Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3/2025 12.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 0,0075 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 0,0075 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə X5, Salyan Rayon İcra Hakimiyyəti, Salyan bələdiyyəsi və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan bələdiyyəsinin 14 avqust 2006-cı il tarixli 261 saylı qərarı ilə ona 75 kv.m torpaq sahəsi satılmışdır. Daha sonra Salyan bələdiyyəsi ilə aralarında alqı-satqı aparılmış və bu barədə ona müvafiq aktda verilmişdir. Torpaq sahəsinin alınmasına görə müvafiq məbləğdə bələdiyyənin hesabına ödənilmişdir. Aldığı torpaq sahəsi ilə bağlı ona müvafiq akt, torpaq sahəsinin planı da verilmişdir. Qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etsə də, ona ünvanlanmış 22 may 2020-ci il tarixli məktubda qeyd edilən torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir. İnzibati orqan kimi DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş imtina əsassızdır və mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozur. Ona verilmiş torpaq sahəsi tam qanuni əsaslarla verilmiş və qeyd edilən torpaq sahəsi üzərində yerləşən tikiliyə dair X14 ilə arasında alqı-satqı olmuşdur. Bu səbəbdən də inzibati orqanın verdiyi imtina tamamilə əsassız və qanunsuzdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin, üçüncü şəxslər X2, Salyan Rayon İcra Hakimiyyətinin, Salyan bələdiyyəsinin və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”ın nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialında olan Salyan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 261 nömrəli qərarının surətindən görünür ki, Salyan şəhər sakini İddiaçı şəhərin E.İmanov xüçəsinin başlanğıcında, küçənin şimalında, bələdiyyə mülkiyyəti torpağında, özünə məxsus mağazanın altındakı 75 kv.m ölçüdə torpaq sahəsi satılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında olan 1 mərtəbəli, ümumi sahəsi 147,1 kv.m qeyri yaşayış binası X10 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında olan 1 mərtəbəli, ümumi sahəsi 147,1 kv.m qeyri yaşayış binası X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli qeyri-yaşayış binasının bağışlama müqaviləsinin surətindən görünür ki, X13 ƏMDK yanında DƏDRX-nin 13 saylı Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli **********57-06301 saylı daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydə alınmış RX № ******* saylı dövlət reyestrindən çıxarışına və həmin idarənin xx.xx.2013-cü il tarixli 9965 saylı arayışına əsasən ünvan 4 ünvanda yerləşən, istifadəsindəki 0,01751 ha. torpaq sahəsi üzərindəki, tikintialtı sahəsi 175,1 kvm-dən, ümumi sahəsi 147,1 kv.m-dən ibarət, bir (l) mərtəbəli qeyri-yaşayış binasını arvadı X3 əvəzsiz olaraq bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında olan 1 mərtəbəli, ümumi sahəsi 147,1 kv.m qeyri yaşayış binası X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, **********04 nömrəli məktubundan görünür ki, ərizədə qeyd olunan torpaq sahəsi üzərində Salyan rayon kooperativ cəmiyyətinə məxsus olmuş 71 saylı mağaza vardır və həmin mağaza X9 xx.xx.2004-cü il tarixli qərarı ilə X1, xx.xx.2004-cü il tarixdə alıcı ilə satıcı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsi elektron məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid edilməklə uçota alınmışdır. Məlumat üçün bildiririk ki, Torpaq Məcəlləsinin 46.1-ci maddəsinə görə dövlət obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aiddir. O cümlədən, 2012-ci ildə qeyd olunan daşınmaz əmlak üzərində X10 mülkiyyət hüququnun qeydiyyatı aparılmış və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2-1(120)-1152/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “ünvan 6 ünvanında yerləşən 0,0075 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli, 10/4846 nömrəli məktubu ilə iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2-1(120)-85/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “ünvan 6 ünvanında yerləşən 0,0075 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2022-ci il tarixli, 10/1548 nömrəli məktubu ilə iş üzrə materiallar icrasız geri qaytarılmışdır. X4 xx.xx.2022-ci il tarixli, 09 nömrəli mütəxəssis rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Salyan rayonu Salyan bələdiyyəsinin 14 avqust 2006-cı il tarixli, 261 nömrəli qərarına əsasən İddiaçı satılmış ünvan 6 ünvanında yerləşən 0.0075 ha torpaq sahəsinin və X9 xx.xx.2004-cü il tarixli qərarı və xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X1, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli çıxarışa əsasən X10 adına qeydiyyata alınan və hazırda seriya RX ******* nömrəli, xx.xx.2014- cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 0.0175 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edildi. Həmin koordinatlar rəyin tədqiqat hissəsində göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Təqdim olunmuş sənədlərə, o cümlədən Salyan bələdiyyəsinin 14 avqust 2006- cı il tarixli, 261 nömrəli qərarına, 11 avqust 2006-cı il tarixli və 12 avqust 2006-cı il tarixli aktlara, torpaq sahəsinin planına və Salyan bələdiyyəsinin sədri S.C.Cəfərovun 18 avqust 2021-ci il tarixli 558 saylı məktubuna əsasən, İddiaçı məxsus Salyan şəhəri, E.İmanov küçəsinin başlanğıcında, küçənin şimalında (hazırda ünvan 6 ünvanı kimi qeydə alınmışdır) yerləşən mağazanın altındakı 75 kv.m (0.0075 ha) ölçüdə torpaq sahəsinin xx.xx.2004-cü ildə, yəni torpaq sahəsinin ayrıldığı tarixdə bələdiyyə mülkiyyətində olduğu müəyyən edilir. Hal-hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda X2 mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0.0175 ha torpaq sahəsinin istifadədə olmaqla dövlət mülkiyyətində olduğu qeyd olunmuşdur. Lakin, X9 xx.xx.2004-cü il tarixli qərarı və xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X1, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli çıxarışa əsasən X10 adına qeydiyyata alınan və hazırda X2 mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0.0175 ha torpaq sahəsinin bir hissəsinin Salyan bələdiyyəsinin 14 avqust 2006-cı il tarixli, 261 nömrəli qərarı ilə İddiaçı məxsus mağazanın altındakı 75 kv.m (0.0075 ha) ölçüdə torpaq sahəsinin olduğu nəzərə alınaraq, 0.0175 ha torpaq sahəsinin 75 kv.m (0.0075 ha) ölçüdə olan hissəsinin bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilir. Hər iki torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” təyinatlıdır. Qərardadın üçüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş sənədləri və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Salyan rayonu Salyan bələdiyyəsinin 14 avqust 2006-cı il tarixli, 261 nömrəli qərarına əsasən İddiaçı satılmış Salyan şəhəri, E.İmanov küçəsinin başlanğıcında, küçənin şimalında (hazırda ünvan 6 ünvanı kimi qeydə alınmışdır) yerləşən 75 kv.m (0.0075 ha) ölçüdə torpaq sahəsi ilə X9 xx.xx.2004-cü il tarixli qərarı və xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X1, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli çıxarışa əsasən X10 adına qeydiyyata alınan və hazırda seriya RX ******* nömrəli, xx.xx.2014- cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 0.0175 ha torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində olmaqla üst-üstə düşdüyü müəyyən edilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/436 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İddiaçı Salyan bələdiyyəsinin 14 avqust 2006-ci il tarixli 261 nömrəli qərarına əsasən ayrılan 0.0075 faktiki isə iddia olunan 0.0081 ha və cavabdeh X2 faktiki istifadəsində olan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binalarının döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İddiaçı Salyan bələdiyyəsinin 14 avqust 2006-ci il tarixli 261 nömrəli qərarına əsasən ayrılan 0.0075 faktiki isə iddia olunan 0.0081 ha torpaq sahəsi hal-hazırda elektron kadastr baza məlumatlarına əsasən Reyestr nömrəsi **********57-06301 olan Çıxarışa əsasən X2 mülkiyyətində olan 0.0157 ha qeyri-yaşayış binası və qeyri-yaşayış binasının yerləşdiyi Dövlət mülkiyətinə aid olan torpaq sahəsidir. Reyestr nömrəsi **********57-06301 olan Çıxarışa əsasən X2 mülkiyyətində olan 0.0157 ha qeyri-yaşayış binası və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla Dövlət mülkiyyətində olan torpaq sahəsidir. Mübahisəli olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin xx.xx.2004-cü və 14 avqust 2006-ci illərdə dövlət və ya bələdiyyə mülkiyyətinə aid olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: Salyan rayonu Salyan bələdiyyəsinin 14 avqust 2006-ci il tarixli 261 nömrəli qərarına əsasf İddiaçı satılmış torpaq sahəsi 0.0075 ha faktiki vəziyyətə görə və iddia olunan torpaq sahəsi 0.0081 ha-dır. Qərardadın dördüncü və beşinci sualları üzrə: İddiaçı iddia etdiyi 0.0081 ha torpaq sahəsi xx.xx.2014-cü il qeydiyyat tarixli **********6 qeydiyyat nömrəli Reyestr nömrəsi **********57-06301 olan çıxarışa əsasən X2 mülkiyyətində olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0.0175 ha Dövlət mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-1445/2025 nömrəli mütəxəssis rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyindən aşağıdakılar bildirilir:
1. İddiaçı, Salyan bələdiyyəsinin 14 avqust 2006-cı il tarixli, 261 nömrəli qərarına əsasən ayrlılan 0.0075 ha, faktiki isə iddia olunan 0.0081 ha və cavabdeh X2 faktiki istifadəsində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binalarının döngə nöqtələrinin koordinatları GPS aləti vastəsilə müəyyən edildi.
2. İddiaçı. Salyan bələdiyyəsinin 14 avqust 2006-cı il tarixli, 261 nömrəli qərarına əsasən ayrlılan 0.0075 ha, faktiki isə iddia olunan 0.0081 ha torpaq sahəsi, hal-hazırda elektron kadastr baza məlumatlarına əsasən, Reyestr nömrəsi **********57-06301 olan Çıxarışa əsasən X2 mülkiyyətində olan 0.0157 ha qeyri-yaşayış binası və qeyri-yaşayış binasının yerləşdiyi, Dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Reyestr nömrəsi **********57-06301 olan Çıxarışa əsasən X2 mülkiyyətində olan 0.0157 ha qeyriyaşayış birası və qeyri- yaşayış binasının yerləşdiyi torpaq sahəsi “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, Dövlət mülkiyyətində olan torpaq sahəsidir. Mühahisəli olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 02 08 2004- cü və 14 avqust 2006-cı illərdə dövlət və ya bələdiyyə mülkiyyətinə aid olub olmamasını müəyyən etmək mümkün olmamışdır.
3. Salyan rayonu, Salyan bələdiyyəsinin 14 avqust 2006-cı il tarixli, 261 nömrəli qərarına əsasən İddiaçıa satılmış torpaq sahəsi 0.0075 ha. faktiki vəziyyətə görə isə iddia olunan torpaq sahəsi 0.0081 ha dır.
3. İddiaçı iddia etdiyi 0.0081 ha torpaq sahəsi, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Reyestr nömrəsi **********57-06301 olan Çıxarışa əsasən X2 mülkiyyətində olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0.0175 ha Dövlət mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür.
4. İşin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair hallar mövcud deyil.
Əsaslandırma hissəsi:
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçıların iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı ünvan 1 ünvanında yerləşən 0,0075 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsini məhkəmədən xahiş edirlər. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı iddia etdiyi ünvan 1 ünvanında yerləşən 0,0075 ha torpaq sahəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/436 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir və rəyə əsasən İddiaçı iddia etdiyi 0.0081 ha torpaq sahəsi xx.xx.2014-cü il qeydiyyat tarixli **********6 qeydiyyat nömrəli Reyestr nömrəsi **********57-06301 olan çıxarışa əsasən X2 mülkiyyətində olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0.0175 ha Dövlət mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. Eləcə də, iş materiallarına əsasən torpaq sahəsi , X9 xx.xx.2004-cü il tarixli qərarı və xx.xx.2004-cü il tarixli alqısatqı müqaviləsi əsasında X1, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli çıxarışa əsasən qanun üzrə vərəsəlik üzrə oğlu X8 adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə Xalıq Əsgərov tərəfindən X3 bağışlanılmış və sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış təqdim edilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən iddia edilsə də, iddiaçıya satıldığı 2006-cı il tarixindən əvvəlki dövrdən artıq digər şəxsin istifadəsinə verildiyi və elektron kadastr baza məlumatlarına əsasən Dövlət mülkiyətinə aid olan torpaq sahəsi olduğu müəyyən olunur. X2 istifadəsində olan torpaq sahəsi və üzrəində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin ləğv edilmədiyi və hal-hazırda da qüvvədə olduğu müəyyən edilir. Məhkəmənin qənaətinə görə mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları qeydə alındığından və qeydə alınma üçün əsas olan hüquqmüəyyənedici sənədlər qüvvədə olduğundan həmin ərazinin tələb üzrə iddiaçının adına qeydə alınması qanunazidd olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 0,0075 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 0,0075 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim: Hilal Nəcəfov