Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-298/2024 21.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayonu Boradigah Bələdiyyəsinə qarşı “Masallı rayon Boradigah bələdiyyəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və evinin gün çıxan tərəfindən açılmış yolun bağlanmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Masallı rayonu Boradigah Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Masallı rayonu Boradigah Bələdiyyəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və evinin gün çıxan tərəfindən açılmış yolun bağlanmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, hal-hazırda Masallı rayonu, Boradigah qəsəbəsi ünvanında yaşayır. Onun Boradigah qəsəbəsində yaşayış evi vardır. Evinin gün çıxan tərəfindən yalnız gediş-gəliş yolu üçün piyada yolu vardır. Evin gün batan tərəfində isə kənd adamlarına qanunla müəyyən edilmiş qaydada yol verilmişdir. Lakin Boradigah bələdiyyəsi heç bir əsas olmadan evinin gün çxan tərəfindən kənd camaatı üçün yeni yoldan istifadə etmələrinə şərait yaratmışdır. Halbuki, sözügedən yerdən yol nəzərdə tutulmamışdır. Kənd camaatı həmin yoldan istifadə edərkən onun evi yararsız vəziyyətə düşmüşdür. Evin bir neçə hissəsində çatlar əmələ gəlmişdir. Bunu kənd bələdiyyəsinə desə də, heç bir nəticəsi olmamışdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmasının qanuna uyğun olduğunu bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırki iddia tələbi üzrə cavabdeh Masallı rayon Boradigah Bələdiyyəsi inzibati orqan olsa da, mübahisə onun inzibati fəaliyyəti ilə əlaqədar yaranmamışdır. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Beləliklə, mübahisənin mahiyyətindən görünür ki, bələdiyyə ilə iddiaçı arasında bələdiyyənin inzibati fəaliyyətinin nəticəsi olan hər hansı mübahisə mövcud deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquq münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 5.2-ci bəndində qeyd edilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 15.3-cü bəndinə görə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iddia ərizəsində “Masallı rayon Boradigah bələdiyyəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbini qeyd etmişdir, məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir, torpaqların elektron kadastr uçotu informasiya sistemində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********67-10301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş Masallı rayonu, Mollaoba kəndində 43.5 kv.m fərdi yaşayış evinin cənub hissəsində ümumi istifadədə olan yolun mövcud olduğu müəyyən edilmişdir. Həmin yolun yaşayış məntəqələri kateqoriyalı, uqodiyası yollar və küçələr olmaqla bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024- cü il tarixli, 3-21-3-44/2-2253/2024 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətinə verilmiş Masallı rayonu, Mollaoba kəndində 43.5 kv.m fərdi yaşayış evinin qərb tərəfində mübahisə predmeti olan yolun Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti olan şərti yararsız torpağı kimi göstərilmişdir. Həmin hissədə yol nəzərdə tutulmadığı müəyyən edilmişdir. Vətəndaşlar tərəfindən alternativ olaraq digər ictimai yoldan istifadə etməsi mümkün olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında iddiaçının verdiyi izahat üzrə müəyyən edilmişdir ki, Masallı rayon Boradigah bələdiyyəsi ilə hər hansı hərəkət və ya hərəkətsizliyi ilə bağlı mübahisə olmadığını qeyd etmişdir. Mübahisə yalnız bələdiyyə mülkiyyətində olan ümumi yoldan kənd sakinlərinin və ağır yüklü avtonəqliyyatların istifadəsi nəticəsində fərdi yaşayış evinin divarlarının zədələnməsi və fəsad göstərməsidir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçı və cavabdeh arasında hər hansı mübahisə müəyyən edilməmişdir. Şərh olunduğu kimi mübahisənin inzibati məhkəməyə aid olması üçün mübahisə inzibati orqanın inzibati fəaliyyətinin nəticəsində yaranmalıdır. Hazırki mübahisə isə mübahisə predmeti baxımından mülki xarakterlidir. Belə ki, mülkiyyət və onun müdafiəsi, mülkiyyətdən maneəsiz istifadənin həyata keçirilməsi, qonşuluq hüququ və bununla bağlı digər məslələr ümumi hüququn deyil, xüsusi hüququn predmetini təşkil edir və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir (Mülki Məcəllə maddə - 152, 157, 170). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Göründüyü kimi, mübahisə iddiaçı ilə Masallı rayonu Boradigah Bələdiyyəsi arasında iddiaçının fərdi yaşayış evinin gün çıxan tərəfindən açılmış yolun bağlanmasıilə bağlı yaranmışdır ki, bələdiyyələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda başqa şəxslər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və sair buna bənzər işlərin yerinə yetirilməsi bələdiyyələrin fəaliyyət istiqamətlərinə aid edilməmişdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalı olmadığından iddia mümkün sayılmamalı və iddiaçıya aidiyyəti məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 16.3-cü, 23-cü, 35-ci və 45.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Masallı rayon Boradigah bələdiyyəsinə qarşı “Masallı rayon Boradigah bələdiyyəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və evinin gün çıxan tərəfindən açılmış yolun bağlanmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-298/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-298/2024
21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver