Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-301/2021 09.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Cavabdeh Qulamhüseyn oğlunun (Masallı rayonu, Qızılağac kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçı Masallı rayon Qızılağac bələdiyyəsinin Cavabdeh Qulamhüseyn oğluna qarşı dövlət aktının ləğv edilməsi və hal-hazırda istifadəsində olan torpaq sahəsi ilə dəyişdirilərək əvəz edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Masallı rayon Qızılağac bələdiyyəsi Cavabdeh Qulamhüseyn oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət aktının ləğv edilməsi və hal-hazırda istifadəsində olan torpaq sahəsi ilə dəyişdirilərək əvəz edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2021-ci il tarixə saat 15:00-a və xx.xx.2021-ci il tarixə saat 10:00-a təyin edilmiş iclasları barədə bildiriş məktubları göndərilərək iddiaçı Masallı rayon Qızılağac bələdiyyəsi həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı bildiriş məktublarını poçt xəbərnaməsinə xx.xx.2021-ci il tarixdə imza edərək qəbul etməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. O cümlədən məhkəmə iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. Cavabdeh Qulamhüseyn oğlu məhkəmə iclasında iddianın geri götürülmüş sayılmasına və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən eyni tələbilə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci, 80-ci və 81-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Masallı rayon Qızılağac bələdiyyəsinin Cavabdeh Qulamhüseyn oğluna qarşı dövlət aktının ləğv edilməsi və hal-hazırda istifadəsində olan torpaq sahəsi ilə dəyişdirilərək əvəz edilməsi barədə iddiası geri götürülmüş hesab edilsin və iş üzrə icraata xitam verilsin. . Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-301/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-301/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver