Məhkəmə qərarları › İş №2-1(120)-30/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-30/2023

27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-30/2023 27.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 27 fevral 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu, Nizami kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərardadları ilə X11, Sabirabad rayonu Nizami Bələdiyyəsi və X8 və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayon Nizami Bələdiyyəsinin 10 yanvar 2013-cü il tarixli 01 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsinin mülkiyyətinə ayrılması qərara alınmışdır. Daha sonra Sabirabad rayon Nizami Bələdiyyəsi ilə aralarında alqı-satqı aparılmış və bu barədə ona müvafıq Aktda verilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, torpaq sahəsinin alınmasına görə müvafıq məbləğdə bələdiyyənin hesabına pul ödənilmişdir. Bundan əlavə bildirmək istəyir ki, aldığı torpaq sahəsi ilə bağlı ona müvafıq akt, torpaq sahəsinin planı da verilmişdir. O, qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etsə də, ona ünvanlanmış 21 iyul 2020-ci il tarixli məktubda qeyd edilən torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir. Qeyd etmək istəyir ki, inzibati orqan kimi DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfındən verilmiş imtina əsassızdır və mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozur. Ona verilmiş torpaq sahəsi ona tam qanuni əsaslarla verilmişdir. Bu səbəbdən də hesab edir ki, inzibati orqanın verdiyi imtina tamamilə əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qeyd olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaqların tərkib hissəsi olan ictimai və yaşayış tikinti massivlərinə aid edilməmiş (KPİ), kənd təsərrüfatına xidmət edən istehsal obyektlərinin və anbar tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 3-cü bəndi kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə istifadəyə və icarəyə verilməsini nəzərdə tutmuşdur. Eyni zamanda bildirirlər ki, Sabirabad rayon Nizami bələdiyyəsi İddiaçı torpaq sahəsinin ayrılması barədə xx.xx.2013-cü il tarixdə qərar qəbul etmişdir ki, bu da Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” xx.xx.2007-ci il tarixli, 466-İİİ QD saylı Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2007-ci il tarixli, 271 saylı Sərancamından irəli gələn tələblərə cavab vermir. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Sözügedən Qanunun 01 dekabr 2007-ci il tarixdən öz qanuni qüvvəsini aldığı üçün həmin tarixdən bələdiyyələrin bu sahədə fəaliyyəti dayandırılmışdır. Buna görə də bələdiyyə və digər aidiyyəti orqanlar tərəfindən aparılan sənədləşmə işləri xx.xx.2007-ci il tarixinədək hazırlanıb başa çatdırılmalı idi. Odur ki, iddiaçının təqdim etdiyi sənədlərin mövcudluğu qanunvericiliyin tələblərinə uyğun olmaması səbəbindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmuəyyənedicı sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və üçüncü şəxs X8 gəlmiş, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və üçüncü şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X6 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin “Sabirabad rayonu, Nizami kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” ilə bağlı xx.xx.2020-ci il tarixli müraciətinizə 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 1 saylı iclas protokolundan çıxarış ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış 0.12 ha torpaq sahəsi Bələdiyyə mülkiyyətinə verilmiş torpaqların Yerquruluşu planında ictimai tikililərin ərazisi kimi göstərilmişdir. Qeyd olunan torpaq sahəsinə dair təqdim olunan sənədlər araşdırılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsi bələdiyyənin kənd təsərrüfatına yararlı torpaqlarının tərkib hissəsi olan ictimai və yaşayış tikinti massivlərinə aid edilməmiş (KPİ), kənd təsərrüfatına xidmət edən istehsal obyektlərinin və anbar tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında’’ Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 3-cü bəndi kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə istifadəyə və icarəyə verilməsini nəzərdə tutur. Eyni zamanda tərəfinizdən qeydiyyat üçün zəruri olan Sabirabad rayon Nizami bələdiyyəsinin torpaq sahəsinə dair mülkiyyət hüququnuzun dövlət qeydiyyatına almmasına dair razılıq məktubu təqdim edilməmişdir. O cümlədən, sözügedən torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vahid daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatını aparan orqandır. Torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər tərəfinizdən təqdim edilməmiş və bu səbəbdən daşınmaz əmlakın tam ekspertizası mümkün olmamışdır. Yuxarıda göstərilən səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətlərinizin icrasından imtina edilir. İş materiallarında olan Sabirabad rayon Nizami Bələdiyyəsinin 10 yanvar 2013-cü il tarixli, 01 saylı iclas protokolundan Çıxarışdan görünür ki, Nizami bələdiyyəsi Nizami kənd sakini İddiaçı ərizəsini nəzərə alaraq ona fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsini onun mülkiyyətinə ayırmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Nağd ödəniş üçün qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Nizami Bələdiyyəsinə 350 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Nağd ödəniş üçün qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Nizami Bələdiyyəsinə 10 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarına əlavə olunmuş torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Sabirabad rayon Nizami kənd sakini İddiaçı tərəfindən Nizami Bələdiyyəsinə 10 yanvar 2013-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Nizami bələdiyyəsi ərazisində 0,12 ha torpaq sahəsinin satılması barədə 29 may 2014-cü il tarixli, 06 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsinin rəyindən görünür ki, Sabirabad rayon Nizami Bələdiyyəsinin ərazisindən Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olan İddiaçı xüsusi mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün 0,12 hektar torpaq sahəsinin satılması ilə bağlı Sabirabad rayon Nizami Bələdiyyəsi xx.xx.2013-cü il tarixli, 01 saylı iclasında qərar qəbul etmişdir. Satılması nəzərdə tutulan fərdi yaşayış evinin tikintisi üçün torpaq 0,12 hektar olmaqla, X2 alqı-satqı predmetidir. İş materiallarında olan Sabirabad rayonu Baş memarının Rəyindən görünür ki, İddiaçı satılmış 0,12 ha ölçüdə torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi aparılması ətrafdan keçən digər kommunikasiya obyektlərinin normal fəaliyyətinə maneçilik törətmir. Odur ki, Nizami Bələdiyyəsi tərəfindən İddiaçı satılması nəzərdə tutulan torpaq sahələrinin üzərində fərdi yaşayış evinin tikintisi aparılması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan A№ 429942 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Sabirabad rayon Nizami Bələdiyyəsinin 10 yanvar 2013-cü il tarixli, 01 saylı qərarı əsasında Sabirabad rayonu, Nizami kəndi ərazisində yerləşən, 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X12 kitabında xx.xx.2013-cü il tarixdə 9318 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Sabirabad rayon Nizami Bələdiyyəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 373 saylı məktubunda bildirilmişdir ki, İddiaçı adına sənədləşmiş torpaq sahəsinin bələdiyyənin arxiv sənədlərində 10 yanvar 2013-cü il tarixli, 01 saylı protokolundan çıxarışın əsli, digər sənədlər isə torpaq sahəsinin plan və ölçüsü, Sabirabad Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin rəyi, DTXK-nin Sabirabad rayon şöbəsinin rəyi, DTXK-nin arayışı və torpağın alqı-satqısına dair sənədlərin surəti saxlanılır. Məlumat üçün bildirirlər ki, göstərilən torpaq sahəsi Nizami Bələdiyyəsinin 01 mart 2007-ci il tarixdə 04 saylı qərarı ilə X7 5,90 ha şərti yararsız torpaq sahəsi kimi xüsusi mülkiyyətinə satılması qərara alınmışdır. Həmin torpaq sahəsi X7 adına plan və ölçüsü tərtib edilmiş, xx.xx.2014-cü il tarixdə müvafiq olaraq 11103 № ilə uçota alınmışdır. Bunlar nəzərə alınmaqla İddiaçı torpaq sahəsi ləğv edilmişdir. İş materiallarında olan Sabirabad rayon Nizami Bələdiyyəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 373 saylı məktubunda bildirilmişdir ki, Nizami Bələdiyyəsinin 01 mart 2007-ci il tarixdə 04 saylı qərarı ilə X7 5,90 ha şərti yararsız torpaq sahəsi kimi xüsusi mülkiyyətinə satılması qərara alınmışdır. Həmin torpaq sahəsi X7 adına plan və ölçüsü tərtib edilmiş, xx.xx.2014-cü il tarixdə müvafiq olaraq 11103 № ilə uçota alınmışdır. Nizami kənd sakini İddiaçı xx.xx.2013-cü il tarixdə 01 saylı iclas protokolunda həyətyanı məqsədi üçün ona verilmiş torpaq sahəsinin ləğv edilməsi ilə bağlı bələdiyyənin arxiv sənədlərinin protokol kitablarına baxış keçirilmiş və baxış zamanı bələdiyyənin 2014-cü ilin protokol kitabı yeni seçilmiş bələdiyyəyə təhvil-təslim aktına əsasən təhvil verilməmişdir. Ona görə də, həmin protokolun ləğv edilib-edilməməsi barədə konkret rəy verilməsi qeyri-mümkündür. İş materiallarında olan Sabirabad rayon Nizami Bələdiyyəsinin 01 mart 2007-ci il tarixli, 04 saylı iclas protokolundan Çıxarışdan görünür ki, Sabirabad rayon Nizami Bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında Sabirabad rayon Nizami kənd sakini X10 Nizami kəndinin şimal qərbində, Sabirabad-Bakı şosse yolunun solunda, “Ferma” adlanan ərazidə mövcud un dəyirman tikintisinin cənubunda yerləşməklə sahəsi 5,90 hektar kənd təsərrüfatı məhsulları istehsal etmək üçün torpaq sahəsinin satılması barədə DTXK-nin Sabirabad rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər və vətəndaşın ərizəsi nəzərə alınmışdır. Bələdiyyənin kənd təsərrüfatına şərti yararsız ərazisindən 5,90 hektar torpaq sahəsi X7 xüsusi mülkiyyətinə satılmışdır. İş materiallarına əlavə olunmuş torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Sabirabad rayon Nizami kənd sakini X11 tərəfindən Nizami Bələdiyyəsinə 23 fevral 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Nizami bələdiyyəsi ərazisində 5,90 ha torpaq sahəsinin satılması barədə 01 mart 2007-ci il tarixli, 04 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsinin rəyindən görünür ki, Sabirabad rayon Nizami Bələdiyyəsinin ərazisindən Sabirabad rayonu Nizami kənd sakini X1 təsərrüfatı məhsulları istehsal etmək üçün satılacaq torpaq sahəsinin faktiki ölçüsü 5,90 ha olmaqla şərti yararsız torpaq sahəsidir və X2 alqı-satqı predmetidir. İş materiallarında olan A№ 476420 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Sabirabad rayon Nizami Bələdiyyəsinin 01 mart 2007-ci il tarixli, 04 saylı qərarı əsasında 49800 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X7 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X12 kitabında xx.xx.2014-cü il tarixdə 11103 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan A№ 463925 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Sabirabad rayonu Nizami Bələdiyyəsinin 01 mart 2007-ci il tarixli, 04 saylı qərarı əsasında 9200 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X7 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X12 kitabında xx.xx.2014-cü il tarixdə 11104 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Sabirabad rayon Nizami Bələdiyyəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 57 saylı məktubunda bildirilmişdir ki, Nizami Bələdiyyəsinin 01 mart 2007-ci il tarixli, 04 saylı qərarı ilə X7 5,90 ha şərti yararsız torpaq sahəsi kimi mülkiyyətinə satılması qərara alınmışdır. Həmin torpaq sahəsinə X7 adına plan və ölçüsü tərtib edilmiş, xx.xx.2014-cü il tarixdə müvafiq olaraq 11103 nömrəli və 11104 nömrəli uçota alınmışdır. Nizami kənd sakini İddiaçı Nizami Bələdiyyəsinə daxil olmuş müraciəti ilə əlaqədar bələdiyyənin alqı-satqı predmeti olan 0,12 ha torpaq sahəsinin müsabiqədən kənar İddiaçı xüsusi mülkiyyətinə satılması üçün lazımi ilkin sənədlərin hazırlanması proseduruna başlanması barədə Nizami Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 saylı iclasında 4-cü məsələnin müzakirəsi ilə bağlı qərar qəbul edilmiş, lakin İddiaçı həyətyanı məqsədilə istədiyi 0,12 ha torpaq sahəsi X7 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün sənədləşmə dayandırılmış və bu barədə İddiaçı məlumat verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Sabirabad rayonu, Nizami kəndində yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-633H, Kod ******* olan şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayonu Vladimirovka bələdiyyəsinin 31 mart 2004-cü il tarixli qərarı əsasında 0,12 ha həyətyanı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. Beləliklə, işin məhkəmə araşdırılması ilə məlum olur ki, Sabirabad rayon Nizami kənd sakini İddiaçı tərəfindən Nizami Bələdiyyəsinə 10 yanvar 2013-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Nizami bələdiyyəsi Nizami kənd sakini İddiaçı ərizəsini nəzərə alaraq ona fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsini onun mülkiyyətinə ayırmış, torpaq sahəsinin satılması barədə 29 may 2014-cü il tarixli, 06 nömrəli qərar qəbul edilmiş və onunla 03 iyul 2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Eləcə də İddiaçı tərəfindən həmin torpaq sahəsinə görə 350 manat və 10 manat olmaqla, ümumilikdə 360 manat məbləğində pul vəsaiti Nizami bələdiyyəsinin hesabına ödənilmiş, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsinin və Sabirabad rayonu Baş memarının Rəylərindən görünür ki, satılması nəzərdə tutulan fərdi yaşayış evinin tikintisi üçün torpaq 0,12 hektar olmaqla, X2 alqı-satqı predmetidir və İddiaçı satılmış 0,12 ha ölçüdə torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi aparılması ətrafdan keçən digər kommunikasiya obyektlərinin normal fəaliyyətinə maneçilik törətmir. Odur ki, Nizami Bələdiyyəsi tərəfindən İddiaçı satılması nəzərdə tutulan torpaq sahələrinin üzərində fərdi yaşayış evinin tikintisi aparılması məqsədəmüvafiq hesab edilmişdir. Bundan sonra iddiaçı həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasında bildirmişdir ki, Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 1 saylı iclas protokolundan çıxarış ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış 0.12 ha torpaq sahəsi Bələdiyyə mülkiyyətinə verilmiş torpaqların Yerquruluşu planında ictimai tikililərin ərazisi kimi göstərilmişdir. Qeyd olunan torpaq sahəsinə dair təqdim olunan sənədlər araşdırılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsi bələdiyyənin kənd təsərrüfatına yararlı torpaqlarının tərkib hissəsi olan ictimai və yaşayış tikinti massivlərinə aid edilməmiş (KPİ), kənd təsərrüfatına xidmət edən istehsal obyektlərinin və anbar tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Eyni zamanda qeydiyyat üçün zəruri olan Sabirabad rayon Nizami bələdiyyəsinin torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına almmasına dair razılıq məktubu təqdim edilməmişdir. O cümlədən, sözügedən torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 nömrəli qərarı və torpaq sahəsinin planı və ölçü sənədinə əsasən İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin koordinatı müəyyən edilsin. - Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı və torpaq sahəsinin planı və ölçü sənədlərinə əsasən X10 ayrılmış 5.90 ha torpaq sahəsinin koordinatı müəyyən edilsin. - Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 08 nömrəli qərarı və seriya RX ******* nömrəli “Çıxarış”a əsasən X5 mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin koordinatı müəyyən edilsin. - Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 nömrəli qərarı və torpaq sahəsinin planı və ölçü sənədinə əsasən İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin hazırkı və torpaq sahəsi ayrılan zaman hüquqi statusu və hüquqi rejimi müəyyən edilsin. - Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 nömrəli qərarı və torpaq sahəsinin planı və ölçü sənədinə əsasən İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsi kənd təsərrüfatına xidmət edən istehsal obyektlərinin və anbar tikintisi üçün nəzərdə tutulmuş ərazidirmi? - Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 nömrəli qərarı və torpaq sahəsinin planı və ölçü sənədinə əsasən İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin koordinatları (sərhədləri) ilə Sabirabad rayonu Nizami bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı və torpaq sahəsinin planı və ölçü sənədlərinə əsasən X10 ayrılmış 5.90 ha torpaq sahəsinin kordinatları (sərhədləri) üst-üstə düşürmü, düşürsə hansı hissədə və hansı həcmdə üst-üstə düşür (sxemi çəkilməklə)? - Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 nömrəli qərarı və torpaq sahəsinin planı və ölçü sənədinə əsasən İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin koordinatları (sərhədləri) ilə Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 08 nömrəli qərarı və seriya RX ******* nömrəli “Çıxarış”a əsasən X5 mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin kordinatları (sərhədləri) üst-üstə düşürmü, düşürsə hansı hissədə və hansı həcmdə üst-üstə düşür (sxemi çəkilməklə)? - Sabirabad rayonu Nizami bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 nömrəli qərarı və torpaq sahəsinin planı və ölçü sənədinə əsasən İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsi faktiki kimin istifadəsindədir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 10/6866 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir:- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən:- Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 saylı qərarı və torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı ayrılmış 1200 kv.metr torpaq sahəsinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda əks olunmuşdur.- Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən X10 ayrılmış 5,90 ha torpaq sahəsinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda əks olunmuşdur. - Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 08 saylı qərarı və seriya RX ******* nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda əks olunmuşdur.- Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 saylı qərarı və torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı ayrılmış 1200 kv.metr torpaq sahəsi ayrılan zaman və hal-hazırda hüquqi statusu bələdiyyə mülkiyyəti, məqsədli istifadə növü isə həyətyanı (fərdi yaşayış evinin tikintisi) kimi verilmişdir.- Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 saylı qərarı və torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı ayrılmış 1200 kv.metr torpaq sahəsi hal-hazırda kənd təsərrüfatına xidmət edən istehsal obyektlərinin və anbar tikintisi üçün nəzərdə tutulmuş ərazi kimi müəyyən edilməmişdir.- Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2013-cüil tarixli, 01 saylı qərarı və torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı ayrılmış 1200 kv.metr torpaq sahəsinin koordinatları (sərhədləri) ilə Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən X10 ayrılmış 5.90 ha torpaq sahəsinin koordinatları (sərhədləri) üstüstə düşmür və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda əks olunmuşdur. Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 saylı qərarı və torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı ayrılmış 1200 kv.metr torpaq sahəsinin koordinatları (sərhədləri) ilə Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 08 saylı qərarı və Seriya RX ******* nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin koordinatları (sərhədləri) üst-üstə düşmür və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda əks olunmuşdur. - Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 saylı qərarı və torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən İddiaçı ayrılmıs 1200 kv.metr torpaq sahəsi faktiki olaraq X5 istifadəsindədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. İş üzrə təyin edilmiş ekspertizanın nəticələri iddiaçıya ayrılmış (alqı-satqı yolu ilə) 0,12 ha (1200 kv.m) torpaq sahəsinin yüklü olmamasını, hər hansı şəxsin həmin sahəyə mülkiyyət hüququnun qeydiyyata alınmamasını təsdiqləyir. Digər tərəfdən də məhkəmə qeyd edir ki, Sabirabad rayon Nizami Bələdiyyəsinin 10 yanvar 2013-cü il tarixli, 01 saylı qərarı və 03 iyul 2014-cü il tarixli “Torpağın alqı-satqısına dair müqavilə”si mübahisələndirilmədiyindən (və ləğv edilmədiyindən), eləcə də etibarsız sayılmadığından mötəbər sayılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Sabirabad rayon Nizami Bələdiyyəsi mübahisəli torpaq sahəsinin X7 adına plan və ölçüsü tərtib edildiyini, xx.xx.2014-cü il tarixdə müvafiq olaraq 11103 № ilə uçota alındığını, bunlar nəzərə alınmaqla İddiaçı torpaq sahəsinin ləğv edildiyini bildirsə də, Sabirabad rayon Nizami Bələdiyyəsi sonrakı məktubunda Nizami kənd sakini İddiaçı xx.xx.2013-cü il tarixdə 01 saylı iclas protokolunda həyətyanı məqsədi üçün ona verilmiş torpaq sahəsinin ləğv edilməsi ilə bağlı bələdiyyənin arxiv sənədlərinin protokol kitablarına baxış keçirildiyini və baxış zamanı bələdiyyənin 2014-cü ilin protokol kitabının yeni seçilmiş bələdiyyəyə təhvil-təslim aktına əsasən təhvil verilmədiyini, ona görə də, həmin protokolun ləğv edilib-edilməməsi barədə konkret rəy verilməsinin qeyrimümkün olduğu bildirilmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaya qarşı etirazda qeyd olunan torpaq sahəsinin kənd təsərrüfatına yararlı torpaqların tərkib hissəsi olan ictimai və yaşayış tikinti massivlərinə aid edilməmiş (KPİ), kənd təsərrüfatına xidmət edən istehsal obyektlərinin və anbar tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşməsi, qanunvericiliklə kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə istifadəyə və icarəyə verilməsini nəzərdə tutduğunu qeyd etsə də, hazırki iş üzrə keçirilmiş ekspertiza rəyi ilə həmin torpaq sahəsi ayrılan zaman və hal-hazırda hüquqi statusu bələdiyyə mülkiyyəti, məqsədli istifadə növü isə həyətyanı (fərdi yaşayış evinin tikintisi) kimi verildiyi, Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 01 saylı qərarı və torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı ayrılmış 1200 kv.metr torpaq sahəsi hal-hazırda kənd təsərrüfatına xidmət edən istehsal obyektlərinin və anbar tikintisi üçün nəzərdə tutulmuş ərazi kimi müəyyən edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Sabirabad rayon Nizami bələdiyyəsi İddiaçı torpaq sahəsinin ayrılması barədə qərarı xx.xx.2013-cü il tarixdə qəbul etdiyini, bu da Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” xx.xx.2007-ci il tarixli, 466-İİİ QD saylı Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2007-ci il tarixli, 271 saylı Sərancamından irəli gələn tələblərə cavab verməməsi, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilinəcəyi iddiaçının iradəsindən asılı olan hal deyil. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin ona satılması ilə bağlı bələdiyyəyə müraciət etmiş və bələdiyyə də həmin torpaq sahəsinin ona satılmasına dair müvafiq qərar qəbul etmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən qeydiyyat üçün zəruri olan Sabirabad rayon Nizami bələdiyyəsinin torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair razılıq məktubu təqdim edilmədiyi, o cümlədən, sözügedən torpaq sahəsi üzərində fərdi yaşayış evinin mövcud olmaması ilə şərtləndirməsi özü-özlüyündə yolverilməzdir. Digər tərəfdən, mübahisə predmeti olan torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli, 160-İİQ nömrəli Qanunun 6.5-ci maddəsinin qüvvədə olmuş mətninə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin səlahiyyətli orqanlar tərəfindən rəy verilməklə vətəndaşlara satılması və bununla əlaqədar iddiaçı tərəfindən 360,0 manat məbləğində torpağın satışına görə pulun Sabirabad rayon Nizami Bələdiyyəsinin hesabına ödənilməsi özü-özlüyündə torpaq sahəsinin alqı-satqısına dair aktın mövcudluğunu (torpaq sahəsinin alqı-satqısının lazımi qaydada rəsmiləşdirilməsini) ehtiva edir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Sabirabad rayon Nizami Bələdiyyəsinin 10 yanvar 2013-cü il tarixli, 01 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Sabirabad rayon Nizami Bələdiyyəsinin 10 yanvar 2013-cü il tarixli, 01 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X3, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar