Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-298/2025 03.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 оğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Füzuli rayonu, Qarabağ kəndində yerləşən 30 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli, A 279292 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Füzuli rayon İcra Hakimiyyəti başçısının 30 may 2013cü il tarixli, 72 nömrəli sərəncamına əsasən (ekspert rəyinə uyğun) uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2018-ci il tarixli, A 279292 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Füzuli rayon İcra hakimiyyəti başçısının 30 may 2013-cü il tarixli 72 nömrəli sərəncamı ilə Füzuli rayonu Qarabağ kəndi ərazisindən əkinçilik məqsəd ilə Dövlət ehtiyat fond torpağından 30 il müddətinə 30 hektar tarpaq sahəsi icarəyə verilmişdir. Həmn ildən indiyə kimi torpaqdan təyinatı üzrə istifadə edir və hər il üzrə də torpaq vergisini ödəyir. Üç qardaş olmaqla həmin torpağı birgə becərib yaşayışılarını yaxşılaşdırmağa çalışırlar. Azərbaycan Resublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə həmin torpaq üzrə «Çıxarış» və AN 279292 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədini almışdır. 2022-ci ilin oktyabr ayında müəyyən olunub ki, Azərbaycan Resublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşı torpağı ölçən zaman kordinatı səhv vuraraq sürüşdürmə edib. Bunula bağlı qardaşı X8 onun adından etibarnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və 180 manat məbləğində pulu Kapital Banka ödəyərək torpağı yenidən ölçdürmüşdür. Yerindəcə akt tərtib edilərək koordinatlar qardaşına göstərilmişdir. Müəyyən olunmuşdur ki, «Torpaq sahəsinin planı və ölçüsü» Füzuli rayon İcra Hakimiyyəti tərəfindən verilmiş yer quruluşu planına uyğun tərtib edilməmiş və nəticədə təxminən 5 hektar əkin üçün yaralı olan torpaq sahəsi kənarda qalmışdır. Ona görə də qardaşı İsaqov Amil aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra qardaşı İsaqov Amil Azərbaycan Resublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2018-ci il tarixli, AN 279292 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləvğ edilməsi və yeni «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin verilməsi ilə bağlı müraciət etmişdir. 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciətinə baxılması ilə bağlı xx.xx.2023-cü il tarixli 3-21-3-45/2-İ-00xx-xx/2023 nömrəli məktub təqdim etmiş və bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən Azərbaycan Resublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, A № 279292 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədini ləvğ edib, yeni «Torpaq sahəsinin planı və ölçüsü» sənədi verildməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-298/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Füzuli rayonu, Qarabağ kəndində yerləşən 30 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli, A 279292 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Füzuli rayon İcra Hakimiyyəti başçısının 30 may 2013-cü il tarixli, 72 nömrəli sərəncamına əsasən (ekspert rəyinə uyğun) uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddiaçı nümayəndəsi X8 şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İş materiallarına əlavə olunmuş Füzuli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 72 saylı sərəncamından çıxarışdan, xx.xx.2013-cü il tarixli, 72 nömrəli icarə müqaviləsindən və torpaq sahəsinin plan çizgisindən görünür ki, Qarakollu kəndindən məcburi köçkün İddiaçı əkinçilik məqsədilə təqdim olunmuş sxemə uyğun Dövlət Ehtiyat fond torpağından uzun müddətə 30 il müddətinə, 30,0 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli çıxarışdan və xx.xx.2018-ci il tarixli, A 279292 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Füzuli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 72 saylı sərəncamından çıxarışa əsasən bağlanmış xx.xx.2013-cü il tarixli, 72 saylı icarə müqaviləsi əsasında ehtiyat fond torpaqlarından 30.0 ha torpaq sahəsi 30 il müddətinə İddiaçı əkinçilik məqsədilə icarəyə verilmiş və icarə hüquqları dövlət qeydiyyatına alınmış, həmçinin torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-İ-00xx-xx/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin, 27 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş AN 279292 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilərək, yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi barədə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 72 saylı sərəncamından çıxarış və icarə müqaviləsi əsasında İddiaçı AN 279292 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Bundan əlavə olaraq bildiririk ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş və müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. İnventarlaşdırma (çöl ölçmə) işləri zamanı RN **********50 saylı çıxarışda göstərilən 30 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçülərək döngə nöqtələrinin koordinatları X4 göstərilmişdir. X8 aktı imzalamaqdan imtina etmişdir. Belə ki, AN 279292 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilərək, yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmaması müəyyən edilərək hüquqların dövlət qeydiyyatı aparılır və həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-5445/2023 nömrəli etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “ xx.xx.2018-ci il tarixli, A279292 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə münasibət bildirilməsi haqqında məhkəmə sərəncamına 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk kı, Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2013- cü il tarixli 72 saylı sərəncamından çıxarış və icarə müqaviləsi əsasında İddiaçı AN 279292 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Bundan əlavə olaraq bildiririk ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş və müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. İnventarlaşdırma (çöl ölçmə) işləri zamanı RN **********50 saylı çıxarışda göstərilən 30 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçülərək döngə nöqtələrinin koordinatları X4 göstərilmişdir. X8 aktı imzalamaqdan imtina etmişdir. Əlavə olaraq bildiririk ki, AN 279292 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilərək, yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub olmaması müəyyən edilərək hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 15-cı maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan huquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı uçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydıyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi subuta yetırilməyincə. həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 1-ci maddəsinə əsasən bütün fiziki və huquqi şəxslər özlərinin qanunla qorunan huquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2,8,9 və 15-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və 140-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “xx.xx.2018-ci il tarixli, A279292 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və yem torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə etiraz edirik və iddia tələbinin rədd ediİməsi barədə qərar qəbul edilməsini xahiş edirik. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/5689 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə: xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarış və xx.xx.2013-cü il tarixli, A 279292 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı icarəsində olan 30.0 ha torpaq sahəsinin döngə nöqtə koordinatlarını naturada müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zamanı müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarış və xx.xx.2013-cü il tarixli, A 279292 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı icarəsində olan 30.0 ha torpaq sahəsinin koordinatları naturada Füzuli rayon İcra Hakimiyyəti Başçısının 30 may 2013-cü il tarixli, 72 saylı sərəncamına əsasən, İddiaçı icarəsinə verilmiş və keçrrriş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinin mütəxəssisi tərəfindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib olunmuş ilkin torpaqayırma sənədlərində qeyd olunmuş 30.0 ha torpaq sahəsinin sərhədləri ilə uyğun deyildir. Ona görə İddiaçı icarəsində olan 30.0 ha torpaq sahəsinin koordinatları Füzuli rayon İcra Hakimiyyəti Başçısının 30 may 2013-cü il tarixli 72 saylı sərəncamına əsasında keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinin mütəxəssisi tərəfindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib olunmuş ilkin torpaqayırma sənədlərinə əsasən, müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarış və xx.xx.2013-cü il tarixli, A 279292 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı icarəsində olan 30.0 ha torpaq sahəsi (keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinin mütəxəssisi tərəfindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib olunmuş ilkin torpaqayırma sənədlərinə əsasən) Dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid kənd təsərrüfatı məhsullarının istehsal ediməsi üçün nəzərdə tutulmuş əkin sahəsidir. Qərardadın üçüncü sualı üzrə: xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarış və xx.xx.2013-cü il tarixli, A 279292 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı icarəsində olan 30.0 ha torpaq sahəsi (keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinin mütəxəssisi tərəfindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib olunmuş ilkin torpaqayırma sənədlərinə əsasən) faktiki olaraq İddiaçı istifadəsindədir. Qərardadın dördüncü sualı üzrə: xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarış və xx.xx.2013-cü il tarixli, A 279292 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı icarəsində olan 30.0 ha torpaq sahəsinin kordinatları (keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinin mütəxəssisi tərəfindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib olunmuş ilkin torpaqayırma sənədlərinə əsasən) üçünü şəxsin qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Qərardadın beşinci sualı üzrə: xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarış və xx.xx.2013-cü il tarixli, A 279292 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı icarəsində olan 30.0 ha torpaq sahəsi (keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinin mütəxəssisi tərəfindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib olunmuş ilkin torpaqayırma sənədlərinə əsasən) kommunikasiya xəttlərinin mühafizə zolağına düşmür. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə etimad prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdiyi Füzuli rayon İcra Hakimiyyəti başçısının 30 may 2013-cü il tarixli, 72 nömrəli sərəncamı qüvvədədir, ləğv edilməmiş, etibarsız sayılmamış, qüvvədən düşməmiş və ya geri çağrılmamışdır. Bunun əksi olaraq müvafiq qərarın mövcud olduğu, torpaq sahəsinin (41,02 ha hissəsi) iddiaçının istifadəsində olması, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi, üçüncü şəxsilərin hüquqlarına toxunmaması öz təsdiqini tapmışdır. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Füzuli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 72 saylı sərəncamı, və xx.xx.2013-cü il tarixli, 72 nömrəli icarə müqaviləsi əsasında Qarakollu kəndindən məcburi köçkün İddiaçı əkinçilik məqsədilə təqdim olunmuş sxemə uyğun Dövlət Ehtiyat fond torpağından uzun müddətə 30 il müddətinə, 30,0 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. Həmin sərəncam və icarə müqaviləsi əsasında xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli çıxarışla ehtiyat fond torpaqlarından 30.0 ha torpaq sahəsi 30 il müddətinə İddiaçı əkinçilik məqsədilə icarəyə verilmiş və icarə hüquqları dövlət qeydiyyatına alınmış, həmçinin torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir. Məhkəmə cavabdehin imtinasının və etirazının dəlilinə münasibətdə qeyd edir ki, inventarlaşdırma (çöl ölçmə) işləri zamanı RN **********50 saylı çıxarışda göstərilən 30 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçülərək döngə nöqtələrinin koordinatları X4 göstərilməsi və X3 aktı imzalamaqdan imtina etməsi, əlavə olaraq AN 279292 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilərək, yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində olmadığını bildirsədə iddiaçı ona ayrılmış qorpaq sahəsinin kordinatlarının uyğun olmaması ilə razılaşmamasında haqlı olmuşdur. İddiaçının hüquqi marağı Füzuli rayon İcra Hakimiyyəti başçısının 30 may 2013-cü il tarixli, 72 nömrəli sərəncamı ilə onun istifadəsinə verilmiş torpaq sahəsinin kordinatlarının olduğu kimi qeydə alınmasını tələb etməkdə haqlı olmuş, cavabdeh isə vəziflərindən irəli gələn iddiaçının hər hansı təqsiri olmadan kordinatlarında yaranmış uyğunzuluğu aradan qaldırmaqdan imtina etməsi əsasız olmuşdur. İddiaçı İsaqov X5 rayon İcra Hakimiyyəti başçısının 30 may 2013-cü il tarixli, 72 nömrəli sərəncamına və cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, A № 279292 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə etimad göstərərək, həmin torpaq sahəsinə hazırki vaxta qədər sahiblik və istifadə edir. İddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edərək «Torpaq sahəsinin planı və ölçüsü» sənədini ləvğ edib, yeni «Torpaq sahəsinin planı və ölçüsü» sənədi verildməsi barədə müraciət etsədə inzibati icraat aparan orqan iddiaçının hüquqi marağını düzgün müəyyən etməmiş, torpaq sahəsinin sərəncamda və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinin mütəxəssisi tərəfindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib olunmuş ilkin torpaqayırma sənədlərinə uyğunlaşdırılması onun hüquqlarının bərpa olunacağı halı müəyyən etməmişdir. İddiaçının müraciətinə cavabdeh inzibati orqan «Torpaq sahəsinin planı və ölçüsü» sənədini ləvğ edib, yeni «Torpaq sahəsinin planı və ölçüsü» sənədi verildməsi kimi yanaşmış və bu əsaslarla məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş şahid X2 ifadəsində xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarış və A 279292 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında iddiaçının icarəsinə verilmiş 30.0 ha torpaq sahəsi üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyini müəyyən etmişdir. Bundan başqa iş materiallarında olan və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/5689 nömrəli ekspert rəyi ilə sözügedən torpaq sahəsinin koordinatlarının uyğunlaşdırması digər şəxslərin hüquqlarının pozulmasına səbəb olması halının mövcud olmamasına, mühafizə-sanitariya zolağına yəni magistral avtomobil yolunun, qaz xəttinin, su boru xəttinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə (qorunma) zolağına düşmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasını təşkil edən dəlilinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Füzuli rayonu, Qarabağ kəndində yerləşən 30 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli, A 279292 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Füzuli rayon İcra Hakimiyyəti başçısının 30 may 2013-cü il tarixli, 72 nömrəli sərəncamına əsasən (ekspert rəyinə uyğun) uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatların dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. İddiaçıya Füzuli rayonu, Qarabağ kəndində yerləşən 30 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli, A 279292 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Füzuli rayon İcra Hakimiyyəti başçısının 30 may 2013-cü il tarixli, 72 nömrəli sərəncamına əsasən (ekspert rəyinə uyğun) uyğunlaşdırılması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-298/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-298/2025
03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver