Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2988/2024 16.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 07 dekabr 1993-cü il tarixdən 30 noyabr 2004-cü il tarixədək Qazaxıstan Respublikasında qaynaqçı işlədiyi dövrün əmək stajı kimi nəzərə alınaraq, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 16 dekabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 7 saylı regional ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 07 dekabr 1993-cü il tarixdən 30 noyabr 2004-cü il tarixədək Qazaxıstan Respublikasında qaynaqçı işlədiyi üçün həmin müddətin adına əmək stajı kimi hesablanması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 7 saylı regional ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “onun 07 dekabr 1993-cü il tarixdən 30 noyabr 2004-cü il tarixədək Qazaxıstan Respublikasında qaynaqçı işlədiyi dövrün əmək stajı kimi nəzərə alınaraq, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1958-ci il tarixdə Astara rayonunun Artupa kəndində doğulmuşdur. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək Lənkəran rayonunda əyani təhsil almışdır. xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olmuşdur. Ümumilikdə 17 il 7 ay 26 gün əmək stajı qeyd edilmişdir. Lakin xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Qazaxıstan Respublikasında olan iş stajı əmək kitabçasında qeyd edilsə də sığorta stajına qeyd edilməmişdir. O, təqaüd almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə X4 şəxsə iş stajı barədə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı qeyd edilən illəri onun əmək stajına daxil etməkdən imtina edir. Eyni zamanda hazırda işlədiyi müəssisələr ləğv olunduğundan və həmin müəssisənin sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən, ona işlədiyi həmin illərin əmək stajının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də əmək stajının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin onun ümumi iş stajı qanunla tələb olunan müddətdən az olduğundan, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən müraciəti müsbət həll etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1-ci maddələrində qeyd olunur ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarında iddiaçıya məxsus olan: - xx.xx.1977-ci il tarixli ******* nömrəli əmək kitabcasının; - Təhsil haqqında attestatının və hərbi biletinin surətinə əsasən İddiaçı ümumilikdə mübahisəsiz sosial sığorta stajı 17 il 07 ay 26 gün təskil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydində kiril qrafikalı möhürdən istifadə olunub) sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Eyni zamanda iddiaçının xx.xx.1977-ci il tarixli, ******* nömrəli əmək kitabçasında xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Qazaxıstan Respublikasında işlədiyi qeyd edilmişdir. Lakin xx.xx.2008-ci il tarixdə təyin edilmiş əlillik işində olan əmək kitabçasında həmin dövr qeyd edilməmiş, həmçinin həmin dövrlərdə Azərbaycan Respublikasında iş fəaliyyətinin olması ilə bağlı qeydlər olmuşdur. Göstərilənlərdən aydın olur ki, həmin qeyd sonradan əlavə edilmiş, bu səbəbdən həmin dövrlərlə bağlı əsaslı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya huquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Nəticədə, İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1994-xx.xx.1998-ci il tarixlərdə, xx.xx.1993-xx.xx.2004-cü il tarixlərdə işlədiyi dövr tərəflərindən mübahisələndirilir. Eyni zamanda, iddiaçının adına xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə fərdi hesabın sıgorta hissəsində pensiya kapitalı qeydə alınmamısdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X2 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan xx.xx.1977-ci il tarixli, НЗ-3603669 saylı hərbi biletdən görünür ki, İddiaçı 18 may 1977-ci il tarixdən 27 iyun 1979-cu il tarixədək keçmiş Sovet ordusunda 2 il 1 ay 09 gün xidmət keçmişdir. İş materiallarında olan xx.xx.1958-ci il tarixdə doğulmuş İddiaçı məxsus 17 mart 1977-ci il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş əmək kitabçasına əsasən, o, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər müddətdə Lənkəran şəhər 34 nömrəli DPTMdə təhsil almış (3623 nömrəli, xx.xx.1976-cı il tarixli, atestat), xx.xx.1976-cı il tarixli, 97 nömrəli əmrlə PMK-36 3 saylı “Azelstroy” trestinə 3-cü dərəcəli qaynaqçı qəbul olunmuş, xx.xx.1976-cı il tarixli, 133 nömrəli əmrlə 4-cü dərəcəli qaynaqçı dərəcəsi verilmiş, Sovet Ordusu sıralarına çağırışla əlaqədar xx.xx.1977-ci il tarixli, 46 nömrəli əmrlə işdən azad edilmiş, 1977-1979-cu il tarixlərində Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1979-cu il tarixli, 79 nömrəli əmrlə PMK-36 3 saylı “Azelstroy” trestinə 4-cü dərəcəli qaynaqçı qəbul olunmuş, xx.xx.1980-ci il tarixli, 72 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1980-ci il tarixli, 78 nömrəli əmrlə Alma-Ata Kaztestinltorq bazasına müvəqqəti olaraq yük daşıyan vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci il tarixli, 93 nömrəli əmrlə müvəqqəti işçi kimi işdən azad edilmiş, xx.xx.1980-ci il tarixli, 132 nömrəli əmrlə 4-cü dərəcəli qaz elektrik qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli, 123 nömrəli əmrlə Qazaxıstan SSR Əmək Məcəlləsinin 32-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1981-ci il tarixli, 91-k nömrəli əmrlə “Kazpişestroy” İssıks PMK-ya 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixli, 38-k nömrəli əmrlə Qazaxıstan SSR Əmək Məcəlləsinin 32-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1983-cü il tarixli, 95 nömrəli əmrlə Astara rayon Sanjaradi subtropik sovxozuna fəhlə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli, 1 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1984-cü il tarixli, 98 nömrəli əmrlə Astara şəhərində yerləşən “Sovvneştorq” v/o bazasına müvəqqəti olaraq 5-ci dərəcəli fəhlə götürülmüş, xx.xx.1984cü il tarixli, 157 nömrəli əmrlə müqavilə müddətinin bitməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1984-cü il tarixli, 162 nömrəli əmrlə daimi əsasda 5-ci dərəcəli qaynaqçı işinə götürülmüş, xx.xx.1985-ci il tarixli, 104 nömrəli əmrlə Azərbaycan SSR Əmək Məcəlləsinin 38 par-1 saylı maddəsinə əsasən xx.xx.1985-ci il tarixdən ştatın ixtisar edilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1985-ci il tarixli, 113-k nömrəli əmrlə Əmək müqaviləsinə əsasən Zavod nəzdindəki çuğundur məntəqəsinə müvəqqəti fəhlə qəbul edilmiş, xx.xx.1985-ci il tarixli, 173-k nömrəli əmrlə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1985-ci il tarixli, 136 nömrəli əmrlə 5-ci dərəcəli müvəqqəti dülgər işinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli, 44 nömrəli əmrlə RSFSR Əmək Məcəlləsinin 31-ci maddəsinə əsasən işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 116 nömrəli əmrlə Astara rayon Sancaradi subtropik sovxozunun Tikinti briqadasına 5-ci dərəcəli işçi qəbul edilmiş, xx.xx.1991-ci il tarixli, 1 nömrəli əmrlə Sancaradi subtropik sovxozunda 6-cı dərəcəli dülgər adı verilmiş, xx.xx.1993-cü il tarixli, 90 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1994-cü il tarixli, 1 nömrəli əmrlə Sancaradi subtropik sovxozuna işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixli, 1 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1997-ci il tarixli, 43 nömrəli əmrlə Qazaxıstan Respublikası – 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixli, 05 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-38-2/33- 3126/2024 saylı məktubunda bildirilmişdir ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhəddindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 1993-2001-ci il tarixlərdə dövlət sərhəddindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki səhətdən imkanları xaricindədir. Bununla yanaşı, İddiaçı 2002-2004-cü illər ərzində dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 13 iyul 2023-cü il tarixli, 3-17-1/2-K-157510/2023 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kışilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra nakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçasının, təhsil haqqında attestatınızın və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək əyani təhsil aldığınız illər, xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla) 17 il 7 ay 26 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq ədilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydində kiril qrafikalı möhürdən istifadə olunub) sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Əlavə olaraq bildirirk ki, xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Qazaxıstan Respublikasında olan iş stajı xx.xx.2008-ci il tarixində təyin edilmiş əlillik işinizdə olan l/İT-l № ******* saylı əmək kitabçanızda qeyd olunmayıb və həmin dövr təqdim etdiyiniz əmək kitabçanızın surətində Azərbaycan Respublikasında iş fəaliyyəti yazıldığı üçün sığorta stajınıza daxil edilməyib. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını mübahisələndirməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtinasının digər dəlillərinə - əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu (işdən çıxma qeydində kiril qrafikalı möhürdən istifadə olunub) üçün sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmamasına və xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Qazaxıstan Respublikasında olan iş stajının iddiaçının əlillik işində olan l/İT-l № ******* saylı əmək kitabçasında qeyd olunmamasına münasibətdə məhkəmə bildirir ki, İddiaçı əmək kitabçasının surətində xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərin doldurulma qaydasının pozulmasının məsuliyyətinin onun üzərinə qoyulması iddiaçının təqsirinin olmaması səbəbindən yolverilməzdir. Həmçinin, iddiaçının iş materiallarında olan xx.xx.2008-ci il tarixli, 297 nömrəli əlillik işində olan l/İT-l № ******* saylı əmək kitabçasında qeyd edilmiş xx.xx.1994cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərdə əldə etdiyi iş stajı inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1998ci il tarixədək olan dövrlərdə əldə etdiyi iş stajının onun ümumi iş stajına daxil edilməməsini əsassız hesab edir. Lakin İddiaçı l/İT-l № ******* saylı əmək kitabçasında qeyd olunmuş Qazaxıstan Respublikasında 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işlədiyi xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin onun ümumi iş stajına daxil edilməsini məhkəmə mümkün hesab etmir və cavabdeh inzibati orqanın imtinasının bu dəlilini əsaslı hesab edir. Belə ki, iddiaçıya məxsus l/İT-l № ******* saylı əmək kitabçasının sol tərəfindəki “tarix” qrafasında Qazaxıstan Respublikasında 5-ci dərəcəli qaz elektrik qaynaqçısı vəzifəsinə qəbul edildiyi tarix xx.xx.1993-cü il, həmin əmək kitabçasının sağ tərəfindəki “əmrlər” qrafasında isə bu barədə 43 nömrəli əmrin tarixi xx.xx.1997-ci il göstərilmişdir. Bu uyğunsuzluqdan başqa, iddiaçıya məxsus l/İT-l № ******* saylı əmək kitabçasından göründüyü kimi, İddiaçı xx.xx.1994-cü il tarixli, 1 nömrəli əmrlə Astara rayonu, Sancaradi subtropik sovxozuna işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə işdən azad edilmişdir. Hətta texniki səhv hesab edilməklə iddiaçının Qazaxıstan Respublikasında 5-ci dərəcəli qaz elektrik qaynaqçısı vəzifəsinə qəbul edildiyi tarix xx.xx.1997-ci il qəbul edilmiş olsa belə, bu onun Sancaradi subtropik sovxozundan işdən azad edildiyi xx.xx.1998-ci il tarixlə uyğunsuzluq təşkil edir ki, bu da həmin dövrdə onun Qazaxıstan Respublikasında işləməsini mübahisələndirməyə əsas verir. Digər tərəfdən, iş materiallarında olan 297 nömrəli pensiya işindən görünür ki, cavabdeh inzibati orqanın xx.xx.2008-ci il tarixli, 297 nömrəli qərarı ilə İddiaçı əlillik təyin olunmuş, həmin vaxt cavabdehə təqdim etdiyi və pensiya işinə əlavə edilmiş l/İT-l № ******* saylı əmək kitabçasında xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr ərzində Qazaxıstan Respublikasında 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işlədiyi barədə məlumat öz əksini tapmamışdır. Bundan başqa, qeyd olunduğu kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-38-2/33-3126/2024 saylı məktubunda bildirilmişdir ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhəddindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 1993-2001-ci il tarixlərdə dövlət sərhəddindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki səhətdən imkanları xaricindədir. Bununla yanaşı, İddiaçı 2002-2004-cü illər ərzində dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İddiaçı 1993-2001-ci il tarixlərdə dövlət sərhəddindən hərəkətini təsdiq edən hər hansı məlumatı məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan uyğunsuzluqlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçının nəzərə alınmalı olduğunu iddia etdiyi xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrdə Qazaxıstan Respublikasında 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işlədiyi müddəti onun ümumi sosial sığorta stajına daxil etməməkdə haqlıdır. Beləlikə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçının təhsil və hərbi xidmət illəri nəzərə alınmaqla xx.xx.1998-ci il tarixədək sosial sığorta stajı ümumilikdə 21 il 2 ay 26 gün təşkil edir və bu müddət ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1-ci maddələrində qeyd olunur ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı müraciət etdiyi inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı İddiaçı 07 dekabr 1993-cü il tarixdən 30 noyabr 2004-cü il tarixədək Qazaxıstan Respublikasında qaynaqçı işlədiyi dövrün əmək stajı kimi nəzərə alınaraq, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyinatından imtina etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina dəlilləri, yəni iddiaçının 25 il sosial sığorta stajına malik olmamasına dair dəlilləri əsaslı, iddiaçının tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 07 dekabr 1993-cü il tarixdən 30 noyabr 2004-cü il tarixədək Qazaxıstan Respublikasında qaynaqçı işlədiyi dövrün əmək stajı kimi nəzərə alınaraq, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2988/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2988/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver