Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-299/2025 17.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “10 dekabr 2022-ci il tarixli qərarın ləğv edilməsi və 10 dekabr 2022-ci il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia tələbi üzrə «Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” publik hüqiqi şəxsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-751/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və 2-ci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-751/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “10 dekabr 2022-ci il tarixli qərarın ləğv edilməsi və 10 dekabr 2022-ci il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı. xx.xx.1975-ci ildə Qazı- Məmməd şəhərində anadan olmuşdur. Uzun müddətdirki əziyyət çəkir. Cavabdeh inzibati orqana ona əlillik dərəcəsinin təyin edilməsi üçün müraciət etmişdir. Tam əsassız bir şəkildə onun müraciətindən imtina olunmuşdur. Əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı “əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə etirazı nəzərinizə çatdırır. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 22 nəfər vətəndaşların müarciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Hacıqabul rayon sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN: 1RJNYV8) əlillik vəziyyəti tibb müəssisəsinin 0334003AAFJ7 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir(unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 115 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə ‘‘Keçirilmiş toksiki forma, İİİ (üçüncü) dərəcə apır gedişli əsnəyin və gırtlagın yayılmış difterivasınırı polinevropatiyası ilə fəsadlaşmasırıın süst tetraparezlə təzahür edən nəticəsi, funksiyanın mühüm dərəcədə pozulması ilə. Keçirilmiş apır qedisli infeksion-toksiki difteriya miokarditindərı sonrakı vəziyyət. Sol aq ciyərin asaqı payının kesirilmis kəskin ocaqlı pnevmonivasından sonrakı vəziyyət. Hər iki gözün makulopatiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət Dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda ağrılardan, dizinin şişməsindən, ifrazat və cinsi funksiyasının pozulmasından şikayətlənmişdir. Anamnezində xidmətdə olduğu dövrdə difteriya keçirməsi və altı ay tertraparez vəziyyətdə qaldığı ifadə edilmişdir. Müayinə zamanı aşağı ətraflarda reflekslər normal alınmış, əzələ gücü və tonusu tam olmuş, iflic, parez, atrofiya aşkar edilməmişdir.X11 xx.xx.2022-ci il tarixli Baş beynin MRT müayinə nəticəsi ‘‘Yüngül dərəcədə serebral mikroangiopativa əlamətləri aşkar edilir. Ethmoidal və sol maksillar sinus daxilində mukozal hipertrofiva və sol maksillar sinus daxilində 25 mm ölçülü retension kist təyin edilir (sinusit). Burun çəpəri sapa deviasivalıdır. Saq naza! konxalar hipertrofiyalasıb" kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun cüzi hipertrofiyası (1.2sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aorta! və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=109)” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əliliik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Həmçinin İddiaçı cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarını mübahisələndirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müvafiq inzibati aktı göndərilmə tarixi xx.xx.2022-ci il göstərilmiş, lakin iddiaçıya cavabdeh orqan tərəfindən təqdim edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh orqana əyani müayinə üçün müraciət etmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-31449/2023 saylı qərarı ilə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə İddiaçı barəsində “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş toksiki forma İİ dərəcəli ağır gedişli. Əsnəyin və qırtlağın yayılmış difteriyası polineyropatiyası ilə fəsadı. Davamlı süst tetraparezdə təzahür edən) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı barəsində “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş toksiki forma İİ dərəcəli ağır gedişli. Əsnəyin və qırtlağın yayılmış difteriyası polineyropatiyası ilə fəsadı. Davamlı süst tetraparezdə təzahür edən) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı barəsində “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş toksiki forma İİ dərəcəli ağır gedişli. Əsnəyin və qırtlağın yayılmış difteriyası polineyropatiyası ilə fəsadı. Davamlı süst tetraparezdə təzahür edən) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı barəsində “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş toksiki forma İİ dərəcəli ağır gedişli. Əsnəyin və qırtlağın yayılmış difteriyası polineyropatiyası ilə fəsadı. Davamlı süst tetraparezdə təzahür edən) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2016-ci il tarixli qərarı ilə İddiaçı barəsində “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş toksiki forma İİ dərəcəli ağır gedişli. Əsnəyin və qırtlağın yayılmış difteriyası polineyropatiyası ilə fəsadı. Davamlı süst tetraparezdə təzahür edən) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, 1RJNYV80005 saylı qərarı ilə “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə İddiaçı barəsində əlillik verilməsindən imtina edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, 1RJNYV80007 saylı qərarı ilə “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə İddiaçı barəsində əlillik verilməsindən imtina edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1449/2023 saylı qərarı ilə “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə İddiaçı barəsində əlillik verilməsindən imtina edilmişdir. - İşdə olan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 18-1- 41/2-463/2023 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1975-ci il təvəllüdlü İddiaçı ambulator kartası araşdırıldı.Məlumat üçün bildiririk ki, İddiaçı xx.xx.2010-cu il tarixindən xəstədir. Xəstəlik hərbi xidmət dövründə kəskin başlamışdır “Toksiki forma İİİ dərəcəli ağır gedişli əsnək və qırtlağın yayılmış difteriyası, polineyropatiya ilə fəsadlaşma, süst teferaparezlə təzahür edən funksiyasının mühüm dərəcədə pozulması, ağır gedişli ınfeksion toksıkı difteriya miokarditi” diaqnozu ilə Sərhəd Qoşunları Baş Kiliniki Hospitalında uzun müddət stasionar müalicə almış, bununla əlaqədar Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2011- ci il tarixli 115 saylı qərarı ilə şəhadətlənmişdir. “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” qərarı verilmişdir. Xəstə 2011-ci il tarixindən hərbi xidmət dövrü səbəbi ilə İİ qrup əlillik almışdır. xx.xx.2021-xx.xx.2021 -ci il tarixində Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almışdır. Xəstənin əlillik müddəti bitdiyi üçün xəstəyə F88 yazılmış xx.xx.2021-ci il tarixində Tibbi Sosial Ekspert Komisiyyasının sərəncamına göndərilmişdir. Xəstəyə imtina verilmiş, ixtisaslı həkim müayinə və müalicəsi məsləhət görülmüşdür. Xəstə xx.xx.2022-ci il tarixində “Akademik M.Ə. Mirqasımov adına Respublika Kilinik Xəstəxanasıda ixtisaslı həkim müayinəsindən keçmiş və 16096 saylı rəy verilmişdir. xx.xx.2022-ci il tarixində baş beyin MTR-si, xx.xx.2022-ci tarixində ExoKQ, xx.xx.2022-ci il tarixdə EMQ müayinəsi aparılmış, xx.xx.2022-xx.xx.2022-ci il tarixində Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almışdır. xx.xx.2022-ci il tarixində xəstənin sənədləri əsasında F88 yazılaraq Tibbi Sosial Ekspert Komisiyyasına əlillik müddətinin uzadılması üçün göndərilmişdir.xx.xx.2022-ci il tarixində Tibbi Sosial Ekspert Komisiyyası tərəfindən imtina verilmiş, səbəb kimi: “diaqnoz əlillik əlaməti təyin etmir” olmuşdur. - İşdə olan "Hacıqabul Rayon Mərkəzi Xəstəxanası" X13in direktor vəzifəsini icra edən Fatma İsmayılovaya həmin xəstəxananın terapevti X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatda göstərilmişdir ki, X7 xx.xx.1975-ci il təvəllüdlü, Hacıqabul şəhər M.Müşviq küçəsi ev 16-da yaşayan,ətraflarında xüsusən,aşağı ətraflarda olan zəiflik keylənmə ağrı yeriş pozğunluğu şikayətləri ilə Hacıqabul RMX-nın PHŞ-da davamlı müayinə və müalicələrdə olmuşdur.Xəstəlik xx.xx.2010-cu il tarixdə hərbi xidmət dövründə kəskin başalamışdır.SQ-mnBKH-da ixtisaslı müalicə və müayinə üçün yatırılmış,toksiki forma İİİ dərəcəli ağır gedişli əsnək və qırtlağın yayılmış difteriyasının polineyropatiyası ilə fəsadlaşmasının, süst teferaparizlə təzahür edən nəticəli funksiyanın mühüm dərəcədə pozulması ilə, ağır gedişli infeksion toksiki difteriya miokarditi diaqnozu ilə stasionar müalicədə olmuş, bununla əlaqədar şəhadətlənmişdir.Uzun müddətli müalicələr az effektiv olub. Aşağı ətrafların,zəifliyi,keylənməsi,yeriş və hərəkət pozğunluğu davamlı saxlanılır. Xəstə 2011-ci ildən Hərbi xidmət dövrü səbəbi ilə İİ qrup əlillik almışdır.xx.xx.2021-ci ildən xəstə Tibbi Sosial Ekspert Komisiyasına göndərilib, xx.xx.2022-ci ildə təkrar olaraq əlillik müddətinin uzatmaq üçün müraciət edib. Xəstəyə xx.xx.2022-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul etmişdir. Xəstəyə aid olan son müayinə nəticələri, 2022-ci ilə aid olan müayinə cavabları və akademik R.Mirqasımov adına "Respublika kliniki xəstəxanası" PHŞ-nın verdiyi tibbi rəy (xx.xx.2022-ci il tarixli 16096 saylı rəyə) əsasən xəstə yenidən əlilliyin qiymətləndirilməsi üçün müraciət etmişdir. -İşdə olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1718 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Komissiyasının arxivində vətəndaş İddiaçı barədə xx.xx.2011 –ci il tarixli, 115 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən başqa hər hansı digər sənədlər saxlanılmır Odur ki, həmin “Xəstəlik haqqında şəhadətnamə'nin surəti göndərilir. Vətəndaş İddiaçı MN Baş Klinik Hospitalında hərbi həkim komissiyası tərəfindən şəhadətləndirildiyi üçün 13 01 2011-ci il tarixli. 115 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin verilməsinə əsas olmuş sənədlərin tələb olunması üçün həmin tibb müəssisəsinin rəhbərliyinə müraciət olunmalıdır. -İşdə olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 13 01 2011-ci il tarixli, 115 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də göstərilmişdir ki, İddiaçı barədə diaqnoz və xəsarətin (yaralanmanın, travmanm, kontuzıyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Keçirilmiş toksiki forma, İİİ (üçüncü) dərəcə ağır gedişli əsnəyin və qırtlağm yayılmış difteriyasmm polineyropatiyası ilə fəsadlaşmasmm süst tetraparezlə təzahür edən nəticəsi, funksiyanm mühüm dərəcədə pozulması ilə,Keçirilmiş ağır gedişli infeksion-toksiki difteriya miokarditindən sonrakı vəziyyət.Sol ağ ciyərin aşağı paymm keçirilmiş kəskin ocaqlı pnevmoniyasmdan sonrakı vəziyyət. Hər iki gözün makulopatiyası. xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 26a maddəsinin İİİ qrafasma və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli qəran ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır. -İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X13in məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1-3/2-3393/2024 nömrəli məktubunda göstərilmişdir ki, tərəfinizdən göndərilən sənədlər içərisində vətəndaş İddiaçı məxsus heç bir müayinə və müalicə haqqında tibbi sənədin olmaması səbəbindən tibbi rəyin həkim tərəfindən verilməsi mümkün olmamışdır. Vətəndaşın tibbi sənədlərini təqdim edəcəyi təqdirdə sorğuya uyğun olaraq müvafiq köməklik göstəriləcəkdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2923/2023 saylı qərardadı ilə məhkəmə tibbi-ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 xx.xx.2024-cü il tarixli, T281/2024 saylı ekspert rəyinə əsasən, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli P0004776VHD saylı Forma 088 göndərişində qeyd edilmiş “ Əsas diaqnoz: G63.0*- Digər rubrikalarda təsnif olunan infeksion və parazitar xəstəliklərdə polinevropatiya. Keçirilmiş difteriya polinevropatiyasının davamlı qalıqları.; Ağırlaşma: G82.0- Süst paraplegiya. Aşağı ətrafların paraparezi. R26- Hərəkətin və yerişin pozulmaları. Yeriş funksiyasının pozulması.; Yanaşı xəstəliklər: İ40.0- İnfeksion miokardit. Keçirilmiş miokarditdən sonrakı vəziyyət. İ10- Essensial (birincili) hipertenziya. Arterial hipertenziya İİ mərhələ.” xəstəlikləri xəstə stasionarda müalicədə olarkən kliniki, anamnestik, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. Həmin diaqnoz hazırda əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Qeyd edilən diaqnoz ilə hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin, xəstəlik kəskinləşdiyi halda əlavə müalicəyə cəlb oluna bilər. İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdur. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının İddiaçı barəsində xx.xx.2022-ci il tarixli qərarı qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamə tətbiq edilməlidir. “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;
3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X1 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, icraat zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, İddiaçı adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş müayinə aktlarında qeyd olunan xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə qeyd edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” cədvəldə göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün «Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən 1RJNYV8 saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, vəziyyətində yaxşılaşma olmamışdır, xəstənin ümumi vəziyyəti orta ağırlıqdadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Cavabdeh orqanın iddiaçıya əlilliyin təyin olunmasından imtinasının dəlili olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə gəlinən nəticə iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əsas diaqnoz və onun ağırlaşmaları kimi bir sıra xəstəliklər qeyd edilmiş, habelə həmin xəstəliklər məhz iddiaçı barəsində aparılmış bir sıra tibbi müayinələrin nəticəsi olaraq qeyd edilmişdir. Eyni zamanda iş materiallarında olan tibbi sənədlər əsasında iddiaçının həmin xəstəliklərlə bağlı stasionar və ambulator müalicələrdə olması halı da müəyyən olunmuşdur. Məhkəmə tərəfindən nəzərə alınır ki, xx.xx.2022-ci il tarixli tibbi göndərişdə qeyd olunan xəstəliklərin kodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərində öz əksini tapmışdır, eləcə də iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir. Cavabdeh iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və qanunvericiliyin tələbinə əsasən əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər aşkar olunduğu halda, əlilliyin təyin edilməsindən imtina etməsi əsaslarına dair heç bir dəlil təqdim edilməmiş, həmin müayinənin nəticələrini, buna dair tibbi sənədlərin nəyə görə əsas kimi qəbul edilməsindən imtina olunması hallarını əsaslandıra bilməmiş, habelə iş materialları əsasında təsdiq olunmuş halları təkzib edən heç bir sübuta istinad edilməmişdir. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2011-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də qeyd edilmiş bəndlər üzrə (Vİ sinifsinir sistemi xəstəlikləri –G90-99; G60-G64) əlilliyin təyinatına mövcud olan xəstəliklər əsasında xx.xx.2021-ci ilədək 2-ci dərəcəli əlilliyik təyin edilmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Lakin “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən 1RJNYV8 saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda iddiaçı barəsində XBT kodu üzrə əsas diaqnoz G63, ağırlaşma 82.0, ağırlaşma R26, yanaşı xəstəlik İ40.0, İ0 qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “6. Sinir sistemi xəstəlikləri bölməsi-Sıra №-si 6.5.1, Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya), XBT-10 (kod)- G81-G83, orqanizmin funksiyalarının pozulması faizi-40 %, orqanizmin funksiyalarının pozulması müddəti- 1 il; Sıra №-si 6.8, Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri-Polinevropatiyalar, XBT-10 (kod)-G63, orqanizmin funksiyalarının pozulması faizi-40 %, orqanizmin funksiyalarının pozulması müddəti- 1 il; Sıra №-si 6.1.10, Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri- sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr, XBT-10 (kod)-R25-29, orqanizmin funksiyalarının pozulması faizi-35-60 % orqanizmin funksiyalarının pozulması müddəti- 1 il” bəndləri tətbiq edilməlidir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2011-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.1.10, 6.5.1, 6.8 bəndlərində nəzərdə tutulan xəstəliklərlə bağlı orqanizmin funksiyalarının pozulması 31-60 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 1 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. Məhkəmə qeyd olunan normativ aktın tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, orqanizminin funksiyalarının 31-60 faiz pozulması ilə əlaqədar iddiaçıya 1 il müddətinə əlillik təyin edilməlidir. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı ona 31-60 faiz olmaqla əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2011-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə xx.xx.2022-ci il tarixli, P0004776OVHD nömrəli göndərişə əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilsin və həmin tarixdən İddiaçı 1 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Amilya Hüseynova