Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2991/2023 22.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi XXX Günəş Yusif qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində,məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, onun xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və 21.1 1.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Cəlilabad rayonu “Bakı fəhləsi” şərab zavodunda işləməsinin onun əmək stajına daxil edilərək həmin illərin onun əmək stajıma əlavə edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2991/2023 saylı qərardadı ilə iddiaçı və cavabdeh olduğu kimi qalmaqla, iddia tələbinə onun “hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1958-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. İlk əmək fəaliyyətinə isə 1975-ci ilin dekabr ayından başlamışdır. Onun əmək stajının illəri düzgün hesablanmamışdır. Belə ki, onun halhazırda əmək stajı 19 il 11 ay 11 gün müəyyən edilsə də, lakin onun ümumi əmək stajı 25 ildən yuxarıdır. Ona görə ki, o, həmçinin xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Cəlilabad rayonu “Bakı fəhləsi" şərab zavodunda işləsə də, lakin həmin illər onun əmək stajına daxil edilməmişdir. Buna baxmayaraq həmin işlədiyi illər onun əmək kitabçasında öz təsdiqini tapmışdır. Həmin illərin onun əmək stajına daxil edilməsindən ötrü o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Lakin cavab olaraq ona bildirmişlər ki, təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyə əsaslı şübhələr olduğundan bunun araşdırılması zərurəti yaranmışdır. Bunun üçün də məhkəməyə müraciət edilməlidir. Halbuki, ona məxsus olan əmək kitabçasında onun xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Cəlilabad rayonu “Bakı fəhləsi" şərab zavodunda işləməsi təsdiq olunur. Həmçinin də onun qeyd edilən tarixlərdə işləməsi onunla həmin vaxt həmin müsəssisədə işləmiş şahidlər də təsdiq edə bilərlər. Ona görə də onun xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və 21.1 1.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Cəlilabad rayonu “Bakı fəhləsi" şərab zavodunda işləməsinin onun əmək stajına daxil edilərək həmin illərin onun əmək stajıma əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 17 yanvar 2023-cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı mərkəzi filialı tərəfindən İddiaçı qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22—1.1 -ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 28 aprel 2022-ci tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 4-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 4-cü bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qeyd edilən normanın məzmunundan göründüyü kimi qanunvericiliklə tələb olunan şərtlər ödənildiyi halda, İddiaçı pensiya hüququ 65 yaşla xx.xx.2023-cü il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Fləmin Qanunun - 1.0.1 -ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətlərinə, 2 saylı Lənkəran- Astara regional filialının xx.xx.2023-cü il tarixli aktına və Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən İddiaçı mübahisələndirilməyən sığorta stajı (hərbi xidmət dövrü də daxil olmaqla) 20 il 04 ay 17 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 19 il 02 ay 9 gün sığorta stajına uyğun olaraq 17.774,28 manat, xx.xx.2021 ci il tarixdən 01,01.2023-cü il tarixədək 1.049,03 manat olmaqla, ümumilikdə 18.823,31 manat təşkil edir ki. bu məbləğ qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçının xx.xx.2006-cı il tarixdən 01,07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitan qeydə alınmayıb. İddiaçıya məxsus əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional ərazi filialının xx.xx.2023-cü il tarixli aktına və Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş Cəlı.abad rayonu “Bakı fəhləsi" şərab zavodunda xx.xx.1992-ci il tarixdən 14 11.1997-cı il tarixədək olan əmək fəaliyyəti zamanı 1992-ci il tarixdə 3 ay, 1993 -cü il tarixdə 1 ay 1994-cü il tarixdə 7 ay, 1995-ci il tarixdə 4 ay, 1996-cı il tarixdə 6 ay, 1997-cı ıl tarixdə 10 ay müddətində əməkhaqqı hesablanmışdır. İddiaçının adına əmək haqqı hesablanmayan ayların sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan başqa müəsissənin sənədləri arxivə təhvil verilmədiyindən xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr ümumilikdə 7 il 5 ay 25 gün mübahisələndirlən dövr kimi iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları’’na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olma əmrləri eyni xətt və eyni qələmlə yazılıb) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün məşğul şəxs hesab edildiyindən yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmamışdır. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı 2-1(120)-2991/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi XXX Günəş Yusif qızı təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Cəlilabad şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş Şükürov X1 şəhəri, Dədə Qorqud küçəsi, ev 65 ünvanında qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ş-44394/2023 saylı imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinəəsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş vəya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görəəmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilən əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 19 il 11 ay 11 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 18 il 9 ay 11 gün sığorta stajına uyğun olaraq 17.393,84 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1.049,03 manat olmaqla, ümumilikdə 18.442,87 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2023cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40.320,00 manat, minimum əmək pensiyanın məbləği isə 280,00 manat müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd edilmiş Cəlilabad rayonu “Bakı fəhləsi” şərab zavodunda xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan əmək fəaliyyətiniz zamanı 1992-ci il tarixində 9 ay, 1993 cü il tarixində 11 ay, 1994-cü il tarixində 5 ay, 1995-ci il tarixdə 8 ay, 1996-cı il tarixdə 6 ay, 1997-ci il tarixdə 1 ay adına əməkhaqqı hesablanıb. Adına əməkhaqqı hesablanmayan ayların sığorta staja daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olma əmrləri eyni xətt və eyni qələmlə yazılıb) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görəəmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və adında aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün məşğul şəxs hesab edildiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmayıb. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinəəsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixində Sovet ordu sıralarına qoşulmuş, xx.xx.1978-ci ildə hərbi xidmətini başa vurmuşdur. - X4 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı (FİN:xxxxxxx) həqiqətən 04 noyabr 2021-ci il tarixindən "DOST İş Mərkəzi” MMC-də Nəsimi rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır. İddiaçı aylıq əməkhaqqısı 345 (üç yüz qırx beş) manatdır. Arayış tələb olunan yerə təqdim etmək üçün verilir. - İşdə olan xx.xx.1975-ci il tarixli əmək kitabçalarının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən zavodun kadrlar üzrə müfəttişi, xx.xx.1991-ci il tarixdən zavodun kadrlar üzrə direktor müavini vəzifəsində işləmiş, xx.xx.1997-ci il tarixdən İslahat Komissiyasının yaradılması ilə əlaqədar olaraq zavod öz fəaliyyətini dayandırdığı üçün tutduğu vəzifədənazad edilmiş, xx.xx.1997-ci il tarixdən zavodun islahat komissiyasını ehtiyaclarını nəzərə alaraq yenidən kadrlar üzrə müfəttiş vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci il tarixdə kadrlar üzrə müfəttiş vəzifəsindən azad edilmişdir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2-2425/01-3/2023 nömrəli məktubunda göstərilmişdir ki, "Bakı fəhləsi” sovxozu 05 iyul 1996-cı il tarixindən 06 iyun 1997-ci il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Cəlilabad rayonu üzrə qeydiyyatda olmuşdur. "Bakı fəhləsi" ilkin şərab emalı zavodu isə 05 iyul 1999-cu il tarixində statistik vahidlərin Dövlət reyestrində ismayıllı rayonu üzrə qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3/2- 9643/2023 nömrəli məktubunda göstərilmişdir ki, Cəlilabad rayonunda yerləşən "Bakı fəhləsi" şərab zavodu hüquqi şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyyatı üzrə Lənkəran bölgə şöbəsi tərəfindən 4 noyabr 1998-ci il tarixli 5/74 nömrəsi ilə qeydiyyata alınmış və təşkilati-hüquqi forması dəyişməmişdir. - İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir rayon İcra Hakimiyyətinin Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-12RA/1-420 nömrəli arxiv arayışında "Bakı fəhləsi 4 nömrəli üzüm emalı" zavodunda 1992-1997-ci illər üzrə işləmiş İddiaçı iş stajı barədə illik əmək haqqları üzrə məbləğlər göstərilmişdir. -İşdə olan Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-158689/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən onun xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, 2 saylı Lənkəran-Astara regional filialının xx.xx.2023-cü il tarixli aktına və Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993- cü il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi 19 il 2 ay 9 gün, xx.xx.2006-cı il tarixindən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixindən vətəndaşın pensiya hüququnun yarandığı xx.xx.2023-cü-cü il tarixinədək olan 1 il 2 ay 8 gün əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 20 il 4 ay 17 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Adıçəkilən şəxsin 18823,31 manat (xx.xx.2006-cı il tarixinədək olan 19 il 2 ay 9 gün sığorta stajına uyğun olaraq 17774,28 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınm ş 1049,03 manat) pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. İddiaçı xx.xx.2006-cı il tarixindən 01,07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinəəsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının xx.xx.2023-cü il tarixli aktına və Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən vətəndaşın Cəlilabad rayonu “Bakı fəhləsi" şərab zavodunda xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti zamanı 1992-ci il tarixində 3 ay, 1993-cü il tarixində 1 ay, 1994-cü il tarixində 7 ay, 1995ci il tarixində 4 ay, 1996-cı il tarixində 6 ay, 1997-ci il tarixində 10 ay əmək haqqı hesablanmadığından həmin dövrlər və müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövr ümumilikdə 7 il 5 ay 25 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. - İşdə olan xx.xx.2023-cü il qarşılıqlı yoxlama aktına əsasən, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Cəlilabad rayonu “Bakı fəhləsi" şərab zavodunda işləməsi faktı yerində yoxlanmış, Cəlilabad rayonu Dövlət Arxivi tərəfindən verilmiş 73 saylı, xx.xx.2023-cü il tarixli arxiv arayışından olan əmək haqqları və əmrləri əmək haqqı və əmrlər kitabı ilə üzləşdirilmiş, Üzləşmə zamanı əmrlərdə və əmək haqqlarında kənarlaşma aşkar edilməmişdir. Aqrar İslahat Komissiyasının sənədləri arxivə təhvil verilmədiyi üçün xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün sənədlərini yoxlamaq mümkün olmadı. xx.xx.1992ci il tarixdən xx.xx.2002-ci ilədək İddiaçı “Bakı fəhləsi" şərab zavodunda işləməsinin (əmrləri) müəssisənin sənədləri arxivə təhvil verilmədiyi üçün yoxlamaq mümkün olmadı. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixdən, xx.xx.1997ci il tarixdən xx.xx.2002-ci ilədək “Bakı fəhləsi" şərab zavodunda işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən zavodun kadrlar üzrə müfəttişi, xx.xx.1991-ci il tarixdən zavodun kadrlar üzrə direktor müavini vəzifəsində işləmiş, xx.xx.1997-ci il tarixdən İslahat Komissiyasının yaradılması ilə əlaqədar olaraq zavod öz fəaliyyətini dayandırdığı üçün tutduğu vəzifədənazad edilmiş, xx.xx.1997-ci il tarixdən zavodun islahat komissiyasını ehtiyaclarını nəzərə alaraq yenidən kadrlar üzrə müfəttiş vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci il tarixdə kadrlar üzrə müfəttiş vəzifəsindən azad edilmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilən məlumat əsasında 2 saylı Lənkəran- Astara regional filialının xx.xx.2023-cü il tarixli aktına və Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993- cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmışdır. Lakin Fondun 2 saylı Lənkəran- Astara regional filialının xx.xx.2023-cü il tarixli aktına və Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən vətəndaşın Cəlilabad rayonu “Bakı fəhləsi" şərab zavodunda xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti zamanı 1992-ci il tarixində 3 ay, 1993-cü il tarixində 1 ay, 1994-cü il tarixində 7 ay, 1995ci il tarixində 4 ay, 1996-cı il tarixində 6 ay, 1997-ci il tarixində 10 ay əmək haqqı hesablanmadığından həmin dövrlər və müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövr ümumilikdə 7 il 5 ay 25 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Məhkəmə tərəfindən hesab edilir ki, hazırkı iş üzrə mübahisəli məsələ üzrə ümumilikdə xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixdən, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci ilədək “Bakı fəhləsi" şərab zavodunda iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixdən, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci ilədək “Bakı fəhləsi" şərab zavodunda işləməsi halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun “Bakı fəhləsi" şərab zavodunun mövcudluğu barədə sorğular göndərilmiş, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2-2425/01-3/2023 nömrəli məktubuna əsasən "Bakı fəhləsi” sovxozu 05 iyul 1996-cı il tarixindən 06 iyun 1997-ci il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Cəlilabad rayonu üzrə qeydiyyatda olmuşdur. "Bakı fəhləsi" ilkin şərab emalı zavodu isə 05 iyul 1999-cu il tarixində statistik vahidlərin Dövlət reyestrində ismayıllı rayonu üzrə qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3/2-9643/2023 nömrəli məktubuna əsasən, Cəlilabad rayonunda yerləşən "Bakı fəhləsi" şərab zavodu hüquqi şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyyatı üzrə Lənkəran bölgə şöbəsi tərəfindən 4 noyabr 1998-ci il tarixli 5/74 nömrəsi ilə qeydiyyata alınmış və təşkilati-hüquqi forması dəyişməmişdir. Cəlilabad rayon İcra Hakimiyyətinin Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-12RA/1-420 nömrəli arxiv arayışı göndərilərək "Bakı fəhləsi 4 nömrəli üzüm emalı" zavodunda 1992-1997-ci illər üzrə işləmiş İddiaçı iş stajı barədə illik əmək haqqları üzrə məbləğlər göstərilmiş, arayış üzrə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993- cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, 1997-ci ildə isə iyul ayı üçün əmək haqqı məbləği qeyd edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin zavodda işləməsi və əmək haqqı alması, o cümlədən zavodun fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə Cəlilabad rayonunda yerləşən "Bakı fəhləsi" şərab zavodu mövcud olmuş, iddiaçı Cəlilabad rayonunda yerləşən "Bakı fəhləsi" şərab zavodunda işləmiş və əmək haqqı almış, sadəcə olaraq Cəlilabad rayonunda yerləşən "Bakı fəhləsi" şərab zavodunun 1997-ci il tarixdən 2002-ci ilədək olan sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir, 1992-1997-ci illərin bütün aylarına dair sənədləri isə natamam aşkar edilmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi Cəlilabad rayonunda yerləşən "Bakı fəhləsi" şərab zavodunda işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixdən, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci ilədək “Bakı fəhləsi" şərab zavodunda işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixdən, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci ilədək “Bakı fəhləsi" şərab zavodunda işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə “Bakı fəhləsi" şərab zavodunun mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin zavod tərəfindən müəyyən dövr üçün zavoda məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair “Bakı fəhləsi" şərab zavoduna məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması zavodda işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Eyni zamanda cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları’’na əsasən İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci ilədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olunma əmrləri eyni xətt və eyni qələmlə yazılıb) həmin dövrün siğorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmadığını bildirmişdir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2023-cü il tarixdən), yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2991/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2991/2023
22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver