifadələrində torpaq sahələri üst-üstə düşür. Ancaq, X10 istifadəsində olmuş, faktiki olaraq Nanwev4şaBəybala oğlunun istifadəsində olan 0.0455 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 3 aprel 1990-cı il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı mərhum atası X11 Beyləqan rayon X7 xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən şəhərin 23 nömrəli məhəlləsindən 0,045 ha həyətyanı torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdehin imtinası üçün birinci arqument torpaq sahəsinin faktiki ölçülərinin 0,045 ha olması ilə bağlıdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7502 nömrəli ekspert rəyində də həmin hal öz təsdiqini tapmış, iddiaçıya edilən hüquqi yardım üzrə tərəfindən məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim etmiş və Beyləqan rayonu ərazisində yerləşən 0,0455 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Belə olan halda məhkəmə həmin hissədə imtina üçün əsasın olmadığını müəyyən edir. İmtina üçün digər əsas torpaq sahəsinin X5 istifadəsində olması ilə bağlı olmuşdur ki, həmin əsas üzrə araşdırma aparılmış, İ.Namazov üçüncü şəxs kimi zəruri cəlb edilərək məhkəmə iclasına dəvət edilmiş və tərəfindən ərizə təqdim edilərək məhkəmə iclaslarında həmin torpaq sahəsi ilə bağlı iddiaçının atasına çıxarış verilməsini etirzının olmadığını bildirərək məhkəmədən tələbinin təmin edilməsini xahiş etdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mübahisə olmadığından həmin hissə də cavabdeh inzibati orqanının imtinası əsassızdır. İmtina üçün üçüncü əsas araşdırma zamanı sözügedən torpaq sahəsinin dövlətə məxsus orta məktəb üçün ayrılmış ərazidə yerləşməsi ilə bağlıdır. Həmin hissə ilə bağlı məhkəmə tərəfindən müvafiq aaşdırmanın nəticəsi olaraq təqdim edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7502 nömrəli ekspert rəyinə əsasən Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən həyətyanı torpaq sahəsi üçün X11 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi xx.xx.1994-cü ildə ayrılan zamanı Beyləqan şəhərinin hüdudları daxilində boş torpaq sahəsi olduğu, hazırda isə bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazi olduğu müəyyən edilir. İş üzrə üçüncü şəxs kimi cəlb edilən Beyləqan bələdiyyəsi tərəfindən iddia tələbinə etiraz edilməmişdir. Eləcə də, torpaq sahəsinin ayrılan zaman Beyləqan şəhərinin hüdudları daxilində boş torpaq sahəsi olduğu, X11 ayrıldığı, hal-hazırda onun ailə üzvlərinin mülkiyyətində olduğu və 0,045 ha torpaq sahəsi ilə bağlı hərhansı mübahisənin olmadığı müəyyən edilir. Cavabdeh inzibati orqan tərəfindən isə həmin torpaq sahəsinin dövlətə məxsus orta məktəb üçün ayrılmış ərazidə yerləşməsi ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Beyləqan rayon XDS rəyasət heyətinin xx.xx.1994-cu il tarixli 26 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazisində yerləşən 0,0455 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun ölmüş X11 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Beyləqan rayon XDS rəyasət heyətinin xx.xx.1994-cu il tarixli 26 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazisində yerləşən 0,0455 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun ölmüş X11 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar