Məhkəmə qərarları › İş №2-1(120)-300/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-300/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-300/2021 10.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı “X1 və Kərimli Röya Cavanşir oğlunun ünvan 1 mənzil 59 ünvanında qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Həsənov X2 şəhəri, Z.Əliyeva küçəsi, ev 78/15, 59 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X1 və Kərimli Röya Cavanşir oğlunun mənzilin pasport qeydiyyatından çıxarılmaları üçün cavabdeh Lənkəran şəhərrayon Polis şöbəsinə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin ünvan 1 mənzil 59 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(120)-300/2021 saylı qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddiaçı kimi İddiaçı, cavabdeh kimi Lənkəran şəhər-rayon Polis şöbəsnin saxlanılması, X1 və Kərimli Röya Cavanşir oğlunun cavabdehlər sırasından çıxarılması, iddia tələbinə “X1 və Kərimli Röya Cavanşir oğlunun ünvan 1 mənzil 59 ünvanında qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması, həmçinin X1 və Kərimli Röya Cavanşir oğlunun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı, cavabdeh nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X3 və Kərimli Röya Cavanşir oğlu məhkəmə iclasına gəlməmişlər. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə keçiriləcək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışının təsdiq edilmiş surətini, yaşayış yerindən arayışı və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş ********** qeydiyyat nömrəli çıxarışdan və xx.xx.2005-ci il tarixli, 232692 nömrəli alqı satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Həsənov X2 şəhəri, Z.Əliyeva küçəsi, ev 78/15, 59 nömrəli mənzili alqı-satqı yolu ilə aldıqdan sonra ********** qeydiyyat nömrəli çıxarış əsasında adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında elan edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx xxxxxx 2021-ci il tarixli, 12-5/164 №-li arayışından görünür ki, X3 və Kərimli Röya Cavanşir oğlu ünvan 1 59 nomrəli mənzildə yaşamırlar. Məhkəmə iclasında elan edilmiş Lənkəran şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 943 nömrəli məktubundan görünür ki, İddiaçı X3 və Kərimli Röya Cavanşir oğu ilə qohumluq əlaqələrinin olmaması barədə avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin **********58 nömrəli xx.xx.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, üçüncü şəxslər X1 və Kərimli Röya Cavanşir oğunun mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamamaları onların qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Beləliklə də, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus evin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin ünvan 1 59 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (dövlət rüsumu) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X1 və Kərimli Röya Cavanşir oğunun İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 59 nomrəli mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Lənkəran şəhər-rayon Polis Şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar