Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3/2024 23.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçılar İddiaçı, X3, X4, X5 və X6 cavabdeh İmişli rayon Xoşçobanlı bələdiyyəsinə qarşı “İddiaçı 5 hektar göl sahəsinin 40 il müddətinə verilməsi barədə xx.xx.2002-ci il tarixli, 02 nömrəli, X7 3 hektar göl sahəsinin 15 il müddətinə verilməsi barədə xx.xx.2007ci il tarixli, 10 nömrəli, X8 2 hektar göl sahəsinin 50 il müddətinə verilməsi barədə xx.xx.2007-ci il tarixli, 28 nömrəli, X9 3,70 hektar göl sahəsinin 25 il müddətinə və 10 hektar göl sahəsinin 50 il müddətinə verilməsi barədə xx.xx.2005-ci il tarixli, 9 nömrəli və xx.xx.2007-ci il tarixli, 27 nömrəli və X10 2 hektar göl sahəsinin 70 il müddətinə verilməsi barədə xx.xx.2007-ci il tarixli, 03 nömrəli qərarlarının ləğv edilməsi barədə İmişli rayon Xoşçobanlı bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və göl sahəsi üzərində istifadə hüquqlarının bərpa edilməsi” tələbinə dair işə məhkəmənin binasında baxaraq, m üə y y ə n e t d i m: İddiaçılar İddiaçı, X3, X4, X5 və X6 cavabdeh İmişli rayon Xoşçobanlı bələdiyyəsinə qarşı “İddiaçı 5 hektar göl sahəsinin 40 il müddətinə verilməsi barədə xx.xx.2002-ci il tarixli, 02 nömrəli, X7 3 hektar göl sahəsinin 15 il müddətinə verilməsi barədə xx.xx.2007ci il tarixli, 10 nömrəli, X8 2 hektar göl sahəsinin 50 il müddətinə verilməsi barədə xx.xx.2007-ci il tarixli, 28 nömrəli, X9 3,70 hektar göl sahəsinin 25 il müddətinə və 10 hektar göl sahəsinin 50 il müddətinə verilməsi barədə xx.xx.2005-ci il tarixli, 9 nömrəli və xx.xx.2007-ci il tarixli, 27 nömrəli və X10 2 hektar göl sahəsinin 70 il müddətinə verilməsi barədə xx.xx.2007-ci il tarixli, 03 nömrəli qərarlarının ləğv edilməsi barədə İmişli rayon Xoşçobanlı bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və göl sahəsi üzərində istifadə hüquqlarının bərpa edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(086)-2558/2019 saylı qərardadı ilə X11 və İmişli Regional Ədliyyə İdarəsi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2-1(120)-31/2021 saylı qərardadı ilə X2 üçüncü şəxs sırasından çıxarılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2-1(120)-31/2021 saylı qərardadı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2-1(120)-159/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli, **********32 nömrəli məktubda göstərilmişdir ki, tədqiqat obyektinə baxış keçirilərək mütəxəssis rəyi hazırlanmışdır, lakin mütəxəssis rəyinin məhkəməyə göndərilməsi, təqdim olunmuş smetada nəzərdə tutulan 792,90 manat xidmət haqqının ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim ediləcəyi təqdirdə, mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli **********32 nömrəli məktubuna əlavə olunmuş 06/02/67 nömrəli smetanın və bank rekvizitlərini əks etdirən cədvəlin surətlərini proses iştirakçılarına göndərərək, xidmət haqqını ödəməyə razı olub-olmadığınızı 10 gün müddətində Şirvan İnzibati Məhkəməsinə yazılı şəkildə bildirməsi xahiş olunmuşdur. İddiaçılar məhkəməyə ərizə göndərərək bildirmişdirlər ki, İddiaçı, X3, X4, X6 xidmət haqqını ödəmək istəmişdirlər. Lakin digər iddiaçı X5 isə xidmət haqqını ödəməkdən imtina etmişdir. Ən çox torpaq sahəsinin X5 istifadəsində olduğundan və xidmət haqqının böyük hissəsinin onun üzərinə düşdüyündən, ərizənin nəzərə alınması və köməklik göstərilməsi xahiş olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli **********32 nömrəli məktubuna əlavə olunmuş 06/02/67 nömrəli smetanın və bank rekvizitlərini əks etdirən cədvəlin surətlərini xx.xx.2023-cü il tarixli, 2-1(120)-10/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(120)-10/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(120)-3/2024 nömrəli məktubları proses iştirakçılarına göndərərək, xərc ödənilməməsinin nəticələri izah edilmiş, lakin iddiaçı tərəfindən müvafiq ödəniş edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Qeyd olunan halhazırki iddia ilə bağlı iddiaçıların hüquqi marağının olmadığını deməyə əsas verir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının iddia üzrə hüquqi marağının olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, Qəraraaldım: İddiaçılar İddiaçı, X3, X4, X5 və X6 cavabdeh İmişli rayon Xoşçobanlı bələdiyyəsinə qarşı “İddiaçı 5 hektar göl sahəsinin 40 il müddətinə verilməsi barədə xx.xx.2002-ci il tarixli, 02 nömrəli, X7 3 hektar göl sahəsinin 15 il müddətinə verilməsi barədə xx.xx.2007ci il tarixli, 10 nömrəli, X8 2 hektar göl sahəsinin 50 il müddətinə verilməsi barədə xx.xx.2007-ci il tarixli, 28 nömrəli, X9 3,70 hektar göl sahəsinin 25 il müddətinə və 10 hektar göl sahəsinin 50 il müddətinə verilməsi barədə xx.xx.2005-ci il tarixli, 9 nömrəli və xx.xx.2007-ci il tarixli, 27 nömrəli və X10 2 hektar göl sahəsinin 70 il müddətinə verilməsi barədə xx.xx.2007-ci il tarixli, 03 nömrəli qərarlarının ləğv edilməsi barədə İmişli rayon Xoşçobanlı bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və göl sahəsi üzərində istifadə hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-3/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3/2024
23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver