Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3008/2023 13.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X7 iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Cəlilabad rayonu, Dələli kəndində anadan olmuşdur. 1972-ci ildə Cəlilabad rayonu, Qarakazımlı kənd orta məktəbinə getmişdir. 1982-ci ildə həmin orta məktəbi bitirmiş, 1983-cü ildə SSR silahlı qüvvələrində hərbi xidmətə çağırılmışdır. X10 Qüvvələrində xidmət etmiş, 1985-ci ildə Ordu Sıralarından tərxis olmuşdur. 1987-ci ildə N.Nərimanov adına ATİ-nin müalicəprofilaktika fakültəsinə daxil olmuşdur. 1994-cü ildə həmin universiteti həkim cərrah kimi qurtarmışdır. Tibb Universitetində leytenant rütbəsini almışdır. Əmək fəaliyyətinə 1994-cü ildən bu günə kimi Cəlilabad MRX-da həkim cərrah fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixdə Biləsuvar MRX həkim cərrah kimi fəaliyyət göstərmişdir. xx.xx.2020-ci il tarixdə yardımçı briqada şəklində Bərdə rayonu MDM-ə ezam olunmuş, lakin öz xahişi ilə Tərtər rayonu, Mərkəzi Xəstəxanasına xx.xx.2020-ci il tarixə qədər həkim cərrah kimi 44 günlük vətən müharibəsində həmin rayonda həkim cərrah kimi fəaliyyət göstərmişdir. Lakin xx.xx.2020-ci il tarixdə COVİD-19 xəstəliyinə yoluxduğu üçün onu xx.xx.2020-ci ildə tərxis edərək Cəlilabad MRX-na müalicə üçün göndərmişlər. O, ezam olunduğu Bərdə və Tərtər rayonlarında həkim kimi yaralı əsgərlərin üzərində sümük ətrafı, kor və açıq qəlpə yarları, kəllə-beyin travmaları, döş qəfəsi travmaları kimi əməliyyatlar etmişdir. Eləcə də, yaralı əsgərlərin digər hospitallara, yəni Naftalan, Yevlax, Mingəçevir, Ağsu, Ağcabədi, Göyçay və Sarıcalı hospitallarına təxliyə edilmələrini icra etmişdir. O, fəaliyyət göstərdiyi Bərdə rayonu MDM-nə SMERÇ tipli raketlər də atılmışdır. Tərtər rayonunda isə fəaliyyəti zamanı xəstəxananın hər tərəfin mütəmadi olaraq ağır artireliyalardan atəşə tutulurdu. Bu atəşlər zamanı xəstəxananın təcili tibbi yardım avtomobili atəşə məruz qalmış və möcüzə şəklində tibbi personal heyəti yaralanaraq sağ qalmışdır. Bu barədə videogörüntü də mövcuddur. Belə ki, ona müharibə veteranı adının və vəsiqəsini verilməsindən ötrü cavabdeh təşkilatlara müraciət etmişdir. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubla ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədə uyğun hesab edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, iddiaçı, iddia ərizəsində xx.xx.2020-ci il tarixdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim cərrah vəzifəsində fəaliyyət göstərdiyi zaman yardımçı briqada şəklində Bərdə rayon X3, oradan da Tərtər Mərkəzi Rayon Xəstəxanasına ezam edildiyini və 44 günlük vətən müharibəsində yaralı əsgərləri əməliyyat etdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. İddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi İ sələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlətt Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan MuxtarRespublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə ; nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsas' ehiyata buaxılmasıdır.Normanı ümumiləşdirərək qeyd etmək istəmişdir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir:-Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir.Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsindən və ona əlavə edilmiş müvafiq sənədlərdən görünür ki, o, Bərdə rayonu X3, oradan da Tərtər Mərkəzi Rayon Xəstəxanasına ezam olunduğu üçün döyüş əməliyyatları aparılan zaman hərbi qulluqçu statusuna malik olmamışdır. Bu səbəbdən ona “Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarının tələblərinə ziddir.Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM- 13.2 və 17).Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbuledilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuş, Cəlilabad şəhəri, H.Əliyev prospekti, ev 39-da yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 14 aprel 2023-cü il tarixli PHŞ-6-28/2-420/2023 nömrəli arayışında göstərilmişdir ki, verilir, Cəlilabad RMXnın həkim -ümumi cərrahı X6 ondan ötrü ki, o, həqiqətən xx.xx.2020- ci il tarixdən xx.xx.2020 -ci il tarixədək 44 günlük Vətən Müharibəsi dövründə yaralı əsgərlərə tibbi xidmət göstərmək məqsədilə Bərdə X3 ezam olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yaralı əsgərlərə tibbi xidmət göstərmək məqsədilə Tərtər RMXna ezam olunmuşdur. İşdə olan X4 Mərkəzi publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 44 nömrəli ezamiyyət vərəqəsindən görünür ki, Cəlilabad rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkim-ümumi cərrahı İddiaçı tibbi xidmət göstərmək məqsədi ilə X8 Mərkəzi publik hüquqi şəxsinə ezam edilmişdir. İşdə olan Cəlilabad rayon Mərkəzi Xəstəxanasıpublik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 909-k nömrəli əmrdən görünür ki, yaranmış zərurətlə əlaqədar X9 -həkim travmatoloq,İddiaçı -həkim ümumi cərrah,X2 -həkim anestezioloq, reanimatoloq tərkibindən ibarət yardımçı həkim birqadasını xx.xx.2020-ci il tarixdən "X8 Mərkəzi" PHŞnə ezam olunması əmr edilmişdir. İşdə olan ZE0008209 nömrəli hərbi biletdən görünür ki, İddiaçı 1983-cü ildə SSR silahlı qüvvələrində hərbi xidmətə çağırılmışdır. X10 Qüvvələrində xidmət etmiş, 1985-ci ildə Ordu Sıralarından tərxis olmuşdur. 1987-ci ildə N.Nərimanov adına ATİ-nin müalicəprofilaktika fakültəsinə daxil olmuşdur. 1994-cü ildə həmin universiteti həkim cərrah kimi qurtarmışdır. Tibb Universitetində xx.xx.1993-cü il tarixdə leytenant rütbəsini almışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, “Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə birləşdirilmiş “X8 Mərkəzi” publik hüquqi şəxsində həkim-ümumi cərrah kimi fəaliyyət göstərmişdir. İşdə olan “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 18-1-75/2-838/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1965 -ci il təvəllüdlü Cəllilabad şəhər, H.Əliyev prospekti, ev 39 - da yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Tərtər Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə həkim - ümumi cərrah kimi ezam edilməmişdir İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vətəndaşa ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-743 nömrəli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Ezamiyyətə göndərildiyi ərazilər (Bərdə və Tərtər rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında qeyd olunan ərazi meyarlarına uyğun olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-43/2-15-873/2023 nömrəli məktubunda göstərilmişdir ki, istefada olan leytenant İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. 1986-cı ildən 1993-cü ilədək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almış, təhsilinin sonunda ona leytenant hərbi rütbəsi verilmişdir, lakin zabi: qismində hərbi xidmət keçməmişdir. xx.xx.1997-ci il tarixində Cəlilabad rayon hərbi komisarlığında ehtiyatda olan zabit kimi hərbi qeydiyyata alınmışdır. İddiaçı ehtiyatda olmanın son yaş həddinə çatdığı üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində hərbi qeydiyyatdan çıxarılmışdır. İşdə olan Cəlilabad rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin məhkəməyə ünvanladığı məktubunda göstərilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü, Cəlilabad şəhəri, H.Əliyev pr, ev 39-da qeydiyyatda olan İddiaçı barəsində tələb etdiyi sənədlər qoşma olaraq məktuba əlavə etmişdir. İşdə olan Cəlilabad rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinməhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 18-1-32/2-1429/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli 2-1(120)-3008/2023 nömrəli məktubu Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-də araşdırılmışdır. xx.xx.1965-ci il təvəllüdlü, Cəlilabad şəhəri, H.Əliyev pr, ev 39-da qeydiyyatda olan İddiaçı barəsində tələb etdiyi sənədlər qoşma olaraq məktuba əlavə etmişdir. İşdə olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin məhkəməyə ünvanladığı 19 oktyabr 2023-cü il tarixli 18-1-28/2-1357/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-3008/2023 nömrəli məktubuna baxılmış və mahiyyəti üzrə araşdırılmışdır. Məktuba cavab olaraq bildirilmişdir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-ümumi cərrahı İddiaçı 44 günlük Vətən Müharibəsi dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Bərdə RMX” phş-də (keçmiş X8 Mərkəzində) yaralı əsgərlərə tibbi xidmət göstərmişdir. Məktubun tələblərini yerinə yetirmək məqsədilə xx.xx.2023-cü il tarixli PHŞ-6-28/2- 420/2023 nömrəli arayış və onun verilməsinə əsas olan sənədin təsdiq edilmiş surətini məktuba əlavə olunmuş forma üzrə təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 29 avqust 2023-cü il tarixli, 3-3-12/2-30-9063/23 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk edib-etməməsi, fərariliyə, eləcə də digər hərbi cinayətlərə görə məhkum və ya cinayət məsuliyyətindən azad edilibedilməməsi barədə məlumatın verilməsinə dair 05 iyul 2023-cü il tarixli 2-1(120)- 3008/2023 №-li müraciəti xx.xx.2023-cü il tarixdə Respublika Hərbi Prokurorluğuna daxil olmuş və baxılmışdır. Vətəndaş İddiaçı barəsində göndərilmiş sənədlərdən məlum olur ki, o, xx.xx.2020-ci il tarixdə həkim kimi yardımçı tibbi briqada şəklində publik hüquqi şəxs olan "Bərdə Müalicə-diaqnostika mərkəzinə" ezam edilmiş və xx.xx.2020-ci il tarixdə "Covid-19" xəstəliyinə yoluxduğundan iş yeri olan Cəlilabad mərkəzi rayon xəstəxanasına qayıtmışdır. Beləliklə, İddiaçı hərbi qulluqçu statusuna malik olmaqdan ötrü heç bir hərbi hissəyə və hərbi quruma göndərilməmiş və ya ezam edilməmiş, yəni, o, hərbi qulluqçu olmamışdır. Vətəndaş İddiaçı hərbi qulluçu olmadığından, onun barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəməyə ünvanlanmış vətəndaş İddiaçı barəsində göndərilmiş sənədlərdən məlum olur ki, o, xx.xx.2020-ci il tarixdə həkim kimi yardımçı tibbi briqada şəklində publik hüquqi şəxs olan "Bərdə Müalicədiaqnostika mərkəzinə" ezam edilmiş və xx.xx.2020-ci il tarixdə "Covid-19" xəstəliyinə yoluxduğundan iş yeri olan Cəlilabad mərkəzi rayon xəstəxanasına qayıtmışdır. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-ümumi cərrahı İddiaçı 44 günlük Vətən Müharibəsi dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Bərdə RMX” phş-də (keçmiş X8 Mərkəzində) yaralı əsgərlərə tibbi xidmət göstərmişdir. Cəlilabad RMX-nın həkim ümumi cərrahı İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 44 günlük Vətən Müharibəsi dövründə yaralı əsgərlərə tibbi xidmət göstərmək məqsədilə Bərdə X3 ezam olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yaralı əsgərlərə tibbi xidmət göstərmək məqsədilə Tərtər RMX-na ezam olunmuşdur. Məhkəmə qeyd edir ki, Müdafiə Nazirliyinin ezamiyyətə göndərildiyi ərazilər (Bərdə və Tərtər rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında qeyd olunan ərazi meyarlarına uyğun olmaması barədə məlumat vermiş, lakin iddiaçının izahatı və iş materiallarına əlavə edilmiş sənədlər üzrə də İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 44 günlük Vətən Müharibəsi dövründə yaralı əsgərlərə tibbi xidmət göstərmək məqsədilə Bərdə X3 ezam olunması məhkəmə tərəfindən aşkar edilmişdir. “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Ezamiyyətə göndərildiyi ərazilər (Bərdə və Tərtər rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında qeyd olunan ərazi meyarlarına uyğun olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-3008/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3008/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver