Məhkəmə qərarları › İş №2-1(120)-3011/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3011/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3011/2023 07.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi İddiaçı, Üçüncü şəxs X3, Üçüncü şəxsin Nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi və miras payının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlü məsələsinə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi və miras payının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanındada (əvvəllər həmin ünvan ünvan 3rı ilə birlikdə həmin ünvanda yaşayır. X2 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Valideynlərinin sağlılğında onlar ailəlikcə dörd nəfər (atası, anamsı, o və qardaşı Cavabdeh) həmin ünvanda yaşamlar. Yaşadıqları ev atasına məxsus 0.06 ha həyətyanı torpaq sahəsində 1973-cü ildə inşa edilmiş iki mərtəbəli ev olmuşdur. 2022-ci ilin yanvar ayında qardaşı Həsən ona bildirb ki, valideynlərinin vəfatından sonra onlardan qalmış evi və əmlakları sənədləşdirmək lazımdır. O işi ilə əlaqədar sənədləşmə işlərində iştirak edə bilməyəcəini bildirdikdə qardaşı ona tanışı Aqilə etibarnamə verməyini məsləhət görərərək özünün də ona etibarnamə verəcəyini söylədi. O, Həsənin tövsiyəsi ilə miras əmlakların sənədləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə bir ay müddətinə X16 etibarnamə verb. Bir müddətdən sonra Həsən ona bildirib ki, Nərmin adlı bir qadın tanışı var bankdan pul götürüb onunla alver etmək istəyir, onun üçün də evi girov qoymaq lazımdır. O, cavabında bildirib ki, xeyirli bir işdirsə evin bankda girov qoyularaq pul götürülməsinə etiraz etmir. Aralarında olan bu söhbət bir müddət sonra unuduldu. Bu ilin aprel ayının əvvəllərində isə X6 adlı bir qadın yaşadığı evə gələrək evin ona məxsus olduğunu və onların evi tərk etməli olduğunu bildirb. O, həmin qadına hansı haqla bunu onlardan tələb etdiyini söylədikdə, o “evi Həsəndən satın almışam“ deyə bildirmişdir. O, belə bir halın mümkün olmadığını, Həsənin evi onun razılığı olmadan sata bilməyəcəyini və onun dərhal evini tərk etməsini bildirb. Cavabında N.Allahverdiyeva Həsənin ona borcu olduğunu və əvəzində evi satmasını bildirdi. O, qardaşı Həsənə zəng edərək baş vermiş hadisəni danışaraq, məsələnin necə olmasını soruşb. Həsən ona evi kimsəyə satmadığını, yalnız evi öz adına sənədləşdirdiyini, daha sonra evi girov qoyub pul götürmək üçün X16 və X10 etibarnamə verdiyini bildirb. O, evin Həsən tərəfindən satılmadığını bildirib təkrarən N.Allahverdiyevadan evi tərk etməsini tələb etmiş. Nəticədə onunla aralarında və evdə olanlarla mübahisə yaranıb. Baş verənlərin məntiqi nəticəsi kimi mübahisəyə pois müdaxilə etdi və biz Masallıı RPŞ-yə dəvət edilmişlər. Polis Şöbəsində araşdırma zamanı ona məlum olub ki, xx.xx.2022-ci il tarixdə qardaşı Həsən valideynlərindən qalmış torpaq sahəsinin və evin rəsmi qeydiyyata alınması üçün X16 və X10 etibarnamə vermişdir. Daha sonra onunla əlaqə saxlayaraq torpağın və evin sənədləşdirilməsi üçün onun da iştirakının lazım olduğunu bildirdiyi üçün o da yuxarıda qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdə bir ay müddətinə X16 etibarnamə vermişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Həsən X16 və X10 beş ay müddətinə yeni bir etibarnamə vermişdir. 01 mart 2022-ci il tarixdə isə valideynlərindən qalma ev və torpaq sahəsi ********** qeydiyyat nömrəsi mərhum X2nun adına rəsmiləşdirilmiş və hüquq sahibləri kimi X8, X18, Cavabdeh və X9 (Həsənin həyat yoldaşı) göstərilmişdir. Daha sonra yenidən xx.xx.2022-ci il tarixdə Həsən X16 iki ay bir gün müddətinə yeni bir etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə mərhum atasının adına rəsmiləşdirilmiş ev və torpaq sahəsi ********** qeydiyyat nömrəsilə Cavabdeh adına sənədləşdirilmiş, hüquq sahibi kimi Cavabdeh və X9 göstərilmişdir. xx.xx.2022-ci il tarixdə X9 tərəfindən X16 bir ay müddətinə etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə isə satıcılar Cavabdeh və X7 təmsil edən X19 ilə alıcı X6 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqviləsinə əsasən ünvan 4 ünvanında 0.06 ha torpaq sahəsinin üzərində yerlşən ümumi sahəsi 271.2 kv/m olan fərdi yaşayış evi və həmin torpaq sahəsi 31040 manat 40 qəpik qiymətinə sataraq alıcı X3 mülkiyyətinə verilmişdir. xx.xx.2022-ci il tarixdə isə həmin ev və torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə X3 adına rəsmiləşdirilmişdir. Hesab edir ki, göstərilən hallar üzrə onun vərəsəlik hquqları pozulmaqla qanunla miras əmlakdan ona çatacaq paydan məhrum olmuşdur. Bu səbəbdən də o, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qrarına gəlmişdir. Odur ki, xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi, Azırbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi və ona çastacaq miras payının ayrılması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı üçüncü şəxs X6 məhkəmə iclasına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Azırbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi və ona çastacaq miras payının ayrılmasını iddia edir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən X1. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanı X3 adına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun hüququnun təsdiq olunması faktı ilə əlaqədar yaranmışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, hazırkı inzibati məhkəmə icraatında İddiaçı xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi və miras payının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Lakin nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı yolu ilə X1. Belə olan iddia tələbi alqı-satqı müqaviləsinin mübahisələndirilməsi ilə şərtləndirilir, hansı ki, bu qəbildən olan mübahisə publik xarakterli olmadığından, ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Qeyd olunanlarla bağlı iddiaçıya 04 may 2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, ümumi məhkəməyə (rayon və ya şəhər) müraciət etməsi bildirilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddia ərizəsi tərəflər arasında müqavilədən doğan öhdəlikdir, yuxarıda qeyd edilənlərə əsasən inzibati xarakterli deyil və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu baxımdan, məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterli qiymətləndirilir, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Həmçinin iddiaçı məhkəmə prosesində qeyd edilənlərə əsasən ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etməli olduğu izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, iddia ərizəsində qeyd edilən tələbin alqı-satqı müqaviləsindən doğan öhdəlik olduğunu nəzərə alaraq aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı daşınmaz əmlakın olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi və miras payının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar