Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-297/2024 26.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə qarşı “1976-2008-ci illərdə Qarabağsutikinti TM-də daha sonra adı dəyişdirilərək Qarabağ-ER MMC-də işlədiyi illəri iş stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 12 iyul 2023-c il tarixli protokolu vasitəsilə cavabdeh əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə rəsmi olaraq müraciət etmiş, lakin DSMF Ağcabədi rayon şöbəsi 22 iyun 2021-ci il tarixdə ona imtina məktubu verilmişdir. Cavabdeh imtina məktubunda onun sığorta stajı 8 il, 3 aydır. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində göstərilir ki, əmək pensiyası şəxsin (ərizəçinin ) daimi yaşadığı yer, qaçqın və ya məcburi köçkünlər isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Lakin DSMF Ağcabədi rayon şöbəsi tərəfindən “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununa 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. xx.xx.1956-cı ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olmuş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı ilə kimi hərbi xidmətdə olmuş, 1976-ci ildən 2008-ci ilə kimi Ağcabədi rayon "xxxx" TM-də sürücü kimi işləmişdir. Həmin zaman onun adına əmək kitabçası açılmışdır. Lakin işlədiyi illərin hamısı əmək kitabçamda qeyd edilməmişdir. İşlədiyi müəssisənin baş ofisi Bərdə rayonunda yerləşirdi daha sonra isə həmin müəssisə Tərtər rayonu ilə birləşdirilmişdir. Müəssisənin adı dəyişdirilərək "xxxx" MMC olmuş, əmək kitabçasında göstərilməyən illəri başqa cür əldə edə bilməmişdir. 1976-2008-ci illərdə "xxxx" TM-də daha sonra adı dəyişdirilərək "xxxx" MMC olmuş müəssisədə işləmişdir. Lakiiı DSMF Ağcabədi rayon şöbəsi onun 1976-2008-ci illərdə "xxxx" TM-də işlədiyi illəri sığorta stajıı 8 il, 3 ay hesablamışdır. Azərbaycan Respublikası Koııistusiyasının 38-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlliliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi imtinası ilə onun konstitsiyon hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə AR ƏƏSMN tabeliyində DSMF-nin Ağcabədi rayon şöbəsinə (hazırki Qarabağ regional filialına) müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubla İddiaçı qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı pensiya hüququ 65 yaşla xx.xx.2021-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2. pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra- sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş .özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli həqiqi hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. İş materiallarında olan İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü, eləcə də əmək kitabçasının surətinə əsasən xx.xx.1981 -ci il tarixdən xx.xx.1987-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə 01.01,2006-cı il tarixədək ümumilikdə 8 il 3 ay 23 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021 -ci il tarixli 62 saylı arayışının surətinə əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.2006-cı il tarixədək İddiaçı işlədiyi "xxxx" Törəmə müəssisəsinin 2009-cu il tarixədək əmr kitablarında vətəndaşın adına rast gəlinməmişdir. Eyni zamanda xx.xx.2005-ci il tarixdən "xxxx" Törəmə müəssisəsinin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. Sözügedən müəssisənin xx.xx.2021-ci il tarixli 9 saylı məktubuna əsasən xx.xx.1987-ci il tarixdən 01,07.2005-ci il tarixədək İddiaçı iş stajı barədə müəssisədə heç bir məlumat olmamışdır. Qeyd olunan səbəblərdən xx.xx.1987-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 18 il 6 ay vətəndaşın əmək fəaliyyəti dövrü mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri sosial sığorta stajı kimi nəzərə nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Ağcabədi rayonunun Salmanbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1977-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2009-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-in 5 saylı Regional Ərazi Filialının Tərtər rayon qəbul şöbəsinin baş mütəxəssisi X1, Tərtər rayon qəbul şöbəsinin baş mütəxəssisi X7, "xxxx" MMC-nin baş mühasibi X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı iş stajı yoxlanılaraq müəyyən edilmişdir ki, vətəndaş İddiaçı 27/k nömrəli xx.xx.2005-ci il tarixli əmrə əsasən "xxxx" Törəmə müəssisəsinə 09-257 nömrəli xx.xx.2008-ci il tarixli əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi xx.xx.1981-ci il tarixində tərtib edilmiş ИT-İ № ******* saylı əmək kitabçanın və hərbi biletinin surətinə əsasən xx.xx.2006-cı il tarixinədək sığorta stajı 8 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququnu yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 62 saylı arayışına əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi "xxxx" Törəmə müəssisəsinin 2009cu il tarixinədək əmr kitablarında onun adına rast gəlinməmişdir. Eyni zamanda xx.xx.2005-ci il tarixindən "xxxx" Törəmə müəssisəsinin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. Sözügedən müəssisənin xx.xx.2021-ci il tarixli 9 saylı məktubuna əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək iş stajı barədə müəssisədə heç bir məlumat olmamışdır. Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********7 saylı xidməti məktubuna əsasən "xxxx" TM-in əmək haqqı cədvəlləri və əmr kitabları müəssisə bağlandığı üçün sabiq mühasibi tərəfindən şəxsi mühafizə olunur. Həmin şəxs sənədləri üzürlü səbəbdən təqdim edə bilmir. Sənədlər araşdırıldıqdan sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 08 nömrəli əmrdən çıxarışından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən 27/k saylı əmrə əsasən **-AC- *** nömrəli avtomaşına sürücü qəbul edilmişdir və xx.xx.2008-ci il tarixdə 51/k saylı əmr ilə əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bərdə regional ərazi şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı "xxxx" MMC-nin Qarabağ regional şöbəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubunda Bərdə rayonunda yerləşən keçmiş "xxxx" TM-nin Bərdə Avtonəqliyyat filialında işləmiş, xx.xx.2005-ci il tarixdə "xxxx" MMCyə köçürmə yolu ilə sürücü qəbul edilmiş, xx.xx.2008-ci il tarixə kimi həmin müəsissədə sürücü işləmişdir. Həmin dövrdə müəssisə əmək haqqı ilə bağlı bütün Məcburi Sosial Sığorta Ödəmələrini DSMF-nin Tərtər rayon şöbəsinə ödənildiyini və işçilərin sığorta məbləğinin bölüşdürülməsi hər bir işçinin hesabına kapitalın yerləşdirilməsini DSMF-nin Tərtər Rayon Şöbəsinin icra ediyini bildirmişdir. Həmin dövr üçün əmək haqqı cədvəllərinə baxış keçirilmiş, işlədiyi dövr üzrə müəsissədə baş mühasib işləmiş şəxs vəfat etməsi səbəbindən ona aid əmək haqqı cədvəlləri tapılmamışdır. Müəssisə tərəfindən tələb olunan sənədlərin o cümlədən əmək haqqı cədvəllərinin təqdim edilməməsi səbəbindən şikayətinin araşdırılmasını tam başa çatdırmaq mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 22.1.1-ci maddəsinə əsasən 2019-cu ilin 1 yanvar tarixindən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmçinin sözügedən Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019- 2022-ci illərdə 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı 25 il, 2023- cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sözügedən Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, ******************************00 nömrəli məktubunda qeyd edilmişdir ki, Məlumat-uçot bazasına əsasən "xxxx" MMC vergi ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN ilə vergi uçotuna alınmışdır. Hal-hazırda fəaliyyəti aktivdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 8 il 3 ay 23 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 62 saylı arayışının surətinə əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək İddiaçı işlədiyi "xxxx" Törəmə müəssisəsinin 2009-cu il tarixinədək əmr kitablarında vətəndaşın adına rast gəlinməmişdir. Eyni zamanda xx.xx.2005-ci il tarixindən "xxxx" Törəmə müəssisəsinin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. Sözügedən müəssisənin xx.xx.2021-ci il tarixli 9 saylı məktubuna əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək İddiaçı iş stajı barədə müəssisədə heç bir məlumat olmamışdır. Qeyd olunan səbəblərdən xx.xx.1987-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək 18 il 6 ay vətəndaşın əmək fəaliyyəti dövrü mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 2022-ci il tarixli, 243 nömrəli məktubundan görünür ki, Bərdə rayon Dövlət Arxivində 271 saylı fondda mühafizə olunan Bərdə rayon 5 saylı Avtonəqliyyat Müəssisəsinin şəxsi heyətə dair sənəd materiallarına əsasən, vətəndaş İddiaçı işləyib qazandığı əmək haqqı 1976-cı ildə iyul-dekabr, 1977-1980-ci ildə, yanvar-fevral, aprel 1981-ci ildə, 1988-1992-cı ildə, fevral-sentyabr 1994-cü ildə, yanvar-fevral, iyun, sentyabr, oktyabr 1995-ci ildə və iyun 1996-cı ildə əmək haqqısı qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X5 pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X4, filialın pensiya təminatı şöbəsinin mütəxəssisi X2, Bərdə rayon Dövlət Arxivinin müdiri X8 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bərdə rayon 5 saylı Avtonəqliyyat Müəssisəsində işləmiş vətədaş İddiaçı işləməsi faktı üzrə əmr və əməkhaqqı cədvəlləri araşdırılarkən iyul-dekabr 1976-cı ildə, 1977-1980-ci ildə, yanvar-fevral, aprel 1981-ci ildə, 1988-1992-cı ildə, fevral-sentyabr 1994-cü ildə, yanvar-fevral, iyun, sentyabr, oktyabr 1995-ci ildə və iyun 1996-cı ildə əmək haqqı qeyd edilmişdir. İddiaçı xx.xx.1987-ci il tarixli, 101 nömrəli əmrlə Kamaz-5511 nömrə 18-12 sürücü qəbul edilmişdir. Müəssisənin 1982- 1983-1984-1985-1986-cı illər üzrə əmr və əməkhaqqı kitabları olmasına baxmayaraq vətəndaşın adına rast gəlinməmiş, 1993 və 2003-cü illərə aid əməkhaqqı cədvəli olmasına baxmayaraq vətəndaşın adına rast gəlinməmiş, 1997-1999-2000-2001 və 2002-ci ilə aid əməkhaqqı cədvəlləri Bərdə rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Əmr kitabları 1987-ci ilə qədər təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-160526/23 nömrəli etiraza əlavədən görünür ki, Fondun Qarabağ regional filialına göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-1-49457/2023 nömrəli xidməti məktuba əsasən iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1987-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Qarabaqsutikinti Törəmə müəssisəsi”ndə (xx.xx.2005-ci il tarixdən "xxxx" MMC) işləməsi ilə əlqədar Bərdə ravon X6 yoxlamanın keçirilməsi zərurətinin yarandığı bildirilmişdir. Fondun X5 25 mav 2023-cü il tarixli 3-17-1/3-1-51599/2023 qarşılıqlı yoxlama aktına əsasən İddiaçı Bərdə ravon 5 saylı Avtonəgliyyat müəssisəsində 01 iyul 1987-ci il tarixdən Əmr M 101 Kamaz-5511 №18-12 sürücü vəzifəsinə isə qəbul edildiyi, həmçinin müəssisənin əmək haqqı kitablarına əsasən 1976-cı ilin iyul, sentyabr, oktyabr, noyabr və dekabr. 1977-ci ilin bütün avları üzrə, 1978-ci ilin iyul avı istisna olmaqla digər avları üzrə, 1979-cu ilin sentyabr avı istisna olmaqla digər avları üzrə, 1980-ci ilin bütün avları üzrə, 1981-ci ilin yanvar, fevral və aprel avları üzrə, 1988, 1989, 1989, 1990, 1991, 1992-ci illərin bütün avları üzrə, 1994-cü ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr avları üzrə, 1995-ci ilin yanvar, fevral, iyun, sentyabr və oktyabr avları üzrə, 1996-cı ilin iyun avı üzrə əmək haqqı aldıdı müəyyən edildiyi bildirilmişdir. Müəssisənin 1982, 1983, 1984, 1985 və 1986-cı illər üzrə əmr və əmək haqqı kitablarının olmasına baxmayaraq İddiaçı adma rast gəlinməmişdir. 1993 və 2003-cü illərə dair əməkhaqqı cədvəlinin olmasına baxmayaraq İddiaçı adına rast gəlinməmişdir. 1997, 1999, 2000, 2001 və 2002-ci illərə dair əməkhaqqı cədvəlləri Bərdə rayon Dövlət Arxivinə təhvil verilməmiş, həmçinin əmr kitabları 1987-ci ilə qədər arxivə təhvil verilmişdir. Bundan başqa, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı sosial sığorta stajına daxil edilən dövr kimi sonuncu il 2002-ci il hesab edilir. 1993 və 2003-cü illərə dair is stajının əməkhaqqı cədvəllərinin olmasına baxmayaraq İddiaçı adına rast gəlinməmiş olması, eləcə də xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər üzrə hec bir məlumat olmadığından həmin dövrlər sosial sığorta stajına daxil edilmir. Bundan başqa, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, həmçinin xx.xx.2006-cı il tarixdən sonra İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilmədiyi bildirilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək 24 il 2 av 22 gün sığorta stajına uyqun olaraq 17959,64 manat pensiya kapitalı pensiya yasına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır, eləcə də İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün (24 il 2 ay 22 gün) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş sonuncu yazılı etirazın surətindən 24 il 02 ay 22 gün sığorta stajının mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi və iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən yarandığı müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür: - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən hər iki əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2000-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olubolmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.2008-ci il tarixədək müxtəlif idarələrdə çalışmışdır. Cavabdeh tərəfindən ümumilikdə 24 il 02 ay 22 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2- 1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olub-olmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, ******************************00 nömrəli məktubunda qeyd edilmişdir ki, məlumat-uçot bazasına əsasən "xxxx" MMC vergi ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN ilə vergi uçotuna alınmışdır. Hal-hazırda fəaliyyəti aktivdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 8 il 3 ay 23 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 62 saylı arayışının surətinə əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək İddiaçı işlədiyi "xxxx" Törəmə müəssisəsinin 2009-cu il tarixinədək əmr kitablarında vətəndaşın adına rast gəlinməmişdir. Eyni zamanda xx.xx.2005-ci il tarixindən "xxxx" Törəmə müəssisəsinin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. Sözügedən müəssisənin xx.xx.2021-ci il tarixli 9 saylı məktubuna əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək İddiaçı iş stajı barədə müəssisədə heç bir məlumat olmamışdır. Qeyd olunan səbəblərdən xx.xx.1987-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək 18 il 6 ay vətəndaşın əmək fəaliyyəti dövrü mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 2022-ci il tarixli, 243 nömrəli məktubundan görünür ki, Bərdə rayon Dövlət Arxivində 271 saylı fondda mühafizə olunan Bərdə rayon 5 saylı Avtonəqliyyat Müəssisəsinin şəxsi heyətə dair sənəd materiallarına əsasən, vətəndaş İddiaçı işləyib qazandığı əmək haqqı 1976-cı ildə iyul-dekabr, 1977-1980-ci ildə, yanvar-fevral, aprel 1981-ci ildə, 1988-1992-cı ildə, fevral-sentyabr 1994-cü ildə, yanvar-fevral, iyun, sentyabr, oktyabr 1995-ci ildə və iyun 1996-cı ildə əmək haqqısı qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X5 pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X4, filialın pensiya təminatı şöbəsinin mütəxəssisi X2, Bərdə rayon Dövlət Arxivinin müdiri X8 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bərdə rayon 5 saylı Avtonəqliyyat Müəssisəsində işləmiş vətədaş İddiaçı işləməsi faktı üzrə əmr və əməkhaqqı cədvəlləri araşdırılarkən iyul-dekabr 1976-cı ildə, 1977-1980-ci ildə, yanvar-fevral, aprel 1981-ci ildə, 1988-1992-cı ildə, fevral-sentyabr 1994-cü ildə, yanvar-fevral, iyun, sentyabr, oktyabr 1995ci ildə və iyun 1996-cı ildə əmək haqqı qeyd edilmişdir. İddiaçı xx.xx.1987-ci il tarixli, 101 nömrəli əmrlə Kamaz-5511 nömrə 18-12 sürücü qəbul edilmişdir. Müəssisənin 1982-1983-1984- 1985-1986-cı illər üzrə əmr və əməkhaqqı kitabları olmasına baxmayaraq vətəndaşın adına rast gəlinməmiş, 1993 və 2003-cü illərə aid əməkhaqqı cədvəli olmasına baxmayaraq vətəndaşın adına rast gəlinməmiş, 1997-1999-2000-2001 və 2002-ci ilə aid əməkhaqqı cədvəlləri Bərdə rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Əmr kitabları 1987-ci ilə qədər təhvil verilmişdir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi "xxxx" MMC fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən "xxxx" MMC-nin xx.xx.2004-cü il tarixdə vergi uçotuna alındığı müəyyən edilir. "xxxx" MMC ilə bağlı təsis sənədlərinə nəzər yetirilən zaman qeyd edilən müəssisənin xx.xx.1998-ci ildə, 10/83 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınan "xxxx" Firmasının adının və təşkilati hüquqi formasının dəyişməsi ilə onun bazasında yaradıldığı, xx.xx.2000-ci il tarixində 10/74 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış Azərsutikinti ATSC-nin "xxxx" Törəmə Müəssisənin bazasında yaradılmış "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil olunduğu və hüquqi varisi olduğu müəyyən edilmişdir. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.2006-cı ilə kimi işlədiyi illəri onun sığorta stajına daxil edir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. İddiaçının xx.xx.2006-ci il tarixdən sonraki dövr stajı üzrə məcburi dövlət sosial sığorta stajlarının ödənilmədiyi müəyyən edildiyindən həmin dövrlər sığorta stajına daxil edilməməlidir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçının 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Qeyd olunan iş stajı cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 16 yanvar 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə hesab edir ki, iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-297/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-297/2024
26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver