Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2975/2024 01.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona əlillik dərəcəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 01 aprel 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsi verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, gənc yaşlarından daxili orqanlarında olan bir çox xəstəliklərdən əziyyət çəkir və yeddi dəfə cərrahiyyə əməliyyatına məruz qalmışdır. Bu gün də əməliyyata məruz qaldığı xəstəliklərdən, yüksək qan təzyiqi - hipertoniyadan və kiliniki yoxlamalar zamanı dəfələrlə qəbul etdiyi kontrast maddələrin təsirindən yaranmış yüksək səviyyəli allergiyadan əziyyət çəkir. Belə ki, onun hər iki döşündə yaranmış mastepatiya səbəbindən onkoloji mərkəzdə cərrahi müdaxiləyə məruz qalmış və hər iki döşündə cərrahi əməliyyat keçirilib. Böyrəyindəki daşın sidik axarının qarşısının kəsməsi nəticəsində yaranmış 4-cü dərəcəli gidronefrozun aradan qaldırılması üçün Cavadzadə adına Respublika Uroloji Kilinikasında cərrahi əməliyyata düşmüşdür. Sağ böyrəyindən və sidik axarından daşlar çıxarılaraq stend qoyulmuşdur. Lakin bir ildən sonra həkimlərin səylərinə, görülmüş tədbirlərə baxmayaraq sağ böyrəyinin fəaliyyətdən düşməsi, bədənini zəhərləməsi və sol böyrəyinin də fəaliyyətini pozması nəticəsində yenidən cərrahiyyə əməliyyatına məruz qalmış və sağ böyrəyi əməliyyat olunaraq çıxarılmışdır. Uzun nıüddət ərzində sağlamlığını bərpa edə bilməmiş və Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən bir böyrəyinin olmaması və digər böyrəyinin də fəaliyyətinin pozulmasına görə ona 2-ci qrup əlillik və təqaüd təyin edilmişdir. 2016-cı ildə damarlarında yaranmış tromboz həyati təhlükə yaratdığı üçün yenidən xəstəxanaya düşmüş və üzərində damarlarının çıxarılması ilə nəticələnən cərrahi əməliyyat keçirilmişdir. 2018-ci ildə tək olan sol böyrəyinin fəaliyyətinin pozulması və nəticədə böyrəyində yaranan daşın axara düşməsi nəticəsində yenidən xəstaxanaya düşmüşdür. Çünki bir böyrək olduğu üçün sidiyin ifraz olunması tamamilə dayanmışdı. Həkimlərin müdaxiləsi və təyin etdikləri damar genişləndirici iynə və dərmanların qəbulu nəticəsində on iki bağırsağında olan xoradan daxili qan axma baş vermişdir. Nəyin baş verdiyi aydın olanda o, artıq huşsuz vəziyyətdə idi. Onu təcili tibbi yardım maşını ilə əvvəlcə Bərdə Rayon Mərkəzi Xəstəxanasına, ilkin yardım göstərildikdən sonra isə xəstəxana tərəfındən ayrılmış xüsusi təcili tibbi yardım maşını ilə Bakı şəhərinə, Akademik M.Ə.Mirqasımov adına Respublika Kilinik Xəstəxanasının reanimasiyasına çatdırılmışdır. On səkkiz gün xəstəxanada yataraq müalicə almışdır. Bu müddət ərzində ona üç dəfə qan, iki dəfə plazma köçürmüşlər. Vəziyyəti nisbətən sabitləşəndən sonra xəstəxanadan evə buraxılmışdır. Qeyd edir ki, bu gün artıq mədəsindən qanaxma müalicəyə tabe olmur. Mədə dərmanlarını dayandıranda digər orqanları üçün müalicə götürəndə qan axma başlayır. Növbəti cərrahi əməliyyata qadın xəstəliyi səbəbindən düşmüşdür. Belə ki, uşaqlığında yaranınış myoma kəskin qan axma verdiyi üçün 2019-cu ildə üzərində əməliyyat keçirildi və myoma götürüldü. O, həm də hipertoniya xəstəsidir. Gün ərzində 2 dəfə qəbul etdiyi təzyiq üçün dərman onun təzyiqini yuxarısı 200 - aşağısı 110-dan çətinliklə 150-90-a salır. Öd kisəsində polip var. Ondan axırıncı götürülən qan analizində - Polimeraz zəncirvari reaksiya - HVP-16, HVP-18 onkoloji göstəricilər müəyyən edilib. Bütün bunları yazmaqda məqsədi səhhətində fəsad yaratmış, sağalmaz izlər qoyan, bərpa olunmayacaq xəstəlikləri göstərmək, sağlıq durumunun necə ağır bir vəziyyətdə olmasını aydınlatmaqdır. Yuxarıda qeyd etdiyi kimi Sağ böyrəyi cərrahi müdaxilə ilə çıxarıldıqdan sonra ona 2-ci qrup əlil kimi təqaüd təyin edilmişdir. Müəyyən müddətdən sonra tibbi komissiyanın qərarına əsasən əlilliyi yenidən təsdiq olundu və növbəti beş il ərzində qüvvədə qaldı. 2021-ci ilin mart ayında yenidən Tibbi Sosial Ekspert Komissiyasından keçmişdir. Lazım olan sənədləri, Respublika Uroloji Kilinikada müayinə və müalicə sənədlərini və 2-ci dərəcəli böyrək xəstəsi olması barədə diaqnoz-epiqrizi komissiyaya təqdim etmişdir. 4-5 aydan sonra elektron qaydada TSEK-dən imtina, məlumatların tam əlavə edilmədiyi bildirildi. Həmin vaxt o, səhhəti ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasında yatır və müalicə alırdı. Yenidən bütün sənədləri - Bərdə RMX-nın analiz cavablarını, Respublika Uroloji Kilinikasının verdiyi epiqrizi komissiyaya baxılması üçün təqdiın etmişdir. 2022-ci ilin fevral ayında Tibbi Sosial Ekspert Komissiyasının cavabını onlara təqdim etdilər. Məlum oldu ki, yenə də ona imtina cavabı gəlib. Bu qədər xəstəliklərlə mübarizə aparan, sağlam orqanı demək olar ki, olmayan bir insana pensiya verilməyəcəksə, əllillik təyin edilməyəcəksə bəs onda bu pensiya kimlərə şamil edilir? Bu qədər də haqsızlıq olar. Adam necə vəziyyətdə olmalıdır ki, ona təqaüd təyin edilsin? Qeyd edir ki, o, bu haqsızlığa görə xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət etmişdir. İş baxılması üçün icraata götürüldü. Birinci məhkəmə iclası keçirildi. Lakin o, bu müddətdə yenidən Dövlət Tibbi Sosial Ekspertiza və Realibitasiya Agentliyinə müraciət etdiyi üçün məhkəməyə məktubla müraciət edərək işə baxılmasının ınüvəqqəti dayandırılmasını xahiş etdi. Ancaq bu qədər xəstəlikləri olduğuna baxmayaraq yenə də haqsız olaraq Dövlət Tibbi Sosial Ekspertiza və Realibitasiya Agentliyi onun pensiya almağını təmin etmədi. Əksinə bu müddət əızində səhhətində yaranan və normal yaşam tərzini pozan, məhdudlaşdıran bu xəstəliklər, yüksək qan təzyiqi - hipertoniya artıq ürəyində də problemlər, ürək çatışmazlığı yaratdı. Bu səbəbdən Bərdə Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə Bakı şəhərində “Mərkəzi Kilinikada” əməliyyat-anju olundu. Ona ömürlük dərman pereparatları qəbul etməyi üçün resept yazıldı və hazırda bu dərmanları qəbul edir, bu dərmanlarsız yaşaya bilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddıaçının əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Z90.5 Böyrəyın qazanılma olmaması. Sağ tərəfli nefrektomıya əməliyyatdan sonrakı vəziyyət. Ağırlaşma D63.8* başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya Ağırlaşma 112 əsasən böyrəklərin zədələnməsi ilə müsayiət olunan hipertenziv [hipertoniya] xəstəlik (-yi], Nefrogen hipertoniya Ağırlaşma N18 2 Xroniki böyrək xəstəliyi İİ mərhələ. XBÇ İİ dərəcə Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış tibb müəssəsində müayinə və müalicə olunması məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmış elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, müddəti ötürərək məhkəməyə vaxtında şikayət etməmişdir. AR İPM-nin 24.1-ci maddəsınə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştırakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsınə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirılən məhkəmə iclasında əsaslandırılmalıdır. Məlumat üçün bıldiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfındən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfındən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fıziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyışikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosıal müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir. TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Hazırkı işdə İddiaçı ıddiası, fıkrimizcə, mümkünsüz hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanınınyerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə digər (maddə 8.1.1-8.1.3-1-də nəzərdə tutulan hallardan başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İnzibati işin materiallarından müəyyən edilmişdir ki, iş üzrə İddiaçı Laçın şəhəri, H.Aslanov küçəsində qeydiyyatda olsa da, o, Bərdə rayonu, Pambıqçı sanatoriyasında müvəqqəti qeydiyyatda olmaqla, həmin ünvanda faktiki olaraq məskunlaşmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının yaşayış yeri Bərdə rayonudur ki, İPM-in 8.1.2-ci maddəsinə əsasən, sübutların toplanması, məhkəməyə çatımlılığın təmin edilməsi, habelə məhkəmə araşdırmasının daha tez və səmərəli aparılması üçün hazırki mübahisəyə iddiaçının faktiki yaşayış ünvanı üzrə baxılmalıdır. Belə ki, şərh olunduğu kimi iddiaçının tələbi İPM-də nəzərdə tutulan müstəsna aidiyyətlə bağlı tələblərə aid olmamaqla 8.1.2-ci maddədə nəzərdə tutulan aidiyyət qaydasının təsir dairəsinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 8-ci, 23.1-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona əlillik dərəcəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2975/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2975/2024
01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver