Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3005/2024 10.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş stajı nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 01 aprel 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş stajı nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 13 avqust 2024-cü il tarixli qərardadı ilə iddia dəyişdirilərək “iş stajı nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasına davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna xx.xx.1973-cü il tarixdə daxil olub, xx.xx.1978-ci il tarixdə bitirib, seriya İO, № 292409 nömrəli diplomla “zoomühəndis” ixtisasına yiyələnmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdiyi həmin il, yəni 01 oktyabr 1978-ci il tarixdən, 01 iyul 1979-cu il tarixinədək Lənkəran rayon X1 briqadir vəzifəsində işləmişdir. Bu barədə 10 oktyabr 1979-cu il tarixli, Sovetlər dövründə, Lənkəran rayon X2 direktoru, ona 51 №li arayış vermişdir. 27 iyul 1979-cu il tarixdə Lənkəran rayon Heyvandarlıq Kompleksində baş zootexnik vəzifəsinə qəbul olunub, 04 dekabr 1979-cu il tarixdə həmin vəzifədən azad olunmuşdur. Bu barədə 04 dekabr 1979-cu il tarixli, Sovetlər dövründə, Lənkəran rayon Heyvandarlıq Kompleksinin direktoru tərəfindən iddiaçıya Əmək Kitabçası verilmişdir. Lakin, Azərbaycan Kənd Təsərrüfatı institutuna daxil olduğu xx.xx.1973-cü il tarixdən, əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.2021-ci il tarixinədək olan 25 illik, malik olduğu əmək pensiyası almaq əvəzinə, ona, yaşına görə sosial müavinət təyin edilmişdir. Yəni 25 illik əmək stajı olan vətəndaşlar 300-350 manat civarında təqaüd (pensiya) aldığı halda, ona isə hal hazırda yalnız yaşına görə işsizlərə şamil edilən 220 manat məbləğində sosial müavinət verilir. Bu səbəblərdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına məktubla birinci dəfə müraciət etmişdir. Cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filalı birinci dəfə, xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-S- 58267/2023 nömrəli imtina cavabı vermişdir. Cavabdeh imtina cavabında səbəb kimi, təqdim etdiyi 51 № li arayışda qeyd olunmuş xx.xx.1978-ci il işə girmə tarixindəki ‘ildə” və əmək kitabçasında qeyd edilmiş xx.xx.1979-cu il tarixində işə girmə “ayında” düzəliş edilməsini səbəb göstərməklə, həmin illəri əmək iş stajı kimi qəbul etməmişdir. Odur ki, ikinci dəfə etibarnamə üzrə nümayəndə X5 vasitəsi ilə xx.xx.2023-cü il tarixdə cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filalına müraciət etmişdir. Müraciətində sovetlər dövründə: Lənkəran rayon X1 və Lənkəran rayon Heyvandarlıq Kompleksində işlədiyi illər, yəni əmək stajı haqqında qeyd etdiyi. Həmçinin, sovetlər dövründə işlədiyi həmin illər haqqında məlumat almaqdan ötrü, X9 Filialına mübahisələndirilən Lənkəran rayon X1 xx.xx.1978-ci il tarixindəki “ildə” və Lənkəran rayon Heyvandarlıq Kompleksində xx.xx.1979cu il tarixində isə girmə “ayında” işləməyi barədə arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin ona, verilməsini də ikinci dəfə xx.xx.2023-cü il tarixli müraciətində qeyd etmişdir. X9 Filialı xx.xx.2022-ci il tarixli, a/56-1 nömrəli, verdiyi arxiv arayışında Lənkəran rayon Heyvandarlıq Kompleksinin əmək haqqı kitablarının filiala təhvil verilməməsini qeyd etmişdir. X9 Filialı xx.xx.2022-ci il tarixli, A/56-2 nömrəli, verdiyi arxiv arayışında Lənkəran rayon X3 sənədlərinin filiala təhvil verilməməsini qeyd etmişdir. Cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı, xx.xx.2023-cü il tarixli təkrar müraciətinə, 30 dekabr 2023-cü il tarixli, № 3-17-1/2-S-311739/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubla cavablandırmışdır. Cavabdeh 30 dekabr 2023-cü il tarixli, imtina cavabında səbəb kimi birinci dəfə xx.xx.2023-cü il tarixli, imtina cavab məktubunda qeyd etdiyi halları təkrarən qeyd edib yazmışdır: Təqdim etdiyi 51 nömrəli arayışda qeyd olunmuş xx.xx.1978-ci il işə girmə tarixindəki “ildə” və əmək kitabçamda qeyd edilmiş xx.xx.1979-cu il tarixində isə girmə “ayında” düzəliş edilməsini səbəb göstərməklə, həmin illəri əmək iş stajı kimi qəbul etməmişdir. Yəni təqdim etdiyi; diplom (xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) Lənkəran rayon X1 işlədiyi xx.xx.1978-xx.xx.1979-cu olan dövr və əmək kitabçasındakı qeyd olunan əmək stajını hesablamaqla barəsində cəmi 24 il, 1 ay, 12 gün əmək stajının olmasını göstərmişdir. Bununla da qanunvericilikdə tələb edilən ən azı 25 il sığorta stajına, 10 ay, 19 gün çatmamasını cavab məktubunda səbəb kimi yazmışdır. Lakin cavabdeh təqdim etdiyi xx.xx.1979-cu il tarixli, 51 № li arayışda işə girmə “1978”-ci ilində və əmək kitabçasında xx.xx.1979-cu il tarixli qeyd edilmiş işə girmə “iyul” ayında, sovetlər dövründə işlədiyi müəssisələrdə edilmiş düzəlişlər ucbatından vətəndaşın hüquqları pozulmuşdur. Cavabdeh- DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmçinin səbəb kimi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nöməli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”-na istinad edərək imtina cavabı vermişdir. Bildirir ki, Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nöməli Qərar. Müddəa 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. Müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X4 yerli qurumları tərəfindən aparılır. Bu o deməkdir ki, vətəndaşın əmək kitabçasında səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Eyni zamanda həmin düzəlişlər Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X4 yerli qurumları tərəfindən də icra edilir. Lakin o, sovetlər dövründə işə girib işləmiş, yəni əmək kitabçasındakı edilən düzəlişlər sovetlər dövrünə aid olduğundan; xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli imtina cavab məktublarında qeyd edilən həmin düzəlişlər barədə Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X4 yerli qurumlarına etdiyi müraciətlərə cavab verilmədi. Yəni, cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı arayış və əmək kitabçasındakı edilmiş düzəlişlərin, sovetlər dövründə tərtib edilib, təsdiq edilməsi hallarına qiymət verməmiş, iddiaçının sosial yaşayış durumunu nəzərə almamış, lakin imtina cavabını yazmışdır. Odur ki, o, maraqlı şəxs qismində ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını cəlb etməklə, iş stajı faktının müəyyən edilməsi tələbinə dair Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Müraciətində xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Lənkəran rayon X1 və xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Lənkəran rayon Heyvandarlıq Kompleksində işlədiyi illəri əmək stajı faktı kimi müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsi “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, № 3 saylı Qərarın 13.2 və 13.3-cü bəndlərinə istinad edərək, DSMF orqanlarının imtinasından inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması barədə, xx.xx.2024-cü il tarixli, № 2(049)- 976/2024 nömrəli Qərardadla ərizəsi geri qaytarmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazını təqdim edir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin onun ümumi iş stajı qanunla tələb olunan müddətdən az olduğundan (24 il 12 gün), eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən (21758,10 manat) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən müraciəti müsbət həll etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1 -ci maddələrində qeyd olunur ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarında iddiaçıya məxsus olan: əmək kitabçasının (xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək) və mərkəzləşdirimiş elektron informasiya sisteminin Pensiya altsisteminə (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək;xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək); Təhsil haqqında diplomunun surətinə əsasən (xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək) İddiaçı ümumilikdə mübahisəsiz sosial sığorta stajı 24 il 12 gün təşkil edir. Araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək “Lənkəran rayon Heyvandarlıq Kompleksi”ndə işləməsi ilə bağlı olan qeydlərin, xx.xx.1979-cu il tarixli arayışda qeyd edilmiş xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Lənkəran rayon X3”nda işləməsi ilə bağlı olan qeydlərin doldurulma qaydasının pozulduğu (işə daxilolma qeydinə düzəliş) müəyyən edilmiş, bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun hesab edilməmişdir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 23 il 05 ay 12 gün sığorta stajına uyğun olaraq 21718,45 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 39,65 manat olmaqla, ümumilikdı 21758,10 manat təşkil edir ki, bu məbləğ müraciət etdiyi tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olmuşdur. Azərbaycan Respublikası X7 filialının 05 iyul 2024-cü il tarixli, 3-48-DA-LF/1- 158/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Lənkəran rayon X3”nın sənədləri arxivə təhvil verilməmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək “Lənkəran rayon Heyvandarlıq Kompleki”ndə işləməsi ilə bağlı əmrlər aşkar edilməmişdir. Konstitusiyada əksini tapan sosial təminat hüququ 38-ci maddənin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstiyusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna..'' 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunur yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Bütün bu halları nəzərə alaraq düşünürük ki, məhkəmə qərarlarında qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorları nəzərə alaraq formalaşdırdığı sistemə ziddiyyət təşkil edəcək tövsifdən və təfsirdən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o, cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Günəş Yusif qızı imtinanın əsaslı olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri).İddiaçı subyektiv hüquqa malik olmaqla düzgün cavabdehə qarşı iddia qaldırmışdır. İddiaçı Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə- Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Lerik rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçının yaşayış yeri Lerik rayonu olduğundan, İPM-in 8.1.2-ci maddəsini əsas götürərərək,iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırıcı hissə: Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan sübutlarla əsaslandırır: İş materiallarında olan; xx.xx.1978-ci il tarixli, Ю № 292409 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1973-cü il tarixdən 1978-ci il tarixədək Azərbaycan Kənd təsərrüfatı inistitunda “Zootexnik” ixtisası üzrə təhsil almışdır. Lənkəran X2 xx.xx.1979-cu il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Lənkəran rayon X1 briqadir vəzifəsində işləmişdir. X7 filialının xx.xx.2022-ci il tarixli, a/56-1 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Lənkəran rayon X2 sənədləri X7 filialına təhvil verilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın, diplomunuzun surətlərinə əsasən sığorta stajınız (xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığınız illər nəzərə alınmaqla) 24 il 1 ay 12 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 23 il 5 ay 12 gün sığorta stajınıza uyğun olaraq 21718,45 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 44,77 manat olmaqla, ümumilikdə 21763,22 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyanın məbləği isə 280 manat müəyyən edilmişdir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən təqdim etdiyiniz 51 №-li arayışda qeyd olunmuş xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, eyni zamanda əmək kitabçanızda qeyd edilmiş xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə girmə tarixlərinə düzəliş edildiyi üçün) həmin dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” aitsistemində olan məlumatlara əsasən sığorta stajınız (xx.xx.1973-cü 11 tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığınız illər də nəzərə alınmaqla) 24 il 12 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 23 il 5 ay 12 gün sığorta stajınıza uyğun olaraq 21718,45 manat, xx.xx.2021 -ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (7 ay sığorta stajınıza uyğun) 39,65 manat olmaqla, ümumilikdə 21758,10 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, 01,02.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Həmçinin bildiririk ki, 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarf’na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma tarixində qaralama olduğu üçün) sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Bildiririk ki, xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə baxıla bilər. Eyni zamanda bildiririk ki, sözügedən dövrlər sığorta stajınıza daxil edilsə belə ümumi sığorta stajınız 24 il 4 ay 19 gün təşkil edəcək ki, bu müddət qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Qanunun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İddiaçı məxsus xx.xx.1979-cu il tarixli Əmək kitabçasından görünür ki, xx.xx.1979cu il tarixdən xx.xx.1979-cu il tarixədək “Lənkəran rayon Heyvandarlıq Kompleksi”ndə, xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək “Şirinsu” Sovxozunda işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilib. Bildiririk ki, İddiaçı xx.xx.2021-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı müddət, əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1998-ci il tarixinədək, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun mübahisələndirilməyən sığorta stajı 24 il 12 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 23 il 5 ay 12 gün sığorta stajına uyğun olaraq 21718,45 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (7 ay sığorta stajına uyğun) 39,65 manat olmaqla, ümumilikdə 21758,10 manat təşkil edir ki, bu məbləğ müraciət etdiyi tarixdə (xx.xx.2023-cü il tarixində) qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarfna əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma tarixində qaralama olduğu üçün) həmin dövrlər sığorta stajına əlavə edilməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı yaşa görə pensiyanın təyin edilməsindən imtina edilmişdir. X7 Filialinın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayon X2 sənədləri X7 filialına təhvil verilməmişdir. Ona görə də sorğunuzda qeyd olunmuş İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixə kimi həmin təşkilatda işləməsi barədə tərəfimizdən məlumatın verilməsi mümkün olmadı. Eyni zamanda bildiririk ki, Lənkəran rayon Heyvandarlıq Kompleksinin əmək haqqı kitabları X7 filialına təhvil verilməmişdir. Həmin təşkilatın əmr kitabları müəyyən illərdə və aylarda ara fasilələr olmaqla arxivimizə təhvil verilmişdir. Sorğunuzda qeyd olunmuş xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək olan əmrlər arxivimizə təhvil verilmədiyi üçün İddiaçı aid olan əmrlərin tərəfimizdən verilməsi mümkün olmadı. (bildiririk ki, həmin ilin əmrləri xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixə kimi arxivdə vardır) Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lerik Rayon Şöbəsinin məhkəməyə ünvanldığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində 1956-cı il təvəllüdlü İddiaçı barəsində arxiv sənədləri və digər sənədlərdə heç bir məlumat aşkar edilməmişdir. Kənd Təsərrüfati Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Publik Hüquqi Şəxsnin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “zootexnika” ixtisası üzrə əyani təhsil formasının birinci kursuna qəbul olmuş (əmr № 677, xx.xx.1973-cü il) və 1978-ci ildə həmin ixtisasın əyani təhsil formasını bitirmişdir (əmr № 342, xx.xx.1978-ci il). Dövlət İmtahan Komissiyasının 19 may 1978-ci il tarixli (protokol № 7) qərarına əsasən ona № 292409 seriyalı adi diplom verilmişdir (qeydiyyat nömrəsi 220403). Lənkəran Şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iş stajı nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa gorə əmək pensiyasının təyin ulunması öhdəliyinin cavabdehin üzərmə qoyulması tələbinə dair inzibati iş ilə bağlıdır. Lənkəran şəhəri ərazisində "Lənkəran X2" və “Lənkəran rayon Heyvandarlıq Kompleksinin" fəaliyyət göstərib-göstərilməməsi, fəaliyyət göstəribsə hansı hansı tarixlərdə fəaliyyət göstərilməsi,direktorunun kim olması, hansısa qurumun tabeliyinə verilib-verilməməsi barədə məlumat və sənədlərin təsdiq edilmiş sürətlərinin məhkəməyə göndərilməsi xahiş olunur. Sorğunuzla bağlı bildiririk ki, "Milli Arxiv Fondu haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən “Lənkəran X3" sənədləri Arxiv İdarəsinin Lənkəran Filialına təhvil vermədiyindən və “Lənkəran rayon Heyvandarlıq Kompleksr’nin əmr kitabları 01 08.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək müəyyən illərdə və aylarda ara fasilələr olmaqla Arxiv idarəsinin Lənkəran Filialına təhvil verildiyindən həmin müəssisələrin fəaliyyət göstərib- göstərilməməsi, fəaliyyət göstəribsə hansı tarixlərdə fəaliyyət göstərilməsi, direktorunun kim olması, hansısa qurumun tabeliyinə verilib-verilməməsi barədə X7 Filialında heç bir hüquq müəyyənedici sənəd aşkarlanmamışdır. Kənd Təsərrüfatı Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "Lənkəran X3” və "Lənkəran rayon Heyvandarlıq Kompleksi"nin Nazirliyin tabeliyində fəaliyyət göstərib-göstərməməsi, İddiaçı 1978-1979-cu illər ərzində həmin müəssisədəki əmək fəaliyyəti ilə bağlı məlumatların təqdim edilməsi ilə bağlı müraciətinizə Kənd Təsərrüfatı Nazirliyində baxılmışdır. Bildiririk ki, müraciətdə qeyd olunan müəssisələr ilə bağlı sənədlər mühafizə olunmaq üçün Nazirliyin arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də tələb olunan məlumatların təqdim edilməsi imkan xaricindədir. X7 Filialinın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayon Heyvandarlıq Kompleksinin əmək haqqı kitabları X7 filialına təhvil verilməmişdir. Ona görə də sorğunuzda qevd olunmuş xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixə kimi olan əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətlərinin sizə göndərilməsi mümkün olmadı. Bildiririk ki, Lənkəran rayon Heyvandarlıq Kompleksinin yalnız əmr kitabları müəyyən illərdə və aylarda ara fasilələr olmaqla arxivimizə təhvil verilmişdir. Arxivimizdə mühafizə olunan Lənkəran rayon Heyvandarlıq Kompleksinin 03.01,1979-cu il tarixdən xx.xx.1979-cu il tarixə kimi dövrü əhatə edən əmr kitabları tərəfimizdən yoxlanıldı. Yoxlama zamanı İddiaçı adına heç bir sənəd aşkar edilmədi. X7 filialında saxlanılan Lənkəran rayon Heyvandarİıq Kompleksinin xx.xx.1978-ci il tarixdə başlayıb xx.xx.1979-cu il tarixdə bitən əmr kitabının yalnız xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixə kimi olan səhifələrinin təsdiq olunmuş ksero surətləri Sizə göndərilir. (adı qeyd olunmuş şəxslə bağlı hər hansı bir bir məlumatın olub- olmamasını , müəssisənin rəhbərinin kim olması və işçilərin adlarını yoxlamaq üçün) Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: -67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; -69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Lakin şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır.Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. “Əmək pensiyaları haqqında” 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-ci il tarixdə doğulması və xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə ikinci şərtə münasibətdə isə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən və mübahisələndirilməyən illər ümumilikdə götürülsə belə (həm əmək kitabçasında qeyd edilən staj, həmçinin təhsil müddəti) iddiaçının sosial sığorta stajı 25 ildən az təşkil edir. Mübahisəli xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrə münasibətdə isə məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus əmək kitabçasında həmin qeydlər aparılmamışdır. İddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Lənkəran rayon X1 briqadir vəzifəsində işləməsi faktı yalnız Lənkəran X2 xx.xx.1979-cu il tarixli arayışında qeyd edilmişdir ki, həmin arayış arxiv sənədləri ilə öz təsdiqini tapmadığından məhkəmə tərəfindən mötəbər hesab edilə bilməz. Başqa sözlə, iddiaçıya münasibətdə əmək pensiyasının təyin edilməsi üçün qanunvericinin təsbit etdiyi ikinci şərt ödənilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş stajı nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş stajı nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-3005/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3005/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver