Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3038/2025 19.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı və iddia tələbinin oluğu kimi saxlanılmasını, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3038/2025-ci il nömrəli, 30 iyul 2025-ci il tarixli qərardadına əsasən iddiaçı və iddia tələbinin oluğu kimi saxlanılması, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsi kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, N92-N94-cü illərdə ehtiyatda olan hərbi qulluqçu kimi könüllü olaraq ön cəbhədə vətənin azadlığı uğurunda döyüşərək 2 (iki) dəfə ağır yaralanmışdır. 30 il müddətində Müdafiə Nazirliyinə dəfələrlə müraciətini cavablandıran nazirliyin Mərkəzi Arxiv idarəsi N və N saylı hərbi hissələrin N və N94-cü illərə aid əmrlərinin arxivə daxil olmadığını rəsmi olaraq bildirmişdir. xx.xx.2022-ci il tarixində 1-ci X6 xanım Əliyevaya və Baş Prokurorluğa müraciəti əsasında Müdafiə Nazirliyinə sorğu göndərilmiş Baş klinik Hospitalın Arxiv İdarəsindən hər iki yaralanmağının şəhadətləndirilməsi barədə sənədləri aşkar olunmuş və Hərbi Həkim Komissiyasının rəyi ilə xx.xx.2022-ci il tarixli 925 saylı qərarı qəbul edilmişdir. xx.xx.2020-ci il tarixində Müdafiə Nazirliyinə müraciətinə xx.xx.2020-ci il tarixində komissiyanın iclasında baxılmış “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Komissiyanın xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının “Müharibə Veteranı” adı və vəsiqəsi ilə təmin olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Komissiyanın xx.xx.2025-ci il tarixli, 3-25-14/2-H-29xx-xx/2025 nömrəli imtina məktubunda qeyd olunmuşdur, xx.xx.N93-cü il tarixdən (xəstəliyi ilə əlaqədar məzuniyyətdən) sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından, ona "Müharibə veteranı" adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən "N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, adliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, xidmət dövründə hərbi hissəni özbaşına tərk etməsi qanuni asaslarla ehtiyyata buraxılması da şərtdir. Buna görə yuxarıda göstərilmiş Əsasnaməyə Qeyd hissəsi əlavə olunmuşdur. Ona əsasən Azarbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına asasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə Müharibə veteranı adı verilə bilməz. İddiaçının isə hal-hazırda əlil olması barədə sənəd məhkəmə iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respubikası Milli Məclisinin xx.xx.N97-ci il tarixli 383-İQR Qərarın 9-cu bəndinə əsasən “Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Həmin Qararda göstərilmişdir ki, törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütun işlarin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin (nümayənəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə xx.xx.2025-ci il tarixdə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə müsbət cavab verməmiş və hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 925 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının surətindən görünür ki, Şirvan ŞHK tərəfindən N92-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı1 döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N93-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasında tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travma diaqnoz: "Bel nahiyəsinin əzilməsinin nəticələri. Appendektomiyadan sonrakı vəziyyət" xx.xx.N94-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasında tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsidiaqnoz: "Döş qəfəsinin sağ yarısının əzilməsi. Vİİİ-İX qabırğaların sınığı, sağ bazunun əziyi" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 1317 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 479 nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.N93-cü il tarixli, xx.xx.N94-cü il tarixli müayinə vərəqələrindən çıxarışlar, MN MHHKnın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ŻAMANİ ALİNMİŞDİR". Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin 01 iyun 2022-ci il tarixli, 278 nömrəli Arayışının surətindən görünür ki, N57-ci il təvəllüdlü İddiaçı1 həqiqətən, xx.xx.N76-cı il tarixdən xx.xx.N78-ci il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-2581 №-li arxiv arayışına əsasən o, N saylı hərbi hissə komandirinin xx.xx.N94cü il tarixli N N-li əmrilə hərbi hissənin şəxsi heyətinə daxil edilmiş və xx.xx.N94-cü il tarixli 75 N-li əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Qeydiyyat uçot kartasındakı qeydlərə əsasən xx.xx.N92-ci il tarixdən Ağdərə zonasında döyüşdə iştirak edib və xx.xx.N92-ci il tarixdə Çaldıranda yaralanıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli 3928 №-li arayışına əsasən xx.xx.N92-ci il tarixdə (diaqnoz: Bel nahiyyəsinin zədələnməsindən sonrakı nəticə. Apendektomiyadan sonrakı vəziyyət.) və xx.xx.N94-cü il tarixdə (diaoqnoz: Döş qəfəsinin sağ yarısının əziyi, Vİİİ, X qabırğaların sınığı. Sağ çiyinin əzilməsi.) Müdafiə Nazirliyinin Hərbi Poliklinikası tərəfindən tibbi şəhadətləndirilmişdir. İddiaçı1 Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən tərxis olunması barədə məlumat yoxdur. Ehtiyatda olmanın son yaş həddinə çatdığı üçün 2007-ci ildən hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsin Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-25-14/2-H-29xx-xx/2025 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş cavab olaraq təkrar bildirilir ki, "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Xəstəliyi ilə əlaqədar məzuniyyətdən (xx.xx.N93-cü il tarixdən) sonra xidməti barədə məlumat olmadığına görə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 04 aprel 2025-ci il tarixli, 3-25- 29/2-583/2025 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 7 №-li əmrilə (əsas: §-21, səh-14, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) həmin tarixdən etibarən Həsənov X5 bölüyünün şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatlarla təmin olunmuşdur. Kəşfiyyat bölüyündə xidmət edən İddiaçı1 hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 75 №-li əmrilə (əsas: §-27, sıra-16, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) bölüyün bütün növ təminatlarından silinmiş və ştatdan kənar çıxarılmışdır. N №-li hərbi hissə komandirinin fevral-dekabr N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı1 xidməti, komandirin fevral N94-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin "Yaralıların qeydiyyatı” kitablarında yaralanması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabları, "Yaralıların qeydiyyatı" kitabları, N №-li hərbi hissənin sənədləri, Sarıcalı Hərbi Səhra Hospitalı rəisinin N94-cü il tarixli nizami hissə üzrə əmrləri, Mərkəzi Hərbi Hospitalı rəisinin nizami hissə üzrə əmri, "Yaralıların qeydiyyatı" kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivə daxil olmadığından İddiaçı1 barəsində əlavə araşdırma apara bilmirlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinənin 17 aprel 2025-ci il tarixli, 3-43-87/2-585/2025 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi üzrə mövcud arxiv qovluqlarında xx.xx.N57-ci il təvəllüdlü İddiaçı1 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət dövrü ilə bağlı aşkar edilmiş məlumatların kserosurətlərini məhkəməyə göndərilmişdir. Göndərilən sənədlərin Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 18/6704 saylı məktubunun və Müdafiə Nazirliyinin Arxiv İdarəsinin xx.xx.2010-cu il tarixli 10/2-217 saylı məktubunun əsli Xidmətin Şirvan şəhər şöbəsində saxlanılır. Digər sənədlərin kserosurətləri vətəndaş tərəfindən Xidmətin Şirvan şəhər şöbəsinə təqdim edildiyinə görə təsdiq edilməsi mümkün olmamışdır. Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 18/6704 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı1 barəsində Ağdam hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli, 3928 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının xx.xx.N93-cü il və xx.xx.N94-cü il tarixlərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən şəhadətləndirilməsi barədə olan 582 və 3926 №- li "müayinə vərəqələrinin" təsdiq olunmuş kserosurətləri və arayış ünvanına göndərilir. Əlavə olaraq bildirilir ki, N nömrəli hərbi hissənin tərkibində yerləşən Hərbi Səhra Hospitalı və Ağdərə ərazisində yerləşən Hərbi Səhra Hospitalında adına tərtib olunmuş hər hansı bir tibbi sənədlər Müdafiə Nazirliyinin Baş X3 Tibbi Arxivində saxlanılan arxiv sənədləri bazasında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə X4 xx.xx.2022-ci il tarixli, 4/2/2581 nömrəli Arxiv Arayışının surətindən görünür ki, İddiaçı1 N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 7 nömrəli əmrilə (əsas: səh-14, §-21) həmin tarixdən Kəşfiyyat bölüyünün şəxsi heyətinin siyahısına və bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar edilmişdir. N nömrəli hərbi hissə komandirinin sentyabr N92-ci il, fevral N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı1 müalicədə olması barədə məlumat aşkar olunmamışdır.1N nömrəli və N nömrəli hərbi hissələrinin Sarıcalı Hərbi Səhra Hospitalının Mərkəzi Hərbi Hospitalının sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli, 3928 nömrəli məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı1 xx.xx.N93-cü il tarixdə və xx.xx.N94-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən şəhadətləndirilmişdir. xx.xx.N93-cü il tarixdə. Bel nahiyyəsinin zədələnməsindən sonrakı nəticə. Apendektomiyadan sonrakı vəziyyət. xx.xx.N94-cü il tarixdə Döş qəfəsinin sağ yarısının əziyi, Vİİİ,X qabırğaların sınığı. Sağ ciyinin əzilməsi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025ci il tarixli, 3-25-14/2-2405/2025 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı1 2020ci il tarixdə komissiyaya müraicət etmiş, sənədlərinə xx.xx.2020-ci il tarixli iclasında baxılmış və xəstəliyi ilə əlaqədar məzuniyyətdən (xx.xx.N93-cü il tarixdən) sonra xidməti barədə məlumat olmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Tətbiq edilən Hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteran adının və vəsiqəsinin” verilməsinə yönəlmişdir. Məhkəmə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının xidməti barədə məlumatlar mötəbər sübutlarla təsdiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli qərarı "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində– Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz xidməti barədə məlumatların, həmçinin döyüş əməliyyatlarında iştirakı barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, qanuni əsaslarla tərxis olunması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə X4 xx.xx.2022-ci il tarixli, 4/2/2581 nömrəli Arxiv Arayışının surətindən görünür ki, İddiaçı1 N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 7 nömrəli əmrilə (əsas: səh-14, §- 21) həmin tarixdən Kəşfiyyat bölüyünün şəxsi heyətinin siyahısına və bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar edilmişdir. İddiaçının iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, N92-N94-cü illərdə ehtiyyatda olan hərbi qulluqçu kimi könüllü olaraq ön cəbhədə vətənin azadlığı uğrunda döyüşərək 2 dəfə ağır yaralanmışdır. Bir neçə hərbi hissədə, axırıncı dəfə N saylı hərbi hissədə qeydiyyatda olmuş və döyüşlərdə iştirak etmişdir. Bir müddət döyüşmüş, yaralandıqdan sonra qanuni əsaslar olmadan ordu sıralarından ayrılıb evə qayıtmışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 925 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarına istinad etsədə, iddiaçıya Azərbaycan Respublikasının müdafisə ilə əlaqədar əlillik təyinatı aparılmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı N94-cü ilin mart ayından sonra hərbi əməliyyatlarda iştirak etməmiş, hərbi xidmətdən qanuni əsaslarla təxris olmasına dair hər hası sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada iddiaçının döyüşlərdə iştirak edən hərbi hissənin tərkibində xidmət etməməsi onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. NƏTİCƏVİ HİSSƏ Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Apelyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-3038/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3038/2025
19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver