Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-300/2022 05.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X3 və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarının X4 aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına və iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə 05 iyul 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarının X4 aid hissədə etibarsız hesab edilib ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarının X4 aid hissədə ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin 16 fevral 2022-ci il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ata babası İrşadın istifadəsində olan və Astara rayonun Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,85 hektar torpaq sahəsində 1993cü ildə bir mərtəbəli, 3 otaqlı ümumi sahəsi 104 kv.metr və köməkçi sahəsi 14 kv.metr olan fərdi yaşayış evi inşa edib orada ailə üzvləri ilə birlikdə 1993-cü ildən hal-hazıra kimi orada yaşayırlar. İstifadəsində olan torpaq sahəsində böyük zəhmət çəkib sitrus ağacları əkib becərmişdir. 27 ildən artıq müddətdir ki, mübahisəsiz orada yaşayırlar. Bu ötən müddət ərzində bir nəfər olsun onlara bildirməmişdir ki, istifadəsində olan torpaq sahəsi kiminsə mülkiyyətindədir. 2021-ci ildə X6 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, guya 27 ildən artıq müddət istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsi X4 Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 3 saylı qərarı ilə (0.5911 hektar torpaq sahəsi) mülkiyyətinə verilmişidir. Bu qərarın əsasında Telman Ağayevə 15 noyabr 1999-cu il tarixdə JN-149 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı yazılmışdır. Bunun əsasında 10 aprel 2019-cu il tarixdə mülkiyyət hüququna dair Dövlət Reyestr Xidmətindən RX ******* nömrəli Çıxarış almışdır. Hesab edir ki, X4 “X5 haqqında xx.xx.1995-ci il tarixdə qəbul edilmiş Qanunun, həmçinin Torpaq İslahatı haqqında xx.xx.1996-cı tarixdə qəbul edilmiş Qanunun və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir. “Torpaq İslahatı haqqında” Qanunun 12-ci maddəsində göstərilir ki, sovxoz və kolxozlarda daimi işləyən şəxslər, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər, sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər sovxoz və kolxozların özəlləşdirən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 1993-cü ildən istifadəsində olan 0,85 hektar torpaq sahəsi sovxozun əkin sahəsi olmamışdır. Həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanun qüvvəyə minənədək onun istifadəsində olmuş, orada inşa etdiyi evdə yaşamışdır. Məhz buna görə də həmin torpaq sahəsi mülkiyyətinə verilməli idi. X6 onunla həmsərhəd olmuş və özü mülkiyyətinə verilmiş torpaq sahəsin çəpərə almışdır. O, özü şahiddir ki, istifadəsində olan torpaq sahəsində sitrus ağacları əkib becərmiş, artizian quyusu qazdırmışdır. Bunun üçün küllü miqdarda vəsait xərcləmişdir. Əgər istifadəsində olan torpaq sahəsi X3 olsaydı o, 27 il bundan əvvəl ona deyərdi və o, da orada vəsait xərcləyib qeyd edilən işləri görməzdi. Beləliklə, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarının X4 aid hissədə razılaşmır. Qeyd etdiyi kimi mübahisələndirilən qərardan və bunun əsasında verilmiş Dövlət aktından və Çıxarışdan yalnız 2021-ci ildə Telman Ağayev ona qarşı vermiş olduğu iddiasından sonra məlumatı olmuşdur. Odur ki, hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etməl olmuşdur. Azərbaycan Respublikasının “Torpaq İslahatı haqqında” Qanunun 23-cü maddəsinə görə “Torpaq islahatı haqqında qnunvericliyininin pozulmasında təqsiri olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada maddi, mülki, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar”. Maraqlısı burasıdır ki, X4 15 noyabr 1999-cu il tarixdə mübahisə etdiyi torpaq sahəsinə “Torpağa mülkiyyət hüququna dair” JN-149 saylı Dövlət aktı verilmişdir. Hansı səbəbə görə ötən 21 il ərzində ona qarşı hər hansı tələb ilə müraciət etməmişdir. Bu özü-özlüyündə sübut edir ki, mübahisə edilən torpaq sahəsi ona qanunsuz verilmişdir. Tərəfindən Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarının maraqlı şəxs X4 aid olan hissədə etibarsız hesab edilib ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli, **********70 nömrəli məktubları ilə bildirilmişdir ki, hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, yaxud həmin sənədlərin etibarsız hesab edilməsi proseduru Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbini əsassız hesab edirlər. Belə ki, “iş üzrə maraqlı şəxs X3 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın və onun verilməsinə əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarının həmin şəxsə aid olan hissədə qismən etibarsız hesab edilərək ləğv olunmasına münasibətdə” sərəncamın icrası olaraq hazırki iddia tələbinə Ərazi idarəsinin münasibətinin (etirazının) bildirilməsi proseduruna münasibətdə, tərəflərindən həmin əmlaka dair arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Araşdırmanın nəticəsi olaraq müəyyən oldu ki, hazırki iş üzrə mübahisələndirilən Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən, 0.5911 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-149 nömrəli “Dövlət Aktı” ilə hazırki iddia ərizəsində barəsində qeyd olunan maraqlı şəxs X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olaraq təqdim olunmuş JN-149 nömrəli “Dövlət Aktı” üzrə hazırki iddia ərizəsində barəsində qeyd olunan maraqlı şəxsin və onun ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrindən tam qanunamüvafiq qaydada 10 aprel 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müvafiq “Çıxarış” verilmişdir. Ərazi İdarəsi olaraq bildirirlər ki, yuxarıda barəsində qeyd olunan müvafiq “Çıxarış” tam qanunmüvafiq verildiyindən, həmin çıxarışın ləğv edilməsi tələbinin əsaslılığı və qanuniliyi baxımından araşdırılması məqsədilə tərəflərin iştirakı ilə məhkəmə torpaqşünaslıq ekspertizasının təyin olunması barədə qərardad qəbul edilməsini xahiş edirlər. Hazırki sərəncamın icrası olaraq bildirirlər ki, gələcəkdə iş üzrə qanunamüvafiq qərar qəbul edildiyi təqdirdə (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin yerquruluşu Layihə Tədqiqat Mərkəzi cəlb edilməklə məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmaq şərtilə müəyyən edilmiş koordinatlara münasibətdə) tərəflərindən baxıla bilər. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı, üçüncü şəxs X6 və onun vəkili X2 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilinəcəyindən və iddiaçı tərəfindən iddianın irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsi təklif olunmuşdur. İddiaçı iş üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ata babası İrşadın istifadəsində olan və Astara rayonun Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,85 hektar torpaq sahəsində 1993-cü ildə bir mərtəbəli, 3 otaqlı ümumi sahəsi 104 kv.metr və köməkçi sahəsi 14 kv.metr olan fərdi yaşayış evi inşa edib orada ailə üzvləri ilə birlikdə 1993-cü ildən hal-hazıra kimi orada yaşayırlar. İstifadəsində olan torpaq sahəsində böyük zəhmət çəkib sitrus ağacları əkib becərmişdir. 27 ildən artıq müddətdir ki, mübahisəsiz orada yaşayırlar. Bu ötən müddət ərzində bir nəfər olsun onlara bildirməmişdir ki, istifadəsində olan torpaq sahəsi kiminsə mülkiyyətindədir. 2021-ci ildə X6 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, guya 27 ildən artıq müddət istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsi X4 Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 3 saylı qərarı ilə (0.5911 hektar torpaq sahəsi) mülkiyyətinə verilmişdir. Bu qərarın əsasında Telman Ağayevə 15 noyabr 1999-cu il tarixdə JN-149 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı yazılmışdır. Bunun əsasında 10 aprel 2019-cu il tarixdə mülkiyyət hüququna dair Dövlət Reyestr Xidmətindən RX ******* nömrəli Çıxarış almışdır. Telman Ağayevə verilmiş bu qərarlardan onun 27 il sonra xəbəri olmuş və bundan sonra tərəfindən Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cü il tarixli 3 nömrəli qərarının Telman Ağayevə aid olan hissədə ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə hesab edir ki, iddia müddəti üzürlü səbəblərdən ötürülmüşdür. Odur ki, iddia müddətinin ötürülməsi üzürlü hesab edilib bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 və onun vəkilil X2 oğlu “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən, 0.5911 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-149 nömrəli “Dövlət Aktı” ilə hazırki iş üzrə maraqlı şəxs X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olaraq təqdim olunmuş JN-149 nömrəli “Dövlət Aktı” üzrə hazırki iddia ərizəsində barəsində qeyd olunan maraqlı şəxsin və onun ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrindən tam qanunamüvafiq qaydada 10 aprel 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müvafiq “Çıxarış” verilmişdir. İddiaçı iddia edir ki, ata babası İrşadın istifadəsində olan və Astara rayonun Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,85 hektar torpaq sahəsində 1993cü ildə bir mərtəbəli, 3 otaqlı ümumi sahəsi 104 kv.metr və köməkçi sahəsi 14 kv.metr olan fərdi yaşayış evi inşa edib orada ailə üzvləri ilə birlikdə 1993-cü ildən hal-hazıra kimi orada yaşayırlar. İstifadəsində olan torpaq sahəsində böyük zəhmət çəkib sitrus ağacları əkib becərmişdir. 27 ildən artıq müddətdir ki, mübahisəsiz orada yaşayırlar. Bu ötən müddət ərzində bir nəfər olsun onlara bildirməmişdir ki, istifadəsində olan torpaq sahəsi kiminsə mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, ilk olaraq İddiaçı cavabdeh X6 qarşı «Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarının ləğv edilməsi, bu qərar əsasında X3 adına yazılmış 15 noyabr 1999-cu il tarixli, JN-149 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının və 10 aprel 2019-cu il tarixdə verilmiş mülkiyyət hüququna dair RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 22 iyun 2021-ci il tarixli, 2(018)-913/2021 saylı qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı oğluna qaytarılmış, iddiaçıya həmin iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarın qəbul olunmasından 22 ildən çox vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində ata babası İrşadın istifadəsində olan və Astara rayonun Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,85 hektar torpaq sahəsində 1993cü ildə bir mərtəbəli, 3 otaqlı ümumi sahəsi 104 kv.metr və köməkçi sahəsi 14 kv.metr olan fərdi yaşayış evi inşa edib orada ailə üzvləri ilə birlikdə 1993-cü ildən hal-hazıra kimi orada yaşadıqlarını, istifadəsində olan torpaq sahəsində böyük zəhmət çəkib sitrus ağacları əkib becərdiklərini, 27 ildən artıq müddətdir ki, mübahisəsiz orada yaşadıqlarını, bu ötən müddət ərzində bir nəfər olsun onlara bildirməmişdir ki, istifadələrində olan torpaq sahəsi kiminsə mülkiyyətindədir, bu səbəbdən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmədiyini qeyd etsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı üçüncü şəxs Telman Ağayev tərəfindən dəfələrlə İddiaçı mübahisəli torpaq sahəsinin Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında ona məxsus olduğunu bildirərək, torpaq sahəsindən çıxmasını tələb etsə də, iddiaçı N.Baxşıyev hər dəfə müxtəlif vədlər verməklə torpaq sahəsini azad etməkdən yayınmış, nəhayət iddiaçı X6 cavabdeh İddiaçı qarşı “mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadədən azad olunması tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(018)-184/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı X3 mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, daşınmaz əmlakın reyestr nömrəsi **********85 olan çıxarışda qeyd edilən Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,5911 hektar torpaq sahəsinin 0,3971 hektar hissəsi cavabdeh İddiaçı qanunsuz istifadəsindən azad olunması, həmin torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən inşa edilmiş 9x9 ölçüdə inşası başa çatdırılmayan yarımtikilinin onun öz hesabına sökülməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, hətta iddiaçı sözügedən qərardan yalnız iddiaçı X6 ona qarşı “mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadədən azad olunması tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etdikdən sonra bildiyi və bundan sonra onun tərəfindən məhkəməyə müraciət edilməsi qəbul olunsa belə, iddiaçı yenə də bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarının X4 aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarının X4 aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-300/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-300/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver