Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-302/2021 07.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasına qarşı “hərbi həkim komissiyasının xx xxxx 2020-ci il tarixli, 591 saylı rəyində “ümumi xəstəlik” rəyinin dəyişdirilərək “xidmət dövründə alınmış xəstəlik” rəyinin yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi həkim komissiyasının xx xxxx 2020-ci il tarixli, 591 saylı rəyində “ümumi xəstəlik” rəyinin dəyişdirilərək “xidmət dövründə alınmış xəstəlik” rəyinin yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasının nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 591 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı barəsində “ümumi xəstəlikdir”, diaqnozu heteroziqot B-Talassemiya, minor, xəstəlik irsidir, həm dinc dövrdə həm də müharibə dövründə hərbi xidmətə yararsızdır qərarı qəbul olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları 48 ş/h nömrəli xx xxxx 2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı, “Hərbi xidmət keçmə haqqında əsasnamənin” 157-ci maddəsinin “b” bəndinə əsasən xəstəliyə görə Daxili İşlər nazirinin müavini – Daxili Qoşunlarının komandanının sərəncamından azad edilib, həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Həmin əmrdə həqiqi hərbi xidmətdən istefaya buraxılmanın əsası kimi Tibbi xidməti polkovnik-leytenantı Əlican Hacıyevin raportu və xx.xx.2020-ci il tarixli 591 nömrəli xəstəlik haqqında şəhadətnamənin olduğu göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 76 nömrəli xx xxxx 2020-ci il tarixli nizami hissə üzrə əmrdən çıxarışdan görünür ki, İddiaçı, “Hərbi xidmət keçmə haqqında əsasnamənin” 157-ci maddəsinin “b” bəndinə əsasən xəstəliyə görə Daxili İşlər nazirinin müavini – Daxili Qoşunlarının komandanının sərəncamından azad edilib, həqiqi hərbi xidmətdən istefaya buraxıldıqdan sonra xx.xx.2020-ci il tarixdən hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə göndərilməsi əmr olunmuşdur. İşdə olan ******* nömrəli hərbi biletin 22-ci və 24 səhifələrindən görünür ki, İddiaçı “Hərbi xidmət keçmə haqqında əsasnamənin” 157-ci maddəsinin “b” bəndinə əsasən xəstəliyə görə ehtiyata buraxılmış, xəstəliyə görə ehtiyata buraxıldıqdan sonra xx.xx.2020-ci il tarixdə Lənkəran hərbi komissarlığında hərbi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 13-2/486 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin xx.xx.2020-ci il tarixli, 2-1 (120)-1697/2020 nömrəli məktubunuza əsasən X4 iddiası üzrə müvafiq əmrlərdən çıxarışları, göndəriş vərəqəsinin verilməsi barədə arayış, xəstəlik haqqında şəhadətnamə və digər tibbi sənədlər ünvanınıza göndərilib (çıxış N° 13-2/1149, xx.xx.2020-ci il.). Məlumat üçün bildirirk ki, vətəndaş X7 hərbi xidmətdə olarkən xx xxxx 2020-ci il tarixdə Daxili Qoşunların Baş İdarəsinin Tibb xidmətində Hərbi-həkim komissiyasında hərbi xidmətə yararlılığı təyin edilərkən onun hərbi xidmətə yararlılığı “D”-həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır, xəstəliyinin səbəb əlaqəsi isə “ümumi xəstəlikdir” kimi təyin edilərək Nazirlər Kabinetinin 59 nömrəli Hərbi Həkim Ekspertizası haqqında” Əsasnamənin tələblərinə, “DİN-nin Daxili Qoşunlarının Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2008-ci il tarixli 559 №-li əmrinin 76-cı maddəsinin tələblərinə, habelə Hərbi-həkim komissiyasının qərarlarının rəsmiləşdirilməsi və təsdiq edilməsi qaydalarına uyğun olaraq şəhadətləndirilməsinin nəticəsi xəstəlik haqqında şəhadətnamə ilə tərtib olunaraq 591 nömrəli qərar verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 13-1/43 nömrəli etirazında qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxil Qoşunlarının Baş İdarəsinin Tibb xidmətində Hərbi-həkim komissiyasına qarşı “xəstəlik haqqında şəhadətnamədə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası əsassız, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, o, qeydiyyatda olduğu Lənkəran rayon Hərbi Komissarlığının Hərbi-həkim komissiyasından sağlam olaraq keçmiş, müddətli həqiqi hərbi xidmətə qəbul olunmuş, 2008-2010-cu illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında müddətli həqiqi hərbi xidmət keçmiş, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət keçmək üçün sənədlərini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Kadrlar idarəsinə təqdim etmiş, Daxili Qoşunların Hərbi-həkim komissiyası tərəfindən sağlam şəhadətləndirildikdən sonra müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmişdir. xx.xx.2012-ci ildən Daxili Qoşunların N saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində pulemyotçu atıcı vəzifəsində xidmətə başlamış, xx.xx.2020-ci il tarixdə Daxili Qoşunların Baş İdarəsinin Tibb xidmətində Hərbi-həkim komissiyasının 591 nömrəli qərarına əsasən “Heteroziqot B talessemiye, minor. Ümumi xəstəlikdir (Həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yayarsızdır)” diaqnozu ilə ehtiyata buraxılmışdır. Həmçinin, iddiaçı ərizəsində ümumi xəstəliklə ehtiyata buraxılmasının tam qanuna uyğunsuz olmasını, xidmət etdiyi müddətdə xəstələndiyi üçün xidmət dövründə alınmış xəstəlik kimi qeyd edilməli olduğunu, xidmət etdiyi illərdə hər il həkim komissiyasında sağlam şəhadətləndirildiyini, Türkiyə Cümhuriyyətində təşkil olunan bir çox kurslarda iştirak etdiyini, Hərbi-həkim komissiyasının “ümumi xəstəlikdir” qeydinin onu bir çox güzəştlərdən məhrum etməsini, Hərbi-həkim komissiyasının rəyini qanunsuz hesab etməsini bildirərək hərbi-həkim komissiyasının xx xxxx 2020-ci il tarixli, 591 saylı rəyində “ümumi xəstəlik” sözünün “xidmət dövründə alınmış xəstəlikdir” sözü ilə dəyişdirilməsini xahiş etmişdir. İddiaçının ərizəsini əsassız hesab edirəm və aşağıda göstərilən səbəblərə görə iddia təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı Daxili Qoşunlarda xidməti aşağıdakı kimi olmuşdur (Arxiv arayışı N° 387, xx.xx.2020-ci il): - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2012-ci il tarixli 15 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2012-ci il tarixli 136 nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq Abşeron rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsindən gəlmiş hesab edilərək həqiqi hərbi xidmətə qəbul edilib, N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə hərbi hissə komandirinin sərəncamında hesab edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2013-cü il tarixli 23 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli 203 nömrəli əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə keçirilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2013-cü il tarixli 23 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli 196 nömrəli əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, xüsusi təyinatlı dəstənin 1-ci xüsusi həmlə qrupunun 2-ci yarımqrupunda heyət nəfəri vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 21 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli 306 nömrəli əmrilə tutduğu vəzifə ixtisar olduğuna görə xüsusi təyinatlı dəstəsinin 1-ci xüsusi həmlə qrupunun 2-ci yarımqrupunda heyət nəfəri vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstəsinin 2-ci yarımqrupunda heyət nəfəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2014- cü il tarixdən xx.xx.2014-cü il tarixədək hərbi hissə komandirinin sərəncamında hesab edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2015-ci il tarixli 82 nömrəli əmrilə tutduğu vəzifə ixtisar olduğuna görə N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin 2-ci yarımqrupunda heyət nəfəri vəzifəsindən azad edilib, N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin 1-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2017-ci il tarixli 74 nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “v” bəndinə müvafiq olaraq, Türkiyə Respublikasının Jandarm Komando Məktəbləri və X5 “Jandarma gizir komando təməl kursu”na göndərilmiş hesab edilərək N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin 1-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri vəzifəsindən azad edilib, xx xxxxxx 2017-ci il tarixdən daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının sərəncamına çıxarılmışdır; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli 3 nömrəli əmrilə daxili işlər nazirinin müavini-daxili qoşunlar komandanının sərəncamından azad edilib, N saylı hərbi hissədə 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2019-cu il tarixli 64 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 120 nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq, həqiqi hərbi xidmət müddəti öz xahişinə görə xx.xx.2020-ci il tarixədək uzadılmışdır; 120 Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli 44 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli, 121 nömrəli əmrilə aparılmış ştat dəyişiklikləri ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilib, aşağı vəzifəyə-N saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun 1-ci yarımqrupunda pulemyotçu vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2019-cu il tarixli 119 nömrəli əmrilə tutduğu vəzifədən azad edilib, N saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin 2-ci xüsusi əməliyyat qrupunun 1-ci xüsusi əməliyyat yarımqrupunda pulemyotçuatıcı vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2020-ci il tarixli 26 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 37 nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “v” bəndinə müvafiq olaraq, Türkiyə Respublikasının Foça Jandarım Komando Məktəbi və X5 keçiriləcək “Komando təməl kursu”nda iştirak etmək üçün Türkiyə Respublikasına göndərilmiş hesab edilərək N saylı hərbi hissənin xüsusi təyinatlı dəstənin 2-ci xüsusi əməliyyat qrupunun 1-ci xüsusi əməliyyat yarımqrupunda pulemyotçu-atıcı vəzifəsindən azad edilib, xx xxxxxx 2020-ci il tarixdən daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının sərəncamına çıxarılmışdır; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2020-ci il tarixli 31 nömrəli nizami hissə üzrə əmrinə əsasən xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikası Jandarm Komando Məktəbi və X3 geri qayıtmış hesab edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2020-ci il tarixli 48 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının sərəncamından azad edilərək həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İddiaçı barəsində olan müvafiq əmrlərdən və onun adına tərtib olunmuş sənədlərdən məlum olur ki, o daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2020-ci il tarixli 26 nömrəli əmrinə əsasən Türkiyə Respublikasının Foça Jandarım Komando Məktəbi və X5 keçiriləcək “Komando təməl kursu”nda iştirak etmək üçün Türkiyə Respublikasına göndərilmişdir. Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm X2 Təlim Qrupunun komandiri polkovnik X12 Daxili Qoşunların Baş İdarəsinə ünvanladığı 68459021-3720-60 nömrəli xx.xx.2020-ci il tarixli məktubuna əsasən İddiaçı kursdan xaric edilmişdir. X9 və Gülhanə Araşdırma və Tədris xəstəxanaları tərəfindən baş çavuş İddiaçı “Qurbağa adam ola bilməz” tibbi arayışları verildiyi və sağlamlıq vəziyətinə görə təlim kursunda iştirak etməsinin məqbul hesab edilməməsi bildirilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar İddiaçı Milli Hematologiya və Transfuziologiya Mərkəzinə və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Milli Hematologiya və X1 irsi patologiyası laboratoriyasına göndərilmişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzində xx.xx.2020-ci il tarixdə müayinənin nəticələrinə əsasən onda “Heteroziqot P-Talassemiya” diaqnozu müəyyənləşdirilmişdir. Qeyd olunanlarla əlaqədar Hərbi-həkim komissiyasının hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: Xəstəliklər cədvəlinin, 11 “a” maddəsinin, İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və Daxili İşlər Nazirliyinin xx.xx.2008-ci il tarixli 599 nömrəli Təlimatı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən: “D” - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır qərarı vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2 “ç” maddəsinin tələblərinə və xəstəliyin irsi olduğuna görə onun xəstəliyinin səbəb əlaqəsinin “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin olunması qərarı verilməsi mümkün deyildir. İddiaçı ərizəsində qeydiyyatda olduğu Lənkəran rayon Hərbi Komissarlığının Hərbi-həkim komissiyasından sağlam olaraq keçdiyini, 2008-2010-cu illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında müddətli həqiqi hərbi xidmət keçdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət keçmək üçün Daxili Qoşunların Hərbi-həkim komissiyası tərəfindən sağlam şəhadətləndirildiyini bildirmişdir. İddiaçının qeyd etdiyi bu xüsusatla əlaqədar bildirmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 2.4-cü maddəsinin tələbinə əsasən SHXÇDX-nin idarə, şöbə və bölmələrinin göndərişlərinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər ki, talassemiya xəstəliyinin müayinəsi həmin məcburi diaqnostik müayinələrə aid olmadığından vətəndaş İddiaçı xidmətə qəbul edilərkən talassemiya xəstəliyinə görə müayinə olunmamışdır. Həmçinin, iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Göstərilənlərə əsasən, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı Daxili İşlər Nazirliyinin Daxil Qoşunlarının Baş İdarəsinin Tibb xidmətində Hərbi-həkim komissiyasına qarşı “xəstəlik haqqında şəhadətnamədə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi tamamilə əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməsin. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, onun Daxili Qoşunların Baş İdarəsinin Tibb xidmətində Hərbi-həkim komissiyasında hərbi xidmətə yararlılığı yoxlanıldıqdan sonra qəbul edilmiş xx xxxx 2020-ci il tarixli 591 nömrəli qərardan həmin vaxt məlumatı olmuşdur. Məhz həmin qərar əsasında o, xx xxxx 2020-ci il tarixindən həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Həqiqi hərbi xidmətdən istefaya buraxıldıqdan sonra o, xx.xx.2020-ci il tarixdə Lənkəran hərbi komissarlığında hərbi qeydiyyata alınmışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı iddia ərizəsinin məzmunundan, tərəflərin verdiyi izahatlardan və iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə Daxili Qoşunların Baş İdarəsinin Tibb xidmətində Hərbi-həkim komissiyasında hərbi xidmətə yararlılığı təyin edilərkən onun hərbi xidmətə yararlılığı “D”həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır, xəstəliyinin səbəb əlaqəsi isə “ümumi xəstəlikdir” kimi təyin edilərək şəhadətləndirilməsinin nəticəsi xəstəlik haqqında şəhadətnamə ilə tərtib olunaraq 591 nömrəli qərar verilmişdir. Hazırki halda İddiaçı hüquqi marağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasının xx xxxx 2020-ci il tarixli, 591 saylı qərarında “ümumi xəstəlik” rəyinin dəyişdirilərək “xidmət dövründə alınmış xəstəlik” qeyd edilməsini xahiş edir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasının xx xxxx 2020-ci il tarixli, 591 saylı qərarından xx xxxx 2020-ci il tarixindən məlumatlı olmuşdur. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə (qərarın dəyişdirilməsinə) münasibətdə qeyd edir ki, iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasının xx xxxx 2020-ci il tarixli, 591 saylı rəyinin dəyişdirilməsinə dair məhkəmədə iddia qaldırmaq hüququ qərarın ona təqdim edilən vaxtdan yəni xx xxxx 2020-ci il tarixindən yaranmasına baxmayaraq, o, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Mübahisələndirilən inzibati aktın - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasının xx xxxx 2020-ci il tarixli, 591 saylı qərarının qəbul edilməsindən 6 (altı) ay keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir: “Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, 2-1(120)-302/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(120)-302/2021 nömrəli məktubla hüquqi yardım məktubu göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasına qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasına qarşı “hərbi həkim komissiyasının xx xxxx 2020-ci il tarixli, 591 saylı rəyində “ümumi xəstəlik” rəyinin dəyişdirilərək “xidmət dövründə alınmış xəstəlik” rəyinin yazılması ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasına qarşı “hərbi həkim komissiyasının xx xxxx 2020-ci il tarixli, 591 saylı rəyində “ümumi xəstəlik” rəyinin dəyişdirilərək “xidmət dövründə alınmış xəstəlik” rəyinin yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-302/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-302/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver