Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-302/2022 20.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 1 saylı X3 Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 1 saylı X3 filialına qarşı “bütün əmək stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 20 iyun 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, bütün əmək stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 12 saylı Regional Ərazi filialı olaraq qeyd edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(116)-944/2021 saylı qərardadı ilə ərizə icraata qəbul edilmiş və iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 12 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. Şəki İnzibati Məhkəməsi hazırki iddia növünün öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu, öhdəliyin iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığından, cavabdehin hüquqi ünvanı Kürdəmir rayonunda yerləşdiyindən mübahisəyə İPM-nin 8.1.4-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehin yerləşdiyi yerin məhkəməsində, yəni Şirvan İnzibati Məhkəməsində baxılmalı olduğundan, Kürdəmir rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırkı mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2021-ci il tarixli, 2-1(116)-944/2021 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 12 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 1 saylı X3 Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 12 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 1 saylı X3 filialı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ona 08 may 2017-ci il tarixdə 2-ci qrup ümumi xəstəlikdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiyanın məbləği xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 252,17 manat, xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək 266,55 manat olmaqla hesablanıb ödənilmişdir. 2019-cu ilin 01 yanvarından pensiya məbləği azaldılmış, aylıq pensiya məbləğindən isə pensiya məbləğinin bir hissəsi tutulmağa başlanmışdır. Sorğusuna cavab olaraq cavabdeh təşkilat xx.xx.2019-cu il tarixli, **********9 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 11 dekabr 2018-ci il tarixli əmrinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Zərdab Rayon Şöbəsində aparılmış araşdırma nəticəsində guya iş stajında uyğunsuzluq aşkar olunmuşdur. Pensiyası xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 222,89 manat hesablanmalı olduğu halda düzgün olmayaraq 236,49 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 236,88 manat hesablanmalı olduğu halda 252,17 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 250,38 manat hesablanmalı olduğu halda 266,55 manat hesablanıb ödənilmiş, nəticədə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 464,11 manat məbləğ artıq ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2019-cu il tarixli, 933 saylı sərəncamına uyğun olaraq pensiyanın sığorta hissəsinin indeksləşdirilməsi nəzərə alınmalq xx.xx.2019-cu il tarixdən 257,89 manat pensiya hesablanmış, hazırda ödəniş həmin məbləğlə aparılır. Həmin məktubla əmək pensiyası məbləğinin düzgün hesablanıb verilməsinə, qanunsuz tutulmuş məbləğin qaytarılmasına dair tələbi rədd edilmişdir. Cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Əvvəla “iş stajındakı uyğunsuzluğ”un nədən ibarət olmasına dair cavabdeh ona hər hansı ağlabatan izahat verməmiş, bu səbəbdən də əgər belə hal olmuşsa onun aradan qaldırılması ona təklif edilməmişdir. İkincisi 2016-cı ildən əgər artıq hesablamalar vardısa cavabdeh artıq hesablanmış hesab etdiyi məbləği birtərəfli qaydada tutmaqda haqlı deyildi, bu tutmalarla bağlı yaranan mübahisələr məhkəmə qaydasında həll edilməli, iddia müddətinin tətbiqi məsələsi də məhkəmə tərəfindən həll edilməli idi. Bundan başqa əmək pensiyası səhv hesablanmışdır, əslində həmin pensiyanın məbləği 274,55 manat müəyyən edilməli idi. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ pozulmuşdur. Belə ki, almalı olduğu pul məbləği real gözləntidir, pul məbləğinin qanunsuz olaraq pensiyasından tutulması isə qanunsuzdur. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-298/2020 saylı iş üzrə 14 may 2020-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Miidafiə Fondunun Zərdab Rayon Şöbəsinə qarşı “öhdəlik tələbinin qoyulması tələbinə dair” iddiası təmin edilmişdir. Məhkəmə qərarı icraya yönəldilmiş, pensiyası məhkəmə aktına əsasən yenidən hesablanmışdır. Lakin pensiyası yenidən hesablanarkən cavabdeh tərəfindən səhvə yol verilmiş, pensiyası az hesablanmışdır. Sorğusuna cavab olaraq cavabdeh 11 mart 2021-ci il tarixli məktubla ilkin olaraq pensiya hesablanarkən mexaniki səhvə yol verildiyini, xx.xx.1976-xx.xx.1978-ci il tarixlərdə hərbi xidmətdə olduğu dövrlə xx.xx.1976- xx.xx.1979-cu illər ərzində 33 saylı Yol İstismar İdarəsində işlədiyi dövrün üst-üstə düşdüyünü, hər iki müddətin nəzərə alınaraq hər iki dövrün, pensiya hesablanarkən götürüldüyünü, əlavə sənədlər təqdim edəcəyi təqdirdə əmək pensiyasına komissiya tərəfindən yenidən baxıla biləcəyi bildirilmişdir. Təkrar sorğu ilə cavabdehə müraciət edərək sorğuda tələb etdiyi suallara aydınlıq gətirilmədiyini bildirmişdir. O cümlədən aşağıdakı sualların cavablandırılmasını xahiş etmişdir: 1. Təyin edilmiş pensiyanın ilkin məbləği, təyin edildiyi tarix (nəzərə alınmış iş stajı göstərilməklə); 2. Pensiya məbləğinin azaldılmasına dair qərarın (yaxud inzibati aktın surəti); 3. Azaldılmış pensiyanın məbləği barədə məlumat; 4. Pensiyanın məbləğinin azaldılmasının səbəbi barədə məlumat. Bu barədə əvvəl verdiyi sorğuya sorğunun bəndləri üzrə konkret cavab verilmədiyindən (ilkin pensiyanın məbləği, azaldılma barədə qərarın surəti, azaldılma məbləği) təkrar sorğusunu cavablandırmaları xahiş edilmişdir. Cavabdeh 19 aprel 2021-ci il tarixli cavab məktubu ilə 11 mart 2021-ci il tarixli məktubda qeyd edilənləri təkrarlamışdır. Cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, hətta həmin müddət bütövlükdə pensiya təminatı üçün işlədiyi illərdən çıxılsaydı belə pensiyasının ilkin hesablama məbləğinin 35 manat azaldılmasına əsas verə bilməzdi. Cavabdeh hərəkətlərinin qanunsuz olduğunu bildiyindən verilmiş sorğulara aydın cavab verməyərək azaldılmış pensiya məbləğini aydın göstərmir. Bildirir ki, o, hərbi xidmətə çağırılmazdan əvvəl 33 saylı Yol İstismar İdarəsində işləmiş, həmin idarənin göndərişi ilə ali məktəbə qəbul olunmuş, hərbi xidməti başa vurandan sonra da yenidən işə qayıtmışdır. Yuxarıda qeyd etdiyi kimi həmin müddət bütövlükdə pensiya təminatı üçün işlədiyi illərdən çıxılsaydı belə pensiyasının ilkin hesablama məbləğinin 35 manat deyil, 4 manat məbləğində azaldılmasına əsas verə bilərdi. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 1 saylı X3 filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsində əlilliyə görə aldığı pensiyanın 257,89 deyil, 274,55 manat olmaqla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçının xx.xx.1976-xx.xx.1978-ci il tarixlərində hərbi xidmət dövrü ilə xx.xx.1976-xx.xx.1979-cu il tarixlərində 33 saylı Yol İstismar İdarəsində işlədiyi dövrlər üst-üstə düşür, ilkin olaraq pensiya hesablanarkən mexaniki səhv olaraq hər iki dövr götürülmüşdür. Sonradan həmin səhv aradan qaldırılmış və xx.xx.2005-ci il tarixədək 24 il 8 ay ümumi əmək stajı nəzərə alınmaqla pensiya yenidən hesablanmış və pensiyası 257,89 manat məbləğində olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 22.2-ci bəndinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçının xx.xx.1979-cı il tarixdən xx.xx.1984-ci il tarixədək oxuduğu əyani təhsil illəri ümumi əmək (sosial sığorta) satjına daxil olmaqla xx.xx.2005-ci il tarixədək topladığı 30 il 3 ay (1976-1978 hərbi xidmət, 1979-1984 əyani təhsil dövrü, 1974-1975, 1978-1979, 1984- 1997, 1998-2004, xx.xx.2005-xx.xx.2005 işlədiyi təşkilatlar) ümumi əmək (sosial sığorta) stajı və xx.xx.2006cı ildən xx.xx.2015-ci il tarixədək sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmışdır. İddiaçınını pensiyasının məbləği hazırda xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 351,77 manat olmuşdur. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 21 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət dövrüdür (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İsin mübahisələndirilməyən halı İddiaçı hərbi xidmətdə olduğu dövrdür. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus ******* №li hərbi biletinə müvafiq olaraq onun xx.xx.1976-xx.xx.1978-ci illər ərzində hərbi xidmətdə olduğu qeyd edilmişdir. Sözügedən mübahisələndirilməyən illər ərzində İddiaçı sosial sığorta stajı 02 il 18 gün təşkil edir. İddiaçı iş materiallarına əlavə olunan ******* №li əmək kitabçasında edilmiş qeydlərdən iddiaçının hərbi xidmətdə olduğu illər ərzində müvafiq iş yerlərində işlədiyi görünür. Bu da öz növbəsində İddiaçı təqdim etdiyi əmək kitabçasının və ya hərbi biletin həqiqiliyini sübhə altına alır. Digər tərəfdən həmin dövrlər ərzində İddiaçı işləməsi barəsində əmək kitabçasında edilmiş qeydlər əsasında həmin dövrlər onsuz da sosial sığorta stajına daxil edildiyindən, ikinci dəfə həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normasını rəhbər tutaraq qeyd edilməlidir ki, həmin əmək kitabçasında qeyd edilmiş iş illəri ilə hərbi xidmətdə olduğu illər üst-üstə düşdüyündən və həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alındığından onun ikinci dəfə nəzərə alınması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 12 saylı Regional Ərazi Filialının iddiaçıya ünvanladığı 11 mart 2021-ci il tarixli, **********7 nömrəli müraciətin təmin edilməsindən imtina barədə məktubundan görünür ki, əlilliyə görə aldığınız pensiyanızın yenidən hesablanması ilə əlaqədar ərizənizə baxılmışdır. Məlumat üçün bildiirilər ki, xx.xx.2017-ci il tarixdə Sizə hüququnuzun yarandığı xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Sizə ilkin olaraq pensiya təyin olunarkən xx.xx.2005-ci il tarixədək 27 il 11 ay ümumi əmək (sosial sığorta) stajınızı, xx.xx.2006-cı ildən xx.xx.2015ci il tarixədək sosial sığorta stajınız və fərdi hesabınızın sığorta hissəsində toplanmış pensiya kapitalınız nəzərə alınmaqla pensiyanız hesablanmışdır. Nəzərinizə çatdırırıq ki, xx.xx.1976-xx.xx.1978-ci il tarixlərində hərbi xidmət dövrünüzlə xx.xx.1976-xx.xx.1979-cu il tarixlərində işləmiş olduğunuz 33 saylı Yol İstismar İdarəsində işlədiyiniz dövrlər üst-üstə düşür. Sizə ilkin olaraq pensiya hesablanarkən mexaniki səhv olaraq hər iki dövr götürülmüşdür. Sonradan həmin səhv aradan qaldırılmış və xx.xx.2005-ci il tarixədək 24 il 8 ay ümumi əmək (sosial sığorta) stajınızı nəzərə alınmaqla pensiyanız yenidən hesablanmış və Sizin pensiyanız 257,89 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 22.2-ci bəndinə əsasən Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Bildirirlər ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək oxuduğunuz əyani təhsil illəriniz ümumi əmək (sosial sığorta) stajınıza daxil olmaqla Sizin xx.xx.2005-ci il tarixədək topladığınız 30 il 3 ay (1976- 1978 hərbi xidmət, 1979-1984 əyani təhsil dövrü, 1974-1975, 1978-1979, 1984-1997, 1998-2004, xx.xx.2005-xx.xx.2005 işlədiyiniz təşkilatlar) ümumi əmək (sosial sığorta) stajınız və xx.xx.2006-cı ildən xx.xx.2005-ci il tarixədək sosial sığorta stajınız və fərdi hesabınızın sığorta hissəsində toplanmış pensiya kapitalınız nəzərə alınmaqla pensiyanız yenidən hesabanmışdır. Xatırladırıq ki, əmək (sosial sığorta) stajınızla bağlı əlavə sənəd təqdim edəcəyiniz halda bu məsələyə əmək pensiyası təyin edən komissiyada baxıla bilər. Əlavə olaraq bildirirlər ki, hal-hazırda pensiyanızın məbləği xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 351,77 manat olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, **********8 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2018-ci il tarixli, **********7 nömrəli əmrinə uyğun olaraq Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsində aparılan araşdırma nəticəsində aşkar olunmuşdur ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək 33 nömrəli Yol İstismar İdarəsində işlədiyi dövrlə hərbi xidmətdə olduğu dövr eyni vaxta təsadüf etdiyi üçün həmin dövrə hesablanmış sosial sığorta stajı hesablamadan çıxarılmışdır. Nəticədə iddiaçının pensiya hüququnun yarandığı tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrə artıq pensiya məbləği yaranmışdır ki, həmin məbləğin bərpası üçün şöbəyə gəlməyi xahiş olunur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli Xidməti məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasınm minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bildirirlər ki, sözügedən şəxsə ilkin əllilik xx.xx.2016-cı il tarixində təyin edilmişdir. Eyni zamanda vətəndaşa həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilib və ödənilir. Məlumat üçün bildirirlər ki, ilkin pensiya təyin edilən zaman vətəndaşın əmək pensiyası 27 il 11 ay sosial sığorta stajına əsasən hesablanmışdır. Buna səbəb isə xx.xx.1976-xx.xx.1978-ci illər hərbi xidmət dövrü ilə xx.xx.1976-xx.xx.1979-cu illər üst-üstə düdüyü halda qanunvericiliyə zidd olaraq hər iki dövr götürülmüşdür. Nəticədə vətəndaşın əmək pensiyasının məbləği yenidən hesablama zamanı 257.89 manat müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixinədək 480.27 manat artıq vermə məbləği onun əmək pensiyasınadan tutulmuşdur. Bildirirlər ki, İddiaçı əlilliyə görə əmək pensiyası tərəflərindən aşağıdakı qaydada yenidən hesablanmışdır: Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: 1). SH=PSK/(TxK), burada: 2). SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; 3). PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); 4). T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; 5). K - sığorta davamiyyəti əmsalıdır. Bu halda iddiaçının xx.xx.1957-ci il təvəllüdlü olması və ona xx.xx.2016-ci il tarixdə İİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 14 il 4 ay sığorta stajı tələb olunur. xx.xx.2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Eyni zamanda 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 1). 58 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü); 2). 43 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 172 ay; 3). 172 ay : 12 ay = 14 il 4 ay; 4). Tələb olunan sığorta stajı 184-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 172/184= 0,9347; 5). Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0,9347x144=134.61; 6) 134,61 ay x 110 manat (xx.xx.2016-cı il tarixdən əmək pensiyasmın minimum məbləği) = 13461 manat iddiaçının İİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalının məbləği. xx.xx.1974-xx.xx.1975-ci il tarixindən, xx.xx.1976-xx.xx.1979-cu il tarixinədək, xx.xx.1982xx.xx.1982-ci illər, xx.xx.1983-xx.xx.1983-cü illər, xx.xx.1984-xx.xx.1992-ci illər, xx.xx.1992-xx.xx.1997-ci illər, xx.xx.1998-xx.xx.2004-cü illər, xx.xx.2005- xx.xx.2006-cı illər daxil olmaqla ümumilikdə sosial sığorta stajı 25 il 11 ay 2 gün təşkil edir. Müvafiq olaraq: 25 il 11 ay 2 gün = 25.92 il; 25.92x170=4406.4 (4406.4+8.3% + 16.7% + 20.8% + 1.5% + 5.7% + 7.9% + 1.1% + 2.4% + 1.4% + 4%+12,4%+5.7%+3%)=10413.42 (2019-cu il tarixinə) 10413.42/134.61=77.36. Bildirirlər ki, xx.xx.2006-cı il tarixindən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 7332.99 manat (2019-cu il tarixinə) təşkil edir. Müvafiq olaraq: 7332.99/134.61/134.61 =54.48; 2019-ci il üzrə SH=54.48+77.36+119.76(110 baza hissə+5.7%+3%)=251.60 manat; 2020-ci il üzrə-251.60+16.6%=293.37 manat; 2021-ci il üzrə- 293.37+11.4%=326.81 manat; 2022-ci il üzrə - 326.81+3.4%=337.92 manat. Nəticədə bildirirlər ki, yenidən hesablama zamanı İddiaçının əmək pensiyasına artıqvermə məbləği aşkar edilmişdir. Vətəndaşm əmək pensiyasının yanlış hesablanması nəticəsində ona 876.99 manat artıqvermə məbləği müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 22 oktybar 1957-ci ildə Zərdab rayonunda doğulmuşdur. İddiaçıya ilkin əlillik xx.xx.2006-cı il tarixdən təyin edilmiş, eyni zamanda ona həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilib və ödənilir. İddiaçıya ilkin pensiya təyin edilmən zaman onun əmək pensiyası 27 il 11 ay sosial sığorta stajına əsasən hesablanmışdır. Buna səbəb isə xx.xx.1976-xx.xx.1978-ci illər hərbi xidmət dövrü ilə xx.xx.1976-2508.1979-cu illər üst-üstə düşdüyü halda qanunvericiliyə zidd olaraq hər iki dövr götürülmüşdür. Nəticədə iddiaçının əmək pensiyasının məbləği yenidən hesablama zamanı 257,89 manat müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixinədək 480,27 manat artıq vermə məbləği onun əmək pensiyasından tutulmuşdur. xx.xx.2006-cı il tarixindən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 7332,99 manat (2019-cu il tarixinə) təşkil etmişdir. Yenidən hesablama zamanı iddiaçının əmək pensiyasına artıqvermə məbləği aşkar edilmişdir. İddiaçının əmək pensiyasının yanlış hesablanması nəticəsində ona 876,99 manat artıqvermə məbləği müəyyən olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, hətta həmin müddət bütövlükdə pensiya təminatı üçün işlədiyi illərdən çıxılsaydı belə pensiyasının ilkin hesablama məbləğinin 35 manat azaldılmasına əsas verə bilməzdi. Cavabdeh hərəkətlərinin qanunsuz olduğunu bildiyindən verilmiş sorğulara aydın cavab verməyərək azaldılmış pensiya məbləğini aydın göstərmir. Bildirir ki, o, hərbi xidmətə çağırılmazdan əvvəl 33 saylı Yol İstismar İdarəsində işləmiş, həmin idarənin göndərişi ilə ali məhkəbə qəbul olunmuş, hərbi xidməti başa vurandan sonra da yenidən işə qayıtmışdır. Yuxarıda qeyd etdiyi kimi həmin müddət bütövlükdə pensiya təminatı üçün işlədiyi illərdən çıxılsaydı belə pensiyasının ilkin hesablama məbləğinin 35 manat deyil, 4 manat məbləğində azaldılmasına əsas verə bilərdi. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Həmin Qanunun 11.1-ci maddəsinə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissəsinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin ayalrının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsaəsn sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya əlilliyə görə ilkin pensiya təyin edilən zaman onun əmək pensiyası 27 il 11 ay sosial sığorta stajına əsasən hesablanmışdır. Buna səbəb isə xx.xx.1976-xx.xx.1978-ci illər hərbi xidmət dövrü ilə xx.xx.1976- 2508.1979-cu illər üst-üstə düşdüyü halda qanunvericiliyə zidd olaraq hər iki dövr götürülmüşdür. İddiaçının əmək pensiyasının yanlış hesablanması nəticəsində ona 876,99 manat artıqvermə məbləği müəyyən olunmuşdur. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 1 saylı X3 filialına qarşı “bütün əmək stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və rədd olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 1 saylı X3 filialına qarşı “bütün əmək stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-302/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-302/2022
20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver