Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-297/2022 18.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 13.07.2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh başçısının 13.07.2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Мəhkəmə iclasında İddiaçı Cavabdeh başçısının 13.07.2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 13.07.2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İş materiallarında olan Cavabdeh başçısının 29.12.2008-ci il tarixli, 252 saylı sərəncamının və 29.12.2008-ci il tarixli, 97 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Qəbələ rayonu Laza kənd sakini İddiaçı müraciəti nəzərə alınmış və 15 il müddətinə ona örüş-qoyunçuluq məqsədilə 13h nömrəli “Bozbaşlı” adlanan qış otlaq sahəsindən 200 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə icarəyə verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının 13.07.2016-cı il tarixli, 127 saylı sərəncamının surətindən görünür ki, İddiaçı 15 il müddətinə 200 ha qış otlaq səhəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının 29.12.2008-ci il tarixli, 252 saylı sərəncamı ləğv edilmiş və onun həmin torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının 01.12.2016-cı il tarixli, 2/1883-2 nömrəli məktubunda qeyd olunmuşdur: Kürdəmir rayonunun inzibati ərazisindəki qış otlaq sahəsindən icarəyə götürdüyünüz torpaq sahəsinin qanunsuz olaraq sizdən geri alındığını bildirərək, tədbir görülməsini və qışlaq sahəsinin sizin istifadənizə qaytarılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Elmira xanım Süleymanovaya ünvanladığınız ərizənizə tərəfimizdən baxılmışdır. Araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh Başçısının 29 dekabr 2008-ci il tarixli 252 nömrəli sərəncamı ilə qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə sizə Kürdəmir rayonunun inzibati ərazisindəki 13h nömrəli “Bozbaşlı” yeri adlanan qış otlaq sahəsindən icarəyə 200 hektar yer verilmişdir. Siz həmin torpaq sahəsindən bir neçə il təyinatı üzrə istifadə etmisiniz, son iki ildə isə əraziyə davar gətirməmisiniz, torpaq sahəsində təyinatdankənar taxıl, bostantərəvəz əkmisiniz. Ayrılmış qış otlaq sahəsində davar saxlamadığınıza və torpaq sahəsindən təyinatdankənar istifadə etdiyinizə görə rayon İcra Hakimiyyəti Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamı ilə sizə torpaqdan istifadə (icarə) hüququnuza xitam verilmişdir. Həmin ərazidəki 6150 hektar qış otlaq sahələrinin (o cümlədən sizin icarənizdə olmuş, qış otlaq sahəsi də daxil olmaqla) təyinatının dəyişdirilərək əkin dövriyyəsinə qatılması üçün Respublikanın aidiyyatı icra orqanları qarşısında məsələ qaldırılmışdır. Torpaq sahəsinin qanunsuz olaraq sizdən alınması barədə şikayətiniz əsassızdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi 14.10.2021-ci il tarixli, **********503300 nömrəli məktubundan görünür ki, İddiaçı (VÖEN: **********) tərəfindən 2016-cı ildən cari tarixədək torpaq icarə haqqı üzrə heç bir məbləğin ödənilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə göndərdiyi 02 dekabr 2022-ci il tarixli, 1/465 nömrəli məktubunda qeyd edilmişdir ki, Qəbələ rayonunun Sırtyəngicə kənd sakini İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh Başçısının 29 dekabr 2008-ci il tarixli 252 saylı sərəncamı ilə Kürdəmir rayonunun inzibati ərazisində 13h saylı "Bozbaşlı” adlanan ərazidə yerləşən qış otlaq sahəsindən onun icarəsinə 200 hektar torpaq sahəsi verildiyini, lakin Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamı ilə həmin torpaq üzərində icarə hüququna xitam verildiyini bildirərək həmin sərəncamın qanunsuz olduğu üçün ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bildiririk ki, İddiaçı iddia tələbi tam əsassızdır. Belə ki, rayonun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən istifadəni tənzimləmək məqsədilə yaradılmış komissiya tərəfindən İddiaçı icarəsində olmuş torpağa baxış keçirilərkən müəyyən edilmişdir ki, o, torpaqdan təyinatı üzrə istifadə etmir, torpağı qanunsuz olaraq ayrı-ayrı şəxslərə istifadə etmək üçün satmış, müqavilə şərtlərini pozaraq torpağın 30-40% hissəsində əkinlər apararaq torpaqdan təyinatdan kənar istifadə etmişdir. Bu səbəbdən də komissiyanın təklifinə əsasən Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamı ilə İddiaçı icarəyə verilmiş 200 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. İddiaçı Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi tələbi ilə 2017-ci ildə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsində həmin iddia ərizəsinə baxılmış və məhkəmənin (hakim İxiyar Abuşov) 12 aprel 2017-ci il tarixli 2-1 (86)-440/2017 nömrəli Qərardadi ilə “İddianın mümkün sayılmaması barədə” qərar qəbul edilmiş, qərardaddan şikayət verilməmiş və hüquqi qüvvəyə minmişdir. Odur ki, İddiaçı eyni məzmunlu iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu üçün məhkəmədən xahiş edirik ki, "İnzibati İcraat haqqında” Qanunun 34.1.2-ci maddəsinə əsasən İddiaçı Kürdəmir rayon İcra Flakimiyyəti Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Cavabdeh məhkəməyə göndərdiyi 10 yanvar 2022-ci il tarixli, 1/18 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi tələbi ilə 2017-ci ildə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati- İqtisadi Məhkəməsində həmin iddia ərizəsinə baxılmış və məhkəmənin (hakim İxiyar Abuşov) 12 aprel 2017-ci il tarixli 2-1(86)-440/2017 nömrəli Qərardadi ilə “İddianın mümkün sayılmaması barədə” qərar qəbul edilmiş, qərardaddan şikayət verilməmiş və hüquqi qüvvəyə minmişdir. Eyni zamanda məlumat üçün bildiririk ki, İddiaçı 200 ha qış otlaq sahəsinin ayrılması barədə 29.12.2008-ci il tarixli, 252 nömrəli sərəncamın ləğv edilməsi barədə rayon İcra Hakimiyyəti başçısının 13.07.2016-cı il tarixli 127 nömrəli sərəncamının iddiaçıya təqdim edilməsi vaxtı və qaydası (şəxsən təqdim olunması barədə) barədə sənədlərin təsdiq edilmiş surətləri 2017-ci ildə həmin işə baxılarkən məhkəməyə təqdim edilmişdir. “Azərbaycan Respubublikasının rayon, şəhər və şəhərlərdə rayon İcra Hakimiyyəti Başçıları X2 barədə Təlimat”ın 126 və 127-ci maddələrinə əsasən saxlama müddəti ötdüyü üçün və saxlanılmaq məqsəd ilə Dövlət Arxivinə təhvil verilməsi məqsədəmüvafiq hesab edilmədiyindən 01 yanvar 2016-cı il tarixdən 01 yanvar 2017-ci il tarixədək İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin cari arxivində saxlanılmış 2016-cı ildə rayon İcra Hakimiyyətindən Poçt vasitəsilə məktublar göndərilməsi barədə poçt reyestrləri, fiziki şəxslərin sahibkarlıq fəaliyyətinə dair məlumat xarakterli sənədlər və digər saxlanılması zəruri hesab edilməyən sənədlər məhv edilmişdir. Odur ki, həmin sənədlərin surətlərini təkrarən məhkəməyə təqdim etmək mümkün deyildir. İddiaçı 2016-ci ildən bu günə kimi torpaq icarəsinə görə vergi borcunun olubolmaması barədə İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Çünki, 2016-ci ildən onun icarə hüququna xitam verilmiş və o, həmin torpaqdan istifadə etməmişdir. İddiaçı icarəsində olmuş 200 ha qış otlaq sahəsi üzərində icarə hüququna rayon İcra Hakimiyyəti başçısının 13.07.2016-cı il tarixli 127 nömrəli sərəncamı ilə xitam verildikdən sonra həmin torpaq sahəsinin kimə və ya kimlərə icarəyə verilməsi tərəfimizdən müəyyən edilə bilmədiyi üçün bu barədə də məhkəməyə dəqiq məlumat vermək mümkün deyildir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 11- 13/2022 nömrəli məktubuna əlavə edilmiş Cavabdeh 25 yanvar 2017-ci il tarixli, 2/104-5 məktubundan və vətəndaşların qəbulunun qeydiyyatı kitabından çıxarışdan görünür ki, İddiaçı 200 (iki yüz) hektar qış otlaq sahəsinin icarəyə verilməsi barədə Kürdəmir İcra Hakimiyyəti Başçısının 29 dekabr 2008-ci il tarixli, 252 nömrəli sərəncamının ləğv edilməsi barədə 13 iyul 2016-cı il tarixli, 127 sərəncamının surəti 2016-cı il 30 avqust tarixində İddiaçı verilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında təqdim edilmiş İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 13.07.2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi” barədə iddia tələbi üzrə 2-1(86)-440/2017 nömrəli inzibati işin içərisində olan iddia ərizəsindən görünür ki, iddiaçı, “Cavabdeh başçısının 13.07.2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir və həmin iddia ərizəsi 28.11.2016-cı il tarixdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2-1(86)-440/2017 nömrəli qərardadının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “cavabdehin 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi” barədə iddiası iddia müddəti keçdikdən sonra verildiyindən mümkün sayılmamışdır. Həmin qərarın 2-ci vərəqinin 8-ci abzasından görünür ki, iddiaçının mübahisələndirilən sərəncamdan 30 avqust 2016-cı il tarixə qədər məlumatlı olduğu və həmin tarixdə sərəncamın surəti ona təqdim olunduğu müəyyən olunur. İş materiallarında olan məhkəmənin sorğusu əsasında təqdim edilmiş Şirvan İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 11-13/2022 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 13.07.2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi” barədə iddia iddia tələbinin mümkün sayılmaması qərara alınmış, qərardaddan apelyasiya şikayəti verilməmiş və həmin qərardad 01 may 2017-ci il tarixində qanuni qüvvəsini almışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh başçısının 29.12.2008-ci il tarixli, 252 saylı sərəncamı və 29.12.2008-ci il tarixli, 97 nömrəli icarə müqaviləsi ilə Qəbələ rayonu Laza kənd sakini İddiaçı müraciəti nəzərə alınmış və 15 il müddətinə ona örüş-qoyunçuluq məqsədilə 13h nömrəli “Bozbaşlı” adlanan qış otlaq sahəsindən 200 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə icarəyə verilmişdir. Cavabdeh başçısının 13.07.2016-cı il tarixli, 127 saylı sərəncamı ilə İddiaçı 15 il müddətinə 200 ha qış otlaq səhəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının 29.12.2008-ci il tarixli, 252 saylı sərəncamı ləğv edilmiş və onun həmin torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. İddiaçı hazırda Cavabdeh başçısının 13.07.2016-cı il tarixli, 127 saylı sərəncamının ləğv edilməsini xahiş edir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2-1(86)- 440/2017 nömrəli qərardadının və iddia ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “cavabdehin 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi” barədə iddia tələbi ilə 28.11.2016-cı il tarixdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və iddia müddətini ötürdüyünə görə iddası mümkün sayılmamış, həmçinin həmin qərardaddan apelyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni Cavabdeh başçısının 13.07.2016-cı il tarixli, 127 saylı sərəncamından 2016-cı il tarixindən məlumatlı olduğundan (Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2- 1(86)-440/2017 nömrəli qərardadının 2-ci vərəqinin 8-ci abzası) və prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, iddiaçı hazırki tələb üzrə iddia ərziəsi ilə ilkin olaraq 28.11.2016-cı il tarixdə, daha sonra 09.09.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh başçısının 13.07.2016-cı il tarixli, 127 saylı sərəncamından məlumatlı olduğu vaxtdan qanunla müəyyən edilmiş müddət (30 gün) keçdikdən (hazırki iddia tələbi üzrə isə üç ildən sonra) müraciət etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “13.07.2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “13.07.2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-297/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-297/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver