Məhkəmə qərarları › İş №2-1(120)-3001/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3001/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3001/2025 24.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə qarşı “pozulmuş hüquqlarının bərpası və s.” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə qarşı “pozulmuş hüquqlarının bərpası və s.” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə qarşı “pozulmuş hüquqlarının bərpası və s.” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6136/2025 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Təşkilatçılıqla bu gün sifarişli məqsədlərə xidmət edilib, səlahiyyətli peşə,- Vəkillik və Nümayəndəlik fəaliyyətlərilə bağlı, bu peşə-fəaliyyətlərinə edilmiş çoxsaylı təşkili və planlı müdaxilələrin nəticəsi olaraq, məhz təşkili bu müdaxilələr nəticəsində pozulmuş hüquqlarının prosessual bərpasına prosessual ciddi maneçilikləri törətməkdə davam edən AR-sı Konstitusiya Məhkəməsinin “Vətəndaşların qəbulu və şikayətlər şöbəsi”in müdiri, məmur X4 imzaladığı çoxsaylı cavab məktublarında, əsaslı və haqlı şikayətlərinin qanuni əsaslarla mümkün olan real prosessual həllini sifarişli rədd edərək, vəzifədən sui-istifadə və hakimiyyət həddi aşılmalarla, qanunla qorunan hüquqlarını ciddi pozub, əslində şərəf və ləyaqətini ləkələyən və şəxsiyyətini alçaldan hərəkətlərə yer verdiyi çoxsaylı bu məktublarla barəsində soyadının və ata adının dəyişdirilməsi nəticəsi olaraq, AR-sı CM-nin 147, 148, 308, 309-ci maddələrində və s. normalarda nəzərdə tutulan çoxsaylı bu cinayət hadisələrini rəsmi sənədlərin məlum tələbləri və məlum tələbkarlığı üzərində sifarişli bir tələbkarlıqla da prosessual törətdiyini rəsmi bəlli etdiyindən səlahiyyətli bu şəxs barəsində cinayət qanunvericiliyinin məlum tələbkarlığında prosessual tədbirlər görülməsinə ciddi və əsaslı önəm verilməklə, məhz səlahiyyətli peşə fəaliyyətlərində bağlı olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının çoxsaylı pozulması faktlarının prosessual qapanılması məqsədinə əməli hərəkətləri ilə qanunsuz bir xidmət edib, qanunların,Əsas Qanunun tələblərini ciddi və əhəmiyyətli dərəcədə pozub, “Konstitusiya Məhkəməsi haqqında" Qanunun “QANUN” mahiyyətinə ciddi bir hörmətsizliyi prosessual sənədlərlə rəsmi nümayiş etdirdiyindən, səlahiyyətli peşə-Vəkillik, Nümayəndəlik fəaliyyətlərinə qarşı ciddi qanun pozuntularına dəstək verməklə, sifarişli bir ədalətsizliyini də, şərəf və ləyaqətinin ləklənməsi və şəxsiyyətinin alçaldılması ilə imzaladığı çoxsaylı rəsmi sənədlərlə prosessual təmin edildiyini bəlli etdiyindən səlahiyyətli dövlət qulluqçusu olan vəzifəli bu şəxsin, Anar Cəfərovun hərəkətlərinin qanunsuz hesab edilməsini müəyyənləşdirən məhkəmə qərarını qəbul etməklə, barəsində cinayət işi qaldırılmasını təmin edəcək əsaslandırılmış məhkəmə qərarını pozulmuş məhkımə müdafiə hüququnın prosessual bərpası tələbkarlığının təmin etdirilməsi və iflic bir vəziyyətə salınmış olmayan və bu gün görünməyən məhkəmə nəzarətinin bəıpası tələbkarllığında qəbul etdirməklə, hadisələrin, məhz effektli məhkəmə müdafiə hüququ tələbkarlığında prosessual tənzimlənilməsinə önəm verib, bunun icrasına da daha ciddi prosessual nəzarətin məhkəmə nəzarəti qaydasında təmin edilməsinə hüquqi təminatın yaradılması tələbkarlığında prosessual təmin etdirib, pozulmuş qanunların, məhz “QANUN” mahiyyətinin bərpası tələbkarlığına hörmət edilərək, buna prosessual əməl edilməsini tələb etməklə, vəzifəli bu şəxsin-X3 hərəkətlərini hərəkətsizliyini və qanunun həzm edə bilmədiyi bu cür davranışlarını qanunsuz hesab edəsiz. Səlahiyyətli peşə- Vəkillik və Nümayəndəlik fəaliyyətilə bağlı, qanunla qorunan hüquqlarının əsaslı və qanuni müdafiəsini sifarişli məqsədlər naminə bu gün prosessual yox edib, çoxsaylı qanunsuz cavab məktubları ilə mənəvi əzabları, mənəvi sarsıntıları ona yaşadaraq, şərəf və ləyaqətinin sifarişli ləkələnib, şəxsiyyətinin də alçaldılması ilə səlahiyyətli peşə fəaliyyətlərində bağlı bu gün işgüzar nüfuzuna prosessuial zərbə endirən çoxsaylı qanunsuz cavab məktublarını prosessual sifarişli gündəmə gətirib, məqsədyönlü süni süründürməçilik hallarına prosessual meydan verməsi ilə bu gün çoxsaylı məlum Ədalətsiz Məhkəmə Aktlarının prosedura uyğun olaraq, tərəfindən tərəflərindən edilmiş əsaslı şikayətlər üzrə Konstitusiya Məhkəməsində qanuni əsaslarla öyrənilməsinə imkan vermədən, haqlı, ədalətli şikayətlərinin məlum tələbkarlığında bu gün ləğv edilib, hüquqi qüvvədən salınması tələb edilən Ədalətsiz Məhkəmə Aktlarının müdafiəsində qalmaqla, məhz sifarişli məqsədlər naminə prosessual zəruri və vacib olan əməli hərəkətləri ilə çoxsaylı ciddi maneçilikləri barəsində barələrində törədən səlahiyyətli bu məmurun sifarişli icra hərəkətlərinin gündəmə gətrilməsi, birmənalı onun ədalətsizliyə xidmət edən sifarişli davranışlarını da rəsmi bəyan edib, məhz çoxsaylı bu cür hərəkətləri, hərəkətsizliyi və davranışları ilə çoxsaylı ədalətsiz məhkəmə aktlarının müdafiə hüququnun pozulması üzərində prosessual qüvvədə qalmasına sifarişli xidmət etdiyindən, həmin məhkəmə aktlarının birmənalı qanuni və əsaslı müzakirəsinin də birbaşa AR-sı Konstitusiya Məhkəməsi Palata iclasının qərardadı ilə öyrənilməsi, araşdırılması vacib və olduqca zəruri olan bu məsələlərin sifarişli tələbkarlıqla prosessual inkar edilməsinə yönəldildiyindən, çoxsaylı əsaslı və qanuni şikayətlərinin bu gün mahiyyəti əsaslarının sifarişli bir tələbkarlıqla rədd edilib, çoxsaylı bu ərizələrin prosessual əsaslı tələbkarlığında bu gün Konstitusiya Məhkəməsi Plenumuna ünvanladığı əsaslı və qanuni, ədalətli və obyektiv çoxsaylı bu məlum şikayətlərinin prosessual öyrənilib, prosessual araşdırmasını mahiyyətcə yox edərək, məhz bu məkanda Palata iclasının müvafiq məhkəmə qərardadın bu gün qanunlarla çıxardılmasma prosessual imkan verməyib, əslində hadisələrin Plenum iclasına keçrilməsinə qanuni bir şəraiti qəsdli və qərəzli olaraq, sifarişli yaratmadığından, X3 qəsdli və qərəzli olan bu cür hərəkətləri vəzifədən sui-istifadə olub, birmənalı hakimiyyət həddi aşılması tələbkarlığında məqsədyönlü və sifarişli formada ciddi qanun pozuntuları ilə tərtib edərək sifarişli məqsədlər naminə imzaladığı çoxsaylı bu məktubların da etibarsız sayılmasına dəlalət etdiyindən, çoxsaylı məktubların etibarsız sayılmasını müəyyən edən məhkəmə aktını qəbul edəsiz. Şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini alçaldan və peşə fəaliyyətlərində bağlı işgüzar nüfuzuna prosessual zərbə endirən Anar Cəfərovun bu gün vəzifədən suiistifadə edərək, qanunun həzm edə bilmədiyi çoxsaylı ədalətsizlikləri rəsmi imzaladığı çoxsaylı sənədlərlə prosessual gündəmə gətirib, məhz qanunsuzluqlaı və ədalətsizliklər girdabında qanunsuz prosessual hərəkətləri və davranışları ilə Baş Prokurorluqdan tutmuş çoxsaylı aşağı prokurorluq orqanlarınadək, aşağı instansiya məhkəmələrindən tutmuş Ali Məhkəmənin kassasiya icraatı mərhələsinədək, hətta, yarımçıq əlavə kassasiya şikayətinin həyata keçrilmısinə Ali Məhkəmə Plenum iclasında önəm verilənədək, ciddi tələbkarlıqla da AR-sı Ali Məhkəməsinin Plenum iclasıundan tutmuş bu gün AR-sı Konstitusiya Məhkəməsinin məlum tərkibli Palata iclasının məlum tərkibli hakimlərinədək sifarişli tələbkarlıqla bir qrup səlahiyyətli dövlət məmurlarının maraq dairəsinə xidmət edəedə, onların cinayətkar əməllərini prosessual ört-basdır edilməsi üzərində cinayətkar çoxsaylı vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilmələrindən kənarda saxlayıb, ARsı Vəkillər Kollegiyasının sabiq rəhbərliyini və ayrı-ayrı çoxsaylı vəkilləri də bu gün satın alıb, mahiyyətcə öz iradələrinə tabe etdirən çoxsaylı səlahiyyətli məlum tərkibli qüvvələrin qanunsuz cinayətkar əməllərinə prosessual dəstək nümayiş etdirərək, Azərbaycan Respublikası Vəkillər Kollegikasmın sabiq səlahiyyətli üzvü olan Sabiq Vəkilə və onun səlahiyyətli vəkillik fəaliyyətinə Planetdə görünməyən prosessual zərbə vurmaqda davam edən hərəkətləri, haqqın və ədalətin müdafiəsi əksinə yönəldilib, insan və vətəndaş hüquq və azadlıqlarının əsaslı müdafiəsinin rədd edilməsilə əsaslı olmayan ciddi və əsasız çoxsaylı tələbkarlıqlarda edilən və endirilən çoxsaylı ədalətsiz bu cür planlı zərbələrin sifarişli həyata keçrilməsi tələbkarlığnda, təşkilatçılıqla planlı həyata keçrilən sifarişli məlum çoxsaylı prosessual qanunsuzluqlar və prosessual bu cür ədalətsizlikklər, birmənalı sifarişli mahiyyət və sifarişli məzmun kəsb etməklə, əslində bu gün bir daha “SABİQ” səlsahiyyətli bu vəkilin özünə və peşə fəaliyyətinə qarşı yönəldilib, uzun illərdən bəri prosessual tüğyan edən çoxsaylı hadisələrin kökündə..və əsasında da insan və vətəndaş hüquq və azadlıqlarnın birbaşa müdafiəçisi olmaqla “Sabiq” səlahiyyətli proses iştirakçısı kimi prosessual görünən səlahiyyətli bu vəkilə,-İddiaçı münasibətdə əlbəttə, məhz onun səlahiyyətli peşə-Vəkillik fəaliyyətinə münasibətdə, ciddi və əhəmiyyəıtli qanun pozuntularını rəsmi bəlli edib, əqli mülkiyyətinin bu gün prosessual danılması mümkün olmayan məhsulunun sifarişli inkar edilməsi nəticəsi olaraq, prosessual şikayətlərdə, prosessual ərizələrdə və prosessual müraciətlərində çoxsaylı görünən əsaslı prosessual tələbkarlığını yox edib, əlbəttə, məhz proses iştirakçısı olan bu vəkilə qarşı ədaltsizliklə, “Sabiq” bu vəkilin təşkilatlanmış fomada əsaslı və qanuni görünməyən sifarişli bir ittihamının məlum acı nəticələri prosessual müstəvidə çoxsaylı mənəvi sarsıntıları və mənəvi əzabları qanunun həzm edə bilmədiyi tələbkarlıqla Anar Cəfərov kimi ədalətsiz növbəti digər bir məmurun da sifarişli yoğrulan prosessual hücumlarını bu gün gündəmdə edib, mənəvi əzabları və mənəvi sarsıntıları bizlərə prosessual müstəvidə Konstitusiya Məhkəməsindən bir daha səlahiyyətli bu məmurun timsalında da, Anar Cəfərov kimi bir dövlət qulluqçusunun maraqları üzərində qanunsuz hərəkətlərinin vəzifədən sui-istifadə nəticələrini qanunsuzluqlar girdabında prosessual ona yaşadıb, 200.000, manat məbləğ dəyərində növbəti mənəvi bir zərbəni və mənəvi bir ziyanı bu gün bizlərə çoxsaylı prosessual vurulduğunu bəlli edib, əlbəttə, məhz şərəf, ləyaqətinin qəsdən ləkələndirilməsi, şəxsiyyətinin alçaldılmasının və işgüzar nüfuzunun aşağı salınması özəyindən, haqqımda mənfi rəy yaradıb, ictimaiyyət arasında, yaxınları və doğmaları arasında hörmətdən salındığını rəsmi sənədlərlə məlum edərək, Konstitusiya Məhkəməsi Aparatı adından prosessual sifarişli danışıq etməsi, ciddi bir ədalətsizlik olub, təşkili bu haqsızlıqların planlı yoğrulmaqla, əlbəttə, prosessual bu mübarizəsinə qarşı sifarişlərlə bağlı olan ədalətsizliyin məlum arqumentləri bu gün peşə fəaliyyətlərilə əlaqədar onun prosessual əqli mülkiyyət hüququnun əksinə yönəldilərək, məhz səlahiyyətli peşə fəaliyyətlərilə bağlı olaraq, pozulmuş hüquqlarının bəıpası uğrunda apardığı haqli və ədalətli mübarizəsinə göstərilən prosessual çoxsaylı ciddi maneçiliklərin özəyində bir daha, məhz bu gün Anar Cəfərov kimi səlahiyyətli dövlət məmurunun da qanuna zidd hərəkətləri və hərəkətsizliyindən əyani göstərib, çoxsaylı rəsmi sənədlərin məntiqsiz, əsassız və qanunsuz prosessual tələblərində və məlum tələbkarlığında bu gün prosessual olan, həm də, prosessual görünən çoxsaylı məmur özbaşinaliğini, X3 timsalında da rəsmi bəyan edib, rəsmi göstərilməklə, bu gün çoxsaylı hakimiyyətdən sui-İstifadə və vəzifə həddinin aşilmasi ilə həyata keçdidiyini prosessual bəlli edib, rəsmi sənədlərlə bəyan edərək, mənəvi işgəncələr, mənəvi sarsıntılar və mənəvi iztirablar fonunda bu gün ona vurulan mənəvi ziyan pulunun qanunla tənzimlənən taleyinə münasibətdə də həmin ziyan pulun 200.000 manat məbləğ bu pulun mövcud reaalıqlar və məlum həqiqətlər fonunda prosessual mənəvi ziyan olduğunu göstərib, bunu da prosessual açıqlayib, sifarişli və təşkili yoğrulan bu ədalətsizliyi bəlli edib, prosessual məlum etdiyindən, zərərçəkmiş şəxs kimi tanınmağını müəyyənləşdirən məhkəmə aktını qəbul etməklə, həmin məbləğ ziyan pulun prosessual qət edilərək, X2 və bu gün ona məlum edilməyən, prosessual sənədlərlə də əslində görünməsi mümkün olmayan edilməyən başqa müəyyənləşdiriləcək digər səlahiyyətli şəxslərdən.,-poçt-rabitə zərfi üzərində yazılışlar etmiş və şərəf və ləyaqətini ləkələməklə, şəxsiyyətini alçaltmış şəxslərdən.. bu ziyan pulunun müştərək tutularaq, əlbəttə, məhz ona ödənilməsini bu gün qanuni əsaslarla təmin edəcək əsaslı bir qərarın prosessual qəbul edilməsinə ciddi önəm verməklə, əsaslı, ədalətli, haqlı və qanuni məhkəmə aktının çıxarılmasına prosessual önəm vermərlə hüquqi təminatını yaradıb, X1 bilməyən prosessual bu ədalətsizliklərinə və prosessual bu qanunsuzluqlarma son qoyulmasına dair əsaslandırılmış müvafiq məhkəmə qərarını qəbul edəsiz. Bu gün AR-sı Konstitusiya Məhkəməsində, məhz “Vətəndaşların qəbulu və şikayətlər şöbəsi”nin müdiri X3, o cümlədən müvafiq olaraq kimliyi ona məlum olmayan və sənədlər üzrə də bu gün prosessual görünməyən səlahiyyətli dəftərxana işçisinin, məhz kimliyi qanuni əsaslarla müəyyən edilməklə, onların ona və peşə fəaliyyətlərinə qarşı sifarişli yönəldilən qanunsuz hərəkətləri insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə təminatçı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının və Konstitusiya Məhkəməsinin normal iş fəaliyyəti əksinə qarşı sifarişli yönəldilib, məhz şərəf və ləyaqətinin də sifarişli ləkələndirilib, şəxsiyyətinin sifarişli alçaldılması üzərində də bu gün insan və vətəndaş hüquq və azadlıqlarının pozulması faktına prosessual dəstək nümayiş etdirməsilə peşə fəaliyyətlərilə bağlı işgüzar nüfuzunun sifarişli və məqsədyönlü alçaldılaraq, məhz bu fəaliyyətimin aşağı salınması tələbkarlığında bütövlükdə ali bu təşkilata qarşı, onun fəaliyyətinə qarşı ciddi hörmətsizliyini rəsmi bəlli edib, bu məkanda da prosessual çoxsaylı ədalətsizliklərin sifarişli prosessual gündəmə gətirildiyini rəsmi bəyan etməklə, əslində bu gün ədalət mühakiməsinin qanunla qorunan maraqları ziddinə sifarişli yönəldilərək, sifarişli bir tələbkarlıqla yoğrulan bu cür ədalətsizliklərin məhz prosessual hökm sürməsinə prosessual təşkili meydanı bu cür yaratması ilə sifarişli yoğrulan çoxsaylı bu məlum ədalətsizlikləri..,bu gün prosessual qanunsuzluqlar girdabından da rəsmi sənədlərlə bəlli edib, çoxaylı faktiki proses iştirakçısı olduğum səlahiyyətli peşə-vəkillik və Nümayəndəlik fəaliyyətlərinin mahiyyəti əsaslarının prosessual sifarişli rədd edilməsi ilə dövlətin hüquq məkanında, birmənalı olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının bu gün vəkilin timsalinda pozulması faktlarının planlı, təşkili, sifarişli üsulla prosessual qapanılaraq, çoxsaylı digər hüquq və azadlıqların pozulması faktlarını da bir daha prosessual gündəmə gətrilməsinə etmiş olduğu çoxsaylı xidmətlər...,bu dövlət qulluqçu Anar Cəfərovun, Konstitusiya Məhkəməsinin 13 aprel 2005ci il tarixli Palata iclasının qanunsuz qərardadından xüsusi bəhərləndiyini bəlli etməklə, əslində hüquq müdafiəçisinin,-sabiq səlahiyyətli vəkil, bu günün "xxxx" MMC-nin direktoru İddiaçı barəsində, məhz səlahiyyətli peşə fəaliyyətlərilə bağlı olaraq, onun bu gün qanunlarla, konstitusion normalarla, Avropa Konvensiyası və beynəlxalq hüquq normaları ilə qorunaraq, birbaşa müdafiə edilən hüquqlarımı prosessual yox edib, Azərbaycan Respublikası Konstitusiyasına və “Konstitusiya Məhkəməsi haqqında” Qanuna, “Dövlət Qulluğu haqqında” Qanuna, digər çoxsaylı müvafiq məlum qanunlara qarşı, o cümlədən Konstitusiya Məhkəməsi Plenumnun çoxsaylı məlum qərarlarına qarşı ciddi bir hörmətsizliyinin bu cür təşkili sifarişli gündəmə gətrilməsi.,ona qarşı, şərəf və ləyaqətimə qarşı, şəxsiyyətimə qarşı, son olaraq, bu günki proses iştirakçısı olduğu səlahiyyətli peşə, vəkillik və nümayəndəlik fəaliyyətlərinə qarşı birbaşa yönəldilib, haqlı və ədalətli mübarizənin əleyhinə istiqamətləndirilməklə, pozulmuş hüquqların prosessual bərpasına imkan vermədiyindən Anar Cəfərov barəsində müvafiq xüsusi qərardadın qanuni əsaslarla çıxarılmasına ciddi önəm verib, haqqın və ədalətin müdafiəsinə prosessual rəvac verilməsinin təmin edilərək, barəsində tədbir görülməsi və gələcək bu kimi çoxsaylı neqayiv halların qarşısının alınması məqsədilə ədalət mühakiməsinin qanunla qorunan mənafeyinin və maraqlarinin müdafiəsinin tələbkarlığı baxımından, vəkilin timsalinda insan və vətəndaş hüquq və azadlıqlarının daha dəhşətli bir pozuntusu ilə bağlı, pozulmuş hüquqların mahiyyəti tələbkarlığının bərpasının təmin etdirilməsi baxımından, və Konstitusiya Məhkəməsinin normal iş fəaliyyətinin bərpa edilib, prosessual möhkəmləndirilməsi baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə göndərilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq icraata başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göründüyü kimi, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı ilə cavabdeh orqan arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranmışdır. Başqa sözlə, hazırkı halda iddiaçı Azrbaycan Respublikası Konstitusiya Məhkəməsinə qarşı pozulmuş hüquqlarının bərpası və s. xahiş edir ki, məhkəmələrin ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı fəaliyyəti deyil, inzibati idarəçiliyin tənzimlənməsinə yönələn fəaliyyətləri inzibati mübahisənin predmeti ola bilər. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi əsasları və qaydası isə xüsusi qanunla tənzimlənmişdir. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxsdir. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Lakin, qeyd edilən qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə, cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və mülki hüquqi qaydada həyata keçirdiyi fəaliyyətinə şamil olunmur. Göründüyü kimi, inzibati orqanların bütün fəaliyyəti deyil, məhz inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Göründüyü kimi, inzibati məhkəmə icraatının predmetini inzibati hüquqi mübahisə təşkil edir. Mübahisənin inzibati xarakterli olması və inzibati məhkəməyə aidiyyəti üçün ilk növbədə cavabdeh qismində inzibati orqan (habelə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs) çıxış etməli, eləcə də mübahisə inzibati orqanın publik (ümumi) hüquq sahəsində həyata keçirdiyi fəaliyyət sahəsində yaranmalıdır. Bu ilkin şərtlərin olmaması inzibati mübahisənin də mövcudluğunu istisna edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 1-ci hissəsinə əsasən hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 61-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə müvafiq olaraq apellyasiya məhkəməsi mülki, inzibati və iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir. Şəxslər məhkəmələrin ədalət mühakiməsini həyata keçirərkən qəbul etdikləri qərarların qanuniliyinin yoxlanılmasına qanunla müəyyən edilmiş müddətdə və qaydada yuxarı instansiya məhkəmələrinə verdikləri şikayətlərə əsasən nail ola bilərlər. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmələrin ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı fəaliyyəti deyil, inzibati idarəçiliyin tənzimlənməsinə yönələn fəaliyyətləri inzibati mübahisənin predmeti ola bilər. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi əsasları və qaydası isə xüsusi qanunla tənzimlənmişdir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə tərəfindən iddiaçıya 28 fevral 2025-ci il tarixli, 2-1(120)-3001/2025 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq iddia tələbinin mümkünlük şərtləri ətraflı şəkildə izah olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə qarşı “pozulmuş hüquqlarının bərpası və s.” tələbinə dair iddiası mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar