Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-303/2023 11.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Xüsusi X1rşı “Xüsusi Təyinatlı Qüvvələrin Komandanının 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin dəyişdirilməsi və əmrdə ehtiyata buraxılma əsasının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsasnamənin 156-cı maddəsinin “a” bəndi ilə (xidmət müddəti başa çatdıqda) əvəz edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 sentyabr N0N3-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin ləğv edilməsi, onun xidmətə bərpa olunması və buraxılmış məcburi iş günlərinə görə əmək haqqının hesablanaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin dəyişdirilməsi və əmrdə ehtiyata buraxılma əsasının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsasnamənin 156-cı maddəsinin “a” bəndi ilə (xidmət müddəti başa çatdıqda) əvəz edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri ilə əvəz olunmasını, iddia tələbinin isə dəyişdirilərək “Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin Komandanının 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin dəyişdirilməsi və əmrdə ehtiyata buraxılma əsasının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsasnamənin 156-cı maddəsinin “a” bəndi ilə (xidmət müddəti başa çatdıqda) əvəz edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 18 aprel N019-cu ildən 05N saylı hərbi hissədə müddətdən artıq xidmət edən (MAXE) kimi xidmət keçmişdir. Vətən müharibəsi iştirakçısıdır. Hərbi xidmətə görə Cəbrayılın, Xocavəndin, Şuşanın, Kəlbəcərin azad olunmasına və 3-cü dərəcəli xidmətdə fərqlənməyə görə medalı ilə təltif olunmuşdur. 04 yanvar N0NN-ci il tarixdə onu hərbi hissə qərargahına çağırıb hərbi biletini təqdim edərək bildirdilər ki, N nömrəli hərbi hissə komandirinin 0N yanvar N0NN-ci il tarixli əmri ilə xidməti uyğunsusluğa görə ehtiyata buraxılmısdır. Həmin qərardan narazıdır və hesab edir ki, ləğv edilməlidir. Xidməti müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi onun hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavədə qeyd olunmuşdur ki, iddiaçının xidməti uyğunsuzluqla ehtiyata buraxılmasının səbəbi belə olmuşdur ki, N0N1-ci il dekabr ayının N4-dən N5-nə keçən gecə o, naryad sonrası dincələrkən xidmət yoldaşı gizir X3 onu səsləməsi ilə yataqdan qalxmışdır (hərbi geyim formasında olmamışdir). X4 çay içmək üçün şirniyyatının olubolmamasını soruşmuş, o da öz növbəsində şirniyyatının olduğunu demiş və əsgər yataqxanasının girişində qoyulmuş masanın arxasında onunla birgə çay içmək üçün əyləşmişdir. Söhbət edib çay içmişlər. Birdən masanın üstündəki əsgər papağına söykənmiş mobil telefonun videokamerasından çəkiliş aparıldığını görmüş və qəfil hərəkətlə obyektivdən kənarlaşmışdır. Təkidi ilə telefon söndürülmüşdür. Lakin səhəri gün ona dedilər ki, X6 “Tik-tok” sosial şəbəkəsinə canlı qoşulub və o da həmin canlı yayıma düşmüşdür. Bu barədə verdiyi izahatlarda da vəziyyəti olduğu kimi danışmışdır. Həmin anda çəkilişdən xəbərsiz olduğunu, hərbi geyimdə olmadığını və məlumatı olan kimi bu çəkilişə son qoymağı tələb etdiyini bildirmiş, beləliklə, X3 günahına o da cəzalandırılmışdır. Həmin əmri qanunsuz hesab edir və sözügedən əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə Qərar çıxarılması tələbi ilə məhkəməyə iddia ərizəsi vermişdir. Mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin 0N yanvar N0NN-ci il tarixli, 0N ƏÇ nömrəli əmri verilərkən Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı XN 85, 87 və 88-ci bəndlərinin (intizam cəzalarının verilmə qaydası) kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı XN 85-ci bəndinə (intizam cəzalarının verilmə qaydası) əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. Lakin iddiaçının barəsində intizam tədbiri seçilərkən onun vətən müharibəsi iştirakçısı olmağı və 5 medalla təltif edilməyi, xidmət müddətinin başa çatmasına dörd aydan da az qalması (əgər xidməti nəticələri nəzərə alınaraq 18 aprelədək gözlənilərdisə, müddətin başa çatması ilə əlaqədar ehtiyata buraxılardı ki, bu da onun mülki həyatdakı əmək fəaliyyətinə zərər gətirməzdi) nəzərə alınmamış, nəticədə mülayim formada desək rəhbərliyin qəzəbinə düçar olmuş və tələsik xidmətdən qovulmuşdur. Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı XN 85-ci bəndinə (intizam cəzalarının verilmə qaydası) əsasən komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir. Barəsində verilən intizam cəzası təyin edilərkən onun Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N18t nömrəli N8 dekabr N0N0-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə’’ 3-cü dərəcəli medalla, Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli, N7N6 nömrəli Sərəncamı ilə “Hərbi Xidmətlərə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə və Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunması nəzərə alınmamışdır. Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı XN 88-ci bəndinə (intizam cəzalarının verilmə qaydası) əsasən eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarm əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır. Xidmət yoldaşı X6 “Tik-tok” sosial şəbəkəsinə canlı qoşulub və o da həmin canlı yayıma düşmüşdür. Bu barədə verdiyi izahatlarda da o, vəziyyəti olduğu kimi danışmış, həmin anda çəkilişdən xəbərsiz olduğunu, hərbi geyimdə olmadığını və məlumatı olan kimi bu çəkilişə son qoymağı tələb etdiyini bildirmişdir. Göründüyü kimi, mübahisələndirdiyi 0N yanvar N0NN-ci il tarixli, 0N ƏÇ nömrəli əmr verilərkən qanunvericiliyinin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin ləğv edilməsi, xidmətə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə daxil olmuş və öyrənilmişdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Tərəflərindən işin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədlər nəzərdən keçilmişdir. Belə ki, iddiaçının adına tərtib edilmiş xidməti xasiyyətnamədən görünür ki, xidmətdə yol verdiyi intizam pozuntularına görə hərbi hissə komandanlığı tərəfindən dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Belə ki, xidməti xasiyyətnamədə iddiaçının xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, verilən tapşırıqların öhdəsindən gəlməkdə çətinlik çəkən, ixtisası üzrə bilik səviyyəsi aşağı olan, komandir və rəislərə tabe olmağı bacarmayan hərbi qulluqçu kimi göstərmişdir. İşgüzar keyfiyyətləri aşağı səviyyədə olmuş, hərb işini və hərbi nizamnamələrin tələblərini zəif bilmiş, öyrənməkdə çətinlik çəkmişdir. Bölmənin mənəvi-psixoloji və ictimai-siyasi hazırlığının yüksək səviyyədə saxlanılması üçün iş aparmamışdır. Bundan başqa iddiaçının adına hərbi hissədə xidmət müddətində tərtib olunmuş xidmət vərəqəsindən göründüyü kimi, ona otağını səliqəsiz və natəmiz saxladığına görə, bölük növbətçiliyini düzgün aparmadığına görə, dərsə çıxarkən saçı səliqəsiz olduğuna görə, yalan danışdığına görə (kafedə olduğu halda xidmətdə olduğunu demişdir), verilən tapşırığı vaxtında icra etmədiyinə görə, bölük komandirinin verdiyi tapşırığı yerinə yetirmədiyinə görə, dəfələrlə xəbərdarlıq edilməsinə və köməklik göstərilməsinə baxmayaraq fiziki hazırlıqdan (idman) nəticələrinin aşağı olmasına görə, sırada düzgün dayanmadığına görə, təyin olunmamış yerdə siqaret çəkdiyinə görə, nəzarət-buraxılış məntəqəsində növbəni düzgün təşkil etmədiyinə görə, rüb ərzində qoşun xidmətinin təşkili üzrə zəif nəticə göstərdiyinə görə və bu kimi digər çoxsaylı kobud intizam pozuntularına görə dəfələrlə komandirləri tərəfindən intizam məsuliyyətinə cəlb olunaraq cəzalandırılmışdır. Hərbi qulluqçunun intizam səviyyəsinin aşağı olması, ona qarşı tətbiq edilən çoxsaylı tərbiyəvi təsir tədbirlərindən heç bir nəticə çıxarmaması, əksinə intizam pozuntularına yol verməkdə davam edərək məxfilik rejiminin qorunması ilə bağlı verilən təlimatları kobud şəkildə pozması, xidmət yoldaşının əsgər yataqxanasında “tik-tok” sosial şəbəkəsində canlı yayım açmasının nəinki qarşısını almış, əksinə özü də həmin yayımda iştirak etmişdir. İddiaçı hərbi xidmətlə uyğun gəlməyən bu əməlləri, eyni zamanda onun digər şəxsi heyətə pis nümunə olması nəzərə alınaraq N nömrəli hərbi hissə komandirinin təqdimatına əsasən N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli, 0N əç nömrəli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Beləliklə, yuxarıdakılara əsasən iddiaçının ordu sıralarından ehtiyata buraxılmasında qanunla müəyyən olunmuş heç bir norma və prossedur pozulmamışdır. Azərbaycan Respublikasınm xx.xx.1997-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən “Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.” İPMnin 73.3.1-ci maddəsinə əsasən “inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə”... və 73.3.N-ci maddəsi “inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə”.... məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 6N.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfi dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin məhkəməyə ünvanladığı xx.xx.N0N3-cü il tarixli, 0NN3 nömrəli məktubuna əlavə olunmuş xx.xx.N0N1-ci il tarixli xülasədən müəyyən olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı xx.xx.1999-cu il tarixdə Hacıqabul rayonunda anadan olmuş, subay, orta təhsilli. xx.xx.N017-ci il tarixdə SHXÇDX-nin Hacıqabul rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, hal-hazırda 07N nömrəli hərbi hissənin rabitə bölüyünün telefon taqımının aparatxanasının baş telefonçusu vəzifəsində xidmət edir. İş materiallarında olan xx.xx.N0N1-ci il tarixli raportdan görünür ki, rabitə bölüyünün telefon taqımının radiorele stansiyasının rəisi Saleh Bayramov 07N nömrəli hərbi hissə komandirinə müraciət edərək rabitə bölüyünün telefon taqımının aparatxanasının aparat rəisi gizir X3 və rabitə bölüyünün telefon taqımının aparatxanasının baş telefonçusu, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı “Tik-Tok” sosial şəbəkəsində məxfiçilik qaydalarını pozaraq hərbi geyim formasında canlı yayım açdıqlarını bildirmiş və hər ikisinin şərəf məhkəməsində dinlənilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.N0N1-ci il tarixli izahatdan görünür ki, İddiaçı raportda qeyd olunanları təsdiq etmiş, lakin özünün hərbi geyim formasında deyil, idman paltarında olduğunu, sosial şəbəkədən istifadənin qadağan olunduğunu bildiyi üçün törətdiyi əmələ görə çox peşman olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.N0N1-ci il tarixli xülasədən görünür ki, 07N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə baş leytenantı Ramil Quliyev hərbi hissə komandirinə müraciət edərək gizir X3 və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı Müdafiə nazirinin xx.xx.N014-cü il tarixli N4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi qulluqçuların şərəf məhkəmələri haqqında Əsasnamə”nin 3.1.N-ci maddəsinin tələbinə uyğun olaraq törətdikləri intizam pozuntularına görə şərəf məhkəməsində dinlənilmələrini təklif etmişdir. İş materiallarında olan 07N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.N0N1-ci il tarixli qərarından çıxarışdan görünür ki, xidməti vəzifələrinə laqeyd yanaşması, xidmət etdiyi bölmədə nizam-intizamının və mənəvi-psixoloji durumunun qənaətbəxş olmaması, şəxsi keyfiyyətlərinin zəif olması, həmçinin xx.xx.N0N1-ci il tarixdə sosial şəbəkədə nalayiq hərəkətlərə yol verməsi nəzərə alınaraq “Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi qulluqçuların şərəf məhkəmələri haqqında Əsasnamə”nin 5.N.6-cı maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.N0N1-ci il və xx.xx.N0N1-ci il tarixli söhbət vərəqələrindən görünür ki, rabitə bölük komandiri vəzifəsini müvəqqəti icra edən gizir Saleh Bayramov və 07N nömrəli hərbi hissənin komandiri polkovnik Firdovsi Qoçuyev tərəfindən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı ilə söhbətlər aparılmış, iddiaçı törətdiyi əmələ görə peşman olduğunu və hərbi xidmətə davam etmək istədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.N0N1-ci il tarixli təqdimatdan görünür ki, 07N nömrəli hərbi hissənin komandiri polkovnik Firdovsi Qoçuyev tərəfindən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsastət qaldırılmışdır. İş materiallarında olan xx.xx.N0NN-ci il tarixli, 0N əç nömrəli əmrdən görünür ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin həmin əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 7N-ci xüsusi təyinatlı briqadanın (07N nömrəli hərbi hissə) müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı XN 85-ci bəndinə (intizam cəzalarının verilmə qaydası) əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. Lakin iddiaçının barəsində intizam tədbiri seçilərkən onun vətən müharibəsi iştirakçısı olmağı və 5 medalla təltif edilməyi, xidmət müddətinin başa çatmasına dörd aydan da az qalması nəzərə alınmamış, ona qarşı qərəzçilik göstərilmişdir. Məhkəmə iddiaçının bu dəlillərini əsassız hesab edir. Belə ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı İİ Qarabağ müharibəsinin iştirakşısı olması və 5 medalla təltif edilməsi ona hərbi sahədə münasibətləri tənzimləyən qanunvericilik aktlarının tələblərini yerinə yetirməmək səlahiyyətini vermir və hərbi qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyətdən azad etmir. Digər tərəfdən, iş materiallarında olan rabitə bölüyünün komandiri kapitan Bəxtiyar Salmanov tərəfindən iddiaçının adına verilmiş xidməti xasiyyətnamədən qeyd olunmuşdur ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, verilən tapşırıqların öhdəsindən gəlməkdə çətinlik çəkən, ixtisasını zəif bilən, komandirlərə və rəislərə tabe olmaqda çətinlik çəkən hərbi qulluqçu kimi göstərmiş, hərb işini zəif öyrənmiş, xidməti vəzifələrini zəif yerinə yetirmiş, hərbi nizamnamələrin tələblərinə zəif yiyələnmiş, silahların, döyüş texnikası və digər texnikaların xüsusiyyətlərinə, onların döyüşdə tətbiqi, istismarı və qorunub saxlanılması qaydalarına əməl edir, yuxarı komandanlıq tərəfindən ona qarşı edilən iradlardan düzgün nəticə çıxarmaqda çətinlik çəkir, dövlət sirrini qorumağı bacarmır. Xasiyyətnamədə qeyd olunanlar iş materiallarına əlavə edilmiş iddiaçının xidmət vərəqələri ilə təsdiq olunur. Belə ki, həmin xidmət vərəqələrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı hərbi xidmət illərinin əvvəllərində N dəfə “Təşəkkür” almış, lakin sonrakı xidmət dövründə 8 dəfə “Töhmət” və 8 dəfə “Şiddətli töhmət”lə cəzalandırılmışdır. Göründüyü kimi, xidmət etdiyi müddətdə yol verdiyi pozuntulara görə kifayət qədər ciddi cəzalar almasına, bununla da, tutduğu vəzifədən azad edilməsi üçün kifayət qədər əsasların mövcud olmasına baxmayaraq, tutduğu vəzifədə saxlamaqla hərbi hissə komandanlığı tərəfindən əsgər İddiaçı dəfələrlə güzəştlər edilmiş, buna baxmayaraq o, ona qarşı tətbiq edilən çoxsaylı tərbiyəvi təsir tədbirlərindən heç bir nəticə çıxarmamış, intizam pozuntularına yol verməkdə davam edərək məxfilik rejiminin qorunması ilə bağlı verilən təlimatları kobud şəkildə pozaraq, N0N1-ci il dekabr ayının N4-dən N5-nə keçən gecə xidmət yoldaşının əsgər yataqxanasında “tik-tok” sosial şəbəkəsində canlı yayım açmasının nəinki qarşısını almış, əksinə özü də həmin yayımda iştirak etmiş, bununla da Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N014-cü il tarixli, 019 nömrəli əmrində təsbit olunmuş məlumatın qarşısının alınması haqqında, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N014-cü il tarixli, 0166 nömrəli əmrində təsbit olunmuş informasiya təhlükəsizliyinin təmin olunması haqqında, N nömrəli hərbi hissə komandirinin xx.xx.N014cü il tarixli, 186 nömrəli əmrində təsbit olunmuş məxfiçilik rejiminin gücləndirilməsi haqqında və N nömrəli hərbi hissə komandirinin xx.xx.N015-ci il tarixli, 716 nömrəli əmrində təsbit olunmuş smartfon tipli mobil telefonların hərbi hissəyə gətirilməsinin qəti qadağan olunması haqqında tələblərini kobud şəkildə pozmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyadsının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası N.0.N-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in N.N.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı bəndinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: “... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ...” Həmin Qanunun 161-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Həmin Qanunun 16N-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddiməişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İddiaçının tələbi mübahisələndirilən əmrin dəyişdirilməsi və onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndi ilə (xidmət müddəti başa çatdıqda) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasıdır. Lakin Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin xx.xx.N0NN-ci il tarixli, 0N əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 7N-ci xüsusi təyinatlı briqadanın (07N nömrəli hərbi hissə) müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən cavabdeh inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilməsi iş materialları ilə müəyyən olunmur. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı hərbi hissə komandirlərinin ona qarşı qərəzli olmaları barədə dəlilləri əsassızdır. Belə ki, iddiaçı həmin hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “cavabdehin iddiaçının barəsində qəbul etdiyi 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin dəyişdirilməsinə dair tələbi əsaslı deyildir. Həmçinin, iddianın “ehtiyata buraxılmağı haqqında Xüsusi Təyinatlı Qüvvələrin Komandanının 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin dəyişdirilməsi” hissəsinin həllindən asılı olduğundan və iddia tələbi həmin hissədə təmin olunmadığından iddianın “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndi ilə (xidmət müddəti başa çatdıqda) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsi də təmin edilməməlidir. İPM-in 5N-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Xüsusi X1rşı “Xüsusi Təyinatlı Qüvvələrin Komandanının 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin dəyişdirilməsi və əmrdə ehtiyata buraxılma əsasının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsasnamənin 156-cı maddəsinin “a” bəndi ilə (xidmət müddəti başa çatdıqda) əvəz edilməsi” tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, N3.1-ci, 58.7-ci, 6N-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Xüsusi X1rşı “Xüsusi Təyinatlı Qüvvələrin Komandanının 0N yanvar N0NN-ci il tarixli, 0N əç nömrəli əmrinin dəyişdirilməsi və əmrdə ehtiyata buraxılma əsasının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsasnamənin 156-cı maddəsinin “a” bəndi ilə (xidmət müddəti başa çatdıqda) əvəz edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-303/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-303/2023
11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver