Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-298/2021 04.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Sabirabad rayonu, Qarağac kəndində yaşayan) və Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının nümayəndəsi X1 (Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının aparıcı mütəxəssisi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq sahəsində yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialına qarşı «sosial sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxx 1955-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuşdur. Sabirabad rayonu, Qarağac kəndində qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sabirabad rayon filialına müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli **********5 saylı məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edib, iddiaçının 1970-1973, 1975-1997-ci illərdə «XX qurultay» və «N.Gəncəvi» adına kolxozlarda işləməsinin əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1969- 1973, 1975-1989-cu illərdə Sabirabad rayonu «XX qurultay» kolxozunda, 1990-1997-ci illərdə Sabirabad rayonu «N.Gəncəvi» kolxozunda işlədiyi illərin və xx.xx.1973-xx.xx.1975ci illərdə hərbi xidmətdə olduğu illərin sosial sığorta stajı kimi qəbul edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiа ərizəsini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyasının təyin edilməsindən ötrü Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sabirabad rayon filialına rəsmi olaraq müraciət etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sabirabad rayon filialı tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3-cü bölməsinin 3.1.1-ci bəndinə əsaslanılaraq, ona xx.xx.2020-ci il tarixli, **********5 saylı məktub göndərilərək stajın məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüş və pensiya təyinatından imtina edilmişdir. Onun 1969-1973, 1975-1989-cu illərdə Sabirabad rayonu «XX qurultay» kolxozunda, 1990-1997-ci illərdə Sabirabad rayonu «N.Gəncəvi» kolxozunda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən pensiya təyin etməkdən imtina etmişdir. Həmin illər Sabirabad rayon Dövlət Arxivinin arayışında öz əksini tapmışdır. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sabirabad rayon filialı tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməklə «Əmək pensiyaları haqqında» Qanunun sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən bəhs edən 21-ci maddəsinin tələblərini pozmuş olur. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsində qeyd edilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sabirabad rayon filialı isə işləməsini əsassız olaraq staj hesab etmədiyindən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçının 1970-1973, 1975-1997-ci illərdə «XX qurultay» və «N.Gəncəvi» adına kolxozlarda işləməsi haqqında arxiv arayışının olmasına baxmayaraq həmin illərdə işlədiyini təsdiqləyən əmək kitabçası yoxdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaşların keçmiş kolxozlardakı iş stajı həmin ictimai təsərrüfatda müəyyən edilmiş əməkdə iştirakın minimum normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq nəzərə alınır və kolxozçunun əmək kitabçasındakı «İctimai təsərrüfatda əməkdə iştirakı» bölməsində qeyd olunur. İddiaçının 1970-1973, 1975-1997-ci illərdə «XX qurultay» və «N.Gəncəvi» adına kolxozlarda işləməsi əmək kitabçasında qeyd edilmədiyindən iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və Sabirabad rayon Dövlət Arxivinin arxiv arayışının təsdiq olunmuş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X2 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxx 2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. İddiaçının 1969-1973, 1975-1997-ci illərdə Sabirabad rayonu «XX qurultay» və «N.Gəncəvi» adına kolxozlarda işləyib əmək haqqı alması Sabirabad rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli 43 nömrəli arxiv arayışında qeyd edilmişdir. Lakin mövcud qanunvericilikdə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ 15 yaşından yarandığından və qanunvericilik normaları həmin yaş həddindən başlayan əmək münasibətlərinə şamil edildiyindən iddiaçının 1969-cu il tarixdə Sabirabad rayonu «XX qurultay» kolxozunda işləməsinin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə əsasən 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 249-cu maddəsinə əsasən yaşı 15dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Həmçinin məhkəmə qeyd edir ki, Sabirabad rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli 43 nömrəli arxiv arayışından görünür ki, iddiaçının 1970-ci ildə faktiki adam günü 64 gün, 1971-ci ildə faktiki adam günü 72 gün, 1972-ci ildə faktiki adam günü 15 gün, 1973cü ildə faktiki adam günü 86 gün, 1975-ci ildə faktiki adam günü 165 gün, 1976-cı ildə faktiki adam günü 325 gün, 1977-ci ildə faktiki adam günü 337 gün, 1978-ci ildə faktiki adam günü 342 gün, 1979-cu ildə faktiki adam günü 365 gün, 1980-ci ildə faktiki adam günü 305 gün, 1981-ci ildə faktiki adam günü 363 gün, 1982-ci ildə faktiki adam günü 359 gün, 1983-cü ildə faktiki adam günü 364 gün, 1984-cü ildə faktiki adam günü 360 gün, 1985-1987-ci illərdə faktiki adam günü 365 gün, 1988-1989-cu illərdə faktiki adam günü 355 gün, 1990-cı ildə faktiki adam günü 365 gün, 1991-ci ildə faktiki adam günü 264 gün, 1992-ci ildə faktiki adam günü 365 gün, 1993-cü ildə faktiki adam günü 364 gün, 1994- 1995-ci illərdə faktiki adam günü 365 gün, 1996-cı ildə faktiki adam günü 286 gün və 1997-ci ildə faktiki adam günü 153 gün olmuşdur. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1970-1973, 1975-1997-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozlarda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Sabirabad rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli 43 nömrəli arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, 1970-1972-ci illərdə Sabirabad rayonu «XX qurultay» kolxozu üzrə minimum adam günü norması kişilər üçün 160 adam günü və 1973, 1975-1997-ci illərdə Sabirabad rayonu «XX qurultay» və «N.Gəncəvi» adına kolxozlar üzrə minimum adam günü norması kişilər üçün 240 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1976-1996-cı illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 21 il hesablanmalıdır. 1970-1973, 1975 və 1997-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (64+72+15)× 12 = 1812/160=11,325 ay (≈11 ay) və (86+165+153)× 12 = 4848/240=20,2 ay (≈1 il 8 ay). Beləliklə, xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmət müddəti nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddiaçının xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olduğu müddət, həmçinin 1970-1973, 1975-1997-ci illərdə Sabirabad rayonu «XX qurultay» və «N.Gəncəvi» adına kolxozlarda işləməsi barədə Sabirabad rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli 43 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Sabirabad rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli 43 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının Sabirabad rayonu «XX qurultay» və «N.Gəncəvi» adına kolxozlarda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.1973xx.xx.1975-ci illərdə hərbi xidmətdə olduğu müddət, həmçinin 1970-1973, 1975-1997-ci illərdə Sabirabad rayonu «XX qurultay» və «N.Gəncəvi» adına kolxozlarda işləməsi barədə Sabirabad rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli 43 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olduğu müddət, həmçinin 1970-1973, 1975-1997-ci illərdə Sabirabad rayonu «XX qurultay» və «N.Gəncəvi» adına kolxozlarda işləməsi barədə Sabirabad rayon Dövlət Arxivinin xx xxx 2020-ci il tarixli 43 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının üzərinə qoyulsun.
2. İddia qalan hissədə təmin edilməsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov