Məhkəmə qərarları › İş №2-1(120)-2999/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2999/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2999/2023 02.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ X18 Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “plan və ölçünün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, plan və ölçünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O göstərdiyi ünvanda yaşayır. Cəlilabad rayon Muğan kəndində 0,12 hektar torpaq sahəsi cavabdeh tərəfindən 05.fevral 2021-ci il tarixli, **********33 reyestr nömrəli Çıxarış xx.xx.2021-ci il tarixli AAN2590933 Torpaq sahəsinin plan və ölçüsü X4 tələbləri əsasında verilmişdir.Belə ki, Cəlilabad rayon aqrar Komissiyasının qərarı ilə 02 iyun 1998-ci il tarixdə X15 JN-332A KOD 80617018 nömrəli 0,11 ha şəhadətnamə verilmiş X10 verilmiş torpaq sahəsinin cizgi planı göstərilmişdir. Lakin bundan razı qalmayan X2 rayon Məhkəməsinə 11 iyun 2012-ci il tarixdə müraciət edərək İddiaçı qarşı zəbt olunmuş, JN-332A, KOD 80617018 Saylı şəhadətnaməsinə əsasən onun mülkiyyətinə verilmiş 0,11 ha torpaq sahəsinin üzərində inşa etdilmişqanunsuz tiklilərin cavabdeh tərəfindən sökülərək torpaq sahəsinin ilkin vəziyyətə qaytarılmasını, həmin torpaq sahəsini alınaraq X6 və ailəsinin çıxarılması tələbi ilə məhkəməyə iddia qaldırmışdır. Cəlilabad rayon məhkəməsi tərəfindən Əliabasın qaldırdığı iddia İş №2(073)-33- 1472/12 saylı hakim Mirələm Quliyev tərfindən iddia təmin edilməmişdir, (qətamənin surətini) idda ərizəsinə əlavə edilmişdir. X3 Şirvan İnzibati- İqtisadi məhkəməsində iddia tələbin dəyişdirərək Cavabdeh 8 saylı Ərazi idarəsinə qarşı JN-332A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və Cəlilabad rayon Svetlaya Zarya kənd X14 icraiyyə Komitəsi tərəfindən ona ayrılmış 0,12 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmazəmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədlərinin verilməsi öhtəliyyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi istəmiş, lakin Şirvan İnzibati-İqtisadi Məhkəməsinin inzibati iş üzrə qəbul edilmiş 12 iyul 2018-ci il tarixli, 21(086)-22/2018 nömrəli qətnamədə X13 iddasını təmin etməmişdir. dekabır 2018-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının hakimi X8 İş №2-1(106)454/2018 qərarındada iddianı dəyişdirmədən saxlayıb. Sonradan Azərbaycan Respublikasının Ali Məhkəməsində xx.xx.2019 saylı 2-1(102)-1383/2019 saylı qərarla Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-l(106)-454/2018 saylı iş üzrı 11 dekabır 2018-ci il tarixli qərarı ləğv edilərək işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şirvan Apelyasia Məhkəməsi tərəfindən verilmiş 16 yanvar 2020-ci il tarixli 2-l(106)-14/2020 saylı qərarda iddia qismən təmin edilərək, X13 iddia etdiyi 0,12 ha torpaq sahəsinə İddiaçı yaşadığı əraziyə **********33 reyestir nömrəli çıxarış Torpaq sahəsinin Plan və ölçüsü verilmişdir. 01 fevral 2022-ci il tarixdə X12 qərarı ilə 3-cü şəxs qismində məhkəməyə cəlb etmişdir. X1 Ceyran Ağaddin qızına qarşı Cəliabad Rayon Məhkəməsinə 21 oktyabır 2022-ci il tarixli 2(073)-533/2022 saylı qətnaməsi ilə Cavabdeh Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən **********33 reyestr nömrəli, 05 fevral 2021-ci il tarixli Çıxarışına əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən İddiaçı çıxarılmasına dair iddia tələb edərək Cəlilabad rayon Məhkəməsinin hakimi Elxan Əmrəliyev həmin iddianı təmin etmişdir. İddiaçı Cəlilabad rayon Məhkəməsindən 21 oktyabır 2022-ci il tarixli 2(073)- 533/2022 saylı qətnamədən narazı qalıb apelyasiya şikayət versə də, onun şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı Cəlilabad rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(073)-533/2022-ci il tarixli, 2(073)-533/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv olunmasını apellyasiya şikayətinin mümkün hesab edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdi. Cəlilabad rayon Məhkəməsi onun şikayətini təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apelasiya məhkəməsinə göndərilmişdir. Şiravan Apellyasya məhkəməsinin 10 mart 2023 tarixli qərarında onun şikayəti təmin olunmuşdur. İddiaçı, avabdeh Azərbaycan Respublikasının İqtisadiyycat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” göstərərək, iddia tələbi üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə ilkin müraciətinin olub-olmamasını araşdırmış,cavabdeh inzibati orqana ilkin müraciətin və (və ya) müraciətə cavab məktubunun təqdim edilməsinin zəruriliyini izah etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı “plan və ölçünün ləğv edilməsi” tələbi üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət ərizəsini və (və ya) imtina məktubunu təqdim edə bilmədi. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, İddiaçı tərəfindən plan və ölçünün ləğv edilməsi tələbi üzrə müraciətin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə daxil olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə baxılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda ilkin olaraq cavabdeh orqana müraciətin ünvanlanması və (və ya) cavabdeh orqanın imtina məktubu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqandan X15 0,12 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, **********33 nömrəli çıxarışın və xx.xx.2021ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsini tələb edir. Lakin iş materiallarından görünür ki, iddiaçının cavabdeh olaraq göstərdiyi inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə həmin tələb üzrə ünvanlanmış müraciəti və imtina məktubu yoxdur. İş üzrə məhkəmə icraatı çərçivəsində iddiaçıya cavabdehə müraciət məktubunun və (və ya) müraciətə cavab məktubunun təqdim edilməsi tələb edilmişdir.Lakin iddiaçı tərəfindən cavabdeh orqana müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, eyni zamanda bu faktla bağlı məhkəmə araşdırması zamanı hər hansı hal aşkar edilməmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandİrdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.1-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır, həmin qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır, həmin qərarın 10.1-ci bəndinə əsasən isə bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iddiaçı ilk öncə plan və ölçünün ləğv edilməsi tələbi üzrə ərizə və sənədlərlə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etməli, müraciətinə baxılmadığı və ya imtina edildiyi halda həmin iddia ilə məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdehAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə plan və ölçünün ləğv edilməsi barədə iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibatiProsessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq,Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “plan və ölçünün ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya İsrafilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar