Məhkəmə qərarları › İş №2-1(120)-3044/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3044/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3044/2025 10.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “JN-124F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilərək, onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 10 dekabr 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yerləşən 0,07 ha torpaq sahəli mülkiyyətin, JN-124F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilərək, onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3, X10 və X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində ona məxsus mülkiyyət mövcuddur. Lakin torpağın mülkiyyətə verilməsinə dair JN-124F nömrəli, 80212028 kodlu şəhadətnamə səhv verilmişdir. Sözügedən şəhadətnamədə onun adı əks olunmamışdır. Lakin arxivdən çıxarış əsasında torpaq sahəsinin 0.07 ha ona aiddir. Lakin torpaq başqa vətəndaşların, mərhum qardaşı və onun ailəsinin adına qeydiyyata alınmışdır. Şəhadətnamədə torpağın mülkiyyətçiləri X11, X10, X3 və X6 göstərilir. Qeyd edir ki, X11 vəfat etmişdir. Billdirmək istəyir ki, mübahisənin həll olunmasından ötrü tərəfındən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı ərazi idarəsinə ərizə ilə müraciət olunmuşdur. Lakin bu günə kimi sözügedən idarə tərəfındən ünvanına hər hansı bir rəsmi cavab göndərilməmişdir. Bu səbəbdən də, hüquqlarının müdafıə olunmasından, işin qanun çərçivəsində həll edilməsindən ötrü məhkəmə müdafıəsindən istifadə etmək niyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbində qeyd olunan məsələ ilə əlaqədar hazırki iş üzrə İddiaçı tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə rəsmi qaydada müraciət olunmuşdur. Bununla əlaqədar bildirirlər ki, qeyd olunan məsələ Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına üçüncü şəxs X10 gəlmiş, İddiaçı, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər isə gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi Nümayəndə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə üçüncü şəxsi dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı aqrar islahat nəticəsində 0,07 ha həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmiş JN seriyalı 124F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”ni mübahisələndirir və tələbi torpaq tələbidir. Məkhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə mübahisəli torpaq sahəsi X7, X1, X5 və X2 ümumi birgə mülkiyyətinə verilmiş və həmin şəxslərin adlarına hazırda mübahisə predmeti olan JN seriyalı 124F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən məhkəməyə təqdim olunmuş Lənkəran rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Lənkəran rayonu Yuxarı-Nüvədi kəndi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən müəyyən edilmişdir ki, həmin siyahıda 334 sıra saylı ilə X7, 335 sıra sayı ilə X1, 336 sıra sayı ilə X5, 337 sıra sayı ilə X2, 338 sıra sayı ilə İddiaçı və 339 sıra sayı ilə X8 adları qeyd olunmuşdur. Göründüyü kimi mübahisə predmeti olan JN seriyalı 124F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Lənkəran rayon AİK-in sədri tərəfindən təsdiq edilmiş siyahı əsasında hazırlanmış və Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X7, X1, X5 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. Nə qədər ki, torpaq sahəsinin verilməsinə əsas olmuş X4 qərarı qüvvədədir, həmin qərar əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi, düzəliş edilməsi və ya dəyişdirilməsi mümkün deyildir. İddia tələbinin qiymət verilən hissəsi ilə bağlı iddiaçının nəzərinə çatdırılır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarının nəticəsi olduğundan və həmin qərar hazırda qüvvədə olduğundan iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “JN-124F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilərək, onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar