Məhkəmə qərarları › İş №2-1(120)-3/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-3/2023 08.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, iddiaçı X1 cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı “Saatlı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamının qismən, onun icarəsinə verilmiş 28 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi hissəsində ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı X5 cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamının qismən, onun icarəsinə verilmiş 28 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Saatlı rayon İcra Hakimiyyəti başçısnın 06 oktyabr 2000-ci il tarixli sərancamı ilə qoyunçuluğu inkişaf etdirmək məqsədilə iddiaçıya Saatlı rayonunun 29 saylı qış otlaq sahəsindən 50 hektar torpaq sahəsi uzunmüddətli istifadə üçün ayrılmışdır. Daha sonra iddiaçının ərizəsi əsasında Saatlı rayon İcra Hakimiyyəti başçısının 03 oktyabr 2003-cü il tarixli sərancamı ilə ona ayrılmış 50 hektar torpaq sahəsinin 20 hektarı geri alınmışdır. 03 iyun 2009-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən ona qeyd edilən 30 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Qeyd edilən icarə müqaviləsi 13 dekabr 2010-cu il tarixdə X8 kitabında 267 nömrə ilə qeydə alınmışdır. Torpaq sahəsi iddiaçının istifadəsinə verildiyi gündən icarə haqlarını daim vaxtlı-vaxtında ödəyir və torpaq ona icarəyə verildiyi gündən bu günə kimi həmin ərazidə heyvandarlıqla məşğul olur. Bir müddət əvvəl "xxxx" MMC Saatlı rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin 28 hektarının Saatlı rayon İcra Hakimiyyəti Başçısının 31 may 2018-ci il tarixli 57 nömrəli sərancamı ilə 15 il müddətinə onların icarəsinə verildiyi və bu səbəbdən də iddiaçının həmin torpaqdan çıxarılmasını tələb etdilər. İddiaçıya torpaq sahəsinin icarəyə verilməsi barədə Saatlı rayon İcra Hakimiyyətinin başçısının 06 oktyabr 2000-ci il tarixli və 03 oktyabr 2003-cü il tarixli sərancamları və 03 iyun 2009-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləsi ləğv edilməmişdir. Belə olan halda ona icarəyə verilmiş torpaq sahəsinin yeni bir sərancamla başqa şəxslərə icarəyə verilməsi tamamilə qanuna ziddir və bu səbəbdən də Saatlı rayon İcra Hakimiyyəti başçısının 31 may 2018-ci il tarixli 57 nömrəli sərancamı qismən, onun icarəsinə verilmiş 28 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi hissəsində ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-743/2019 nömrəli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-743/2019 nömrəli qərardadı ilə iddia tələbinə “Saatlı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamının qismən, onun icarəsinə verilmiş 28 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi hissəsində ləğv edilməsi kimi baxılması” qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-743/2019 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, Saatlı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamı 28 hektar torpaq sahəsinin (İddiaçı icarəsinə verilmiş 30 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-743/2019 nömrəli qərarından cavabdeh Saatlı rayon İcra Hakimiyyəti tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(106)-500/2019 nömrəli qərarı ilə cavabdeh Saatlı rayon İcra Hakimiyyəti tərəfindən apelyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-743/2019 nömrəli qərarının ləğv edilməsi, iddiaçı X1 cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı “Saatlı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamının qismən, onun icarəsinə verilmiş 28 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi hissəsində ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(106)-500/2019 nömrəli qərarından iddiaçının vəkili tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(120)-494/2020 nömrəli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2-1(106)-500/2019 nömrəli qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qismən təmin olunması qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(106)-390/2020 nömrəli qərardadı ilə cavabdeh Saatlı rayon İcra Hakimiyyəti tərəfindən apelyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(086)-743/2019 nömrəli qərarının qismən ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-12/2021 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-12/2021 nömrəli qərardadı iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 13 yanvar 2023-cü il tarixli, 10/7747 nömrəli rəy verilərək inzibati iş məhkəməyə geri qaytarılmışdır. İddiaçı X3, cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də qismən əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti (iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi).Yəni cavabdeh inzibati orqanın əlverişsiz inzibati aktı (sərəncamı) iddiaçının mülkiyyət hüququna müdaxilə etmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan otuz gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Belə ki, məhkəmə tərəfindən 10 aprel 2019-cu il tarixdə Saatlı rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət edilərək 31 may 2018-ci il tarixli, 57 nömrəli sərəncamın iddiaçı X3 təqdim edilməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmənin müraciətinə (sorğusuna) cavab olaraq Saatlı rayon İcra Hakimiyyəti xx.xx.2019-cu il tarixli,01/780 nömrəli məktubunda bildirmişdir ki,... “rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərancamının İddiaçı aidiyyəti olmadığından və onun maraqlarına hər hansı mənada toxunmadığından bu sərancam tam əsaslı olaraq ona göndərilməmişdir”. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati aktını (sərəncamı) xx.xx.2018-ci il tarixdə qəbul etsə də, bu barədə “İnzibati İcraat haqqında” Qanunun (bundan sonra İİQ) 62.1-ci maddəsinə zidd olaraq, rəsmi qaydada iddiaçıya təqdim etməmiş, bununla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir (İİQ-nun 62.3-cü maddəsi). Müddətin axımı isə mübahisələndirən inzibati aktın təqdim olunduğu andan başlanılır. Beləliklə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt müddəti ötürməmişdir. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin (Saatlı rayon İcra Hakimiyyətinin) xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamının (28 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilməsi hissəsində) ləğv edilməsini xahiş edir. Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Saatlı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə qismən əsaslıdır. Belə ki, mübahisələndirilən Saatlı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamı 28 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilməsi hissəsində qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın (28 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilməsi hissəsində) ləğv edilməsini tələb etməkdə qismən haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan Saatlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 202 saylı sərəncamının surətindən görünür ki, Saatlı rayonunun 29 nömrəli qış otlaq sahəsindən 50 hektar Sabirabad rayonu, Moranlı kənd sakini İddiaçı şəxsi qoyunlarının baş sayını nəzərə almaqla qoyunçuluğu inkişaf etdirmək məqsədilə uzunmüddətli istifadə üçün verilmişdir. İş materialında olan Saatlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 161 saylı sərəncamının surətindən görünür ki, İddiaçı 29 nömrəli qış otlaq sahəsindən müvəqqəti istifadə üçün ayrılmış 50 hektar torpaq sahəsindən 20 hektar torpaq sahəsinin geri alınaraq əvvəlki vəziyyətinə qaytarılması qərara alınmışdır. İş materialında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2009-cu il tarixli, 264 nömrəli müqavilənin surətindən görünür ki, Saatlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 161 saylı sərəncamı əsasında 15 il müddətinə icarəyə verilmiş 30 hektar torpaq sahəsinə dair Saatlı Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında torpaq icarə müqaviləsi bağlanmışdır. İş materialında olan A 296780 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surərindən görünür ki, Saatlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 161 saylı sərəncamı və xx.xx.2009-cu il tarixli, 214 nömrəli torpaq icarə müqaviləsinə əsasən qoyunçuluğu inkişaf etdirmək məqsədi üçün İddiaçı 15 il müddətinə icarəyə verilmiş 300000,71 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş və X8 kitabında xx.xx.2010-cu il tarixdə 267 nömrə ilə uçota alınmışdır. İş materialında olan Saatlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamının surətindən görünür ki, Saatlı rayonunun dövlət qış otlaq sahəsindən əlavə olaraq 137 hektar torpaq sahəsi davarların baş sayı nəzərə alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qoyunçuluğu inkişaf etdirmək məqsədilə müvəqqəti (15 ilədək) icarəyə verilməsi və onunla icarə müqaviləsinin bağlanması qərara alınmışdır. İş materialında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Saatlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamı və xx.xx.2018-ci il tarixli, 04 nömrəli icarə müqaviləsinə əsasən Saatlı rayonu, Simada kəndi yaxınlığında dövlət qış otlaq sahəsi adlanan ərazidə yerləşən 28 hektar torpaq sahəsinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(120)-494/2020 nömrəli qərarının əsaslandırıcı hissəsində aşağıdakılar qeyd edilmişdir: İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçıya ayrılmış 30 hektardan ibarət torpaq sahəsinin 28 hektarının üçüncü şəxsə ayılması qərara alınmış 137 ha torpaq sahəsinin daxilində olub-olmadığı, daxil olduğu təqdirdə isə torpaq ayrılmazdan əvvəl iddiaçı ilə 2009-cu ildə 15 il müddətinə bağlanmış icarə müqaviləsinin mülki və torpaq qanunvericiliyinin tələblərinə riayət edilməklə ləğv edilib-edilmədiyi, iddiaçı tərəfindən bu müddət ərzində icarə müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilib-yetirilmədiyi, torpaqdan təyinatı üzrə istifadə edilib-edilməməsi (müvafiq sayda davar saxlanılması, torpaqdan yalnız bu məqsədlə istifadə edilməsi), həmçinin Saatlı rayon İcra Hakimiyyəti başçısının 06 oktyabr 2000-ci il tarixli sərəncamı verildikdən sonra iddiaçı ilə həmin sərəncamda qeyd edildiyi kimi icarə müqaviləsinin bağlanmaması səbəbləri, müqavilə bağlanmasa da bu müddət ərzində iddiaçının torpaqdan razılaşdırılmış istifadə haqqını ödəyib-ödəmədiyi araşdırılmalı, buna dair zəruri sübutlar əldə edilərək qiymətləndirilməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(106)-390/2020 nömrəli qərardadının əsaslandırma hissəsində aşağıdakılar qeyd edilmişdir: İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçıya ayrılmış 30 hektardan ibarət torpaq sahəsinin 28 hektarının, üçüncü şəxsə ayılması qərara alınmış 137 ha torpaq sahəsinin daxilində olub-olmadığı, bununla yanaşı, iddiaçı ilə 2009-cu ildə 15 il müddətinə bağlanmış icarə müqaviləsinin qüvvədə olub-olmaması, yaxud ondan əvvəl icarə münasibətlərinə xitam verilib-verilməməsi, icarəçi tərəfindən icarə müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilib-yetirilmədiyi, torpaqdan təyinatı üzrə istifadə edilibedilməməsi (müvafiq sayda davar saxlanılması, torpaqdan yalnız bu məqsədlə istifadə edilməsi), Saatlı rayon İcra Hakimiyyəti başçısının 06 oktyabr 2000-ci il tarixli sərəncamı verildikdən sonra iddiaçı ilə icarə müqaviləsinin bağlanılıbbağlanılmaması, bağlanılmadığı halda bunun səbəbləri, müqavilə bağlanmasa da bu müddət ərzində iddiaçının torpaqdan razılaşdırılmış istifadə haqqını ödəyib-ödəmədiyi araşdırılmalı, buna dair zəruri sübutlar əldə edilərək qiymətləndirilməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir. İş materialında olan Azərbaycan Respublikası Mərkəzi Bankının Sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlərin reyestrinə daxil olmuş X4 tərəfindən hazırlanmış iqtisadi gəlirin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli, 014 nömrəli rəydən görünür ki, tədqiqatın nəticəsi olaraq qoyunçuluq təsərrüfatı ilə adi mülki dövriyyə şəraitində əldə edilən xalis gəlirlərin (vergi və s. xərclər çıxılmaqla) orta illik məbləği təxminən 25 000 (iyirmi beş min) – 30 000 (otuz min) manat arası dəyişir. İş materialında olan müxtəlif tarixli (2009-2017-ci il) ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı icarə haqqı və torpaq vergisi ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, **********977900 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin torpaq icarə haqqı barədə xx.xx.2023-cü il tarixli 2-1(120)- 3/2023-cü il tarixli müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli 2305010U79606600 nömrəli) 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 161 saylı sərəncamına əsasən xx.xx.2003-cü il tarixdən xx.xx.2018ci il tarixədək olan dövr üçün 30,0 torpaq sahəsinə görə bağlanmış xx.xx.2009-cu il tarixli 264 nömrəli icarə müqaviləsinə əsasən vergi ödəyicisi X3 (VÖEN **********) torpaq icarə haqqına nəzarətin vergi orqanlarına verildiyi xx.xx.2006-cı il tarixdən icarə müqaviləsinin başa çatdığı xx.xx.2018-ci il tarixədək 642,91 manat torpaq icarə haqqı hesablanmışdır. Vergi ödəyicisi X5 tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət büdcəsinə 804,40 manat torpaq icarə haqqı ödənilmişdir. Əlavə olaraq bildiririk ki, vergi orqanında Saatlı rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə 50,0 ha torpaq sahəsinin ayrılması barədə məlumat yoxdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7747 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Qərardadın birinci sualı üzrə: Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 161 nömrəli sərəncamı və 03.006.2009-cu il tarixli 214 nömrəli torpaq icarə müqaviləsinə əsasən qoyunçuluğu inkişaf etdirmək məqsədilə İddiaçı 15 il müddətinə icarəyə verilmiş 30.71 ha torpaq sahəsi, Saatlı rayonu İnzibati ərazisində yerləşən Dövlət mülkiyyətində saxlanılan kənd təsərrüfatı təyinatlı 25 və 29 №-li qış otlaq sahələrinə aid torpaq sahəsindən ayrılmışdır. Qərardadın ikinci sualı üzrə: Sözügedən mübahisəli torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi və həmin torpaq sahəsi Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə qoyunçuluğu inkişaf etdirmək üçün ayrılmış 137 ha və digər sərəncamla "xxxx" MMC-yə ayrılmış 1844 ha torpaq sahəsinin hüdudları daxilindədir və faktiki olaraq İddiaçı və ailə üzvləri tərəfindən 38.6 hektarı istifadə olunur. Qərardadın üçüncü sualı üzrə: Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 161 nömrəli sərəncamı və xx.xx.2009-cu il tarixli 214 nömrəli torpaq icarə müqaviləsinə əsasən qoyunçuluğu inkişaf etdirmək məqsədilə İddiaçı 15 il müddətinə icarəyə verilmiş 30.71 ha torpaq sahəsi Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə qoyunçuluğu inkişaf etdirmək üçün ayrılmış 137 ha və digər sərəncamla ayrılmış 1844 ha torpaq sahəsi həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********98 olan Seriya RX ******* çıxarışla "xxxx" MMC-nin icarə hüququ qeydə alınmış 28 ha torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı icarəsində olan torpaq sahəsinin 28 hektarı Saatlı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilişdir. Yəni icarə müddəti bitməmiş (xx.xx.2009-cu il tarixdən etibarən 15 il) cavabdeh tərəfindən mübahisələndirilən inzibati aktla (xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamla) iddiaçının sözügedən torpaq sahəsindən 28 hektarı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmişdir. Saatlı rayon İcra Hakimiyyətindən məhkəməyə daxil olan xx.xx.2019-cu il tarixli, 01/780 nömrəli məktubunda göstərilmişdir ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərancamının İddiaçı aidiyyəti olmadığından və onun maraqlarına hər hansı mənada toxunmadığından bu sərancam tam əsaslı olaraq ona göndərilməmişdir. Halbuki, torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2009-cu il tarixli, 264 nömrəli müqavilədən görünür ki, Saatlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 161 saylı sərəncamı əsasında 15 il müddətinə icarəyə verilmiş 30 hektar torpaq sahəsinə dair Saatlı Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında torpaq icarə müqaviləsi bağlanmışdır. Eyni zamanda iş materialında olan A 296780 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Saatlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 161 saylı sərəncamı və xx.xx.2009-cu il tarixli, 214 nömrəli torpaq icarə müqaviləsinə əsasən qoyunçuluğu inkişaf etdirmək məqsədi üçün İddiaçı 15 il müddətinə icarəyə verilmiş 300000,71 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş və X8 kitabında xx.xx.2010-cu il tarixdə 267 nömrə ilə uçota alınmışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı dövlət mülkiyyətində olan torpaqdan icarə müqaviləsi əsasında istifadə etdiyi üçün icarə haqqı və torpaq vergisi ödəmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Məhkəmə qeyd etməlidir ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin mübahisələndirilən inzibati aktda istinad olunan digər normaları(torpaq sahəsindən təyinatı üzrə istifadə etməmə və s.) üzrə də iddiaçının torpaq sahəsi üzərində olan hüququna xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinin bilavasitə cavabdehdə olması,həmin Məcəlləsinin 73 və 75-ci maddələrindən,eləcə də ”Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli,291 nömrəli Fərmanından görünmür. Çünki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdriyyəti tərəfindən,11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət,istifadə və icarə hüququna məhkəmə,daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazirki işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir (hazırki işdə mübahisəli torpaq sahəsindən dövlət ehtiyacları üçün alınması halı da yoxdur). Eyni zamanda,tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 214 nömrəli icarə müqaviləsinin 2.14-cü bəndinə görə “tərəflərlərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir.Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır...” Mülki Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Beləliklə, sadalanan normalara əsasən cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə iddiaçının torpaq üzərində olan müvafiq hüququna xitam verilməsi, habelə bağlanmış icarə müqaviləsinin etibarsızlığının müəyyən edilməsi üçün iqtisadi mübahisə kimi (İddiaçı vergi ödəyicisidir) işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmadan (hüquqi nəticə əldə edilmədən) səlahiyyətlə bağlı qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Belə olan halda isə mübahisələndirilən inzibati akt müvafiq səlahiyyətə malik olmayan inzibati orqan tərəfindən qəbul edilmiş sayılır ki, bu hal da özü-özlüyündə həmin inzibati aktın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. İİQ-nun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləlilkə, iddia qismən təmin edilməli, Saatlı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamı 28 hektar torpaq sahəsinin (İddiaçı icarəsinə verilmiş 28 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilməsi hissəsində ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ekspert rəyinin verilməsi üçün aparılmış tətqiqatın dəyəri cavabdeh Saatlı rayon İcra Hakimiyyətindən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Saatlı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamı 28 hektar torpaq sahəsinin (İddiaçı icarəsinə verilmiş 28 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilməsi hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Saatlı rayon İcra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar